bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Zemmelveys refleksi və ya əl yumağın inkarı

Zaur Hüseynzadə Zaur Hüseynzadə
., Elm
21 Mart 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Surgeon
Paylaş

Yeni bir dəlil köhnə qaydalarla, ənənələrlə ziddiyyət təşkil edir deyə inkar olunur. Bu zaman inkar edən adamın göstərdiyi cavab refleksi Zemmelveys refleksi adlanır. İnsanlıq tarixində inkar edilmiş həqiqətlər kifayət qədər olub və bu psixoloji terminə o inkarlardan başqa birinin də adı verilə bilərdi. Amma əl yumanın inkarından yəqin ki, daha bəsit bir inkara rast gəlmək olmaz. Bu, cəhalətin elmi inkar etməsinin ən saf, ən yalın halıdır. Bəlkə də Qaliley Yerin Günəş ətrafında fırlanmasını göstərə bilməzdi və ya ona hər hansı məntiq səfsətəsi ilə cavab verə bilərdilər, amma Zemmelveysin əhvalatında bunların heç biri mümkün ola bilməzdi. Baxmayaraq ki, o dediklərini faktiki şəkildə sübut edirdi, onu inkar etmək də mümkün oldu. Həm də burada təkcə cəhalət yox, eqoizmin də, təkəbbürün də rolu vardı. Praktiki nəticələrlə sübut olunsa da, eqoistcəsinə inkar olunmuş bəsit bir həqiqət: əl yumaq yoluxucu xəstəliklərdən qoruyur…

Koronavirus demək olar ki, bütün dünyanı öz cənginə alıb. Virusun siyasi məqsədlərlə yaradılması, bütün bunların siyasət olması kimi bəzi fikirlər söylənsə də, hələlik bütün bunları konspirologiya hesab etmək olar. Amma birdəfəlik unutmaq da olmaz. Virusun həddən artıq böyüdülməsi həqiqət ola bilər, lakin göz önündə olan odur ki, insanlar ölür. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də bütün tibb müəssisələrinin virusdan qorunmaq üçün yekdilliklə dediyi ən əsas qayda isə əllərin sabunla yaxşıca yuyulması və ya antiseptiklərlə dezinfeksiya edilməsidir.

Lakin insanlar bu məsləhətləri hələ də qulaqardına vurmaqdadırlar. Necə ki, təxminən 170 il bundan əvvəl Zemmelveysin dediklərini də bir qulaqdan alıb, obirindən ötürürdülər. Özü də sadə əhali deyil, o zamanın tibb xadimləri onun dediklərinə qarşı çıxırdı. Əllərin yuyulmasını dünyaya qəbul etdirmək, ən azından gigiyena üçün vacib bir şey olduğuna insanları inandırmaq elə də asan iş olmayıb. Bəşər övladının hər mütərəqqi tapıntısının məsuliyyətini öz üzərinə götürən və bu yolda ya həyatını qurban verən, ya da irtica ilə razılaşan “seçilmişlər” olub. Zemmelveys özünü bu yolda qurban verənlərdən oldu.

İqnaç Zemmelveys macar professor və mama həkimi idi. O, 1846-cı ildə Vyana Baş Xəstəxanasının (Allgemeines Krankenhaus der Stadt Wien) birinci bölməsində işə başlayan dövrdə bir çox hamilə qadının ölümünə səbəb olan zahı qızdırması xəstəliyi hələ də müəmma olaraq qalmaqda idi. Bu, o qədər müəmmalı bir xəstəlik idi ki, doğuş zamanı hətta həkimlər də ölə bilirdi. Buna görə də bir çox qadınlar bu xəstəliyi bəzən “həkim yoluxması” hesab edirdilər və doğuşu doğum evlərində həyata keçirmək yerinə, yenidən evdə doğuş təcrübəsinə qayıdırdılar.

Bütün bu baş verənlər Zemmelveysi düşündürür və o doğuş zamanı baş verən ana ölümlərini araşdırmağa başlayır. Zemmelveys müəyyən edir ki, xəstəxananın onun işlədiyi birinci bölməsindəki ölümlər ikinci bölməsindəki ölümlərdən kifayət qədər çoxdur. Birinci bölmədəki ölüm faizi 25, ikinci bölmədə isə cəmi 3 idi və ölüm hallarının demək olar ki, hamısı zahı qızdırmasından olurdu. Bu statistikanı müşahidə edən Zemmelveys ölüm halları üçün göstərilən ənənəvi səbəblərdən şübhələnməyə başlayır. İrəli sürülən ənənəvi səbəblər isə miazm, ağırlaşma, qorxu, yubadılmış laktasiya, iltihabi dəyişiklik olurdu. Amma 1847-ci ildə Zemmelveysin yaxın dostu və həmkarı olan Yozef Koleçka (Josef Kolletschka) işdə barmağını kəsir və son nəticə olaraq limfanqit və qan zəhərlənməsindən ölür. Bu hadisənin onun fikirlərini necə yönləndirdiyini özü bu cür nəql edir:

“Mən tamamilə naümid halda qızğın emosiya ilə bu məsələdə baş sındırırdım, ta ki ağlımdan bu fikir keçənə qədər. Birdən mənə aydın oldu ki, zahı qızdırması və professor Koleçkanın ölümü hadisəsi eyni şeydir,  çünki hər ikisində patolojik olaraq eyni anatomik dəyişikliklər var. Buna görə də, əgər professor Koleçkanın hadisəsində septik dəyişikliklər meyitin hissəciklərinin inokulyasiyasında qaynaqlanırsa, o zaman zahı qızdırması da eyni şeydən qaynaqlanmalıdır.”

Bununla da, macar professor kəşf edir ki, onun həmkarı zahı qızdırmasından ölməzdən əvvəl bu xəstəlikdən ölmüş bir qadın üzərində meyityarma əməliyyatı edərkən barmağını yaralayıb və bununla da özü həmin xəstəliyə yoluxub. Açıq yaraya infeksiya yoluxaraq onun ölümünə səbəb olub. Ancaq digər həkimlər, tələbələr zahı qızdırmasından ölən qadınların meyitlərini yararkən meyitdəki mikroorqanizmlər onların əllərinə və barmaqlarına keçir və daha sonra doğuş zamanı mamalıq edəndə xəstəliyi digər hamilə qadının tənasül orqanına keçirirdilər. Hamilə qadınların isə xəstəliyi yaymaqda heç bir rolu olmurdu. Yoluxdurucu vasitə yalnız həkimlərin yuyulmamış çirkli əlləri olurdu. Zemmelveys qeyd edir ki, həkimlər və tələbələr xəstəxanaya gəldikdə xəstələri qəbul etmədən öncə adətən meyityarma ilə məşğul olurdular və onların əllərindən həmişə meyit hissəciklərinin qoxusu gəlirdi. Mamaçalar isə demək olar ki, heç zaman meyityarma işində iştirak etmirdilər. Bu isə xəstəxanın birinci və ikinci bölməsindəki ölüm hallarının bu qədər fərqli olmasına səbə olurdu. Meyityarma əməliyyatları xəstəxanın birinci bölməsində həyata keçirildiyi üçün orada ölümlər daha çox olurdu. Zemmelveysin gəldiyi nəticə bu idi və çox doğru idi.

Bundan sonra Zemmelveys həkim yoldaşlarına əllərini yaxşı şəkildə və kalsium-hidroksid qarışıqlı məhlulla yumalarını tapşırdı. Bununla da, zahı qızdırması halları kəskin şəkildə aşağı düşdü. Zemmelveysin doğru olmasına baxmayaraq, sonralar öz nəzəriyyəsini Vyana Tibb Cəmiyyətinə təklif etdikdə, öz həmkarları tərəfindən sərt tənqidlərə məruz qaldı. Xüsusən də müdiri olan Yohan Kleyn ona qarşı hər cür məhdudiyyət tətbiq edirdi. Həmkarları bildirirlər ki, Zemmelveys bununla onların çirkli insanlar olduqlarına eyham vurur və eyni zamanda onun fikirləri ənənəvi gigiyena qaydalarına ziddir. Beləliklə də, həmkarları onu sıxıştırmağa başlayırlar. Onu işdən qovurlar və yazılarını nəşr etməyə icazə vermirlər.

Vyana doğum evində ölüm hallarının açıq-aşkar azalmasına rəğmən, xəstəxana yenə də köhnə üsullarına geri döndü. Vyanada ona qarşı aşkarcasına diskriminasiyanı görən professor vətəni Macarıstana geri dönür və burada Peçs şəhərində doğum evində işləməyə başlayır. Burada da ölüm faizlərini əhəmiyyətli dərəcədə azaldır, amma dövrün tibbinə əl yumağın vacibliyini heç cür başa sala bilməməsi Zemmelveysdə əsəb pozulmalarının yaranmasına səbəb olur. Son olaraq o, öz fikirlərini “Zahı qızdırmasının mahiyyəti, etiologiyası və profilaktikası” (Die Ätiologie, der Begriff und die Prophylaxe des Kindbettfiebers) adı ilə çap etsə də, bu kitab o qədər də diqqət çəkmir. O, əl yumağın ölümdən xilas etməsinə inanmayanlara qarşı hətta təhqirlər də işlətməkdən çəkinmir, onları qatil də adlandırır. Ən istehzalı yazılarından birində o, Vürzburqda mamalıq üzrə məşhur professor olan Fridrix Skanzoniyə bu sözləri yazır:

“Ser, əgər siz mənim təlimimin təkzibini sübut etmədən zahı qızdırmasının adi epidemik xəstəlik olduğunu öyrətdiyiniz tələbələrə və mamaçalara dərs deməyə davam edəcəksinizsə, sizi Tanrı və dünya qarşısında qatil elan edirəm və zahı qızdırması tarixi sizi mənim həyat qurtaran doktrinama qarşı olduğunuz üçün tibbin Neronu kimi ölümsüzləşdirməklə haqsızlıq etmiş olmayacaq.”

Zemmelveys həyatının son illərini depressiya həmlələri ilə mübarizə apararaq keçirir. 1865-ci ildə yaddaşını itirməyə başlayır və onda psixoz simptomları inkişaf edir. Ətrafdakılar ona dəli münasibətini bəsləyib, onlara həqiqətin yolunu göstərənə qarşı cəhalətin mübarizəsi qırmızı xətti də aşır. 1865-ci ildə öz həmkarları Zemmelveysi aldadaraq ruhi xəstəxanaya gətirirlər və oraya qapadırlar. İki həftə sonra isə Zemmelveys xəstəxanada ölü halda tapılır. Əvvəlcə nəzarətçilərin döyməsi nəticəsində yaralanmışdı, ölüm səbəbi isə əl yarasının infeksiyası nəticəsində yaranmış qanqrena göstərilir. Ölümündən sonra da onun, zahı qızdırmasının yoluxma səbəbinin əllərin yuyulmaması məfhumu ilə heç kəs maraqlanmır.

Yalnız Lui Pasterin “mikrob nəzəriyyəsi” (la théorie des germes) ilə işlər dəyişməyə başlayır. Paster Zemmelveysin və ondan sonra gələn bir neçə alimin fikirlərini tədqiq edərək bu nəticəyə gəlir ki, mikroorqanizmlər bir çox xəstəliklərin səbəbidir. Günümüzdə südün 80°С hərarətində bir müddət saxlanılması yolu ilə xəstəlik yaradan mikroorqanizmlərdən təmizlənməsini ifadə edən pasterizə sözü də Pasterin şərəfinə adlandırılmışdır. Zemmelveysdən təxminən iyirmi il sonra isə ingilis cərrahı Jozef Lister ilk dəfə olaraq formaldehid antiseptik spreyi kəşf edir və bununla da cərrahiyə əməliyyatları zamanı antiseptiklərlə yaranın işlənilməsi yoluyla orqanizmə mikrob düşməsinin qarşısı alınır.

Bəşər tarixi bu cür faciələrlə doludur, amma bu faciələr özü ilə birgə bəşəriyyətə işıq da bəxş edir, onu sonsuzluq nərdivanında bir pillə də qaldırır. Bəşər tarixinin həm əsas aparıcı qüvvəsi, həm də özü də bilmədən onu geriyə dartan geriçi qüvvəsi olan kütlələr isə didişdirmək üçün öz yeni Zemmelveyslərini gözləyir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör