Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Xınalıqda qadın olmaq

Abbas Atilay Abbas Atilay
Foto-qrafika
12 Avqust 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
8 min
Paylaş

Qadın olmaq dünyanın hər yerində çətindir. Zamandan asılı olmadan, bütün dövrlərdə və milliyyət fərqi olmadan – qadın olmaq çətindir. Qadının “kişinin qabırğasından yaranması” versiyasını təklif edən “müqəddəs kitablar”-dır. Bu dünyada da, həmin kitabların arxasınca gedən insanlar yaşayır.

Sizi yormaq istəməsəydim, yaşadığım İsveçrədə qadınların məşəqqətli həyat tarixçəsindən bir neçə misal çəkərdim, amma hansı birini seçim deyim? – son bir neçə on illiklərə qədər qadın o dərəcədə hüquqsuz imiş ki, deyiləsi deyil. Ərinin icazəsi olmadan işləyə, bankda özünə hesab belə aça bilməzmiş…

Bu gün üçün məqsədim sizə gender tarixini səhifələmək deyil, bu, həm çox böyük mövzudur, həm də bu sahə üzrə çox da bilgili şəxs deyiləm. Amma Azərbaycanda olduğum müddətdə zamanımın çoxunu keçirdiyim ucqarlarda, tanrının belə unutduğu yerlərdə qadınların, uşaqların necə yaşadığını yaxşı bilirəm. Gözdən kənar qalmış bu insanların, xüsusilə qadınlıarın çətin, əziyyətli həyatı haqqında danışmağa həm sözüm var, həm də bunu özümə borc bilirəm.

1-min

Bir kənd, bir yaşayış yeri düşünün, hansı ki, yüz illərdir və ya min illərdir insanlar orada doğub törəyir, yaşayır, yaşlanır, qocalıb ölürlər.

Bir kənd düşünün ki, ətrafı dağlarla hasarlanıb, ilin uzun müddətini qar altında keçirir. Yolları uçuq-dağınıq, kənd insanının rayon mərkəzi ilə elə də əlaqəsi yox.

Bir kənd düşünün ki, yalnız heyvandarlığa göz dikib, yazda heyvanlarını örüşlərdə otladır, payız gələndə öz evindən 5-6 aylıq könüllü didərgin düşür, Aran bölgələrinə köç edir. Qışda hər yeri qar altında olan bir kəndin qoyun-quzusu, mal-qarası yalnız Aran bölgəsində sağ qala, arta bilər.

Elə bir kənd düşünün ki, iki rəqəmli soyuq qış tempraturunda sobada yalnız yayda heyvanlarının tullantılarından düzəldilmiş təzəklər yanır. Çünki yanacaq olaraq heç nə yoxdur.

Bir kənd düşünün ki, evinin içində adi içəcək suyu belə yoxdur, qadınlar yaz-yağış, boran-qış demədən bulaqlardan, çeşmələrdən su daşıyırlar.

Elə bir kənd düşünün ki, balaca bir tibb məntəqəsi var, burada çalışan tibbi bacısının imkanları sadəcə baş ağrı dərmanı vermək və yaraya sarğı bağlamaqla məhduddur. Axı bu kənddə qadınlar da yaşayır. Axı bu kəndin qadınları hamilə də ola bilir. Qış günü qar yağdı, yollar bağlandı, hamilə qadının sancıları tutdu. Yeganə xəstəxananın olduğu rayon mərkəzinə hamilə qadın necə çatdırılacaq? Düşünün ki, belə kənddə doğum vaxtı qış mövsümünə və ya yağışa, tufana düşən hamilə qadınların əksəriyyəti uşağı evdə dünyaya gətirirlər.

Düşündüyünüz kəndin sakinləri üçün bunu da əlavə edin ki, onlar işsizdirlər, yoxsuldurlar, ilkin həyati ehtiyaclarını zorla qarşılayırlar. Böyük şəhərləri onlar yalnız TV kanallarında görürlər. Onlar təyyarəni yalnız göydə görüblər, onlar üçün təyyarə yalnız göylərdə olur.

Xəyallarınızda canlandırdığınız bu kəndə hər gün onlarla turist axır, gələn turist dağı-dərəni, damı-daşı çəkir, amma kimsə bu kəndin əhalisinə, açıq hava altındakı tarix muzeyinin eksponatlarına fikir vermir, maraqlanmır.

Gəlin bu kəndin adını “Xınalıq” qoyaq, artıq özlərinin də unutmaqda olduğu ana dillərinə isə “Kətiş” deyək. Bax, belə bir kənddə QADIN olmaq çox böyük müsibətdir. Özünüzü qoyun onların yerinə və düşünün.

 

1 - 13
- +
2 min
5 min
6 min
7 min
9 min
12 min
3 min
1 min
10 min
11 min
6a min
4 min
8 min

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Raffael die schule von athen 100 1280x720
.

“Afina Məktəbi” – Raffaello

Sahil Qənbərli
06 Mart 2026
MG 3816a min
.

“Cimitero Monumentale” – Məzarlıq yoxsa açıq hava muzeyi?

Abbas Atilay
05 Avqust 2021
255777 original
.

Füzuli hava limanı necə tikilir

AzLogos
24 İyun 2021
IMG 0817 min
.

Taleh: “İlhamla çəkilən hər bir rəsm sənətkarın deyil, alıcının sərmayəsidir”

AzLogos
03 İyun 2021
13 min
.

Qacar irsi Berndə

Abbas Atilay
01 İyun 2021
Bildschirmfoto 2021 03 31 um 09.05.12
Foto-qrafika

Dadaizm və memarlıq

Sahil Qənbərli
31 Mart 2021
IMG
.

Dağılmış, donmuş, bitmiş Rusiya

AzLogos
30 Mart 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör