Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zibilə dönən həyat

Məryəm İsmayılova Məryəm İsmayılova
., Sərbəst
30 May 2020

2015-ci ildən bəri gündəmdə olan, hər iki ildən bir özünü xatırladan “Livan tullantı böhranı” yenidən üfüqdə görünməyə başlayıb. Bir vaxtlar paytaxt Beyrutda köhnə tullantı saxlama sahəsinin bağlanması şəhərdə topa-topa zibillərin yığılmasına gətirib çıxarmış və bu da geniş etirazlara səbəb olmuşdu. Virusun tüğyan etməsi, insanların evdə vaxt keçirməsi, istifadə edilən ərzaq məhsullarının çoxalmasına səbəb olmaqla yanaşı, karantin müddətində tullantı yığan müəssisələrin iş rejimini dəyişməsi həyətyanı zibilliklərin daha da artmasına gətirib çıxardı. Əslində dəfələrcə müzakirə olunan, daima danışılan, ancaq tənbəllik etdiyimiz çeşidləmə və təkrar istehsala yardım məsələsi barəsində ciddi düşünmək lazımdır.

Bu gün qlobal istiləşmə ilə yanaşı ən əsas problem istehlak etdiyimiz məhsulların artması ilə birgə zibillik məkanlarının da artmasıdır. Buna görə də çıxılmaz vəziyyətdə qalan insanlıq təkrar istehsal fikrini ortaya çıxardı. Təkrar istehsal ideyası ilk dəfə “Morbo” adlı tullantı tankerinin işçilərinin ideyası kimi, ABŞ-da meydana çıxıb. 1987-ci ildə hələ o qədər də məşhur olmayan bu tanker 3000 ton zibili boşaltmaq üçün müxtəlif limanlara yaxınlaşsa da, heç bir liman onu qəbul etmədi və Nyu Yorka geri qayıdan tanker böyük etirazla qarşılandı. Bu Nyu Yorkda “zibil krizisi”nin başlanğıcı oldu. Çarəsiz qalan amerikanlar hərəkətə keçdilər, beləcə ilk “təkrar istifadə” ideyası meydana çıxdı. Hərşeydən əvvəl bağça və məktəb müəllimləri öyrədildi ki, zibil atılarkən şüşə və plastik qablar bir-birindən ayrılsın. Elə həmin gündən etibarən bəzi tənqidçilər təkrar istehsalat prosesinin sadəcə pul və yanacaq sərfi olacağını qeyd etdilər, bir çoxlarında bəzi suallar yarandı.“Təkrar istehsalda nə qədər yanacağa ehtiyac olacaq, enerjiyə necə qənaət ediləcək, atmosferə nə qədər tüstü buraxılacaq və bütün bunlar nə qədər vəsait tutacaq?” Lakin, ABŞ tərəfindən başladılan bu “hərəkat” hal-hazırda dünyada qənaətin, boşa xammal sərfinin qarşısının alınmasının, ən əsası isə dövlət iqtisadiyyatına müsbət yöndə faydanın ən effektiv yolu hesab olunur. Lakin səylərə baxmayaq dünyadakı bütün tullantıların sadəcə 13.5%i təkrar emal edilir.

2

Bakalavr diplom işimi tullantılarla (ədəbiyyatda tullantıların açıqlaması “bütün məhsulların daxil olduğu artıq istifadə edilməyən, əlavə olaraq, insanların istifadə etməkdən çəkindiyi təhlükəli məmulatlar” şəklində verilir) bağlı yazmışam. Bu araşdırma elmə nə qədər faydalı olub, o, bir az sual altındadır. Məhdud mənbələr əl-qolumuzu bağlamaqla yanaşı, bürokratiya da yolumuza bir daş qoyur. Elə lap “Świat według Kiepskich – Biurokracja” proqramında olduğu kimi. İllər sonra Türkiyədəki qrup yoldaşım hərbi ərazidə geoloji araşdırma apararkən, mən bir məqalə üçün qapı-qapı gəzib tutarlı informasiya dilənirdim. Nəinki məlumat almaq, heç araşdırma ərazisinin yanından belə keçmək mümkün olmamışdı. Aidiyyatı quruma zəng edəndə telefondakı şəxs mənə kömək məqsədilə googleda olan informasiyanı danışmağa başladığı zaman “mənə nağıl yox, elm lazımdır” deməyim onu bir az qıcıqlandırmış və əsəbi şəkildə mətbuatın nömrəsini vermişdi. Təbii ki, “kiçik” mətbuat məni “böyük” mətbuata yönləndirmiş, “böyük” mətbuat isə nəsil-şəcərəmi öyrəndikdən sonra yardımçı ola bilməyəcəyini demişdi. Hər sahədə olduğu kimi, burda da gender məsələsi özünü sərt şəkildə göstərir. Tullantılarla bağlı araşdırma apardığını demək, universitet illərindən bəri nədənsə həmişə problem olub. “Bu sahə qadın işi deyil, qadın kimi incə məxluqun zibillikdə nə işi var” kimi cümlələr çox eşidilir. Gender məsələsindən daha vacib olan bizdə hər şeyin elə tullantılardan aldığımız enerjinin statistikasının illərdir dəyişməz qalması kimi formal olmasıdır. 4-cü nəsil texnologiya, MDB-də ən güclü zavod, ancaq illərdir dəyişməyən statistika adamı düşündürür.

Bir tanışım bu məsələyə yanaşma tərzimin çox radikal olduğunu, tənqidi fikirlərimin yersiz, eyni zamanda şişirdildiyini desə də, mövzu haqqında məlumatlı olan birinin daha yaxşı başa düşəcəyinə inanıram. Azərbaycanda tullantılarla, xüsusilə məişət tullantıları ilə bağlı düşünən insanları tapmaq çox nadir hadisədir. Axı, bir çoxları üçün həyat sadəcə yeyib-içməkdən ibarətdir. Əlindəki zibili yanındakı zibil qutusuna atmağa ərinənlərdən daha artığını gözləmək axmaqlıq olardı, hər şeydən əvvəl maarifləndirmə çox vacibdir. Təəssüf ki, məktəb vaxtlarından bu barədə cahil qalmışıq. Təmiz Şəhər ASC-nin facebook səhifələrində paylaşdığı tullantı ayırmaq üçün şəhərin 2-3 göz görən yerinə qoyulmuş rəngli qutuların içi gündəlik və bir-birinə qarışmış məişət, qeyri-məişət tullantıları ilə doludur.

Məişət tullantılarının həcmi, təəssüf ki, əhalinin sayı ilə düz mütənasibdir. Dünya Bankının hesablamalarına görə 2016-cı ildə tullantıların bütün dünya üzrə həcmi 2 milyard ton olub. Bu, 2030-cu il üçün 2.59 milyard ton, 50-ci il üçün isə 3.40 milyard ton olaraq proqnozlaşdırılıb. Təbii ki, ən əsas pay burada Şərqi Asiya və Sakit okean sahili ölkələrinin payına düşür.

1

Hal-hazırda ən çox problem yaradan bərk məişət tullantılarının (bmt) poliqonlarda saxlanmasıdır. Təbii ki bu, büdcə tələb edən bir proses olduğundan, dünyada nəzarət altında olan bu cür ərazilər cəmi 4% təşkil edir. Bilinən nəzarətsiz açıq tullantı məkanları isə 25% təşkil edir. Bugün bütün dünyadakı zibilliklərin 33%i açıqdır. Azərbaycanda İqtisadiyyat Nazirliyinin 2017-ci ildə verdiyi məlumata görə açıq tullantı sahələri bizdə 100% təşkil edir, neçə faizinin nəzarət altında olduğunu isə qeyd etmirlər. Açıq poliqonların olması eyni zamanda təhlükə doğurur. Metan qazı tərkibli (44-66%) bioqazın yay aylarında havaya qarışması ciddi problemə səbəb ola bilər. Bu eyni zamanda tullantı sahələrində yanğınların birinci səbəbidir. Ancaq bioqaz həmişə problemlərlə nəticələnmir, o nəzarət altında saxlanılan ciddi enerji qaynağıdır. Azərbaycanda hələ ki, bioqaz alınması yoxdur, ancaq enerji almaq üçün tullantıların yandırılması həyata keçirilir. Ancaq təəssüf ki, aldığımız enerjinin statistikası hələ də dəyişməz qalır – 231,5 min.kVt/s.

Qonşu Türkiyədə bu, uzun illərdən bəri istifadə edilir. Samsun şəhərində 20 minlik əhalisi olan qəsəbənin elektrik enerjisi qəsəbədən 1 km-likdə yerləşən tullantı zavodunun sayəsində təmin edilir. Ancaq bu, eyni zamanda əhalinin narazılığına da gətirib çıxarır. Səbəb həm poliqonun tutduğu yerin genişlənməsi, eyni zamanda zavodun problemlərinin qəsəbə üçün narahatlıq yaratmasıdır. Əgər qaz çıxaran və ötürən borularda problem baş verərsə, bu, həm zəhərlənməyə, həm də partlamaya səbəb ola bilər.

Bizdə əsas problem həm alanın, həm də satanın razı qalmamasıdır. Yəni insanlar əllərində olanları necə dəyərləndirəcəklərini ya bilmir, ya da bunun üçün dövlət və ya özəl qurumlar onlara müraciət etmir. Əlimizdə olan plastik, metal, kağız, hətta bio da daxil olmaqla tullantıların əksəriyyəti puldur. Bir vaxtlar Azercellin layihəsi olan, Ekobox şirkətinin fandomatları var idi ki, 50 plastik butulka üçün 1 azn ödəniş verirdi, ancaq görünən odur ki, onlar artıq suvenirə çevrilib. Çatışmayan işçi qüvvəsi, aparatların düzgün və ya heç işləməməsi insanların aqressiyasına səbəb olmaqla, şikayətləri daha da artırmaqdadır. Axı bizim üçün önəmli olan təbiət deyil, reklamdır.

422272102
Foto: Sputnik.az

Bu gün Bakıda bmt sadəcə 74% yığılır. Qonşu Gürcüstanın paytaxtında isə bu, 100% təşkil edir. Azərbaycanda ən son verilən 2015 statistikasında göstərilir ki, bir il ərzində ümumi atdığımız bmtnın miqdarı 2.9 milyon tondur. Statistik məlumatlara görə Bakıda yaşayan 5 nəfərlik ailədə ən çox tullantı payız fəslində olur (443kq), buna səbəb kimi isə insanların bu fəsildə evlərinə qayıtması, şəhərdə əhalinin çoxalması göstərilir. Qış fəsli məişət tullantılarının ən az olduğu fəsil kimi göstərilib, bu fəsildə isə miqdar 373 kq təşkil edir. Əgər payızda insanlar geri qayıdırsa, qış fəsli insanların ən çox evdə oturduqları zamandırsa, maraqlıdır ki, verilən məlumatda niyə bu fəsildə tullantılar artmaq əvəzinə azalır?

Ümumiyyətlə, Təmiz Şəhərin verdiyi statistikalar çox vaxt sual doğurur. Gecəyarısı qərarları ilə bizi artıq təəccübləndirməyən Tarif şurasının 2011-ci ildəki qərarına görə bmt üçün adambaşına ödəniş 0.30 qəpik təşkil edir. Əslində tələb olunan bu ödəniş miqdarı çox aşağıdır. Tullantının zərərli olması bunu 1.20 aznə qədər artırır. Ancaq Azərbaycan reallığında hər kəsin əlinə keçəni zibil qablarına atması prosesi daha da çətinləşdirir. Polşada bu, adambaşına çeşidlənmiş tullantılar üçün 24 zlot, yəni 11 azn təşkil edir, təbii ki, yaş kateqoriyası da nəzərə alınır, 18 yaşına çatmayanlar üçün ödəniş daha aşağıdır və zibillərin çeşidlənməsi artıq məcburidir. Hətta həyət evlərində və kəndlərdə yaşayan insanlar bio tullantılardan öz bağçalarında kompost hazırlayır. Bizim kəndlərdə isə insanlar “su yuyub aparar” deyərək zibili çaya tökürlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Ölü evdən qeydlər

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Azərbaycanda orta sinif varmı?

“Bəli, mən feministəm – mən pis qızam!”

Nə idi “Sinqapur möcüzəsi”?

190 manatlıq virus və real işsizlik

Milli riyakarlığımız və Kleopatra

Azərbaycanda atom enerjisi perspektivi

Quldurluğun cəngavərlik kimi təqdim olunması

Axmaq dünyanın ədalətsiz oyun qaydaları

Selcan: Feminizmin ilk qələbəsi

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

Üzeyir Hacıbəylinin analitik düşüncə tərzinə dair bəzi nümunələr

Zəhmətimin «Sizif əməyi» olduğunu bildiyim halda

Qorxaqlığımız genetikdir?

Çin, bəşər tarixində ilk dəfə Ayın qaranlıq tərəfinə missiya göndərib

Axundovla Zərdabinin tarixi məktublaşması

Niyə dahi qadın rəssamlar olmayıb?

“Rusiyanı sevin, Rusiyanı qəbul edin, Rusiyanı bağrınıza basın.”

“Tarix və Tale” haqqında

Müsabiqə, yoxsa intriqa?

Rus dili – miras, yoxsa anoxronizm?

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – 2 hissə

1917

Xəyanət barədə PSevdosöhbət

Masturbasiya və evlilik – ailə dəyərləri sistemində

Facebook-dan gedin və xoşbəxt olun

“Tərbiyəsiz” Dekameron

Zibilə dönən həyat

Məryəm İsmayılova Məryəm İsmayılova
., Sərbəst
30 May 2020

2015-ci ildən bəri gündəmdə olan, hər iki ildən bir özünü xatırladan “Livan tullantı böhranı” yenidən üfüqdə görünməyə başlayıb. Bir vaxtlar paytaxt Beyrutda köhnə tullantı saxlama sahəsinin bağlanması şəhərdə topa-topa zibillərin yığılmasına gətirib çıxarmış və bu da geniş etirazlara səbəb olmuşdu. Virusun tüğyan etməsi, insanların evdə vaxt keçirməsi, istifadə edilən ərzaq məhsullarının çoxalmasına səbəb olmaqla yanaşı, karantin müddətində tullantı yığan müəssisələrin iş rejimini dəyişməsi həyətyanı zibilliklərin daha da artmasına gətirib çıxardı. Əslində dəfələrcə müzakirə olunan, daima danışılan, ancaq tənbəllik etdiyimiz çeşidləmə və təkrar istehsala yardım məsələsi barəsində ciddi düşünmək lazımdır.

Bu gün qlobal istiləşmə ilə yanaşı ən əsas problem istehlak etdiyimiz məhsulların artması ilə birgə zibillik məkanlarının da artmasıdır. Buna görə də çıxılmaz vəziyyətdə qalan insanlıq təkrar istehsal fikrini ortaya çıxardı. Təkrar istehsal ideyası ilk dəfə “Morbo” adlı tullantı tankerinin işçilərinin ideyası kimi, ABŞ-da meydana çıxıb. 1987-ci ildə hələ o qədər də məşhur olmayan bu tanker 3000 ton zibili boşaltmaq üçün müxtəlif limanlara yaxınlaşsa da, heç bir liman onu qəbul etmədi və Nyu Yorka geri qayıdan tanker böyük etirazla qarşılandı. Bu Nyu Yorkda “zibil krizisi”nin başlanğıcı oldu. Çarəsiz qalan amerikanlar hərəkətə keçdilər, beləcə ilk “təkrar istifadə” ideyası meydana çıxdı. Hərşeydən əvvəl bağça və məktəb müəllimləri öyrədildi ki, zibil atılarkən şüşə və plastik qablar bir-birindən ayrılsın. Elə həmin gündən etibarən bəzi tənqidçilər təkrar istehsalat prosesinin sadəcə pul və yanacaq sərfi olacağını qeyd etdilər, bir çoxlarında bəzi suallar yarandı.“Təkrar istehsalda nə qədər yanacağa ehtiyac olacaq, enerjiyə necə qənaət ediləcək, atmosferə nə qədər tüstü buraxılacaq və bütün bunlar nə qədər vəsait tutacaq?” Lakin, ABŞ tərəfindən başladılan bu “hərəkat” hal-hazırda dünyada qənaətin, boşa xammal sərfinin qarşısının alınmasının, ən əsası isə dövlət iqtisadiyyatına müsbət yöndə faydanın ən effektiv yolu hesab olunur. Lakin səylərə baxmayaq dünyadakı bütün tullantıların sadəcə 13.5%i təkrar emal edilir.

2

Bakalavr diplom işimi tullantılarla (ədəbiyyatda tullantıların açıqlaması “bütün məhsulların daxil olduğu artıq istifadə edilməyən, əlavə olaraq, insanların istifadə etməkdən çəkindiyi təhlükəli məmulatlar” şəklində verilir) bağlı yazmışam. Bu araşdırma elmə nə qədər faydalı olub, o, bir az sual altındadır. Məhdud mənbələr əl-qolumuzu bağlamaqla yanaşı, bürokratiya da yolumuza bir daş qoyur. Elə lap “Świat według Kiepskich – Biurokracja” proqramında olduğu kimi. İllər sonra Türkiyədəki qrup yoldaşım hərbi ərazidə geoloji araşdırma apararkən, mən bir məqalə üçün qapı-qapı gəzib tutarlı informasiya dilənirdim. Nəinki məlumat almaq, heç araşdırma ərazisinin yanından belə keçmək mümkün olmamışdı. Aidiyyatı quruma zəng edəndə telefondakı şəxs mənə kömək məqsədilə googleda olan informasiyanı danışmağa başladığı zaman “mənə nağıl yox, elm lazımdır” deməyim onu bir az qıcıqlandırmış və əsəbi şəkildə mətbuatın nömrəsini vermişdi. Təbii ki, “kiçik” mətbuat məni “böyük” mətbuata yönləndirmiş, “böyük” mətbuat isə nəsil-şəcərəmi öyrəndikdən sonra yardımçı ola bilməyəcəyini demişdi. Hər sahədə olduğu kimi, burda da gender məsələsi özünü sərt şəkildə göstərir. Tullantılarla bağlı araşdırma apardığını demək, universitet illərindən bəri nədənsə həmişə problem olub. “Bu sahə qadın işi deyil, qadın kimi incə məxluqun zibillikdə nə işi var” kimi cümlələr çox eşidilir. Gender məsələsindən daha vacib olan bizdə hər şeyin elə tullantılardan aldığımız enerjinin statistikasının illərdir dəyişməz qalması kimi formal olmasıdır. 4-cü nəsil texnologiya, MDB-də ən güclü zavod, ancaq illərdir dəyişməyən statistika adamı düşündürür.

Bir tanışım bu məsələyə yanaşma tərzimin çox radikal olduğunu, tənqidi fikirlərimin yersiz, eyni zamanda şişirdildiyini desə də, mövzu haqqında məlumatlı olan birinin daha yaxşı başa düşəcəyinə inanıram. Azərbaycanda tullantılarla, xüsusilə məişət tullantıları ilə bağlı düşünən insanları tapmaq çox nadir hadisədir. Axı, bir çoxları üçün həyat sadəcə yeyib-içməkdən ibarətdir. Əlindəki zibili yanındakı zibil qutusuna atmağa ərinənlərdən daha artığını gözləmək axmaqlıq olardı, hər şeydən əvvəl maarifləndirmə çox vacibdir. Təəssüf ki, məktəb vaxtlarından bu barədə cahil qalmışıq. Təmiz Şəhər ASC-nin facebook səhifələrində paylaşdığı tullantı ayırmaq üçün şəhərin 2-3 göz görən yerinə qoyulmuş rəngli qutuların içi gündəlik və bir-birinə qarışmış məişət, qeyri-məişət tullantıları ilə doludur.

Məişət tullantılarının həcmi, təəssüf ki, əhalinin sayı ilə düz mütənasibdir. Dünya Bankının hesablamalarına görə 2016-cı ildə tullantıların bütün dünya üzrə həcmi 2 milyard ton olub. Bu, 2030-cu il üçün 2.59 milyard ton, 50-ci il üçün isə 3.40 milyard ton olaraq proqnozlaşdırılıb. Təbii ki, ən əsas pay burada Şərqi Asiya və Sakit okean sahili ölkələrinin payına düşür.

1

Hal-hazırda ən çox problem yaradan bərk məişət tullantılarının (bmt) poliqonlarda saxlanmasıdır. Təbii ki bu, büdcə tələb edən bir proses olduğundan, dünyada nəzarət altında olan bu cür ərazilər cəmi 4% təşkil edir. Bilinən nəzarətsiz açıq tullantı məkanları isə 25% təşkil edir. Bugün bütün dünyadakı zibilliklərin 33%i açıqdır. Azərbaycanda İqtisadiyyat Nazirliyinin 2017-ci ildə verdiyi məlumata görə açıq tullantı sahələri bizdə 100% təşkil edir, neçə faizinin nəzarət altında olduğunu isə qeyd etmirlər. Açıq poliqonların olması eyni zamanda təhlükə doğurur. Metan qazı tərkibli (44-66%) bioqazın yay aylarında havaya qarışması ciddi problemə səbəb ola bilər. Bu eyni zamanda tullantı sahələrində yanğınların birinci səbəbidir. Ancaq bioqaz həmişə problemlərlə nəticələnmir, o nəzarət altında saxlanılan ciddi enerji qaynağıdır. Azərbaycanda hələ ki, bioqaz alınması yoxdur, ancaq enerji almaq üçün tullantıların yandırılması həyata keçirilir. Ancaq təəssüf ki, aldığımız enerjinin statistikası hələ də dəyişməz qalır – 231,5 min.kVt/s.

Qonşu Türkiyədə bu, uzun illərdən bəri istifadə edilir. Samsun şəhərində 20 minlik əhalisi olan qəsəbənin elektrik enerjisi qəsəbədən 1 km-likdə yerləşən tullantı zavodunun sayəsində təmin edilir. Ancaq bu, eyni zamanda əhalinin narazılığına da gətirib çıxarır. Səbəb həm poliqonun tutduğu yerin genişlənməsi, eyni zamanda zavodun problemlərinin qəsəbə üçün narahatlıq yaratmasıdır. Əgər qaz çıxaran və ötürən borularda problem baş verərsə, bu, həm zəhərlənməyə, həm də partlamaya səbəb ola bilər.

Bizdə əsas problem həm alanın, həm də satanın razı qalmamasıdır. Yəni insanlar əllərində olanları necə dəyərləndirəcəklərini ya bilmir, ya da bunun üçün dövlət və ya özəl qurumlar onlara müraciət etmir. Əlimizdə olan plastik, metal, kağız, hətta bio da daxil olmaqla tullantıların əksəriyyəti puldur. Bir vaxtlar Azercellin layihəsi olan, Ekobox şirkətinin fandomatları var idi ki, 50 plastik butulka üçün 1 azn ödəniş verirdi, ancaq görünən odur ki, onlar artıq suvenirə çevrilib. Çatışmayan işçi qüvvəsi, aparatların düzgün və ya heç işləməməsi insanların aqressiyasına səbəb olmaqla, şikayətləri daha da artırmaqdadır. Axı bizim üçün önəmli olan təbiət deyil, reklamdır.

422272102
Foto: Sputnik.az

Bu gün Bakıda bmt sadəcə 74% yığılır. Qonşu Gürcüstanın paytaxtında isə bu, 100% təşkil edir. Azərbaycanda ən son verilən 2015 statistikasında göstərilir ki, bir il ərzində ümumi atdığımız bmtnın miqdarı 2.9 milyon tondur. Statistik məlumatlara görə Bakıda yaşayan 5 nəfərlik ailədə ən çox tullantı payız fəslində olur (443kq), buna səbəb kimi isə insanların bu fəsildə evlərinə qayıtması, şəhərdə əhalinin çoxalması göstərilir. Qış fəsli məişət tullantılarının ən az olduğu fəsil kimi göstərilib, bu fəsildə isə miqdar 373 kq təşkil edir. Əgər payızda insanlar geri qayıdırsa, qış fəsli insanların ən çox evdə oturduqları zamandırsa, maraqlıdır ki, verilən məlumatda niyə bu fəsildə tullantılar artmaq əvəzinə azalır?

Ümumiyyətlə, Təmiz Şəhərin verdiyi statistikalar çox vaxt sual doğurur. Gecəyarısı qərarları ilə bizi artıq təəccübləndirməyən Tarif şurasının 2011-ci ildəki qərarına görə bmt üçün adambaşına ödəniş 0.30 qəpik təşkil edir. Əslində tələb olunan bu ödəniş miqdarı çox aşağıdır. Tullantının zərərli olması bunu 1.20 aznə qədər artırır. Ancaq Azərbaycan reallığında hər kəsin əlinə keçəni zibil qablarına atması prosesi daha da çətinləşdirir. Polşada bu, adambaşına çeşidlənmiş tullantılar üçün 24 zlot, yəni 11 azn təşkil edir, təbii ki, yaş kateqoriyası da nəzərə alınır, 18 yaşına çatmayanlar üçün ödəniş daha aşağıdır və zibillərin çeşidlənməsi artıq məcburidir. Hətta həyət evlərində və kəndlərdə yaşayan insanlar bio tullantılardan öz bağçalarında kompost hazırlayır. Bizim kəndlərdə isə insanlar “su yuyub aparar” deyərək zibili çaya tökürlər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel