bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Polis-dövlət həmrəyliyi və absurdun təntənəsi

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
12 İyun 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
E9E220AC 752E 46EE A205 C184A5B2F691 cx0 cy10 cw0 w1080 h608 s
Paylaş

Ağlıma polislə bağlı hansısa bir müsbət təəssüratı gətirməyə çalışıram. Amma ha çalışıramsa da alınmır, 32 yaşım var və indiyədək Azərbaycan polisiylə qarşılaşmalarımın hansındansa müsbət təəssüratla ayrıldığımı xatırlaya bilmirəm.

Lap əvvələ gedirəm, polislə bağlı təəssüratlarımın möhkəmləndiyi yeniyetməlik çağıma. Bir dəfə rayondan qohumlarımız ardı. 10 yaşlı qız hansısa fəndən region üzrə olimpiadada qalibi olmuş, valideynləri növbəti mərhələdə iştirak etməsi üçün onu götürüb Bakıya gəlmişdilər. O vaxtlar uzaq rayonlardan Bakıya gəlmək böyük hadisəydi, az qala bayram, xüsusilə də uşaqlar üçün. Amma Bakıda polis ailənin, əsas da qızcığazın bayramını burnundan gətirmişdi. Qızcığaz olimpiadada növbəti imtahanı uğurla verib valideynləriylə gəzməyə çıxdığı zaman, polis onları 28 Mayda saxlamış, atanı kənara çəkərək boynuna qoymuşdu ki, içkilidir. Adamı necə qısnamışdılarsa, bir “şirvanı”nı əlindən ala bilmişdilər. O illərdə polisin rayon görkəmli adamları qısnaması, siqaret və s. üçün pul qoparmağa çalışması adi hal idi. Heç nədən üstünə düşüb hansısa bir bəhanəylə olan-qalanını əlindən ala bilərdilər.

Həmin gün rayondan gələn qonaqlarımızın geri qayıtmağa pulları çatmırdı, yol pulunu bir təhər düzəldib onları yola saldıq. Amma qızcığazın zülm-zülm ağlaması indiyədək gözlərimin qarşısından getmir. Onun gözlərində atası qəhrəman idi, amma polis bu qəhrəmanın pulunu zorla əlindən almış, o da heç nə edə bilməmişdi. Bakıya bayram yaşamağa gələn ailə kor-peşman geriyə qayıtmışdı.

Yeniyetməliyimin bir dövrü İçərişəhərdə keçib. Filarmoniya bağı, Dənizkənarı bulvar bizim oyun meydançamız idi. Polislər də daim gözümüzün qabağında olardılar: skamyalarda oturan sevgililəri güdərdilər. Cütlüklərin bir balaca yaxınlaşdıqlarını görən kimi, dərhal üstlərinə şığıyardılar. Oğlanı kənara çəkib qızla birlikdə bölməyə aparacaqları ilə hədələyərdilər. Qız kənarda qaşlarını düyünləyib bu xəcil vəziyyətin nə vaxt bitəcəyini gözləyərdi, oğlan isə danışıqlar aparardı. Polisi yola gətirmək gəncin zirəkliyindən asılı idi, cibindəki olan-qalanı da verə bilərdi, cüzi məbləğə razı sala da. Yadımda qaldığı qədəriylə xilas üçün minimum məbləğ 3 “məmməd” idi. Amma elələri də vardı ki, fərasətsiz davranardılar, polisi görəndə, əl ayaqları titrəyərdi, onu razı sala bilməyəndə, bölməyə də aparıla bilərdilər, belə hadisələr də yetərincə baş verirdi.

Son illərdə polislər sevgililəri əvvəlki kimi güdməsələr də, cütlüklərin təhqir olunması yenə də adi haldır. Sonuncu belə hadisəyə Mingəçevir şəhərində şahid oldum. Bir neçə ay əvvəl günorta vaxtı “ucuzluq” deyilən yerdən Hüseynov küçəsi boyunca Kür çayı istiqamətində addımlayırdım. Uzaqdan səkiylə mənə tərəf bir cütlük gəlirdi. 19-20 yaşlarındakı qızla oğlan nə əl-ələ tutmuşdular, nə də ki, nəsə məhrəm bir hərəkət edirdilər. Üzləşməyimizə 20 metr qalmış, yoldan keçən “Jeep” markalı bir mülki maşın cütlüyün böyründə saxladı, içəridə uniformada olan iki polis əməkdaşı göründü. Polislər gənc oğlanı pəncərədən özlərinə tərəf çağırıb təhqir etməyə başladılar. Gənc oğlan avtomobilin böyründə çaşqın halda başını aşağı salıb dayanmışdı, qızın simasından isə sarsıntı keçirdiyi açıq-aşkar bilinirdi. Ta uzaqdan gələrkən, onları görmüşdüm, heç bir “cinayət əməli” törətməmiş, heç əl-ələ belə tutmamışdılar. Sadəcə görkəmlərindən şəhər adamı olmadıqları bilinirdi, bəlkə də yaxınlıqdakı hansısa kənddən şəhərə gəzməyə gəlmişdilər və bu, onların ilk görüşü idi. O qədər çəkingən və utancaq idilər ki, öz kölgələrindən belə ehtiyat edirdilər. Simalarındakı nigarançılıq, davranışlarındakı gərginlik şəhərdə yad olduqlarını ələ vermiş, beləcə onları hədəfə çevirmişdi. “Jeep”ə çatanda, içəridəki cavan polislərin simasına baxdım, gənc oğlanı sırf sevgilisinin gözü qarşısında təhqir etməkdən zövq aldıqları üçün, ondan üstün olduqlarını sübut etmək üçün alçaldırdılar. “Jeep” məndən bir neçə metr arxada qalanda, polisin gənc oğlana “rədd ol gözümün qabağından!” dediyini eşitdim…

Polislə bağlı belə “ürəkaçan” təəssüratlarım çoxdur, hamısını yazsam, gərək ki, kitab olsun, ona görə də ən yadda qalanları xatırlamağa çalışıram.

2000-ci illərin axırlarında mən Dalğa Gənclər Hərəkatının üzvü olarkən, şəhərin mərkəzində tez-tez dinc fləşmob aksiyalar keçirərdik. Polislər də dərhal başımızın üstünü kəsdirib, bizi xidməti avtomobillərə basıb bölmələrə gətirərdilər. Saatlar boyunca bölmələrdə qalardıq. Orada polislərin bir-birləriylə necə rəftar etdiklərinə, bir-birlərini hansı söyüşlərlə yad etdiklərinə dəfələrlə öz gözlərimlə şahid olmuşam. Bizdən heç çəkinib eləməzdilər, bir-birlərini elə çoxmərtəbəli, elə ağır söyüşlərlə söyərdilər ki, onların yerinə biz qızarıb pörtərdik. Polis iyerarxiyasında polislərin bir-birləriylə necə rəftar etdiklərini məncə, Azərbaycan Respublikasında bilməyən yoxdur. Ona görə də, mənim xatirəm ola bilsin ki, qeyri-adi bir şey kimi görünməsin, amma belə bir şeyə şahid olmaq hələ də insanı təəccübləndirir.

1552117962_410633159Gəlin əyri oturaq, düz danışaq və ta uşaqlığımızdan bəri bizə kənardan əxz edilənlər daxil olmaqla, polis barədə gəldiyimiz qənaətlərin bir qismini sadalayaq:

Polisdən uzaq dur. Polis səni heç nədən tuta bilər. Polis qanunsuz şəkildə səni döyə, əzişdirə, qolunu-qıçını sındıra bilər. Polis ən xırda şeyi bəhanə edib səndən rüşvət tələb edə bilər. Polis cibinə nəşə ata, evini yıxa, bisnesini əlindən ala bilər. Polisin yaxşılığı lazım deyil, yetər ki, səninlə heç bir işi olmasın. Ağıllı adamın polisə işi düşməz, ağıllı adam polisdən uzaq gəzər və sair və ilaxır.

Azərbaycan 30 ilə yaxındır müstəqil ölkədir. Bu illər ərzində polisdə nəsə dəyişibmi? Gözə kül üfürmək məqsədi güdən cüzi dəyişikliklər ola bilər, amma mahiyyət etibarilə dəyişən heç nə yoxdur, hələ bəlkə polis qəddarlığı daha da artıb.

Bir neçə il əvvəl Azərbaycan tarixinin ən rüsvayçı hadisələri yenə polis bölmələrində baş verdi. Hökumətdən narazı, “asi” adamların cəzalandırılması üçün onların valideynləri, bacıları, qardaşları, qohumları və yaxınları polis bölmələrinə gətirildi və onlara məcburən “asi”lərdən imtina etmələri barədə ərizələr yazdırıldı. Anaların öz övladlarından, bacıların öz qardaşlarından imtina etməyə məcbur edilməsiylə qırmızı xətlər tamamilə keçilmiş oldu. Cəmiyyətin əhəmiyyətli bir qismi məhz bu cür qırmızı xətlərin keçilməsinə görə, nəinki polisə, həmçinin dövlətə qarşı nifrət hissləri bəsləməyə başladı. Çox sayda insan sırf bu cür hadisələrə görə, dövlətlə məzələnməyi, dövlət nümayəndələrinə söyüş söyməyi milli idman növünə çevirdilər.

Bu milli idman növünün getdikcə yayğınlaşdığını görəndən sonra, deyəsən, nəhayət, səhv etdiklərini başa düşdülər və polisin imicini yüksəltmək üçün kadr dəyişikliklərindən tutmuş, güclü reklam kampaniyası aparmağa başladılar. Mətbuatda, sosial şəbəkələrdə polisin ahıllara, məhdudiyyətli insanlara kömək etməsini, küçə heyvanlarına qayğı göstərməsini, göyərçinlərə dəm verməsini əks etdirən vizual kadrlar yayıldı. Bizim cəmiyyət tez unudan, yaxşılığa inanmağa çalışan, dövlətə rəğbət bəsləmək istəyən cəmiyyətdir.

Bu PR kampaniyalarından sonra cəmiyyətdə doğrudan da polisin dəyişdiyinə, azca da olsa yaxşılaşdığına dair təsəvvürlər yaranmışdı. Lakin bu təsəvvürləri polis növbəti dəfə və yenə bütün qırmızı xətləri keçməklə, öz əliylə məhv etdi. 2020-ci ilin iyunun 8-də bir alay polis məhkəmə qərarı olmadan və tam qanunsuz şəkildə Yasamalda vətəndaşların evinə basqın edib “qisas əməliyyatı” keçirdi. Səhərin gözü açılmamış yataqdakı ailənin məhrəminə soxulub, vətəndaşı uşaqların gözü qarşısında evindən çılpaq şəkildə götürüb apardılar, qadına “dovşansınız” deyib təhqir etdilər, cəmiyyətə də görk olsun deyə, hadisələri videoya çəkib internetdə yaydılar. Beləcə, vətəndaşlar Azərbaycanda dünyada analoqu olmayan növbəti bir hadisəyə şahid oldular.

E9E220AC-752E-46EE-A205-C184A5B2F691_cx0_cy10_cw0_w1080_h608_s

Bu, polisin böhran anındakı davranışı idi. Böhran anlarıyla bağlı konkret bir psixoloji məqam var. Bu barədə “Şəxsiyyət olmamağı öyrətmək” adlı yazımda yazmışam, yeri gəlib, yenə yazaq. Zəif qarşısında güc işlədən zorba həmişə hərəkətinə bəraət qazandırmaq üçün “əsəbiydim, həssas vaxt idi, istəmədən oldu” kimi “istisna vəziyyətləri” göstərir. Nəticədə zorakılığına öz aləmində haqq qazandırmış olur. İndi polis də, polisin qanunsuz qəddarlığını müdafiə edənlər də koronavirus pandemiyasını zorakılığa bəraət qazandıracaq bəhanə və istisna vəziyyət kimi irəli sürürlər. Beləcə, əslində özlərini ələ vermiş olurlar. Çünki bir daha vurğulayaraq qeyd edək ki, böhran anları həqiqəti üzə çıxarır, bir insan və ya insan kollektivi böhran anında necə reaksiya göstərirsə, mahiyyət etibarilə də məhz odur. Böhran anlarındakı reaksiya insanın, insan kollektivinin səbrini, təmkinini, mədəniyyətini, öz üzərində və situasiya üzərindəki hakimiyyətini, başqa sözlə, nə qədər yetkin olduğunu üzə çıxaran əsas indikatordur. Adi vaxt ölçü vahidi deyil. Çayın sel gücü onun sakit vaxtında hesablanmır. Adi vaxtda göyərçinlərə dən atıb video çəkmək asandır, əgər bu sülhpərvərlik həqiqət idisə, böhran anında da özünü göstərməli idi. Bu böhran bir imtahanıydı, polis və onun müdafiəçiləri isə bu imtahandan növbəti dəfə kəsildilər.

Hələ bu hamısı deyil, ürəkağrıdan daha bir məsələ var: Fazil Mustafa, Mirşahin kimi “hökumət kurasiyasında olan intellektuallar” polisin dövlətin sütunlarından biri olduğunu, dövlət müqəddəs olduğuna görə, polisin də müqəddəs olduğunu bizə təlqin etməyə çalışırlar. Onların fikrincə, dövlət müqəddəs olduğuna görə, biz onun sütunlarından biri olan polisi də müqəddəs hesab etməliymişik, ona görə də polisin davranışına haqq verməliymişik. Mirşahin “mən də polis əməkdaşıyam” deyib, Fazil Mustafa isə məsələyə daha “kreativ” yanaşıb və Yasamalda baş verən hadisəyə görə, polisin davranışını qınayanları “it sürüsü” adlandırıb. Fazil Mustafa hələ bizim parlamentin savadlı deputatlarından sayılır, o bu cür məntiqlə düşünürsə, görün indi o birilər, kitabdan işıq ili məsafəsində uzaq olanlar necə düşünürlər. Yeri gəlib, haşiyə çıxıb, bunu da yazaq. Bilikli olmaqla bağlı belə bir qədim deyim var: “Oxumaq yaxşı insanı daha da yaxşı, pis insanı daha da pis edir”. Ona görə də insan biliyinə görə deyil, əməllərinə görə qiymətləndirilməlidir. Nə qədər oxumuş olursa olsun, ədalətsizliyə haqq qazandıran bir kəs heç vaxt yaxşı insan sayıla bilməz, heç vaxt da cəmiyyət üçün faydalı hesab edilə bilməz. Üstəlik, “yanlış oxuma” deyə bir fenomen də var, sən özünə sərf edən cür oxuya, beləcə də yanlış oxuya bilərsən. Fazil Mustafa və onun kimilər məhz elə bu kateqoriyalara uyğun gəlirlər və kitab arxasında gizlənməklə mahiyyətlərini gizlədə bilməzlər.

Polis hər cür pis əməli törətsin, rüşvət alsın, böhtan atsın, məhkəmə orderi olmadan alayla vətəndaşın evinə basqın etsin, səhərin gözü açılmamış yataqdakı ailənin məhrəminə soxulsun, adamları çılpaq şəkildə evindən sürüyə-sürüyə aparsın, uşaqlara ömürlük mənəvi travmalar yaşatsın, qadına “dovşansan” desin, bunları görk olsun deyə, videoya çəksin, əməliyyatın başında dayanan da hansısa icra başçısının kürəkəni olsun… Və biz azərbaycanlılar da bütün bunlardan sonra, polisi müqəddəs hesab etməliymişik, nədir-nədir, o, dövlətin sütünlarından biriymiş. Polisi müdafiə edən dövlət adamlarının və “hökumətin kurasiyasında olan intellektuallar”ın arqumenti budur.

Yazımı hansısa məntiqlə sonlandırmaqda acizəm. Hiss edirəm ki, tərk-silah olmaqdan başqa çarəm yoxdur. Nə deyəsən axı, bu absurd arqumentin təntənəsi qarşısında istənilən cür məntiq keçərsizdir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör