Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mamba out…

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
27 Yanvar 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Kobe Bryant
Paylaş

Böyük ehtimalla ABŞ-da baş vermiş hansısa helikopter qəzası və dörd nəfərin ölümü dünya üçün önəmli xəbər olmazdı. Uzaqbaşı günün xronikasına adi statistika kimi düşə bilərdi, amma bu helikopter bir əfsanəyə aiddirsə və ölənlərdən ikisi də o və qızıdırsa…

Ötən gecə bir anda bütün dünyanın gündəmi bu xəbər oldu. Əfsanəvi basketbolçu, təkcə NBA-in deyil, dünya idmanının ən önəmli fiqurlarından biri Kobe Bryant helikopter qəzasında yanındakı dörd nəfərlə birlikdə vəfat edib.

Sonradan yanındakılardan birinin qızı Gianna olduğu açıqlandı.

Kobe 20 illik möhtəşəm karyeraya malik əfsanə idi. 1996-cı il “draft”ında “Şarlotta Hornets” tərəfindən 13-cü sıradan seçilsə də, bu komanda ilə heç bir oyuna çıxmadan “Los-Anceles Leykers”ə verilmiş və inanılmaz 20 illik dönəm beləcə başlamışdı.

Kobe bu komandanın heyətində 5 dəfə NBA çempionluğu, ABŞ millisi ilə isə iki dəfə Olimpiya birinciliyi qazanmışdı.

Onu saysız-hesabsız şəxsi rekordları, uğurları ilə xatırlayacağıq. “Black Mamba” ləqəbli Bryantın NBA tarixinin ən çox xal toplayan ən yaxşı üçüncü basketbolçusu, 30 min xal həddini aşan ən gənc oyunçu, bir matçda ən çox xal toplayan ikinci basketbolçu, dəfələrlə həm normal mövsümün, həm də pley-offların ən dəyərli oyunçusu (MVP) və digər şəxsi uğurları var idi.

Kobe bir nəslə basketbolu sevdirən adam idi. Hətta rəqib komanda azarkeşləri tərəfindən də sevgi və hörmətlə anılmaq hər idmançıya nəsib olmur.

İqtisadiyyat kitablarında fürsət xərcinə (opportunity cost) dair “case study”lərdə Kobenin kareyası nümunə kimi göstərilir. Yəni, Kobe Bryant orta məktəbi əla göstəricilərlə bitirməsinə baxmayaraq, hanısa bir universitetə qəbul olmaq və diplom almaq əvəzinə basketbolçu olmağı seçir və beləliklə də daha zəngin və məşhur biri olur.

Kobe Bryant hətta kiçik məsafəli yollar üçün avtomobil əvəzinə daha çox helikopterdən istifadə etdiyinə görə müxtəlif dövrlərdə jurnalistlərin və azerkəşlərinin iradları ilə rastlaşırdı. O isə zamanın qiymətli olduğunu bildirirdi.

2009-cu ildə olan müsahibəsindən:
“Kaliforniyada evimlə iş arasında məsafə 49 mildir, tıxac zamanı hətta ferrari ilə də getsən 10 saatdan çox vaxtın gedir. Tez çıxsan, oyuna yorğun gedirsən. Əgər oyundan ildə 23 milyon dollar qazanırsansa, o zaman helikopterdən istifadə olduqca praktikdir.”

Düşünmək olar ki, Kobe Bryant başqa bir peşə seçsəydi, bəlkə də bu qədər zəngin və ya məşhur olmazdı, helikopter əvəzinə avtomobil və ya avtobusdan istifadə edərdi və belə bir qəza da olmazdı. Ancaq o zaman da 5 qat NBA çempionu Kobe Bryant da olmayacaqdır.

2016-cı il, aprelin 13-də karyerasının son matçında “Yuta Cazz”la oyunda topladığı 60 xal və yubiley nitqi illər keçsə də, həmişə yaddaşlarda qalacaq.

Son nitqində onu sevənlərə, ailəsinə, azarkeşlərə, komanda yoldaşlarına təşəkkür edən Kobe sözlərini belə bitirmişdi: “Mamba out”.

Karyerası boyunca məşqlər, oyunlar səbəbindən ailəsi ilə kifayət qədər maraqlana bilmədiyi və onları yalnız qoyduğu üçün həyat yoldaşından üzr istəyən Mamba onları yenə tək qoydu.

Kobe təkcə “Leykers” azarkeşlərinin deyil, bütün idmansevərlərin, NBA fanatlarının, basketbol vurğunlarının kumiri, sevimlisi idi.

Rest in Peace, Mamba.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör