Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Amerikan kinosunun pandemiya səhifəsi

Bilal Əşrəfov Bilal Əşrəfov
., Kültür
02 Avqust 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Broadway
Paylaş

Hələ başlanğıcından etibarən pandemiyanın, Netflix kimi şirkətlərin yüksəlişinə (daha əvvəl bu barədə yazmışam) xüsusi təkan verdiyi kinosevərlərə məlumdur. Müəmmalı qalan əsas məqam isə o idi ki, kinoteatrlar uzun müddət işləməsə, kino sənayesinin halı necə olacaq? Deyəsən, bu sualın cavabı ilk növbədə Amerika timsalında aydınlaşacaq.

Tanınmış kinotənqidçi Tom Shone, may ayında “New Yorker” jurnalında çıxan yazısında “İnception”, “Interstellar”, filmləri, habelə “Batman” triologiyası ilə dünya kinosunda çox böyük ticari uğurlar qazanmış Christopher Nolanın yeni filmi “Tenet”in koronavirusdan sonrakı dövrdə ictimaiyyətin kinoteatrlara “böyük qayıdışını” sürətləndirə biləcəyi barədə ümid verirdi:

“Tenet”, yalnız kinoteatrlara qayıdışı başladan və yayı xilas edən film deyil, eyni zamanda bütün əyləncə sənayesini yenidən hərəkətə gətirəcək sehirli statusa sahib bir filmə çevrilib”.

Tenet
Filmin rejissorluğunu, filmləri ilə çox böyük ticari uğurlara imza atmış Christopher Nolan edir.

Lakin işlər həmişə planlaşdırıldığı kimi getmir (xüsusilə, böhran dövründə). İş ondadır ki, filmin çıxış tarixi istehsalçı şirkət tərəfindən dəfələrlə bir neçə həftəlik ertələndikdən sonra, nəhayət, birdəfəlik və qeyri-müəyyən müddətə təxirə salınıb.

Bütün hallarda sözügedən məsələ ilə bağlı bir sual hələ də açıq qalırdı: Filmin Amerika xaricində prokata çıxarılması ehtimalı nə qədərdir? Gözlənilənin baş tutması çox çəkmədi və istehsalçı şirkət olan “Warner Bros”, filmin Amerika xaric – qlobalizasiya sağ olsun! – 70 ölkədə nümayiş olunmasına qərar verdi (“CinemaPlus”un saytına baxanda siyahıda Azərbaycanın da adının olduğu görünür).

Artıq “Tenet”in beynəlxalq çıxış tarixindən bir neçə həftə sonra müəyyən şəhərlərdə nümayiş olunması proqnozlaşdırılır. Amerikada prokatın ştatlar yox, daha kiçik ərazi ölçü vahidi olan şəhər səviyyəsində aparılması isə onu göstərir ki, istehsalçılar Amerika bazarından müəyyən istisnalarla bir müddətlik tamamilə imtina ediblər.

Broadway
Geniş izləyici kütləsinə xidmət vermək imkanına sahib çoxlu peşəkar (kino)teatrın yerləşdiyi Broadway, dünya kinosunun qəlbinin döyündüyü yerlərin başında gəlir.

Çəkilişi üçün əsl Boeing 747 təyyarəsi partladılan, 200 milyon dollardan çox büdcəsi olan filmin Amerika kimi dünyanın ən gəlirli izləyici bazarına giriş etmədən beynəlxalq kinoteatrlara buraxılması özlüyündə bir çox mətləblərdən xəbər verir.

Təbii ki, məsələ sadəcə “Tenet”lə bitmir, sırada müxtəlif büdcəli başqa filmlər də var. Yaz aylarında verilən pandemiya fasiləsinin Amerikada hələ payızda da davam edib-etməyəcəyi sual altındadır (virusun payızda qrip sezonunun mümkün təhlükəli müşayiəti ilə qayıdışı fasiləni bir qədər də uzada bilər). Öz növbəsində bu gözlənilməz gedişat Amerikanın öz kinematoqrafik bağından bu mövsüm bar götürə bilməməsi ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, istehsalçı şirkətlərin ABŞ bazarından gəlir əldə edə bilməməsi, növbəti filmlərin büdcəsinə də öz təsirini göstərə bilər.

Həm ən nəhəng istehsalçı ölkə, həm də ən böyük kino bazarına sahib olan Amerika və istehsalçı şirkətlərlə kinoteatrlar arasındakı münasibətin taleyi hələlik virusun əlindədir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör