Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Şəxsiyyət olmamağı öyrətmək

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
24 Sentyabr 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
0 aqJXrilowO6beHja
Paylaş

Yay bitdi, amma yaydanqalma bir mənzərə heç cür ağlımdan çıxmır. İyul ayında Mədəniyyət və Turizm nazirliyi Bakıda I Respublika Sənətkarlıq Festivalı keçirirdi. Festival çərviçəsində Gənclər teatrının qarşısında kiçik bir yarmarka təşkil edilmiş, məktəbdə əmək təlimi dərslərində hazırlananlardan biraz daha yaxşı işlərin satıldığı bu yarmarkadan azca aralıda, Opera teatrının qarşısında isə konsert meydançası quraşdırılmışdı. Ağlımdan heç cür çıxmayan mənzərə də bu konsert səhnəsində baş verənlərlə bağlıdır.

Yarmarkanı keçib konsert meydançasına çata-çatda birdən elan verildi ki, indi yerli rəqs qrupunun performansı başlayır. Ayaq saxlayıb, ifaçıların ətrafında təkəmseyrək insan kütləsinin yaratdığı halqaya qoşulduq. Yeniyetmələrdən ibarət bir dəstə oğlanla qız səhnəyə çıxdılar. Əyinlərindəki indicə anbardan çıxarılmış kimi görünən tozlu, ləkəli milli geyimlərlə yeniyetmələr bəri başdan şübhə oyatsalar da, necə performans göstərəcəkləri doğrudan da maraqlı idi, odur ki, dayanıb tamaşa etməyə başladıq. Rəqs edən yeniyetmələrin simalarında utancaqlıq, hərəkətlərində gərginlik əlamətləri vardı, bu normal idi təbii, normal olmayan isə onların bir-birlərinə zillədikləri him-cimli baxışlar idi ki, bu baxışlarda gördükləri işin necə dəyərsiz olduğuna dair kinayəli eyhamlar gözə çarpırdı. Uşaqlar həvəssizcə, tələsikcə, başdansovdu rəqs edir, qımışaraq bir-birlərinə ünvanladıqları baxışlarla sanki belə deyirdilər: “Oyun çıxarırıq, necə də mənasız işlə məşğuluq”.

Xaotik rəqs zamanı görkəmindən rəqs müəlliməsinə oxşayan bir qadın əlində telefonla uşaqların qarşısından saymazyana burcuda-burcuda o yan – bu yan keçərək, onların müxtəlif rakurslardan şəkillərini çəkdi. Şagirdlərinin performansına tamamilə etinasız olduğu sezilən müəllimənin əslində, heç onların şəkillərinin də vecinə olmadığı aydın görünürdü, məqsəd şəxsi motivli idi: gözəgəlimli əndamını ətrafdakılara nümayiş etdirmək.

Rəqs bitdi. Uşaqların məşəqqəti də bitdi. Sönük çəpik səslərinin müşayiətiylə bir anda ortadan yoxa çıxdılar. Hadisə yerini tərk edəndə, yanımdakı şəxs səsli düşündü: “Axı biz niyə beləyik?..”

***

Bizdə əksər vaxt insana uşaqlıqdan heç kim olmaq və ya şəxsiyyət olmamaq öyrədilir. Səhnədə ürəksizcə, şövqsüzcə və özünəinamsızca rəqs edən yeniyetmələrin davranışlarında da həmin o, bir kimsə olmamağın ağırlığı vardı. Uşaqlar nəsə dəyərli bir şey edə biləcəklərinə əvvəlcədən inanmırdılar, çünki özlərini dəyərli bir iş görəcək qədər dəyərli hesab etmirdilər, özlərinə sadəcə olaraq inanmırdılar. Çox güman, bu uşaqlar da bizdəki əksər ailələrin ənənəvi tərbiyə üsullarının qurbanları idilər. Çünki bizdə bir uşağa ağlı işləməyə başlayan vaxtdan dolayı yolla öyrədilənlər əsasən bunlardır:

Sən heç kimsən.

Sənin nə düşündüyünün, nə danışdığının və nə hiss etdiyinin heç bir əhəmiyyəti yoxdur.

Uşaqsan uşaq yerində otur, yəni əhəmiyyətsiz olduğunu bil.

İtaət et və cızığından çıxma.

Nəzərdə tutulan cızıqdan kənara çıxsan, səni lənətləyərəm, döyərəm, təhqir edərəm və qaralayaram.

Bu tərbiyə ailədən sonra məktəbdə, universitetdə, şirkətdə, idarədə və dövlətdə davam edir. Ailədə uşağın şəxsiyyəti valideyn üçün necə əhəmiyyətsizdirsə, məktəbdə şagirdin şəxsiyyəti müəllim üçün, universitetdə tələbənin şəxsiyyəti professor üçün, şirkətdə işçinin şəxsiyyəti müdir üçün, dövlətdə vətəndaşın şəxsiyyəti məmur üçün eləcə əhəmiyyətsizdir.

Sonra da bir qism vətəndaş təəccüblənir ki, uşaqlıqda bir kimsə olmadıqları öyrədilən bu çoxsaylı özünəinamsız, travmalı, şövqsüz, həvəssiz, qeyri-peşəkar insan kütləsi ilə biz niyə almanlar kimi yaşamırıq, axı bizim neftimiz var?!

***

Bugünlərdə axilədaxili şiddət, zorakılıq mövzusu gündəmdədir. Zorakılıq qurbanlarına yetərincə dəstək gəldiyi qədər, zorbalara da yetərincə bəraət qazandıranlar var. Bu da təbiidir, çünki zorbaya dəstək göstərənlərin, bəraət qazandıranların böyük ehtimalla, böyük bir qismi də bu və ya digər şəkildə zorakılıq uyğulayıb və uyğulamaqdadır. Necə deyərlər, borclu borclunun sağlığını istər.  

Hazır söz düşmüşkən, bunu bir dəfə yazmışdım, zənnimcə, bir dəfə də vurğulamağa ehtiyac var. Bizə uşaqlıqdan böhran anlarındakı davranışın bir istisna olduğu öyrədilir. Nəticədə ər, valideyn və ya bir başqası öz zorakılığına asanlıqla haqq qazandıra bilir: “Əsəbiydim, istəmədən oldu, əslində, mən belə adam deyiləm” və sair və ilaxır. Əslində isə insan böhran anında necə reaksiya göstərirsə, odur. Böhran anları insanın əsl kimliyini, səbrini, təmkinini, mədəniyyətini, öz üzərində və situasiya üzərindəki hakimiyyətini, başqa sözlə, nə qədər yetkin bir insan olduğunu, şəxsiyyətini üzə çıxarır. Adi vaxt ölçü vahidi deyil. Çayın sel gücü onun sakit vaxtında hesablanmır. Böhran anını gözləmək lazımdır, onda bilinəcək, insan yetkindir, ya deyil.

Yoxsa ki, “əsəbiydim”, “anlaşılmazlıq oldu” kimi bəhanələrlə saysız-hesabsız insan, xüsusilə atalar, qardaşlar, ərlər özlərindən fiziki cəhətdən zəif olan övladlarına, bacılarına, arvadlarına işgəncələr yaşadır, lazım gələndə, buna haqq da qazandırırlar. Və məlum oldu ki, bu cür zorbalar Azərbaycana demokratik dəyişikliklər, insan hüquqları gətirmək istəyənlərin də arasında kifayət qədər var.

Bir sual həqiqətən də maraq doğurur: bizdə bu qədər demokratikləşməyimizi, Avropa ölkəsi kimi insan ləyaqətinə və hüquqlarına dəyər verən bir ölkəyə çevrilməyimizi istəyənlər var. Tutalım ki, bu baş verdi, tutalım, bu gün Azərbaycan qəfildən həqiqətən də Almaniya kimi bir ölkəyə çevrildi. Bəs onda görəsən, Azərbaycanı belə bir ölkəyə çevirməyi vəd edənlərin, bunu istəyənlərin nə qədərinin övladı özündə qalardı, nə qədər insan valideyn hüququndan məhrum edilərdi? Axı bilirsiniz, məsələn, Avropada əgər valideyn evdə despotluq edirsə, zorakılıq, şiddət göstərirsə, dövlət uşağı sadəcə onun əlindən alır. Görəsən Azərbaycan qəfildən Almaniya kimi bir ölkəyə çevrilsəydi, nə qədər insan zorakılıq, insan şərəfinin alçaldılması kimi məsələlərə görə, cəriməylə, həbslə üzləşməli olardı?

Rəqəmlər sizə də qorxunc görünmürmü?

Ona görə də, demokratiya, insan ləyaqəti və insan hüquqları kimi məsələləri vəd verməzdən, bunları canı-dildən istəməzdən əvvəl yaxşıca düşünmək lazımdır.

Azərbaycanın niyə inkişaf edə bilmədiyinin, bu qədər sərvətlərinə baxmayaraq, niyə yerində saydığının səbəblərini də çox güman, ağlı kəsməyə başlayandan ruhu kastrasiya edilmiş və şəxsiyyətinin qol-qanadı sındırılmış uşaqların içində axtarmaq lazımdır.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör