bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Molla Nəsrəddin” yoxa çıxan “ikinci Sabir”ini necə tapdı?

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
21 Yanvar 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Elnur astanbəyli 696x471
Paylaş

“Molla Nəsrəddin”çilərin izi ilə…

Çoxdur məşəqqəti gözü açıqlığın, inan,

Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!

Bu misraların müəllifi haqqında ədəbiyyat tariximizdə, bir qayda olaraq, “ikinci Sabir” kimi danışırlar.

Əslində onun bu cür tanınmaq niyyəti heç vaxt olmayıb, lakin bu da faktdır ki, son 100 ildə azərbaycanlıların bir azca satirik qələmi olan hər kəsi “ikinci Sabir”, yaxud “dövrümüzün Sabiri” adlandırmağa tükənməz bir həvəsi var. Guya “birinci Sabiri” – Mirzə Ələkbəri oxuyub ta nətəri dərs çıxardılar, ibrət aldılar, cahilliyin, xürafatın, mövhumatın daşını necə atdılar, qaldı digər “Sabirlər”…

Üstəlik, ən komiki, bir az da konkretləşdirsək, tragikomiki odur ki, camaatımız lağlağı yazan hər kəsi “yeni Sabir” kimi damğalamaqdan ötrü sinov gedir. Lakin bu “sabirlərin” yazdıqlarını götürüb oxuyursan və əksər hallarda əlin üzündə qalır: baxırsan bəzilərində pis-yaxşı satira var, ictimai-siyasi, sosial tənqid hədəfi var, ancaq bir çox hallarda tənqid obyekti ya kökündən yanlışdır, aqrar təfəkkür və qatı mühafizəkar, kəskin mental ümumiləşdirmə üzərində inşa edilib, məsələn belə: “Qızlarımız lüttənib, oğlan da it günündə…” (Baba Pünhan), bəziləri isə hər hansı ictimai-siyasi, yaxud sosial məzmundan, ümumiyyətlə, uzaqdır, dar, məhəlli sərhədlərdən, sataşmalardan kənara çıxmır. Ki, belələrinə də “satira” demək yerli-dibli doğru deyil.

Sabirin üstünlüyü onda idi ki, onun satirası sistemli idi, tənqid hədəfi aydın və konkret idi; misal üçün, insanların nə geyinib-gecindiyi onun üçün heç nə ifadə etmirdi, bütün üsyanı şüurların qaranlığa gömülməsinə qarşı yönəlmişdi.

Bu mənada ədəbiyyatımızda “ikinci Sabir” axtarışı mənə həmişə yersiz, mənasız, populist görünüb.

Söhbət hətta yazımızın əvvəlində iki misrasını oxuduğunuz Əli Nəzmidən gedirsə belə!

Halbuki əksəriyyətin fikrincə, Azərbaycan satirası tarixində istər yaradıcı istedadı, istərsə də yazdıqlarının bədii keyfiyyəti etibarilə Mirzə Ələkbərə nisbətən yaxınlaşan məhz o olmuşdu…

Kim idi Əli Nəzmi?

O, 1878-ci ildə Gəncə şəhəri yaxınlığındakı Sərab kəndində yoxsul ailədə doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra rus-tatar məktəbində oxuyub. Atasının vəfatının ardından güzaranının ağırlaşması ucbatından Orta Asiyaya yollanır, Buxara və Səmərqənd şəhərində iki il tacir dükanında şəyirdlik edir. Elə həmin illərdə mütaliə ilə ciddi məşğul olur, xüsusilə klassik Şərq ədəbiyyatını dərindən öyrənir.

“Bikəs” (“Kimsəsiz”) təxəllüsü ilə şeirlər yazmağa başlayan Əli Nəzminin ilk mətbu əsəri “Kənddə ibtida” adlanır və 1904-cü ildə “Şərqi-rus” qəzetində dərc olunur.

Sonralar “Məşədi Sijimqulu”, “Kefsiz”, “A.S.Əlidəyənəkli”, “Həcamətverdi”, “Sərsəri”, “Qanacaqsız”, “Şallax”, “Qoca zığ-zığ” kimi müxtəlif imzalarla savadsızlıqdan tutmuş çar mütləqiyyətinə qarşı bir çox mövzularda satirik şeirlər yazıb və çap etdirib.

Azərbaycanın sovetləşməsinin ardından Gəncə məktəblərində müəllimlik edib, “Yeni Gəncə” qəzetində işləyib (1924-1926), bir müddət sonra Bakıya köçüb, öncə burada “Kəndli” qəzetində çalışıb, sonra isə “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib işləyib – 1926-cı ildən 1931-ci ilədək!

Azərbaycanda ilk mənzum memuarı – “Keçmiş günlər”i məhz Əli Nəzmi, 1944-cü ildə yazıb. Bu əsər ədəbiyyat və mətbuat tariximizin önəmli bir dönəmi haqqında bizə xeyli maraqlı bilgilər verir.

Əli Nəzminin həyatındakı mühüm dönüş nöqtələrindən biri onun Tiflisə ikinci gəlişi zamanı baş verir. İlk gəlişində “Şərqi-rus” qəzetinin redaksiyasına qonaq olan Nəzmi, növbəti səfəri zamanı isə “Molla Nəsrəddin”in naşirləri – Mirzə Cəlil və Ömər Faiq Nemanzadə ilə ilə tanış olmaq imkanı qazanır. Bu tanışlıq möhkəm dostluğa çevrilir. O, tezliklə “Molla Nəsrəddin”in ən istedadlı müəllifi kimi ad çıxarır.

İş o yerə çatır ki, bir çoxları hətta Nəzminin satiralarını Sabirin şeirləri ilə qarışdırırlar, bu zaman köməyə onların fərqli gizli imzaları çatırdı.

Sonralar Nəzmi “Molla Nəsrəddin” jurnalının öz taleyindəki misilsiz rolunu belə qiymətləndirəcəkdi: “Mübaliğə olmasın, deyə bilərəm ki, əgər “Molla Nəsrəddin” məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. “Molla Nəsrəddin”in bizim boynumuzda çox böyük haqqı vardır”.

1914-cü ildə “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirov Əli Nəzmiyə məktub yazaraq onu əməkdaşlığa dəvət edir. Bu dəvətə “Yox!” deməyən Nəzminin “Məzəli”də işıq üzü görən ilk satirası böyük rəğbətlə qarşılanır. Hətta o iş o yerə çatır ki, Haşım bəy şairi həmin dövr üçün kifayət qədər yüksək məbləğ sayılan 20 manat pulla mükafatlandırır. Deyilənə görə, bu, uzun illərdir qəzet və jurnallarda çap olunan Nəzminin ilk qonorarı imiş…

Ümumiyyətlə, Nəzminin imzasını biz istər Azərbaycanın sovetləşməs (1920-ci il), istərsə də ondan sonrakı dövrün əksər aparıcı qəzetlərində görürük. Bununla belə, o, heç şübhəsiz, ilk növbədə “Molla Nəsrəddin”çi idi və təqaüdə məhz “Molla Nəsrəddin”dən çıxması da (sonralar bir çox nəşrlərlə əməkdaşlıq etməsinə baxmayaraq!) bu mənada xeyli simvolikdir.  

Əli Nəzminin adıçəkilən dərgi ilə bağlılığından danışarkən maraqlı bir faktı xatırlamamaq mümkün deyil.

1916-cı ildə görkəmli satirik Gəncə şəhərinə köçmüş, elə həmin vaxt Mirzə Cəlil ona məktub yazaraq Tiflisə dəvət etmişdi. Lakin Nəzmi yeddi nəfərdən ibarət bir ailə ilə Tiflisdə dolana bilməyəcəyini düşünür, Mirzə Cəlildən üzr istəyərək gələ bilməyəcəyini söyləyir.

Aradan 6 il keçdikdən sonra isə tam əksi yaşanır: 1922-ci ildə “Molla Nəsrəddin”in Bakıda çap olunan dördüncü sayında kiçik bir elan yerləşdirilir: “Kefsizə. Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimqulunu). Harada olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez vəqtdə öz lətafətli şerləri ilə məcmuəmizi zinətləndirəcəkdir”.

Bu elanı görən Əli Nəzmi “Molla Nəsrəddin”lə əməkdaşlığı bərpa edir, onu şeirləri adıçəkilən dərgidə yenidən işıq üzü görməyə başlayır.

Sonralar satirik yaradıcılıqla yanaşı, Nizamidən, Firodvisdən, Krılovdanb tərcümələr edir. II Dünya müharibəsi illərində alman faşizmini ələ salan şeirlər qələmə alır.

Və müharibədən cəmi bir neçə ay sonra, 1946-cı il yanvarın 4-də, Bakıda vəfat edir.

Bu Sabirdən sonra Azərbaycan satirik şeirinin ikinci (və bəlkə də sonuncu!) nəhəng itkisi idi…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör