Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əbədi siyasi məhbusluq

Orxan Adıgözəl Orxan Adıgözəl
., Mövqe
01 Sentyabr 2019

Sosial şəbəkələrə bir balaca nəzər salmaq kifayətdir ki, aktivistlərin, siyasətçilərin, müxalifyönlü partiya funksionerlərinin və ya jurnalistlərin bu gün ancaq facebook, twitter ulduzuna çevirildiyini aydın görəsən. Söhbət əlbəttə ki, ictimai rəyə təsir qüvvəsi olan, bölüşdüyü postlara 500-1000 “like” gələn kəslərdən gedir. Həmin adamların əksəriyyəti artıq “ulduz xəstəliyi”nə tutulub. Xəstəliyin əsas əlamətləri budur ki, onlar sutkanın ən az halda(!) 10-15 saatını online-da keçirir, günə 5-10 post paylaşır, demək olar hər rəyə, hər paylaşıma reaksiya bildirir, elə bil orda yaşayırlar. Əslində “elə bil” ifadəsini işlətməsək də olar. Çünki onlar doğrudan da facebook vətəndaşlarıdır. “Facebook”u ona görə əsas götürürəm ki, sosial-siyasi fəallıq daha çox bu sosial şəbəkədə oturuşub. Buna siyasi fəallıq deməklə ciddi mübaliğə etdiyimin özüm də fərqindəyəm.

Keçmiş siyasi məhbuslar əslində bu gün yenə də həbsdədir.

Onlar azadlığa çıxa bilməyiblər. Bu adamlara sadəcə internet imkanı yaradıblar. Əllərinə telefon veriblər ki, alın, başınızı qatın, enerjinizi dağıdın. Onlar da bütün günü Facebook vasitəsilə hamıya “döşəyirlər.” Həqiqətən dəyişən ciddi bir şey yoxdur. Gəlin açıq danışaq, niyə çəkinməliyik ki?! Bu adamlar Facebookda post paylaşmaqdan savayı hansı faydalı işlə məşğul olurlar?! Söhbət heç cəmiyyətə veriləcək faydadan getmir, o qalsın qırağa. Məsələ özünə fayda gətirəcək fəaliyyətdədir. Mən mütaliə, xarici dil öyrənmək, pullu-pulsuz təlimlərə qoşulmaq, sosial bacarıqları inkişaf etdirmək və s. bu kimi özünü inkişaf etdirən amilləri nəzərdə tuturam.

Postlardan da aşkar hiss olunur ki, həbsdən çıxandan bəri kitab üzü açmayan bu adamlar həbsdə oxuduqları ilə kifayətləniblər. Mütaliəyə yer ayırılsa idi, ən azı bununla bağlı hansısa paylaşıma rast gələ bilərdik. Niyə belə əminəm? Ona görə ki, gündəlik yeyib-içdiklərindən tutmuş, onlara qeyri-adi gələn nə varsa, hər şeylər barədə ən azı bir post paylaşırlar.

Hərdən mənə elə gəlir ki, bu adamlar yatmır, yemir, içmir, tualetə getmirlər. Bu qədər şəxsi və real həyatdan uzaq olmaq olar?! Normalda həbsdən çıxan adam təbiətə, gəzintiyə ac olub, heç olmasa bir müddət darlıq gətirən qutu kimi şeylərdən uzaq durmağa çalışır. Bunlarda isə əksinədir. Yenidən giriblər Facebook kimi dar qutulara.

Heç siyasi mövqeləri də aşkar deyil. Gah solçu olurlar, gah liberal, gah millətçi, gah da ki, anarxist. Hətta deyərdim onlar həbsdə olanda daha çox nüfuzları var idi, nəinki, indi. Bir çox marginallaşmış qrupları lağa qoyduqları üçün, onların da qəzəbinə tuş gəliblər (heç o marginallaşmış qruplar da yaralı barmağa dərman deyillər). Bu da süni gündəm yaratmaq, diqqətdə olmaq üçün “əla” fürsətdir. Hiss olunur ki, ciddi diqqət aclığı yaşayırlar. Yoxsa o sayaq ritorik postlarla yadda qalmazdılar.

Bir çoxları da savadlı, potensiallı gənclərdir. Yazdıqları lağlağı, atmacalı postlar əvəzinə, həbsdəki günləri barədə kitab yazsaydılar qat-qat faydalı olardı.

Bilirəm, emosionalam, amma ona yanıram ki, Azərbaycanın ən yeni tarixinə cəsarətlə düşən həmin gənclər bu gün ancaq Facebook qəhrəmanına çevriliblər.

Düşünürəm ki, görəsən bəlkə biz bu adamları şişirtmişik, özümüz onları qəhrəmana çevirmişik, özümüz-özümüzü inandırmışıq ki, “yox, bunlar əjdahadılar.” Sonra da həmin əjdahaların alovunun heç qaz plitəsini yandırmağa qadir olmadığını görəndə, məyus oluruq.

Axı oxşar hadisələr bir neçə kərə olub. Kiminsə boynuna zorla “başqan”, “lider” məsuliyyətini yükləyirlər, adam da heç müqavimət göstərə bilmir, ya da komfort zonasına düşür, arxayınlaşır. Bir gün həmin “başqan” hər şeydən yorulub, “məni bağışlayın, ictimai sektorla, siyasətlə vidalaşmalıyam” elanını bölüşəndə, başlayırlar həmin adamı daşlamağa.

Kiməsə bu şəkildə əlahiddə gözləntilər yükləyəndə, sonra həmin gözləntilər doğrulmayanda, adam sənin gözündən düşür. Özün də fikir eləyirsən. Hətta depressiv vəziyyətə düşürsən ki, “əşi, niyə belə oldu e?! mən ki, ona inanmışdım.”

Belə görünür ki, mənim də bu adamlardan gözləntim olub ki, indi bu cür ritorikaya keçmişəm. Bir şey də var ki, kimsə siyasi fəallıq nümayiş etdirirsə, özünü ictimai rəyə təsir edən fiqur kimi göstərirsə, fəaliyyətini cəmiyyətin rifahı naminə etdiyini vurğulayırsa, avtomatik məsuliyyət yiyəsi olur. Onun ictimai davranışları həmin gündən başqa səviyyəyə qalxır. Bu çox aydın başa düşülən şeydir. Əgər ilk başda bu məsuliyyətin ağırlığı sənin boynunu ağrıdırsa, kənara çəkil, yükdən azad ol. Yoxsa ki, sən gəl keç qabağa, yükləri al boynuna, sonra heç iki addım atmamış, apar onları at qayadan aşağı ki, “bıy, bilmədim, düşdü.”

Əslində biz çox nəcib və mərhəmətliyik ki, qiymətli yüklərimizi qayadan yerə atanları bağışlayır və hələ onların davranışlarını anlayışla qarşılayırıq. Günahı orda-burda axtarmaq düz deyil. Buna özümüz şərait yaratmışıq. Biz imkan vermədiyimiz təqdirdə heç kim bizimlə həqarətlə davrana bilməz. Demək ki, sadəlöhv olmaqla yanaşı, həm də özümüzə hörmətimiz azdır. Ona görə də belə hörmətsiz adamlara çevirilmişik.

Hər şeyi vaxtında, yerində və ədalətli şəkildə qiymətləndirməliyik. Deyək ki, adam cəsarət göstərib, sonra siyasi motivlə həbs olunub, haqsız yerə içəridə yatıb. Biz də tələb edib, dua etmişik ki, bu adam həbsdən çıxıb azadlığına qovuşsun. Bu onun ən təbii haqqıdır. Ancaq həbsdən sonra sırf populyarlıqdan yararlanıb, özünü ictimai rəy yaradan, haqsızlıqlara qarşı çıxan, cəsur döyüşçü kimi mövqelənirməsi, ədalətli deyil! Belələrini bütə çevirməməliyik. Ümumiyyətlə heç kimi bütləşdirmək olmaz.

Bu gün onsuz da ölkədə sırf bu bütləşdirmənin hesabına özünü intellektual sayan nə qədər adam yetişib. “Like”lar və çoxsaylı reaksiyalar bu adamların reallıq hissini aradan götürüb. Eyforiyadadılar və bir neçə adam bunlarla hesablaşır deyə özlərini ümumxalq miqyaslı ziyalı sanırlar. Ziyalı adam sosial şəbəkə asılısı olmaz. Adamlar sırf bir az fərqli düşündükləri üçün özlərini dahi hesab edirlər. İnsan özünü obyektiv qiymətləndirməyəndə ortaya karikatura çıxır.

 O dəfə Facebookda özünü intellektual hesab edən bir gəncin belə rəyini gördüm: “bədii ədəbiyyatı oxumaq vaxt itkisidir, təsvirlər adamı yorur.”

Heyrətləndinmi? Qətiyyən! Çünki dəfələrlə o adamın nifrət dolu, başqalarını aşağılayan postlarına rast gəlmişdim. Onun aşağılamaları sadəcə bir az orfoqrafik yazı qaydalarına uyğundur, vəssalam. Bir şəxs ki, bədii ədəbiyyatı vaxt itkisi sanır, ona intellektin “i” hərfi belə yaraşmır. Halbuki, bədii ədəbiyyat insanı ibtidai təbiətindən uzaqlaşdırır, içimizdəki müsbət keyfiyyətləri impulslaşdırır, dünya görüşümüzü genişləndirir və s. Mütaliənin təsiri, faydası o qədər çoxdur ki, təsvirinə iki cümlə yetməz. Bu haqda çox yazmaq olar, ancaq məqalə mütaliə barədə deyil.

İntellektual  bədii ədəbiyyatdan xəbərsiz ola bilməz. Ədəbiyyata münasibəti bu cür olanın şəxsin ziyalı, dərin adam kimi tanınması isə, lap utancvericidir.

Səmimi olmadıqca, qatığa ağ demədikcə, ədalətli olub, hər kəsə layiq olduğu qiyməti vermədikcə və ən əsası oxuyub öyrənmədikcə nə azad ola bilər, nə də üçüncü dünya ölkəsi olmaqdan kənara çıxa bilərik. Səmimiyyət isə özünü inkişafdan başlayır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

National Geographic-dən “Fotoqrafiya 2019”

Nüvə silahının casus tarixçəsi

Bakının “qurtuluş”u yoxsa “işğal”ı?

Süni intellektə sahib silahın təqdimatı

Kilsənin parçalanması: katoliklik və pravoslavlıq

İbrət dərsləri olmayan tarix

“Xristian həmrəyliyi” mövcuddurmu?

Hökumətin koronavirus sınağı

İşlətdiyimiz sözlərin anlamı

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

Dəyərlər olmayanda

Gürcülər kimdir?

Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti

Mühakimə edən mələklər

Ölü evdən qeydlər

Dünəndən bugünə neft qiymətləri

Şahbaz Xuduoğlu: “Kitabxana yoxdursa, dövlət də yoxdur”

Azərbaycanın kino bazarı

Erməni qızın oyanışı və yanan kenqurular

Ağ-qara şəkil

Qəhvə və parkinqi nə birləşdirir?

Ac əllərə isti çörək

 Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

İslam və elm

Demşiza kimdir, kimə deyilir?

Pul və karyera qazanmaq haqqında

Hədəfdə bütün Azərbaycandır

“Mənəvi üstünlüyün” gorbagor olması

Günəşi düzgün oxumaq

Gitaraya hökm edən adam

Əbədi siyasi məhbusluq

Orxan Adıgözəl Orxan Adıgözəl
., Mövqe
01 Sentyabr 2019

Sosial şəbəkələrə bir balaca nəzər salmaq kifayətdir ki, aktivistlərin, siyasətçilərin, müxalifyönlü partiya funksionerlərinin və ya jurnalistlərin bu gün ancaq facebook, twitter ulduzuna çevirildiyini aydın görəsən. Söhbət əlbəttə ki, ictimai rəyə təsir qüvvəsi olan, bölüşdüyü postlara 500-1000 “like” gələn kəslərdən gedir. Həmin adamların əksəriyyəti artıq “ulduz xəstəliyi”nə tutulub. Xəstəliyin əsas əlamətləri budur ki, onlar sutkanın ən az halda(!) 10-15 saatını online-da keçirir, günə 5-10 post paylaşır, demək olar hər rəyə, hər paylaşıma reaksiya bildirir, elə bil orda yaşayırlar. Əslində “elə bil” ifadəsini işlətməsək də olar. Çünki onlar doğrudan da facebook vətəndaşlarıdır. “Facebook”u ona görə əsas götürürəm ki, sosial-siyasi fəallıq daha çox bu sosial şəbəkədə oturuşub. Buna siyasi fəallıq deməklə ciddi mübaliğə etdiyimin özüm də fərqindəyəm.

Keçmiş siyasi məhbuslar əslində bu gün yenə də həbsdədir.

Onlar azadlığa çıxa bilməyiblər. Bu adamlara sadəcə internet imkanı yaradıblar. Əllərinə telefon veriblər ki, alın, başınızı qatın, enerjinizi dağıdın. Onlar da bütün günü Facebook vasitəsilə hamıya “döşəyirlər.” Həqiqətən dəyişən ciddi bir şey yoxdur. Gəlin açıq danışaq, niyə çəkinməliyik ki?! Bu adamlar Facebookda post paylaşmaqdan savayı hansı faydalı işlə məşğul olurlar?! Söhbət heç cəmiyyətə veriləcək faydadan getmir, o qalsın qırağa. Məsələ özünə fayda gətirəcək fəaliyyətdədir. Mən mütaliə, xarici dil öyrənmək, pullu-pulsuz təlimlərə qoşulmaq, sosial bacarıqları inkişaf etdirmək və s. bu kimi özünü inkişaf etdirən amilləri nəzərdə tuturam.

Postlardan da aşkar hiss olunur ki, həbsdən çıxandan bəri kitab üzü açmayan bu adamlar həbsdə oxuduqları ilə kifayətləniblər. Mütaliəyə yer ayırılsa idi, ən azı bununla bağlı hansısa paylaşıma rast gələ bilərdik. Niyə belə əminəm? Ona görə ki, gündəlik yeyib-içdiklərindən tutmuş, onlara qeyri-adi gələn nə varsa, hər şeylər barədə ən azı bir post paylaşırlar.

Hərdən mənə elə gəlir ki, bu adamlar yatmır, yemir, içmir, tualetə getmirlər. Bu qədər şəxsi və real həyatdan uzaq olmaq olar?! Normalda həbsdən çıxan adam təbiətə, gəzintiyə ac olub, heç olmasa bir müddət darlıq gətirən qutu kimi şeylərdən uzaq durmağa çalışır. Bunlarda isə əksinədir. Yenidən giriblər Facebook kimi dar qutulara.

Heç siyasi mövqeləri də aşkar deyil. Gah solçu olurlar, gah liberal, gah millətçi, gah da ki, anarxist. Hətta deyərdim onlar həbsdə olanda daha çox nüfuzları var idi, nəinki, indi. Bir çox marginallaşmış qrupları lağa qoyduqları üçün, onların da qəzəbinə tuş gəliblər (heç o marginallaşmış qruplar da yaralı barmağa dərman deyillər). Bu da süni gündəm yaratmaq, diqqətdə olmaq üçün “əla” fürsətdir. Hiss olunur ki, ciddi diqqət aclığı yaşayırlar. Yoxsa o sayaq ritorik postlarla yadda qalmazdılar.

Bir çoxları da savadlı, potensiallı gənclərdir. Yazdıqları lağlağı, atmacalı postlar əvəzinə, həbsdəki günləri barədə kitab yazsaydılar qat-qat faydalı olardı.

Bilirəm, emosionalam, amma ona yanıram ki, Azərbaycanın ən yeni tarixinə cəsarətlə düşən həmin gənclər bu gün ancaq Facebook qəhrəmanına çevriliblər.

Düşünürəm ki, görəsən bəlkə biz bu adamları şişirtmişik, özümüz onları qəhrəmana çevirmişik, özümüz-özümüzü inandırmışıq ki, “yox, bunlar əjdahadılar.” Sonra da həmin əjdahaların alovunun heç qaz plitəsini yandırmağa qadir olmadığını görəndə, məyus oluruq.

Axı oxşar hadisələr bir neçə kərə olub. Kiminsə boynuna zorla “başqan”, “lider” məsuliyyətini yükləyirlər, adam da heç müqavimət göstərə bilmir, ya da komfort zonasına düşür, arxayınlaşır. Bir gün həmin “başqan” hər şeydən yorulub, “məni bağışlayın, ictimai sektorla, siyasətlə vidalaşmalıyam” elanını bölüşəndə, başlayırlar həmin adamı daşlamağa.

Kiməsə bu şəkildə əlahiddə gözləntilər yükləyəndə, sonra həmin gözləntilər doğrulmayanda, adam sənin gözündən düşür. Özün də fikir eləyirsən. Hətta depressiv vəziyyətə düşürsən ki, “əşi, niyə belə oldu e?! mən ki, ona inanmışdım.”

Belə görünür ki, mənim də bu adamlardan gözləntim olub ki, indi bu cür ritorikaya keçmişəm. Bir şey də var ki, kimsə siyasi fəallıq nümayiş etdirirsə, özünü ictimai rəyə təsir edən fiqur kimi göstərirsə, fəaliyyətini cəmiyyətin rifahı naminə etdiyini vurğulayırsa, avtomatik məsuliyyət yiyəsi olur. Onun ictimai davranışları həmin gündən başqa səviyyəyə qalxır. Bu çox aydın başa düşülən şeydir. Əgər ilk başda bu məsuliyyətin ağırlığı sənin boynunu ağrıdırsa, kənara çəkil, yükdən azad ol. Yoxsa ki, sən gəl keç qabağa, yükləri al boynuna, sonra heç iki addım atmamış, apar onları at qayadan aşağı ki, “bıy, bilmədim, düşdü.”

Əslində biz çox nəcib və mərhəmətliyik ki, qiymətli yüklərimizi qayadan yerə atanları bağışlayır və hələ onların davranışlarını anlayışla qarşılayırıq. Günahı orda-burda axtarmaq düz deyil. Buna özümüz şərait yaratmışıq. Biz imkan vermədiyimiz təqdirdə heç kim bizimlə həqarətlə davrana bilməz. Demək ki, sadəlöhv olmaqla yanaşı, həm də özümüzə hörmətimiz azdır. Ona görə də belə hörmətsiz adamlara çevirilmişik.

Hər şeyi vaxtında, yerində və ədalətli şəkildə qiymətləndirməliyik. Deyək ki, adam cəsarət göstərib, sonra siyasi motivlə həbs olunub, haqsız yerə içəridə yatıb. Biz də tələb edib, dua etmişik ki, bu adam həbsdən çıxıb azadlığına qovuşsun. Bu onun ən təbii haqqıdır. Ancaq həbsdən sonra sırf populyarlıqdan yararlanıb, özünü ictimai rəy yaradan, haqsızlıqlara qarşı çıxan, cəsur döyüşçü kimi mövqelənirməsi, ədalətli deyil! Belələrini bütə çevirməməliyik. Ümumiyyətlə heç kimi bütləşdirmək olmaz.

Bu gün onsuz da ölkədə sırf bu bütləşdirmənin hesabına özünü intellektual sayan nə qədər adam yetişib. “Like”lar və çoxsaylı reaksiyalar bu adamların reallıq hissini aradan götürüb. Eyforiyadadılar və bir neçə adam bunlarla hesablaşır deyə özlərini ümumxalq miqyaslı ziyalı sanırlar. Ziyalı adam sosial şəbəkə asılısı olmaz. Adamlar sırf bir az fərqli düşündükləri üçün özlərini dahi hesab edirlər. İnsan özünü obyektiv qiymətləndirməyəndə ortaya karikatura çıxır.

 O dəfə Facebookda özünü intellektual hesab edən bir gəncin belə rəyini gördüm: “bədii ədəbiyyatı oxumaq vaxt itkisidir, təsvirlər adamı yorur.”

Heyrətləndinmi? Qətiyyən! Çünki dəfələrlə o adamın nifrət dolu, başqalarını aşağılayan postlarına rast gəlmişdim. Onun aşağılamaları sadəcə bir az orfoqrafik yazı qaydalarına uyğundur, vəssalam. Bir şəxs ki, bədii ədəbiyyatı vaxt itkisi sanır, ona intellektin “i” hərfi belə yaraşmır. Halbuki, bədii ədəbiyyat insanı ibtidai təbiətindən uzaqlaşdırır, içimizdəki müsbət keyfiyyətləri impulslaşdırır, dünya görüşümüzü genişləndirir və s. Mütaliənin təsiri, faydası o qədər çoxdur ki, təsvirinə iki cümlə yetməz. Bu haqda çox yazmaq olar, ancaq məqalə mütaliə barədə deyil.

İntellektual  bədii ədəbiyyatdan xəbərsiz ola bilməz. Ədəbiyyata münasibəti bu cür olanın şəxsin ziyalı, dərin adam kimi tanınması isə, lap utancvericidir.

Səmimi olmadıqca, qatığa ağ demədikcə, ədalətli olub, hər kəsə layiq olduğu qiyməti vermədikcə və ən əsası oxuyub öyrənmədikcə nə azad ola bilər, nə də üçüncü dünya ölkəsi olmaqdan kənara çıxa bilərik. Səmimiyyət isə özünü inkişafdan başlayır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel