Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əl Cahizin “Təkamül” ideyeası

AzLogos AzLogos
Elm
01 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Banner may
Paylaş

Darwindən min il əvvəl “Təkamül” ideyasını irəli sürən müsəlman alim – Bəsrəli Əl Cahiz

Charles Darwinin «Təbii seçmə» (seleksiya) adını verdiyi bir proses nəticəsində dünyadakı canlı növlərinin zamanla dəyişdiyini iddia edən «Təkamül Nəzəriyyəsi», bəşəriyyətin canlılar aləminə baxışını kökündən dəyişərək müasir elmə təkan verən məhək daşlarından biri oldu.

1859-cu ildə «Növlərin Mənşəyi» («On the Origin of Species») adlı əsərində Charles Darwin “təkamül”ü, növlərin xüsusiyyətlərinin nəsildən-nəsilə ötürməsi zamanı meydana gələn irsi fərqlənmə kimi təsvir edir və nəticədə ortaq bir növdən necə fərqli növlərin meydana çıxdığını dilə gətirir. Amma tarixi bir az diqqətlə incələsək, «Təkamül nəzəriyyəsi»nin özünün də tarixi kökləri olduğunu görə bilərik. Onları İslam dünyasında tapmaq mümkündür.

“Təbii Seçmə”

Charles Darwindən, təqribən, min il əvvəl indiki İraqın Bəsrə şəhərində yaşayan və Əl Cahiz adı ilə tanınan müsəlman filosof, «Kitab-ül-Hayvan» adlı əsərində heyvan növlərinin «təbii seçmə» adını verdiyi bir gedişatda necə dəyişdiyini izah edir.

Filosofun əsl adı Ebu Osman Amr El Kenani El Basri olsa da, o, tarixdə «irigöz», «dombagöz» mənası verən Əl Cahiz adı ilə qalıb. Adı, bəlkə də, çox xoş səslənmir, amma yeddi cildlik “Kitab-ül Hayvan” əsəri ilə o, artıq elm tarixinin bir hissəsidir, elm adamları arasında buna heç bir şübhə yoxdur.

Əl Cahiz b.e-nın 776-cı ilində İraqın cənubunda, Bəsrə şəhərində anadan olub. Həmin illərdə ərəb fəlsəfə və din alimləri arasında ağıl və məntiqə üstünlük verən «Mutəzilə» hərəkatı yaranmış və güclənməkdə idi. Bu hərəkat dinə və onun ehkamlarına rasional yanaşmanı təşviq edirdi. Təfsir və izahlarda rasional mövqe göstərən bu hərəkat, ağıla və məntiqə uyğun gəlməyən ayələri, hədisləri özünəməxsus izah edir, bu mövqeyi ilə də iqtidardakıların xeyli tənqidinə məruz qalırdılar.

«Abbasilər sülaləsi»-nin ən parlaq dövrləri idi. Bəsrədə yunan filosoflarının əsərləri ərəb dilinə tərcümə olunur, din, elm və fəlsəfə ilə bağlı ciddi fikir mübadilələri edilirdi. Əl Cahizin irihəcmli məşhur “Kitab-ül-Hayvan” əsəri də, məhz, bu intellektual ortamın məhsulu idi.

Sözügedən dövrdə yaradıcılığa təkan verən səbəblərdən biri də çinli tacirlərin Bəsrəyə külli miqdarda gətirib satdıqları «KAĞIZ» idi. Kağız sayəsində fikirlər daha geniş və daha sürətlə yayılmağa başlamışdı. Sözsüz ki, bundan ən çox faydalalanlardan biri Əl Cahiz olmuşdu.

Onun maraq dairəsi çox geniş idi, yaradıcılığı elm – coğrafiya, fəlsəfə, ərəb dili və ədəbiyyatı üzərində qurulmuşdu. Əl Cahizin həyatı boyunca 200-dən artıq əsər yazdığı bilinsə də, onların sadəcə üçdə biri günümüzə çatıb.

Heyvanlar haqqında kitab və «Təkamül» fikirləri

Əl Cahizin “Kitab-ül Hayvan” əsəri 350 fərqli heyvanın təsvir edildiyi ensiklopediya formasında tərtib olunmuşdu. Bu əsərdə müəllifin dilə gətirdiyi fikirlərlə ondan əsrlər sonra yaşamış ingilis alimi C. Darwinin təkamüllə bağlı fikirləri arasında çox bənzərliklər var.

«Canlılar öz varoluşlarını qorumaq, digər canlılara qurban olmamaq və soyunu davam etdirmək üçün daim mübarizə içindədirlər» deyən Əl Cahiz həmin əsərində fikrinə belə davam edir: «Ətraf mühit faktorları canlıların yaşaya və soyunu davam etdirə bilməsi üçün yeni xüsusiyyətlər formalaşdırmasında, beləliklə də yeni növlərə çevrilməsində böyük rol oynayır. Sağqalma uğrunda mübarizədə qalib gələn canlı, bu qabiliyyətini öz xələflərinə ötürür».

Əl Cahiz canlılar aləminin, həyatda qala bilməkdən ötrü sonsuz bir mübarizə içində olduğunu, bəzi növlərin digərlərindən daha güclü göründüyünü açıq-aşkar ifadə edir.

Əl Cahizə görə, həyatda qala bilmək üçün canlılar qidalanmaq, başqasının qurbanı olmamaq və öz soyunu davam etdirmək baxımından daim digərləri ilə mübarizə aparır və bu proses onları bir sonrakı nəsildə bir az da dəyişməyə vadar edir.

Əl Cahizin bu fikirlərinin, müsəlman dünyasının ondan sonrakı böyük düşüncə adamlarına – Əl Fərabi, Əl Ərəbi, Əl Biruni və İbn Halduna təsiri açıq hiss olunur.

Pakistanın «mənəvi atası» deyə anılan Muhammed İqbal 1930-cu ildə yayımlanmış külliyatında «Canlıların həyatında köçlər və ətraf mühitin dəyişməsi ilə meydana gələn dəyişikliklərə ilk dəfə diqqət çəkən Əl Cahiz olmuşdur» deyərək, «təkamül nəzəriyyəsi»-ndə onun mövqeyini və əhəmiyyətini ifadə edir.

Bu cür fikirlərə baxmayaraq, Darwinin ərəb dilini bildiyi və ya Əl Cahizin əsərlərindən xəbərdar olduğu ilə bağlı əlimizdə heç bir fakt yoxdur.

Haqlı olaraq «Təkamül Nəzəriyyəsi»-nin yaradıcısı illərini səyahət etməklə keçirib təbii yaşamı izləyən, müşahidələrinin nəticələri əsasında yaratdığı nəzəriyyəni hamının anlaya biləcəyi mükəmməl dillə izah edən, canlılar aləmi ilə bağlı fikirlərimizi kökündən dəyişən C. Darwin hesab olunur. Amma BBC radiosu üçün «İslam və Elm» adlı sənədli serial hazırlayan Ehsan Masoodun vurğuladığı kimi, «Təkamül Nəzəriyyəsi»-nə öz töhfəsini verən başqa insanları da xatırlamaq çox önəmlidir.

«Kreasionizm» nəzəriyyəsi məşhur deyildi

Ehsan Masood əlavə olaraq qeyd edir ki, Əl Cahizin yaşadığı IX əsrin Bəsrəsində və ya Bağdadında, yəni həmin dövrün İslam mədəniyyəti baxımından öndə gələn fikir mərkəzlərində «Yaradılışçılıq» o qədər də geniş yayılmış, güclü nəzəriyyə deyildi. Masood, Əl Cahizlə bağlı «Guardian» qəzetinə yazdığı bir məqalədə bu fikrini belə izah edir: «Alimlər dini mətnlərdəki hər sətirə saatlarla baxıb onların təbii, real aləmin müşahidəsinə əsaslanan faktlara, bilgilərə uyub-uymadığını incələməklə məşğul olmurdular. Bunun yerinə faktı, bilgini özləri əldə etməyə can atırdılar».

Böyük İslam alimi Əl Cahizin ölümü də, bax, beləcə – faktı, məhz, özü əldə etməyə çalışdığı anda baş vermişdi. Deyilənə görə, Əl Cahiz 92 yaşında olanda kitab rəfinin üst gözündən kitablarını götürməyə çalışarkən onlar üzərinə aşıb və alim dünyadan köçüb.

Məqaləni BBC Elmdən tərcümə edən Abbas Atilay

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör