bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Edam cəzası olsun, olmasın?

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
14 Yanvar 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Prison cell 1280jpg e939ba
Paylaş

Tibb elminin borcu insanı fiziki cəhətdən yaşatmaqdır. Di gəl ki vaxtilə, hardasa 300 il əvvəl Avropada edam hökmlərinin icrası məqsədilə istifadə olunan alətin – gilyotinin təkmilləşməsi birbaşa tibb elminin, bir az da dəqiqləşdirsək, əslən fransız olan Gilyotin adlı həkimin adı ilə bağlıdır.

Nə etməli, bəzən tarix və tale bəşəriyyətlə bu cür amansız zarafatlar etməyi sevir…

***

Hazırda Azərbaycanda edam hökmü ləğv olunub, əvəzində isə o, günahlı-günahsız, savadlı-savadsız, pis-yaxşı arasında fərq qoymadan başqa qiyafələrdə, tutaq ki, həkim libasında ortaya çıxır: məsələn, vətəndaşın zədələnmiş ayağı dura-dura salamat ayağını kəsir, ağrıyan yerindən öncə cibinə baxır, yanlış diaqnoz qoyur, apteklərlə əlbir işləyir və s. və i.a.

Daha dəhşətlisi odur ki, camaatımız müxtəlif sahələrdə (səhiyyə, məhkəmə, təhsil və s.) bu kimi adi (amma qorxunc!) həqiqətlərin fərqində deyil, ya da zərbə özünə dəyməyənəcən onu görməzdən gəlir, ciddiyə almır, ancaq…

Ancaq yekə-yekə asqırmaqdan da özünü saxlaya bilmir!

İcazə verin, konkretləşdirim: Tovuz rayonunda, Quşçu Dondar kəndində 10 yaşlı Nərmin qızımızın faciəvi, tükürpədici ölümü – qətli, şübhəsiz ki, hamımızı sarsıtdı. Hamımızı şoka saldı, tüklərimizi ürpəşdirdi, hamımızı cin atına mindirdi. Haqlı olaraq da qəzəbimizi ifadə edəcək cümlə tapa bilmirik – sözün bitdiyi yerdəyik! Şəxsən mən, Nərmindən cəmi üç yaş böyük olan bir qız övladının atası kimi günlərdir dəhşət içində çırpınıram.

Lakin gəl gör ki bu vurhavurda baş verən cinayətlə bağlı (misal üçün, gerçək qatil və ya qatilin gerçək kimliyi, qızımız itkin düşdüyü 40 gündən bəri hüquq-mühafizə orqanlarının nə qədər peşəkar davrandığı, medianın bu vəhşəti tiraj, reytinq yığmaq fürsətinə çevirməsi və s. haqda) çoxsaylı suallar cavabını gözləyərkən dövriyyəyə “edam hökmünün bərpa edilməsi” təklifi buraxılır. Kütlənin mütləq qismi həmin təklifi qeyd-şərtsiz dəstəkləməkdədir, üstəlik, çox acınacaqlıdır ki, Azərbaycan cəmiyyətinin az-çox sağlam hissəsindən də buna dəstək verənlər az deyil.

Bir yandan baxanda başadüşüləndir: azyaşlı Nərminə qarşı terror aktı (bəli, qətl deyil bu, məhz və birbaşa terror aktıdır!) insanlarda şok effekti yaradıb, onların əsəblərini tarıma çəkib, acığını, qıcığını alovlandırıb. Kütlə, haqlı olaraq, inanılmaz qəzəblidir – terrorçunun ən ağır şəkildə cəzalandırılmasını istəyir.

Ancaq bu “ən ağır cəza”, doğrudanmı, edam hökmü olmalıdır?!

Qısa arayış: bu sətirlərin müəllifi, hətta bir çox inkişaf etmiş ölkələrdə də tətbiq edilməsinə baxmayaraq, edam hökmünə qarşıdır. Bir çox səbəblərim var, başlıcası budur: bu hökm nəinki avtoritar, hətta lap kifayət qədər demokratik ölkələrdə tətbiq olunsa belə, nəzərə almaq lazımdır ki, ideal mühakimə – utopiyadır!

İki xəbərə göz ataq. Bunlardan biri demokratik idarəetmədən uzaq Çinə aiddir: 2014-cü ildə yayılan həmin xəbərdə deyilirdi ki, Çin məhkəməsi 18 il öncə çıxarılmış ölüm hökmünü ləğv edib. Belə ki, Çinin Daxili Monqolustan Muxtariyyətinin məhkəməsi 1996-cı ildə yeniyetmə oğlanı cinsi təcavüz və qətlində günahkar bilərək, barəsində ölüm hökmü çıxarıb. Hökm icra olunub. Lakin ardıcıl olaraq belə zorlamanı törədənin etirafı bu cinayət işinə yenidən baxılmasına səbəb olub.

Çin Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu hadisə ölkənin bütün məhkəmə sisteminə təsir göstərməli, prokurorluq və polis saxta ittihamlardan çəkinməlidir.

Digər xəbər “demokratiyanın beşiyi” kimi təqdim edilən ABŞ-dandır. Yuxarıdakı ilə eyni tarixdə – 2014-cü ildə yayılan həmin xəbərdə deyilirdi ki, 1944-cü ildə Cənubi Karolina ştatında elektrik stuluna bağlanaraq edam edilən 14 yaşlı qaradərili yeniyətmənin 70 ildən sonra təqsirsiziyi sübut olunub və ona bəraət verilib.

Bu yerdə yada məşhur bir kəlam düşür: “Gecikmiş ədalət – ədalət deyil!”

Xəbərə qayıdaq: Birləşmiş Ştatlar vətəndaşı olan 14 yaşlı qaradərili yeniyetmə Corc Stinni 1944-cü ildə iki azyaşlı qızı öldürməkdə təqsirli bilinərək edam edilib. Üstəlik, oğlanın məhkəməsi cəmi bir gün çəkib və ona apelyasiya şikayət vermək üçün fürsət tanınmayıb. Yeniyetmə Con XX yüzillikdə ABŞ-da edam edilən ən az yaşlı şəxs olub.

Stinninin cinayət işinə 2014-cü ilin yanvarında yenidən baxan və onun edamı ilə nəticələnən ittiham üzrə günahsızlığını ortaya çıxaran hakim Karmen Mullen ABŞ məhkəməsinin bu qərarını ömründə şahidi olduğu ən böyük ədalətsizlik adlandırıb…

Fikrimcə, niyə edama qarşı olduğumu anlada bilmək üçün çoxsaylı nümunələr içindən elə bu iki örnək kifayət edir.

Günümüzdən baxdıqda, gilyotin – bəşəriyyətin tarixi və bədii yaddaşında daha çox azadlıqlar, hüquqlar uğrunda mübarizlərin cəzalandırılmasını ifadə edir. Odur ki, ilk baxışdan (bir daha vurğulayıram: ilk baxışdan!) Nərmin qızımıza qarşı teraktdan danışanda onu xatırlatmaq yersizdir, hətta bu sətirlərin müəllifinin, bir növ, ayıbı da saya bilərsiniz, ancaq səbrli olsanız, nə demək istədiyimi anlatmağa çalışacam. Edam hökmünün bərpasını arzulayarkən, tələb edərkən belə bir sıradan həqiqət də əsla və əsla unudulmamalıdır: bəlkə də edam cəzası nə vaxtsa həqiqətən cinayətkarlığın ağır formada cəzalandırılması məqsədilə son çarə (!) olaraq meydana çıxmışdı, ancaq zaman keçdikcə mahiyyətini tədricən və köklü şəkildə dəyişdi, daha çox avtokrtatik rejimlərin, taxt-tac hərisi olan hökmdarların, imperatorların, padşahların əlində öz rəqiblərini, müxaliflərini, bir sözlə, şəxsi düşmən kimi gördükləri hər kəsi məhv etmək vasitəsinə çevrildi.

Bir anlıq düşünün: ölkədə nə polisə, nə prokurorluğa etimad var, nə də camaat məhkəmələrin ədalətliliyinə inanır, bununla belə, əksəriyyət hesab edir ki, edam hökmü bərpa olunmalıdır! İnsafla deyin: axı bu nə qədər məntiqlidir?!

Lap deyək ki əksəriyyətin tələbi, arzusu həyata keçdi: edam hökmü bərpa olundu, bəs ən elementar hüquqların təmin edilmədiyi bir məmləkətdə bu hökmün həqiqətən cinayətkarlara tətbiq ediləcəyinə zəmanət varmı?!  

Elə 10 yaşlı Nərmin qızımızla bağlı baş verənlərdən yola çıxaq: bir tərəfdən qətldə təqsirləndirilən şəxsin gerçək cinayətkar olduğuna şübhə edib, o biri tərəfdən edam hökmü istəmək absurd deyilmi?

Bir tərəfdən Nərminə qarşı teraktın əsl iştirakçı və ya iştirakçılarının gizlədildiyini düşünüb o biri yandan edam hökmü tələb etmək nə qədər doğrudur?

Anlamaq o qədər çətindirmi ki, ən yumşaq tənqidi fikrin “vətənə xəyanət” kimi qarşılandığı, cibə nəşə atmaqla cəzalandırıldığı, hakim siyasət əleyhinə çıxanların “xalq düşməni” kimi damğalandığı bir şəraitdə edamı geri qaytarmağa təşəbbüs etmək – gilyotinə yeni nəfəs vermək kimi bir şeydir.

Anlamaq o qədər çətindirmi ki, hüquqi-demokratik dövlət olmadan Nərminlərimizə qıyanları ən ağır şəkildə cəzalandırmaq vasitəsi kimi düşünülən edam hökmü son nəticədə hakim rejimə xoşuna gəlmədiyi adamları ölümə yollamaq üçün fürsət yarada bilər.

Edamın ictimai-siyasi motivli cəzalandırmalar üçün vasitəyə çevrilməsini bir kənara qoyaq. Ümumiyyətlə, müstəntiqin, prokurorun, hakimin rüşvətlə işlədiyi yerdə edamın, sadəcə, həqiqi cinayətkarlar üçün işləyəcəyinin təminatı ola bilərmi?! Siz doğrudanmı, bilərəkdən adam öldürməyə görə adi hallarda 12-15 il həbs cəzası verildiyi halda qətlə yetirilən sırf hansısa nüfuzlu icra başçısının oğlu, ya da deputatın qardaşıdır deyə ömürlük həbs cəzası verildiyini unutmusunuz?!  

Dediyim odur ki, edamı bu qədər çox istəyirsinizsə, zəhmət çəkin, öncə hüquqi-demokratik dövlət yaradın, ümummilli leksikondan, məsələn, “sifarişli məhkəmə” ifadəsini çıxarın, “işverən”, “üzəduran” sözlərini arxivə göndərin, sonra istəyirsiniz dar ağacı tələb edin, istəyir cəllad kötüyü, istəyirsə də güllələnmə!

***

Yeri gəlmişkən iki məqamı da deyim. Birinci: məsələn, ABŞ kimi hüquq sistemi bizdən xeyli irəlidə olan bir ölkədə son 30 ildə edama məhkum edilmiş və barələrində belə bir hökm icra olunmuş təxminən 200-dək insanın sonradan günahsızlığı ortaya çıxıb (ki, yuxarıda bariz örnəyini yazmışıq!).

Belədə, hazırki şərtlər altında Azərbaycanda edam hökmü tətbiq olunsa, bu, nələrə yol aça bilər, təsəvvür edirsinizmi? 

İkinci: 2019-cu ilin hesablamasına görə, edamların sayına görə dünya ölkələrinin ilk beşliyində Çin var, İran var, Səudiyyə Ərəbistanı, İraq və Pakistan var.

Səmimi deyin: hansınız bu ölkələrdən birinin vətəndaşı olmaq istəyərdiniz? Lap deyək ki, istədiniz, hansınız həmin ölkələrdə edamın qalmasına könül rahatlığı ilə razılıq verərdiniz? Və sonuncu, eyni zamanda əsas sual: dünyanın əksər coğrafiyaları ilə müqayisədə hüquq sistemi xeyli normal işləyən ABŞ-da belə, günahsızlar edam edilə bilirsə, İran və ya Çinlə bağlı vəziyyəti təsəvvür etmək çoxmu çətindir?

Bizi haqlı olaraq hədsiz qəzəbləndirən, təpəmizin tasını atdıran, fiziki və mənəvi baxımdan varlığımız alt-üst edən cinayətlər yaşana bilər (necə ki yaşanır da!), biz də öz hirsimizi soyutmağın, öz qəzəbimizi sakitləşdirməyin, öz ağrılarımızı dindirməyin yolunu edam tələb etməkdə görə bilərik (necə ki görürük də!). Lakin öncə ədalətli idarəetmə yaratmalıyıq. Elə bir idarəetmə ki, orada hətta edam hökmü olsa belə, barı o, gilyotinə çevrilməsin. Canilər və cinayət əməlləri üçün düşünülmüş bu ən ağır cəza metodu, misal üçün, fikirləri və fikir adamlarını ölümə göndərmək vasitəsinə dönməsin – 1930-cu illərin dəhşətli Sovet repressiyasında olduğu kimi…

Edam hökmünü tələb etmək, plüralizm baxımından şübhəsiz ki, bir haqdır, fikir müxtəlifliyinə daxildir, razılaşmasaq da dözümlü yanaşmaq məcburiyyətindəyik, lakin kimsə inciməsin: hüquqi-demokratik idarəçilik yaratmadan bu istək – artıq gilyotini arzulamağa bərabərdir.

Qısası, nə başınız ağrıdım, səhiyyənin sağaltmadığı, əksinə, öldürdüyü; təhsilin savadlandırmaq yerinə savadsızlaşdırdığı; ya da məhkəmənin ədalət dağıtmadığı, tərsinə, siyasi hegemoniyanın əlində cəza alətinə çevrildiyi bir ölkədə kəskin nələrisə tələb və ya təklif edəndə yüz ölçüb bir biçmək lazımdır. Belə ölkələrdə, sadəcə anlıq hisslərdən yola çıxaraq təşəbbüskarlıq göstərmək – daha böyük fəlakətlərə qapı aralamaq kimi bir şeydir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör