Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Dil resurs kimi

Elmir Mirzəyev Elmir Mirzəyev
., Kültür
17 İyul 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Paylaş

Bu günlərdə kinoşünas Sevda Sultanovanın yararsız tərcümələr barədə dərc edilmiş yazısını ürək ağrısı ilə oxudum. Bu işlərlə dərindən ilgilənən, məsələnin daxili mətbəxindən xəbərdar birisi kimi deyilənlərin altından qol çəkməyə hazıram.

Yararsız tərcümələr haqda məsələ əslində çoxdan cəmiyyətdə müzakirə edilməkdədir. Sual olunur, nədən belədir, səbəb nədir ki, uzun illər ötsə də nəticə dəyişmir?

Sevda xanım yazısında qeyd edir ki, “fəlsəfə, sosiologiya və digər sahələrə aid mətnləri həmin sahənin mütəxəssisi çevirməli, müəllifin yaradıcılığı haqda məlumatlı olmalıdır.” Tamamilə haqlı və əsaslandırılmış fikirdir. Müxtəlif ixtisas sahələrinin çox özünəməxsus, spesifik dili olur, almancada bu Fachsprache adlanır.

Kiçik haşiyə: Xatirimə uzun illər əvvəl tərcüməsi üzərində işə başladığım, Qara Qarayevin xatirəsinə ithaf edilmiş, dünya musiqişünas və bəstəkarlarının müasir musiqi haqqında esselərindən tərtib edilmiş kitab düşür. Sonradan gənc həmkarlarımın (musiqişünaslar Aybəniz Növrəsli və Sara Muradova, bəstəkarlar Ayaz Qəmbərli, Türkər Qasımzadə və Firudin Allahverdi) da qoşulduğu bu toplu yalnızca 6 essedən ibarət olsa da, onun üzərində çalışmalar 5 ilə (!) yaxın davam etdi. Beləcə, 2007-də başlanmış tərcümələrin son redaksiyasını yalnız 2013-cü ildə bitirdik. İxtisaslaşmış musiqişünas dilini tələb edən bu topluda 6 essedən 4-ü orijinal dildən, 2-si isə rusca tərcüməsindən çevrilmişdi.

1Lakin məsələ tək tərcümə problemi ilə də bitmir. Acınacaqlı hal budur ki, bir çox elmi əsər yazan müəlliflərimiz də ruscadan “copy-paste” edir, nəticədə fransız filosofu Jean Baudrillard‘ın təbirincə simulacre alınır, yəni orijinaldan mənfi anlamda keyfiyyətcə xeyli fərqli bir surət, kopiya meydana çıxır.

Bir daha öz sahəmi – musiqişünaslığı misal gətirəcəyəm. Bizim Konservatoriya (hazırda Bakı Musiqi Akademiyası) az qala yüz ilə yaxındır ki, yaradılıb, amma musiqişünaslıq üzrə ədəbiyyatının yalan olmasın 70-80%-i indiyə kimi ruscadır, başqa cür olmasını da təsəvvür etmək çətindir. İndinin özünə kimi bir çox dissertasiyalar, magistr işi, referatlar məhz bu dildə yazılır ki, əslində bu da obyektiv reallıqdır. Bizim dildə son yüz ildə çox işlər görülüb, lakin bu, kifayət etmir, çünki sırf bu sahə xüsusidir və intensiv çalışmalar tələb edir. Hərçənd əminəm ki, başqa elm sahələrində, ümumiyyətlə elmi ədəbiyyatda da vəziyyət aşağı-yuxarı eynidir, yəni eyni dərəcədə ağırdır.

Kiçik haşiyə: Azərbaycan dili əslində özü-özlüyündə çox vacib və praktik bir resursdur. Çünki arealı maksimal 3-4 mln. olan başqa regional dillərdən (tutalım gürcü, erməni və s.) fərqli olaraq bizim dilimiz insanlarımızı müstəsna böyük, təxmini 150 milyonluq (10 mln. Azərbaycan, 83 mln. Türkiyə, təxmini 20 mln. İrandakı soydaşlarımız, təxmini 20 mln. da Avropada yaşayan türklər və türkdillilər) bir dil arealına qoşur. Əslində istənilən kiçik ölkələrin insanları işlərini görmək üçün azından 2-3 dil bilməlidir, amma Azərbaycan vətəndaşları dolğuluşundan bir “bonus” kimi aldığı bu dillə Avropada hətta heç bir dili bilməsə belə, istənilən məsələni yalnız bizim dilin sayəsində çox rahat həll edə bilər. Bu anlamda bizim dilimizi başqa regional dillərlə müqayisə etmək olmaz.

Lakin bunlar hazırda dilimizin inkişafı ilə bağlı qeyri-kafi vəziyyəti doğruldan arqument ola bilməz. Keyfiyyətli elmi ədəbiyyat, elmi və bədii tərcümələr və xüsusilə elmi mətnlər haqda bir daha vurğulayaq ki, bu işlər tədricən, zamanla və çox-çox ağır zəhmət bahasına başa gəlir. Sadə dillə desək, bütün strateji resurslarımızın (geosiyasi məkanımız, enerji daşıyıcıları, təbii sərvətlər, ən başlıcası – insan resursu) bonuslarımızı necə dəyər-dəyməzinə havaya sovururuqsa, dilə də münasibətimiz bunun eynisidir.

Vəziyyəti daha da ağırlaşdıran isə son illərdə tələbələrin, yeni nəslin çoxunun ruscanı artıq bilməməsi səbəbindən, müəllimlərin mühazirələrdə gətirdiyi sitatların, terminlərin və ədəbiyyatın əxz olunmaması, başa düşülməməsidir. Etiraf etməliyik ki, müstəqilliyimizin 29-cu ilində ingilis dili bizim üçün son 150 ildə “pilot dil” funksiyasını yerinə yetirmiş rus dilinin yerinə keçməyib.

Qısası, belə işlər “nə gözəl dilimiz var” tipli şüarçılıq, mediada çığır-bağırla olmur, bu məsələlər çox ağır və davamlı zəhmətlə, ən başlıcası, dilə və kültürə sayğı ilə başa gəlir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör