bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Zoom, İsrail, Fələstin və azad söz…

AzLogos AzLogos
., Mövqe
09 Fevral 2021
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
Bildschirmfoto 2021 02 02 um 09.06.47

Adela Cojab, 2019-cu ildə Trump tərəfindən dəvət edildiyi İsrail-Amerikan Sammiti zamanı danışarkən. Mandel Ngan/Agence France-Presse — Getty Images

Paylaş

İsrail və Fələstin əraziləri üstündə münaqişələrin artıq onlayn müstəviyə keçdiyi bir vaxtda texnologiya hadisələrin gedişatını daha da qarışdırıb.

Leyla Xalid, dövlət departamentinin siyahısında adı olan Fələstin terrorçu qruplaşmalardan birinin üzvüdür. Bir neçə dəfə təyyarə qaçırılmasında birbaşa iştirak edib. Onun kimi bir adamın Nyu-York Universitetinin onlayn seminarlarından birində çıxış etdiyini görmək həmin universitetin tələbəsi Javier Cohendə şok effekti yaratmışdı. Həmin videoda Leyla Xalid, İsraili fələstinlilərə qarşı terror tətbiq edən “aparteid dövlət” adlandırır və buna qarşı hər növ “mübarizə üsuluna”, o cümlədən də silahlı mübarizəyə əl atacağına and içirdi.

Bildschirmfoto 2021-02-02 um 09.06.15
2018-ci ildə İsrail tərəfdarlarının Vaşınqton Parkda nümayişi zamanı qarşıdurma… Mack DeGeurin

Cohen “Realize İsrail” adlı tələbə qruplaşmasına rəhbərlik edir. Bu qruplaşmanın kampusdakı anti-semitizmlə bağlı narahatlıqları hətta federal insan haqları bürosunun məsələ ilə bağlı təhqiqat başlatmasına səbəb olmuş və Trump administrasiyasının diqqətini çəkmişdi. Amma bu il, tələbələrin kampusdan uzaq düşməsi və dünyanın dörd bir yanına yayılması, Coheni məsələnin həll edildiyinə və gərginliyin yatışdığına inandırmışdı.

Bu hadisələrdən sonra Cohen yenidən Leyla Xalid tərəfindən çəkilmiş başqa bir video ilə rastlaşır. Video sosial və mədəni analiz üzrə professor, B.D.S. kimi tanınan, İsrailə qarşı boykot və sanksiyaların tətbiqi hərəkatının dəstəkçisi Andrew Ross tərəfindən təqdim edilirdi. Ross hal-hazırda 74 yaşı olan Leyla Xalidi “hörmətli qadın azadlıq müdafiəçisi” kimi göstərirdi.

Cohen üçün bu artıq sonuncu damla olmuşdu.

“Professorun ona pərəstiş etməsi inanılmaz idi”- o deyirdi.

Cohen videonu administrasiyaya göndərərək onun İsrailə qarşı nifrət və zorakılıq təbliğ etdiyini bildirir. O, bu vebinarın qınanmalı olduğunu deyir və professor Rossun cəzalandırılmasını xahiş edir.

Professor isə başqa bir problem üzləşmişdi: Zoom. Vebinarın linki xəbərdarlıq edilmədən Pandemiya dövründə uzaqdan təhsildə ən vacib platformalardan biri olan Zoomdan silinmişdi. Rossa görə, bundan daha vacib başqa problem bu addımın, akademik mühitdə nitqin qəbuledilmə kriteriyalarının Zoom tərəfindən çox cahilcə pozulması idi.

İllərdir, kampusu iki cəbhəyə ayıran bu konfliktə yeni bir baxış formalaşırdı: Pro- Amerikanın əsas universitetlərinin birində gündəmi İsrail qruplaşmalarının təzyiqi altında olan ticari bir şirkət idarə edirdi.

“Biz kampusda səsləndirdiyimiz çıxışların məzmununun xarici qüvvələr tərəfindən mühakimə ediləcəyi bir situasiyada deyilik, – professor Ross israrla İsrailin sadəcə tənqid edilməsinin anti-semitizm kimi qələmə verildiyini vurğulayır. – Zoom isə hal-hazırda bunu edir.”

Şirkət bundan əvvəl San-Fransisko Universitetində Leyla Xalidlə olan vebinarı ləğv etmişdi və bu addımını Zoomun terror dəstəkləməkdə ittiham oluna biləcəyi ilə əsaslandırmışdı. Nyu-York Universitetində “Biz susdurulmayacayıq” adlı vebinar məhz bu addıma cavab reaksiyası idi. Canlı görüşün videolentə alınmış forması daha sonradan “Youtube”da yayımlanmışdı, amma Rossa görə, vebinarın linkinin silinməsi hələ də olduqca ağır cəza sayılırdı.

“Professorlar olaraq biz bu hərəkəti sorğulayırıq, – Ross deyir. – Bu, universitetin hava-su kimi vacib olan bir hissəsini oğurlamaqdır.”

Zoom platformasının təmsilçisi Colleen Rodriguez açıqlamasında qeyd edir ki, Leyla Xalidin terror qruplaşmaları ilə olan yaxın əlaqələri xidmət şərtləri qaydalarının pozuntusudur. Qeyd edək ki, şirkət Leyla Xalidinki ilə eyni səbəblərdən dolayı daha üç vebinarı da ləğv edib. Məktəblərin onlayn platformalara keçməsi ilə paralel İsrail və Fələstin müharibəsi də yeni bir mərhələyə keçib, kampus nümayişlərindən sosial şəbəkələrdə və Zoomda etirazlara çevrilib.

Bildschirmfoto 2021-02-02 um 09.06.23
Leyla Xalid, 1970

Tərəflər bir-birini anti-semitizm və azad sözü təzyiq altında qoymaqda ittiham edir. Bir tərəf, İsrailin tənqidi adı altında anti-semitizmin təbliğ olunduğunu deyir. Digər tərəf isə sivil şəkildə edilən tənqidin anti-semitizm adı ilə boğulduğunu vurğulayır. Beyinləri qarışdıran başqa bir məqam da var: Professor Ross özü Holokostdan xilas olmuş bir şəxsin övladıdır. Anti-semitizm damğası vurulmuş hərəkat isə “Jewish Voice for Peace” qrupu tərəfindən aparılır. Beləliklə, bu payız semestrində hətta tələbələr kampusdan uzaqda olsalar belə, Nyu-York və ətrafdakı digər universitetlərdə sözügedən mövzuda mübahisələr alovlanıb.

Oxşar hallardan biri tələbələrinin böyük əksəriyyəti məsafəli təhsil alan Kolumbiya Universitetində də baş verib. Tələbələr universiteti “İsrailin Fələstinə qarşı fəaliyyətindən faydalanan, yaxud ona dəstək olan” şirkətləri boykota çağıran referendum qəbul ediblər. Bir həftə sonra isə onlar, universitetin mərkəzi kitabxanasının çölündə svastika ilə rastlaşıblar. Bu, 2020-ci ildə kampusda görünən dördüncü svastika idi.

“Yəhudi tələbələrin çoxu bu halları referendumla əlaqələndirir, onu referendumun nəticəsi hesab edirdi,”- Ofir Dayan qeyd edir. O, Kolumbiyada “İsraili Dəstəkləyən Tələbələr” qrupunun rəhbəridir. Bu qrup başdan bəri referenduma “Yəhudi nifrəti” kimi baxır və ona qarşı çıxırdı.

Ofir Dayan, İsrailin keçmiş konsul generalı, ölkənin Qərb sahillərdəki məskənlərini müdafiə etmiş Dani Dayanın qızıdır. Ofir Dayana görə, virtual kampus artıq təhlükəsiz yer deyil. Hələ pandemiyanın əvvəllərində Qərb sahillərində genişlənməklə bağlı seminara ev sahibliyi edəndə aktivistlər, onu “soyqrımçı ata”sına görə utandırmaq məqsədilə həmin seminarın flayerlərini rəngləmiş və dəyişmişdilər. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, Qərb sahillərdəki yəhudi məskənləri Dördüncü Cenevrə Konvensiyasının qaydalarını kobud şəkildə pozur.

Bildschirmfoto 2021-02-02 um 09.06.32
Ofir Dayan. Dan Balilty, “The New York Times” üçün

“Nyu-York City” Universitetinin hüquq məktəbində isə, fələstinli tələbə- aktivist Nerdeen Kisvani bir müddət əvvəl yayımladığı videoya görə ölüm təhdidləri almağa başlayıb. Kisvani videoda üzərinə “İsrail Müdafiə Qüvvələri” yazılmış köynək geyinən dostuna alışqan uzadır və onu köynəyini yandırmaqla təhdid edir. “Mən sənin köynəyinə nifrət edirəm”-aktivist deyir, dostu gülümsəyir.

Kisvaninin dediyinə görə, video artıq 3 ildir ki, yayımlanıb. Amma bu il özünə “Yəhudi cücəsi” ləqəbi götürmüş bir qadının yaratdığı StopAntisemitism.org saytı tərəfindən yenidən paylaşılıb. Sayt, Kisvanini “2020-ci ilin Anti-semiti” elan edib. O, Minnesotanın demokrat təmsilcisi İlhan Omarı uğurla təkrarlayır.

“Təkcə Fələstin əsilli təşkilatçı olmaq belə, anti-semit kimi qələmə verilmək üçün kifayətdir.”- Kisvani telefonla söhbət zamanı qeyd edir.

Hüquq məktəbi toplu maillərlə onu ifşa edir və cəzalandırılmasını istəyirdi. İttihamçıların bir çoxu istifadəçilərinə anti-semitizmi dəf etmək missiyası qoyan Act.İL telefon aplikasiyası vasitəsilə təşviq edilirdi. Hətta bununla bağlı Kisvaninin dekanlarına yazılı mail də göndərilmişdi. Həmin proqram israilli süni intellekt işçilərindən biri tərəfindən tərtib edilib və bu ay ölən kazino milyarderi Sheldon Adelson tərəfindən maliyyələşdirilib.

Virtual dərslərə kömək edən digər aplikasiyalardan olan Act.İL, bütün dünyanı bir zamanlar kampusda məhdudlaşan münaqişəni alovlandırmağa dəvət edirdi.

“Mən istərdim ki, bütün məktəb burada dəstəklənməli tərəfin mən olduğunu bilsin”- İsraili sərt ritorika ilə qınamağa öyrəşmiş aktivist qeyd edir. – Çünki əgər onlar belə maillər alırlarsa, mənim nə qədər təhdidedici və alçaldıcı maillər aldığımı təsəvvür edin.”

Onlarla təşkilat Kisvaniyə dəstək olmağa başlayıb. Onların arasında məktəbin “Yəhudi Hüquq tələbələri Birliyi” də var.

Bildschirmfoto 2021-02-02 um 09.06.36
Nerdeen Kiswani. Sarah Blesener, “The New York Times” üçün

B.D.S hərəkatına, Fələstini Amerika və İsrail milliyətçiləri tərəfindən əzilən və mübarizə aparan tərəf kimi görən çoxlu proqressivlər qoşulur. 34 tələbə qrupu İsrailə qarşı aparılan siyasəti dəstəkləyən Kolumbiya kampaniyasına qoşulub. Bunlara “Qaradərili Tələbələr Birliyi” və “Yerli Amerikalılar Birliyi” də daxildir.

“Kampusda qeyri-adi hadisə baş vermişdi,”- Kolumbiya Universitetinin sosiologiya və jurnalizm üzrə professoru və gənc solçular hərəkatının tarixçisi Todd Gitlin deyir.- İsrail nifrəti ortodoks sol üçün aparıcı motivlərdən birinə çevrilmişdi. Başqa ölkələr insan hüquqları ilə bağlı daha az tənqid olunsa da, bu, İsrailin şeytanın şeytanı olduğu faktını dəyişmir.”

“İndi kimsə gəlib deyəcək ki, İsrail dünya yəhudilərinin mərkəzi sayılır və sən İsraili tənqid edirsənsə, deməli, anti-semitsən. Bu, olduqca gülüncdür.”- Gitlin vurğulayır.

Bildschirmfoto 2021-02-02 um 09.06.40
Jonathan Karten. Sarah Blesener, “The New York Times” üçün

Trump administrasiyası isə əksini açıqlayıb. Prezident Donald Trump 2019-cu ilin dekabr ayında Təhsil Departamenti İnsan Hüquqları Ofisinə kampuslarda anti-semitizmi yumşaltmaq üçün tədbirlər görməyi tapşırmışdı. Artıq İsrail dövlətinə qarşı rasist cəhdlər, yaxud onun qərarlarına “ikili standart tətbiq etmək” birbaşa anti-semitizm nümunəsi sayılırdı. Qərardan bir neçə gün sonra Kolumbiya universitetində Jonathan Kartenin başçılığı ilə bu sərəncama qarşı ilk sivil etiraz baş tutmuşdu. Kənar qüvvələr də təzyiq göstərərək və müdaxilə edərək vəziyyəti gərginləşdirirdi. Onlardan biri “Canary Mission” adlı, anonim işlədilən veb-sayt idi. Sayt fələstinli aktivistlərin adından profillər açır, tələbələri İsrail dövlətinin nəzarəti altında olan ərazilərdə yaşayan yaxınlarını görməyəcəkləri, ya da işlərini itirəcəkləri ilə qorxudurdu. İsrail hökumətinin, boykotu dəstəkləyənlərə qadağalar tətbiq etməyə icazə verən qanunu var idi.

“Yaşıdlarımın bir çoxu heç bir şəkildə media ilə əlaqə qurmaq istəmirlər, saytın diqqətini çəkəcəklərindən qorxurlar,” – Nyu-York Universitetinin tələbəsi, fələstinli aktivist Xalid Abu Davas deyir. O, qeyd edir ki, İsrail məmurları keçən il onun tələbə kimi Qüdsə səyahət etməsinə icazə verməyiblər. Buna “Canary Mission” saytının onun kampus aktivistliyi haqqında məruzəsi səbəb olub: “Bu, Google axtarışında önə çıxan ilk şeydir.”

Barnardın tələbəsi İbtihal Malley isə deyir ki, Fələstində “Ədalət üçün Tələbələr” (SJP) birliyinə qoşulduqdan və 2018-ci ildə konfransda iştirak etdikdən sonra həmin sayt vasitəsilə ifşa edilib və adına profil açılıb. Onun “Canary Mission” profili bu cümlələrlə başlayır: “İbtihal Malley terroru maliyyələşdirənləri müdafiə edir, anti-semitizm yayır, zorakı aksiyaları dəstəkləyir və Kolumbiya Universitetindəki SJP-nin əlaltılığını edir”.

Malley bu ittihamları rədd edərək bildirir ki, o, sadəcə profilində qeyd edilənlər deyilən zaman hadisə yerində olub.

“Bu, məcbur edir ki, sən Fələstin üçün təşkilati işlərə davam edib-etməyəcəyini düşünəsən”, – Malley deyir. – Bəziləri “Canary”dən sonra, həqiqətən də, bu qədər qurbana dəymədiyinə qərar verir”.

Bildschirmfoto 2021-02-02 um 09.06.43
Ibtihal Malley. Sarah Blesener, “The New York Times” üçün

Kartenin Kolumbiyadan narazılığı hələ də İnsan Hüquqları tərəfindən gözdən keçirilir. Davam edib-etməmək haqqında qərar Biden hökuməti tərəfindən veriləcək. Fəqət payızda ofis, N.Y.U.-ya qarşı qaldırılan şikayəti həll edib və bu, cənab Trump-ın əmrindən bu yana həll olunan ilk işdir.

Vaşinqton Mərkəzi Parkında keçirilən İsrail nümayişlərində isə, SJP üzvləri əks-nümayiş təşkil edib İsrail bayrağını yandırdılar və mikrofonu ələ keçirib “Fələstinə azadlıq” deyə qışqırdılar. Hər iki nümayişin təşkilatçıları saxlanılıb.

Adela Cojab atılan addımın onu təəccübləndirdiyini deyir. Belə ki, universitet tələbələri cəzalandırmaq əvəzinə, “universitetin mədəni irsinə töhfələrinə” görə SJP-ni Prezidentə Xidmət Mükafatı ilə mükafatlandırıb.

“Bu, hadisələri daha da alovlandırırdı, mən üç gün evdən çıxmadım”, – o xatırlayır. Bundan sonra Cojab, ərəb dili imtahanını da əks-nümayişçilərlə eyni otaqda vermək istəməyib.

“Mən fərqinə vardım ki, stressli semestrdən sonra ardından 25 bal qazanmışam. Hər şeyi paylaşmağı sevmirəm, amma aylardır, menstruasiya olmurdum. Bilirdim ki, nəsə düz getmir. Mənim insulinim çox aşağı göstərirdi.”- Cojab deyir.

Narahatlığını dilə gətirdikdən sonra cənab Trump Cojabı İsrail-Amerikan Beynalxalq Sammitində çıxış etmək üçün dəvət edib və onu “inanılmaz qəzəb və mühakimələrə” baxmayaraq İsrail üçün dirəndiyinə görə tərifləyib.

Bildschirmfoto 2021-02-02 um 09.06.47
Adela Cojab, 2019-cu ildə Trump tərəfindən dəvət edildiyi İsrail-Amerikan Sammiti zamanı danışarkən. Mandel Ngan/Agence France-Presse — Getty Images

O, Nyu-Jerseydəki evinə qayıdandan sonra özünümüdafiə dərsləri almağa başlayıb və təhlükəsizlik məqsədi ilə Taser alıb.

Sentyabrda N.Y.U. Cojabın Mülki Hüquqlar Bürosuna göndərdiyi şikayətə baxıb. Kampusdakı anti-semitizmi aradan qaldırmaq üçün prezidentin sərəncamında göstərilən addımlar müəyyənləşdirilib. Lakin məktəb nə əvvəl səhv etdiyini, nə də sərəncamda olduğu kimi, anti-İsrail çıxışları anti-semitizm kimi qəbul etdiyini bildirmədi.

Hazırda kampusda tələbələr olsa da, olmasa da, konflikt davam edir. Universitetlər hər iki tərəf üçün vacib sayılan, amma toqquşan motivlərə əsaslanan bu münaqişələri tək həll etmək məcburiyyətindədirlər.

Kolumbiya universitetinin rektoru referendumla razılaşmadığını bildirsə də, universitetin azad söz öhdəliyinin olduğunu bir daha təsdiqləyib. N.Y.U. rektoru Andrew D. Hamilton Zoom-un Leyla Xalidin vebinarını ləğv etməsindən narahatlıq duyduğunu bildirsə də, Xalidin videosuna dəstək verən professoru da qınayıb.

Hazırda virtual kampus tərəflərin bir-birini eşitməməsini, qarşı tərəfin fikirlərini normal qarşılaya bilməməsini asanlaşdırır. “Bir-birilərini anlamaq əvəzinə, hər iki tərəf də öz mənəvi dəyərlərini digərinkindən üstün tutur.”- Trump sərəncamının hazırlanmasında yaxından iştirak etmiş Annandale-on-Hudson deyir. Stern isə qeyd edir ki, sərəncamın məğzi yalnız və yalnız məlumat toplamaq idi, qətiyyən münaqişəyə müdaxilə etmək deyildi.

“Reallıq budur ki, hər iki tərəfin arqumentləri güclüdür, problemi başa düşmək üçün bir tərəfi seçib digərinə hücum edə bilməzsiniz. Siz deməlisiniz ki, hər iki tərəfin ərazinin yerli əhalisi olmaqla bağlı iddiaları doğrudur. Bəli, yəhudilərin perspektivindən baxsaq, onlar deyirlər ki, biz həmişə burda olmuşuq. Fələstinlilər də deyirlər ki, biz burada uzun zamandır, məskən salmışıq və əsl yerli əhali bizik. Bunların hər ikisi tamamilə doğrudur.”

“Tarix qarışıqdır, – o vurğulayır.- Hər iki tərəf də haqlıdır, hər iki tərəf də haqsızdır.”

Hətta məsafəli təhsil gəlməzdən əvvəl də tələbələrin qarşı tərəfi anlamağa həvəsləri yox idi, əksinə, onlar durmadan öz arqumentlərini gücləndirmək istəyirlər.

Stern yumşaq tərzdə deyir: “Bu, iki tərəfin də danışıqlara getməsini çətinləşdirir.”

John Lenand, 2021

“The New-York Times”

“What Zoom Does to Campus Conflicts Over Israel and Free Speech”

 

Düzəliş, 22 Yanvar 2021: Bu məqalə professor Rossun, Leyla Xalidlə bağlı şərhlərinə diqqətsiz şəkildə istinad edib. Burada Ross deməyə çalışır ki, Leyla Xalid bütün ərəb dünyasında və digər yerlərdə “vacib fiqur” və “azadlıq müdafiəçisi” kimi təqdim edilir, professor özü onu bu cürə təqdim etmir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör