Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

50 il əvvəl basılan ayaq

Abbas Atilay Abbas Atilay
., Sərbəst
24 İyul 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
4
Paylaş

Kosmosda, tanrı adı verilməyən yeganə cism Aydır. Söhbət Günəş sistemindən gedir. Göyün ənginliklərində primitiv teleskoplarla insanlar nə tapdısa bir tanrı adı verib ilahiləşdirdi onu. Yalnız Ay ilahiləşdirilmədi. Səbəbini bilmirik. Amma insan övladı üçün Ay hər zaman müqəddəs olmuşdur. İbtidai insanlıqdan bu günümüzə başımızın üstündə qaranlıqda yalnız odur ən parlaq işığı ilə bizə yol göstərən. Mağara insanları onun işığı altında ova getmişlər, doğub törəmişlər.

İnsana ən yaxın göy cismi Aydır, buna baxmayaraq insanlıq üçün Ay hər zaman əlçatmaz olmuşdur. Ta 50 il öncəyə qədər. 1969-cu ilin 21 iyulunda, saat 01:56-da Aya ilk ayaq basıldı. Bu, bəşəriyyət trixində bir ilk idi. İnsanlıq tarixində ilk dəfə, Yer kürəsindən kənarda insanlıq quruya ayaq basırdı.

NASA-nın “Apollo” layihəsi üzrə “Saturn V” kosmik gəmisi 16 İyulda Floridanın “Kennedi Kosmos Mərkəzi”-ndən (“Kennedy Space Center) yola çıxmışdı. Dörd gün sonra “Saturn V” Ayın üzərinə eniş edə bilmişdi. Kosmik gəmidəki təqribən üç saatlıq hazırlıqdan sonra Aya ilk ayaq basan gəminin kapitanı Neil Armstrong olmuşdu. Onun “Mənim üçün kiçik, İnsanlıq üçün böyük bir addım” sözü həmin an onun ağzından çıxan ilk sözlər idi. O ilk addımdan sonra, Ay bizim ikinci vətənimiz oldu. Neildən sonra Aya ayaq basan gəmidəki digər kosmonavt Buzz Aldrin idi. Gəmidəki üçüncü kosmonavt Michael Collins isə gəminin texniki işlərini həyata keçirmək üçün gəmidə qalmalı olduğundan Aya ayaq qoya bilməmişdi.

Əziz oxucular, bu günə xüsusi olaraq sizin üçün müxtəlif kosmos jurnallarından maraqlı bildiyim kiçik məlumatları topladım:

– Ay üzərindəki Neilin və Buzzun ayaq izləri 100 milyon ildən daha artıq Ayın səthində duracaq. Çünki Ayın aotmosferi olmadığı üçün bu izləri sürətlə silinməsinə heç bir səbəb yoxdur. Amma ay atmosferin olmamasına görə mütəmadi olaraq mikro meteor atəşinə tutulur. Bu da ay səthinin erroziyasına səbəb olur. Amma bu proses həddindən artıq yavaş işləyir.

– Ay hər il bizdən 3,8 cm uzaqlaşır. Buna səbəb cazibə qüvvəsinin təsir etdiyi qabarma və çəkilmədir.

– Dünyada xeyli sayda insan var ki, onlar Aya enişin yalan olduğunu düşünür. Misal üçün elə ABŞ-ın özündə 2013-cü ilin araşdırmasına görə 7% insan Aya ayaq basıldığına inanmır.

– Ayın kimə aid olması məsələsi. 1967-ci ildə dövlətlərin əldə etdiyi razılaşmaya əsasən Kosmosda heç bir cism heç bir ölkəyə aid edilməyəcək. Amma buna baxmayaraq bir ABŞ vətəndaşı Dennis M. Hope 1980-ci ildə Ayın mülkiyyətinə sahib çıxdı. Buna heç kim etiraz etmədiyi üçün ABŞ qanunvericiliyinə söykənərək özünü Ayın sahibi elan etdi və sənədlər düzəldərək Ayın ərazisini hissələrə bölüb satmağa başladı. Bu günə qədər o, Ay üzərində 611 milyon hektar torpaq satmağa nail olub.

– Apollo kosmonavtları həmin səfər zamanı Aydan 382 kq daş gətirmişdilər. Bu daşların çoxu NASA-ya aid polad seyflərdə və dünyanın fərqli ölkələrində araşdırma inistitularında tədqiq edilir. Bu daşların bir hissəsi isə ABŞ dövləti tərəfindən hədiyyə üçün istifadə edilir. Misal üçün 1973-cü ildə Honduras dövlət başçısı belə bir hədiyyə alanlardan biri idi. O, bu hədiyyəni 1988-ci ildə 50 min dollara satmış, amma ABŞ-da Ay daşı ticarəti qadağan olduğu üçün daş yenidən dövlətin seyfinə girmişdi. 2002-ci ildə isə bir neçə tələbə içi Ay daşı ilə dolu olan NASA-ya aid bir kassanı oğurlamış və qısa zaman sonra təbii ki, tutlmuşdular…

P.S. 1969-cu ilin 21 iyulunda, saat 01:56-da Aya ilk ayaq basan kosmonavtlar orada 21,5 saat qaldılar. Ay səthinin tədqiqi üçün materiallar topladılar və işlərini tamamlayıb geri döndülər. Bu layihə “Soyuq Müharibə” illərində Kosmos uğrunda savaşın bir hissəsi idi. Qazanan yalnız insanlıq oldu.

Neil Armstrong 25 Avqust 2012-ci ildə, 82 yaşında vəfat etdi. Amma ölümündən bir az əvvəl bir müsahibədə belə demişdi: “Aya hər baxdığınızda məni xatırlayın”.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör