bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ermənilər və biz

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
03 Noyabr 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Etwg407595m31
Paylaş

Problemləri palazın altına süpürmək «rahatlığı» milli xarakterə çevriləndə zəruri reaksiyalar gecikir, “irinləmə” başlayır. Tək Qarabağ məsələsində yox, hər işdə problemlərin üstünü örtməyə meylliyik. Problemlərin açıq müzakirəsi və həll yollarının axtarılması bizlik deyil. Təsəlli olacaqsa, bəzi şeyləri bilməyi özünə qəsdən qadağan etmiş tək xalq biz deyilik, ermənilər də eyni gündədir. Özünürefleksiyası zəif olan xalqların ortaq dərdidir.

Reallıqla hesablaşmaq, reallığı dərk etmək öz-özlüyündə cəsarət işidir. Deyilə bilər ki, daxili hesablaşma üçün zaman yetişməyib. Ola bilər, amma biz yenə də sözümüzü deyək, tarixdə qalsın. “Erməni düşməndir, pisdir, qatildir” xrestomatiyası ilə işim olmayacaq, mövzu bu deyil. Hadisələrə real qiymət vermək istəyən və bu məsələdə köməyə ehtiyacı olan azlıq ola bilər, məqsəd onlara problemi sistemləşdirmədə kömək etməkdir. Çünki, burada axsayırıq, problemi sistemləşdirə, adını qoya bilmirik. Daxili hesablaşmanı gələcək nəsillərə ötürmək lazım deyil, hesablaşmanı tezləşdirmək lazımdır. Bəzi şeyləri açıq danışmağın vaxtı çoxdan yetişib.

***

Biz lap başdan, bir neçə məşum səhvə yol verdik. Buradakı “səhv”i hərfi yox, şərti başa düşmək lazımdır, nitqin köməkçi hissəsi, nə bilim ədat kimi, ürəyiniz istəyirsə. Buna “labüdlük” də deyə bilərsiniz, ya da “obyektiv proses”, yaxud “seçimimiz yox idi”. Aşağıda toxunacağım bütün “səhvlər” haqqında “tarixin obyektiv axışıdır” da demək olar. Bunları mübahisələndirməyəcəm.

Zənnimcə, birinci səhvimiz, ermənilərin qaydaları əsasında, yad meydançada oynamağımız oldu. Bu münaqişədə ən güclü, ən gerçək arqument kimi tarixə istinad etdik. Biz özümüzə, ermənilərə, prosesi izləyənlərə, arbitrlərə sübut eləməyə çalışdıq ki, Qarabağ ermənilərə nə qədər məxsus deyilsə, bir o qədər Azərbaycana məxsusdur. Halbuki, bu əlaqəni qurmaq lazım deyildi. Yanında “erməni Qarabağı”nın olub-olmamasından asılı olmayaraq biz, Azərbaycanın Qarabağından danışmalıydıq. Biz, “Qarabağ ancaq o halda Azərbaycanın ola bilər ki, tarixboyu heç vaxt ermənilərin olmamış olsun” asılılığını yaratmaqla, özümüzü tələyə saldıq.  

Bütün üsul və vasitələrdən eyni anda, dərhal istifadə etdik. Elə bir eklektika yaratdıq ki, dünyada analoqu yoxdur. Ötən əsrin 60-70-ci illərinə aid tarixi konsepsiyalar, Ziya Bünyadovun birmənalı olmayan irsi, albançılıq, türkçülük, indi də azərbaycançılıq – biz, bunların hamısından əcaib bir salat düzəltdik, indi də yeyə bilmirik.

Qarabağın ermənilərə heç bir aidiyyatının olmadığını sübut etməyin bəlkə də ən uğursuz yolu, Qarabağ ərazisindəki bütün xristian mirasının albanlara məxsusluğunda, albanların isə biz olmağında israr etməyimiz oldu. Çoxmillətli ölkənin bütün vətəndaşlarını gah alban, gah türk adlandırdıq. Türkiyənin dəstəyini almaq üçün türk-islam sintezinin emissarlarına ölkənin qapılarını açdıq. Əvvəldə ona görə dedim ki, bütün bu vurnuxmalara çox şərti olaraq “səhv” demək olar, bunlar dövrün zərurətləri idi.

Şəxsi xatirəmi paylaşım, icazənizlə. 2000-lərin birinci yarısında Bakıda, bankda işləyən ortayaşlı, rusdilli bir cənabla erməni kilsəsinin yanından keçdiyimiz zaman, mənim kilsəyə aid bir replikama gözlənilmədən tez etiraz etdi: “erməni yox, alban kilsəsi!” Sonra da təəssüfləndi ki, mənim kimi “ağıllı və savadlı” bir gənc, məbədi erməni kilsəsi adlandırır. Soruşdum “bir-birimizi aldatmağın mənası nədir?”. Dedi “mənə maraqlı deyil, alban kilsəsidir vəssalam. Belə deyilməlidir, erməni kilsəsi demək, ermənilərin dəyirmanına su tökməkdir…”

XIX əsrdə tikilən Müqəddəs Maarifləndirici Qriqori kilsəsi ermənilərin milli fetişi qədimlik sınağından çıxa bilməyəcək qədər gənc abidədir və onun erməniliyindən şübhə etmək qəribədir. Ədalət naminə deməliyəm ki, kilsəni eramızdan əvvəl təqribən IV-III əsrlərə aparıb çıxaran və albanlara hədiyyə edən fantastik vətəndaşların sayı çox deyil Azərbaycanda, istisnalarla da hökm vermək olmaz. Yaxşı, gəlin hökm verməyək, keçək növbəti ciddi səhvimizə.

Nədənsə münaqişənin lap başlanğıcından ermənilərin iqnor edilməsi və dehumanizasiyası başladı. Münaqişə başlayandan indiyə qədər ermənilər haqda söhbətlər tabu sayılır. Rəsmi, qeyri-rəsmi, açıq, gizli, amma hər zaman yasaq. Biz, bütünlükdə erməni gerçəkliyini inkar etdik. Elə bil ermənilər hansısa layihə, hansısa sui-qəsd planının tərkib hissəsiydi. Bizim üçün ermənilər bir xalq, bir vahid, öz həyatları və problemləri olan insanlar topluluğu, münaqişə tərəfi yox, üçüncü qüvvələrin bizə təzyiq alətidir. Burada biz, milli fatalizmlə konspiroloji nəzəriyyələri bir-birinə qatıb-qarışdırmışıq. Ermənilər haqqında bizə göstərilənlə kifayətlənmişik, alternativlərlə maraqlanmamışıq. Heç vaxt onlar kimi düşünməyi bacarmamışıq və bunu hələ də öyrənməmişik. Bizdə ermənilər kimi düşünə biləcək adamlar yoxdur. Söhbət empatiyadan yox, daha böyük, daha əhəmiyyətli bir şeydən gedir.

Ermənilərin bizdəki obrazı nədir? Hind melodramlarındakı haqsız olduğunu bilən mənfi qəhrəmanlar kimi, öz haqsızlığından, əclaflığından, dəyyusluğundan, hiyləgərliyindən, qəddarlığından, ədalətsizliyindən, riyakarlığından həzz alan, canavar dişləri ilə qəhqəhə atan Mister Braqanza. Biz, tanklarımızın üstündə Qarabağa girdiyimizi xəyal edərkən, yalanlarının ifşa olunduğunu anlayan ermənilərin, hər şeylərini ataraq dabanlarına tüpürüb qaçdıqlarını təsəvvür edirik. “Axı onlar yalançı olduqlarını, haqsız olduqlarını özləri də bilirlər. Onlar bilirlər ki, layihədirlər, plandırlar, alətdirlər…”

Bu stereotiplərin, fantomların fəsadları nədir? Sualı eşidən kimi oluram deyə, cavab verirəm – bütün bunlar, Qarabağ tarixinin “erməni səhifələri”ni istisna etməyimizə səbəb olur. Biz, ermənilər üçün nəyinsə prinsipial ola biləcəyinə, onlar üçün dini, mənəvi əhəmiyyət kəsb edə biləcəyinə sadəcə inanmırıq. Biz inanmırıq ki, ermənilər Qarabağdakı kilsələri sevirlər, inanmırıq ki, o kilsələrlə özləri arasında bağ hiss edirlər. Uydurma yox, canlı bağ. Biz, ümumiyyətlə, belə bir şeyi təsəvvürümüzə də gətirmirik. Çünki ermənilərin əhval-ruhiyyəsini aydın təsəvvür edə bilmirik. Onların ruh halından xəbərsizəmsə, nəyə hazır olub-olmadıqlarını hardan biləcəyəm? Azərbaycanda bu gün ən azından yüzlərlə tələbə erməni dili və ədəbiyyatı, ermənişünaslıq üzrə ixtisaslaşmalı ikən, ölkədə bu sahədə heç bir ciddi iş aparılmır.

Ona görə də bu gün Azərbaycan bir layihə ilə, plan ilə, alət ilə müharibə şəraitindədir.

***

İnformasiya müharibəsi gedirsə, informasiya müharibəsini peşəkar qurun. Nə üçün bizdəki informasiya müharibəsinin hədəfi azərbaycanlılar olmalıdır? Bizim adamları Zori Balayan və Silva Kaputikyanın filan-filan kitablarında körpə türk uşaqlarının şişə keçirilib kabab edilməsinin təsvirlərinin olduğuna inandırmaq hansı zərurətdən doğur? Olmayan kitablarda olmayan sitatlar uydurmaqla dünyanı çaşdırmağı hədəfləyirlərsə, deməli informasiya müharibəsi çox pərakəndə aparılır və qeyri-peşəkarların, təsadüfi adamların əlindədir.

Daxili auditoriyaya ünvanlanmış antierməni propaqandasının keyfiyyətindən danışmazdan əvvəl, gərək daxilə hesablanmış antierməni propaqandasının ümumiyyətlə hansı zərurətdən yarandığını başa düşək. Bəlkə azərbaycanlıların erməniyə nifrət üçün əlavə materiala, səbəbə, dəlilə, propaqandaya ehtiyacı var? Yoxsa ermənilərə lazımından az nifrət edilir və dövlət baba zaman-zaman nifrətin dozasını qaldırmalıdır ki, çox nifrət edilsin? Ermənilərə çox ciddi, əsaslı, fundamental nifrət edilməlidir?

Başı qumun içində, dalı dünyanın gözü qabağında. Bizi bu pozaya özümüzdən başqa heç kimin inanmadığı uydurmalar, informasiya müharibəsindəki tonlarla ehtiyatsızlıq qoyub.

***

Dərin məğlub kompleksi olan cəmiyyətlə işləmək, ona nəsə izah etmək çox çətin, hətta imkansızdır. Nəhəng ideyaları ilə ermənilər, özlərini də, bizi də əbədi ədavətə, nifrətə məhkum ediblər. Ermənilərin tək ümid yeri zamandır. İşi zamanın öhdəsinə buraxıb, özlərini nəsil dəyişikliyinə hesablayıblar. İnanırlar ki, yarım əsrdən çox de-fakto özbaşına qalan ərazinin de-yure tanınması da çətin olmayacaq. Bir yanda da, uduzduğunu bilən, ciddi məğlub kompleksindən əziyyət çəkən və revanş istəyən azərbaycanlılar var. Disbalans həddən artıq böyükdür.

Belə bir şəraitdə nə etmək olar?

Gərginlik aradan qaldırılmadan, heç nə. Gərginlik qala-qala üçüncü onillikdir danışıqlar, müzakirələr gedir, variantlar hazırlanır, insanlar ölür. Bu konfliktə, onun mental əsiri olmayanlar qalib gələcək, yəni növbəti nəsillər. Azərbaycanın isə işi zamana buraxmaq kimi rahatlığı yoxdur, problemi daim canlı tutmalıdır – həm daxildə, həm xaricdə. Amma bizim insanlarda Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı illüziya da yoxdur, ona görə də problemin həllinə gətirib çıxaracaq bütün zəminlər qapadılıb.

Dediyim kimi, disbalans çox böyükdür. Obyektiv olaraq deyə bilərik ki, bir neçə rayon geri qayıtmadan perspektivə heç nəyi planlamaq mümkün deyil, gələcək qeyri-müəyyən qalır. Mənim üçün yeganə mümkün variant, alternativsiz yol diplomatik danışıqlardır. Uzun çəkə bilər, amma daha yaxşı variantdır, çünki qan tökülməyəcək. Amma hər şey də məndən asılı deyil.

Yalnız məğlub kompleksi azalarsa humanitar əlaqələrin qurulmasına keçmək; mədəni, tarixi ortaqlıq, anlayış, dialoq kimi gözəl sözləri dövriyyəyə buraxmaq olar. Humanitar əlaqələr bərpa olunarsa, cəmiyyətlərimizin müəyyən bir hissəsi ünsiyyətə razılıq verərdi. O insanlar, danışıqların ikinci raundu başlayana qədər öz təcrübələri sayəsində başa düşərdilər ki, birgəyaşayış mümkün və sərfəli ola bilər. Hər iki cəmiyyətdə hökumətlərə qarşı suallar xeyli azalardı. Bu gün cəmiyyət  həddindən artıq radikal, prinsipial şəkildə çox şey tələb edir.

Ümumiyyətlə, müharibə dalğasında hakimiyyətə gələn hökumətlər düşmən obrazından istifadə etməklə, xalqın nifrətini canlı tutmaqla, fobiyaları dəstəkləməklə cəmiyyətin əlinə çox güclü silah verir, özlərini qərar qəbulunda çeviklikdən məhrum edirlər. Xalqla iqtidar arasında yazılmamış razılaşma olur – «populyar olmayan bircə addım atsan, səni devirəcəm». Müxalifət bu varianta yeganə fürsət kimi baxır və hakimiyyətin səhv etməsini arzulayır. Buna görə də, hökumətin çevikliyi, kompromis imkanları azalır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör