Azərbaycanın ilk müasir tələbə yataqxanası Univerium, iyul ayından qapılarını tələbələrin üzünə açır.
Yataqxananın web-səhifəsindən əldə etdiyimiz məlumata görə yataqxana 632-dən çox tələbəni fərdi və ortaq otaqlarla təmin edəcək. Univerium binası Bridge Groups of Companies tərəfindən Britaniya memarlıq şirkəti olan “Design Lab Architects”in layihəsi əsasında tikilib. Yataqxana Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində, Bakının əsas universitetlərinin, metro stansiyalarının, parkların və ticarət mərkəzlərinin yaxınlığında yerləşir.
Bir yataqxana, bütün tələbələrin yataqxana ehtiyacını əlbəttə ödəmir. Biz də ümid edirik ki, Univerium ilk qaranquş olar və ardı gələr.