Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Ən etibarlı milli sərvət

Seymur Baycan Seymur Baycan
., Kültür
04 İyun 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Bilirəm bu söz bir az “körpu yolun bir hissəsidir” sözünə oxşadı, amma nə etməli, hal-əhval doğrudan da belədir. Körpü yolun bir hissəsi olduğu kimi, mədəniyyət də hər bir xalqın ən etibarlı milli sərvətidir.

Məhz buna görə hətta iqtisadiyyatda, texnologiyada, həmçinin hərbidə çox böyük nailiyyətlər əldə etmiş xalqlar belə, heç cür arxayınlaşmırlar, öz mədəniyyətlərini qorumaq, daha da inkişaf etdirmək, təbliğ etmək üçün ətək-ətək pullar xərcləyirlər.

Onlar çox gözəl başa düşürlər ki, klassik dildə desək, qılınc qələmsiz heç nəyə yaramır.

Yanında qələmi olmayan qılıncın hakimiyyəti uzun müddət davam edə bilməz.

Gəlin bir anlıq fransızları Balzaksız, Flobersiz, Mopasansız, Viktor Hüqosuz, Voltersiz, Didrosuz, ingilisləri Şekspirsiz, Bayronsuz, Dikkenssiz, Kiplinqsiz, almanları Şillersiz, Götesiz, Tomas Mannsız, italyanları Dantesiz, Covanni Bokkaçosuz, rusları Puşkinsiz, Qoqolsuz, Tolstoysuz, ispanları Servantessiz, yaponları Runeskosuz, Misimasiz təsəvvür edək.

Bu zaman biz bu xalqların nə qədər cılızlaşdığının və yetimləşdiyinin, maraqsızlaşdığının şahidi olarıq.

Mən hər kəsə məlum olan adları sadaladım. Siyahı açıqdır. Hər bir adam öz zövqünə uyğun olaraq, bu siyahıya müxtəlif dövrlərdə yaşamış rəssamların, heykəltəraşların, bəstəkarların, şairlərin, yazıçıların, filosofların adını əlavə edə bilər. O zaman nə demək istədiyimiz daha aydın olar.

Əlbəttə, sənət dünyasında saysız-hesabsız əfsanələr və miflər var.

Amma məhz sənət dünyasıyla, sənətkarlarla bağlı bu miflərin və əfsanələrin sayəsində sənətkarların yaşayıb-yaratdıqları məkanlar qəsəbələr, kəndlər, şəhərlər, küçələr, kafelər, hotellər, evlər də şöhrət qazanır, tanınır, dünyanın müxtəlif yerlərində yaşayan adamların diqqətini özünə cəlb edir.

Bir ev, bir qəbir bir şəhərin, qəsəbənin, bəzən bütöv bir ölkənin rəmzinə çevrilir. Anderson və Danimarka bir-birindən ayrılmaz, artıq bütövləşmiş anlayışlardır.

Əgər Tolstoy olmasaydı, Yasnaya Polyananı bütün dünyada necə tanıyacaqdılar?!

Əgər Van Qoq olmasaydı, adamların çoxu dünyada Borinaj adlı bir yerin olduğunu bilməyəcəkdi.

Viktor Hüqonun, Volterin ölümünün yüzilliyi ilə bağlı etdiyi çıxışda gözəl bir söz var. Viktor Hüqo həmin çıxışda deyir:

“Voltеrə qədər əsrlərə dövlət başçılarının adlarını vеrirdilər. Voltеr dövlət rəhbərindən də ali mərtəbədə idi – o, idеyaların rəhbəri idi. Voltеrlə birlikdə yеni əsr başladı. Hiss olunurdu ki, bundan sonra bəşər nəslini idarə еdəcək ən ali mühərrik – fikir olacaq”.

Dahiyanə və uzaqgörənliklə deyilmiş bir sözdür. Təəssüf ki, hələ də bizim insanlarımız incəsənətin, düşüncənin nə qədər böyük gücə malik olduğunu, necə bir güclü silah olduğunu dərk edə bilməyiblər. Halbuki, fəxr etdikləri Hüseyn Cavid bunu çox gözəl ifadə etmişdi:

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonra siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Bəli, mədəniyyət kollektiv şüurun sayəsində yaşayar, tanına bilər, inkişaf edər, sərhədləri aşar.

Biri kitab oxuyar, biri kinoya gedər, biri teatra gedər, biri uşağın musiqi məktəbinə, o birisi uşağın rəsm dərnəyinə, lap o birisi rəqsə göndərər, başqa birisi mesenatlıq edər və mədəniyyət yaşayar, inkişaf edər.

Yoxsa bütün xalq toya və yasa getsin, mağazaları gəzsin, oğul evləndirib, qız ərə versin və beş-altı adam da bütov bir xalqa heç nəsiz, dəstəksiz, resurssuz yoxdan, havadan mədəniyyət düzəltsin, belə şey olmur.

Xalqlar öz mədəniyyətləri ilə tanınır. Bir uğurlu film, bir uğurlu roman, sənətlə bağlı yaxşı təşkil olunmuş bir festival ölkəni və xalqı bir neft quyusundan daha artıq tanıda bilər.

Bir uğurlu film ölkəyə və xalqa bir neft quyusundan daha artıq xeyir, fayda verə bilər.

Əgər təkcə pulla hər şey həll olunsaydı, onda ərəblər dünyanın ən hörmətli xalqlarından biri olardılar.

Mədəniyyətin çox funksiyaları var. Bu funksiyalardan biri də dünyanın müxtəlif coğrafiyalarında yaşayan insanları bir-biri ilə tanış etməkdir.

Biz filmlərin, romanların, ümumilikdə sənətin sayəsində müxtəlif dövrlərdə, müxtəlif məkanlarda yaşamış adamların həyatı, hissləri, arzuları, istəkləri ilə tanış oluruq.

Mədəniyyət insanların ünsiyyətə girməsinə şərait yaradan, ünsiyyəti şərtləndirən ən işlək, sınaqdan çıxmış vasitələrdən biridir.

Mədəniyyət biz insanlara müxtəlif tarixi dövrləri, həmin dövrlərin adamlarını hiss etmək, tarixdə ərimək və əbədiyyətə qovuşmaq şansı tanıyır.

Deyəsən, çox yuxarıdan götürdük, bir az aşağı düşək. Qələmin işi sadələşdirməkdi, mürəkkəbləşdirmək deyil.

Deməli, bir tay restoranına getmişdim. Salonda eşitdiyim musiqi diqqətimi çəkdi. Ofisiantdan soruşdum:

– Bu oxuyan qadın Ora Taidir?

Qadın sualımdan açıq-aşkar təəccübləndi. Özü də elə təəccübləndi ki, qaşları qalxıb alnının ortasında dayandı. Sevinclə soruşdu:

– Siz Ora Taini tanıyırsınız?

Dedim, bəli, tanıyıram, çox sevirəm Ora Tainin mahnılarını. Ofisiant getdi. Bir də gördüm yanında başqa bir qadınla qayıtdı. O da eyni sualı verdi:

– Siz Ora Taini tanıyırsınız?

Dedim, hə, tanıyıram, onun mahnılarını çox sevirəm. Yalan danışdın, gərək məcbursan yalanı dərinləşdirəsən. Ora Taini tanımağıma görə bu qadın da çox sevindi. Beləliklə, həmin restoranda özümə qarşı böyük diqqət və qayğı gördüm.

Hərçənd, sözün doğrusu, Ora Tainin oxuduğu mahnını başqa bir məkanda eşitmişdim. Mahnı xoşuma gəldi. Soruşdum bu oxuyan kimdi. Dedilər, Ora Taidir. Mahnı və mahnını oxuyanın adı ordan yadımda qalmışdı. Daha bilmirəm Ora Tai oraların Aygün Kazımovasıdır, Röyasıdır, Nüşabəsidir, Rəqsanəsidir, Təranəsidir, Şəbnəm Tovzlusudur, Nazpərisidir, Elnarəsidir, Brilyantıdır, İradəsidir, Laləsidir, Könülüdür, Ayselidir, Natavanıdır, Mananasıdır, Safurasıdır, Tünzaləsidir, Vüsaləsidir, Rahidəsidir, Lamiyəsidir, Səidəsidir, Nazəninidir, Mənsurəsidir, yoxsa Mətanəti….

Əsas odur ki qürbət bir yerdə Ora Taini tanımağım adamların çox xoşuna gəldi və onların böyük qayğısı ilə əhatə olundum.

Bu kimi əhvalatlar çox olub. Başqa xalqların mədəniyyətləri ilə tanışlıq çox köməyimə çatıb. Bunun sayəsində müxtəlif adamlardan diqqət və hörmət görmüşəm.

Nəhayət, nəyi demək istəyirəm. Biz bir xalq kimi öz mədəniyyətimizə qarşı çox laqeyd bir münasibət göstərməkdəyik. Mədəniyyətimizi təbliğ edə bilmirik.

Mədəniyyətə kollektiv dəstək yoxdur. Fədakarlıq yox dərəcəsindədir. Sanki hələ də mədəniyyətin necə böyük bir güc olduğu gəlib bizə çatmayıb.

Nizaminin qəbri gürcülərdə olsaydı, min hoqqa çıxarıb, min oyun qurub bütün dünyanı il boyu gətirib ora tökərdilər.

Mən birini yazdım, bu kimi xeyli faktlar sadalamaq olar. Amma biz o qəbirin yanından vız o tərəfə keçirik, vız bu tərəfə keçirik.

Elə bil Nizaminin qəbrinin yanından yox, “Bığ” restoranının yanından keçirik. Bu bölgədə Nizamidən böyük, Nizamidən masştablı kim var? Heç kim…

Hansısa bir gürcü yazıçısı “Quqark” kimi roman yazsaydı, ən azı alman, ingilis, fransiz dilinə çevirmişdilər.

Gələnin də, gedənin də qabağına qoyub deyəcəkdilər ki, bizdə belə sülhməramlı roman var.

Bəlkə artıq filmini də çəkmişdilər. Bu, əsla demoqogiya deyil. Dəqiq belədir.

Biz etmirik, ya da edə bilmirik, ya da etməyə ehtiyacımız yoxdu. Özümüz özümüzü maraqlı etməsək, heç kim bizə maraq göstərməyəcək.

Belə mövzularda yazı yazanda necə boşboğazlıq etdiyimi hiss edirəm. Bunun fərqindəyəm. Doğrudan da neftin qiymətinin aşağı düşdüyü, virusun tüğyan etdiyi, adamların təşviş içində olduğu bir vaxtda mədəniyyət söhbəti etmək nə qədər yersiz və lazımsız görünür.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör