bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Yaxşı pişiyə yaxşı siçan

Əli Novruzov Əli Novruzov
., Mövqe
05 Fevral 2020
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
Cat and mouse e1520786933922
Paylaş

Elə bir adam mənim da rastıma çıxmışdı. Nizami metrostansiyasından Şahmat klubuna qədər piyada getdiyimiz qısa yol boyu imkan tapıb mənə olduqca dəyərli, həm nəzəri, həm də əməli tövsiyələrini verə bilmişdi. Bütün bunları ironiyasız yazıram, çünki eşitdiklərim heç də “başını aşağı sal, dərsini oxu”, “bu müxalifətçiliyin başını burax”, “ingilis dilini və kompyuteri öyrən, get xaricdə iş tap” və sair bu qəbildən ağsaqqal nəsihətləri deyildi. Azərbaycan hakimiyyətinin son zamanlar çox işlətdiyi təbirlə desəm, müəllim 15 dəqiqə ərzində mənim üçün mükəmməl “yol xəritəsi” cızmışdı. Mən isə 20 yaşların başlanğıcında başıboş növcavan, bir qulaqdan alıb o biri qulaqdan buraxırdım. Həmin söhbətdə özümə bağışlamadığım bir şey varsa, o da həmin məsləhətlərin heç birini indi dəqiq xatırlamamağımdır.

Müəllim bir az da elə bil Yehova şahidi kimi inadkar idi, sən onun üzünə qapını bağlayanda pəncərədən girirdi. Yuxarıda kiminləsə danışıb məni özəl universitetlərin birində özünün apardığı elmi tədqiqat metodları kursuna yazmışdı – həm də o vaxtın Bakısında müasir elmi tədqiqat metodlarından xəbəri olan beş-on adam var idi ya yox. Cəmisi iki dərs getdim, sonra başını buraxdım. Kitabımı da kiməsə borca vermişdim, geri qaytarmadı.

Müəllim mənim akademik elm karyerası seçməyimi çox istəyirdi. Məni Bakıda bir yerə aparmışdı, orada rəflərdə ingilis dilində bütün vacib elmi kitabları tapmaq olardı, evə də götürməyə icazə verirdilər; bir də kompyuterlərdən dünyanın ən geniş elmi jurnallar bazasına çıxış var idi. Mənim isə elmə marağım sıfır, çünki İnternet və onlayn media, Facebook və Twitter bizdə təzəlikcə populyarlaşırdı, üstəlik bir də onlayn gündəliklər (bloqlar) yaranırdı. Yorucu elmlə müqayisədə yaradıcı yazı sənəti mənə daha cəlbedici gəlirdi.

İnsan 30 yaşa çatanda geriyə çevrilib keçdiyi yola bir də nəzər salır. “Görəsən nəyi düz etməmişəm?” Etmədiyimiz seçimlər barəsində özünü bu məqamda sorğu-suala tutmaqdan təbii bir şey yoxdur. Şübhəçilik düşünən insanın ən normal xüsusiyyətidir. Burada yanlış olan bir şey varsa, o da bizim etmədiyimiz seçimlərin guya bizi daha yaxşı yerə aparacağı inamına düşməyimizdir.

Etmədiyimiz seçimlər bizi əlbəttə indikindən başqa yerə aparacaqdı, yəni biz indiki biz olmayacaqdıq, amma bugünkü halımızdan daha yaxşı, yoxsa daha pis olacaqdıq – bu sual yersizdir, hətta cavabsızdır. Keçmişdə etmədiyimiz seçimlərə görə peşmançılıq çəkib ruhdan düşmək əslində ən axırıncı yoldur. Heç kim zəmanət vermir ki, həmin seçimləri etsəydik, indi yenə peşman olmayacaqdıq. Müəllimin tövsiyəsi ilə akademik elm karyerası seçən Əli Novruzov da o zaman etmədiyi seçimlərə görə eyni dərəcədə peşmançılıq yaşaya bilərdi. Çünki insan pisi və yaxşını adətən öz indiki ruh halına görə müəyyən edir, bu şəxsi pis və yaxşının meyarları isə çox nadir hallarda obyektiv olur.

Məqsədim insanların həyatını bir anda dəyişən, onlara dərhal uğur gətirən yazı yazmaq deyil. Nə də növbəti “yaşam koçu” olmaq istəmirəm. Mazandaranda çaqqal onsuz da boldur, biri də gəmi ilə niyə gəlsin ki? Amma məndən soruşsaz, birmənalı olaraq peşmançılığın daşını atın deyərəm. Sizin üçün “uğur” anlayışının nə məna daşımasından asılı olmayaraq, əgər özünüzü “uğursuz” hesab edirsizsə, buna görə peşmançılıq çəkib həyatınızın qalan hissəsini də dağdan üzü aşağı buraxmaq olmaz. İnsan həyatı 30 yaşda bitmir, 40 yaşda da bitmir, heç 50 yaşda da bitmir. Keçmişdə etmədiyiniz seçimləri isə geri çevirmək mümkün deyil. Onsuz da hər gün və hər saat yeni seçimlərin vədəsi yetişir. Peşmançılıq uzun yolun son dayanacağı da ola bilər, uzun yolun ilk məntəqəsi də. Hər şey sizin ona münasibətinizdən asılıdır. “Uğur” – ağır zəhmət və intizamlı əməyin nəticəsində əldə olunur, hazır resepti də yoxdur.

* * *

“Uğur pornoqrafiyasının” çoxmilyonluq biznesə, banal motivasiya kitablarının bestsellerə, mənasız insanların isə “yaşam koçuna” çevrildiyi bir dünya bu gün gənclərin ən böyük düşmənidir desəm bəlkə bir az şişirdərəm, amma yəqin yanılmaram. Təsadüflər, ailəsinin maddi və mənəvi dəstəyi, əlverişli sosial çevrə, eləcə də ictimai, siyasi və iqtisadi konyuktura nəticəsində həyatda uğur qazanan insancığazlar bu gün dayanmadan “uğur reseptləri” ilə ətrafı çirkləndirməkdədir.

Bir zamanlar mollalar insanların şəfa tapması üçün zəfəran suyu ilə əski əlifbada yazılmış duaları suda islatmağı və içməyi məsləhət görərdi, indiki “yaşam koçları” da mahiyyətcə eyni şeyləri deyirlər. Təəssüf doğuran hal isə bizim gənclərin bu “uğur mafiyasına” aldanaraq tutuquşu kimi təkrarçılıq etməyidir. Halbuki bəzən ən qiymətli məsləhəti yarım qulaqla, ötəri eşidə bilərsən, o da əgər konveyer üsulu ilə buraxılan məsləhətlər kakofoniyasında itib batmasa.

Eybalı müəllim mənə dərs deməmişdi, mən onunla tanış olanda yaşı 80-ı keçmişdi, amma universitetə hələ gəlib gedirdi. Bir dəfə dəhlizdə məni saxladı, hal-əhvaldan və növbətçi suallardan sonra sağollaşanda qəfil ingiliscə yaxşı bilib bilmədiyimi soruşdu, sonra da təqdirlə başını tərpədib əlavə etdi: “Hakim dili həmişə yaxşı öyrən, o, sənin qarşında bütün bağlı qapıları açacaq.”

Həyatında o qədər tələbənin içində məni, dərs demədiyi tələbəni Eybalı müəllim necə yadda saxlamışdı və ən əsası, bu sözləri mənə deyəndə ötəri demişdimi, yoxsa özü sözlərinin dəyərini çox yaxşı anlayırdı? Eybalı müəllimlə ünsiyyətimiz o qədər seyrək idi ki, vəfat etməsini illər sonra öyrəndim. İndi, müsəlmanın sonrakı ağlı ilə düşünəndə müəllimlə söhbət etmək istədiyim çox mövzular gözümün qabağından keçir. Mənim bu həyatda eşitdiyim ən dəyərli məsləhətlərdən birini Eybalı müəllim vermişdi. Özü də ötəri və təsadüfən. Həmin gün universitet dəhlizində heç rast gəlməyə də bilərdik.

Hakim dili həmişə yaxşı öyrənin, o, sizin qarşınızda bütün bağlı qapıları açacaq. Hakim dil həm də təkcə rus dili, ingilis dili, çin dili deyil. Hər dövrün öz hakim dili var, “dil” sözünün ən ümumi mənasında. Bu gün dünyanın hakim dilləri məsələn həm də proqramlaşdırma dilləridir, süni zəkanın dilidir.

Eybalı müəllimin mənə məsləhəti bu idi, qoy sizə də məsləhəti bu olsun.

* * *

Azərbaycan publisistikasında məni həmişə narahat edən məsələlərdən biri əksər yazarların iki əks qütbdə mövqe tutması olub. Onlar indinin özündə də ya saf idealizmi təbliğ edirlər, ya da ən sinik baxış bucağından dünyanı dəyərləndirirlər.

İdealizm və sinizm çox maraqlıdır, çox cazibəlidir, hətta bir az da cool təsir bağışlayır, amma siz dahi filosof deyilsizsə, nə idealizm, nə sinizm sizi mənalı bir yerə aparıb çıxarmayacaq. İdealizmin və sinizmin çörəyini tarix boyu ancaq dahi filosoflar yeyə bilib, adi insanlar isə öz dağılmış dünyalarının xarabalıqları altında əzilərək məhv olublar. Bu bir-iki dahi filosofu bütün dünya həmişə ehtiramla yad edəcək, amma idealizmin və sinizmin sayı on minləri, yüz minləri keçən zərərdidələrini bu gün kim xatırlayır?

Karlovı Varıdan qatarla Praqaya qayıdanda sanki gözlərim açılmışdı. Əslində baş verən şey olduqca banal bir hadisə idi: mənimlə eyni kupedə gələn işçi sinif çexlər bilet pulu kimi böyük məbləği qəpiklərlə ödəyirdilər. Təbii ki, onlar Sokolov, Ostrov, Most kimi başqa stansiyalarda qatara minmişdilər. Mən kassada biletə bir dənə şax minlik əskinas vermişdim, pulun qalığını da saymadan cibimə qoymuşdum. Yerli sakinlərlə müqayisədə bir turistin şax əskinaslarla alış-veriş etməsi normal haldır, amma axı mən Bakıda da pula turist kimi yanaşırdım!

Biz həmişə pula iki cür münasibətin olduğunu düşünürük. Birincisi – pula hərislik, yəni insan daha çox qazanmaq istəyir, daha çox var-dövlətə sahib olmaq istəyir, pul onun üçün məqsədə çevrilir. Bizim fikrimizcə bu yanaşma nəinki yanlışdır, hətta əxlaqi cəhətdən naqisdir. İkincisi – pula etinasızlıq, yəni həyatın mənası pul deyil, yaşamağın məqsədi də daha çox pul qazanmaq olmamalıdır. Biz, yəni bir balaca yüksək fakültələrə apellyasiya edən şəxslər bu ikinci yanaşmanı doğru hesab edirik, onda ali əxlaqın təcəssümünü görürük. Ona görə də əlimizə gələn pulun haraya getdiyini bilmirik. Bizim üçün pul həqiqətən əl çirkidir, nə qədər tez yusaq, o qədər yaxşıdır. Yalnız yaşa dolandan, başımız daşdan-daşa dəyəndən sonra bu iki yanaşmanın da sıradan bir stereotip olduğunun fərqinə varırıq.

Gənc olanda həyatın mənası düşünən insan üçün neqativ tərifdə olursa (“filan şey deyil”), yaşa dolanda pozitiv tərif alır (“filan şeydir”), amma onda da insan başa düşür ki, həyatın mənasına çatmaq üçün pul lazımdır. Bəli, pul həyatın mənası deyil, biz bunu fəhmimiz ilə hələ erkən gəncliyimizdə düzgün anlayırıq. Nahaq yerə yüksək fakültələrə apellyasiya etmirik ki! Lakin bu sadə həqiqətin ikinci hissəsini – həyatın mənasına çatmaq üçün müəyyən miqdarda pul lazımdır – bunu dərk etmək üçün bizim yüksək fakültələrimizin də yetkinləşməsini gözləmək lazım gəlir. Heç də astronomik olmayan məbləği qazanmaq indi bizim üçün müşkül işə çevrilir, çünki zamanla qayğılarımız da artıb. Vaxtında qazanmaq imkanımız olanda isə biz, təəssüf ki, “İdealizm və sinizm” tamaşasında öz kiçik rolumuzu oynayırdıq.

* * *

“On il sonra özünüzü harada görürsünüz?” – dünyada ikinci belə axmaq sual çətin ki tapıla. Bundan daha axmaq olan isə pafosla “Maykrosoftun prezidenti” deyən adamın müsahibəni uğurla keçməsi, səmimiyyətlə “bilmirəm” deyənin kəsilməsidir. Guya bircə bu sual ilə motivasiyalı və motivasiyasız insanları bir-birindən ayırmaq mümkün imiş.

Həyat on il sonranı aydın görmək üçün çox mürəkkəb və gözlənilməzdir. Heç bütün Qərb dünyası özünün saysız-hesabsız prestijli düşüncə mərkəzləri ilə bir yerdə Tramp və Breksit fenomenlərini öncədən görə bilməmişdi. Hələ mən Nəssim Talibin inkişaf etdirdiyi “qara qu quşu” söhbətlərinə girmək istəmirəm. Bütün bu qeyri-müəyyənliklərin fonunda ali təhsil və karyera nərdivanının ilk pillələrinə ayaq basan 20 yaşlarında bir gənc, əgər pafosa əl atmasa, öz on il sonrakı mövqeyini necə aydın təsəvvür edə bilər?

Bizdə bədii ədəbiyyata nifrət edən bir xeyli oxumuş, təhsilli insan var, çoxları da bu gün–sabah ahıl yaşlarını haqlayacaq. Onların bədii olan hər şeyə hədsiz nifrəti əslində çox rasionaldır, ancaq bədii ədəbiyyat oxumadıqları üçün öz fikirlərini doğru-düzgün qaydada ifadə edə bilmirlər. Onlar “uğur” qazanmaq üçün tək bədii ədəbiyyatın kifayət etmədiyini, daha fərqli bilik və bacarıqlar məcmusunun tələb olunduğunu demək istəyirlər. Onların fikrincə ilk növbədə peşəkar olmaq lazımdır, çünki özləri peşəkar ola bilməyib, indi də gənclərin eyni səhvi təkrar etdiklərini görüb əsəbiləşirlər. Tomas Mannı 40 yaşında da oxumaq olar, amma mühasibat uçotunu, proqramlaşdırma dilini, mühəndislik ixtisasını 40 yaşında öyrənmək xeyli çətin məsələdir. Ona görə də bu insanlar bədii ədəbiyyat oxuyanları görəndə “həm də çalış öz ixtisasında peşəkar ol” demək istəyirlər, amma özünüifadə vasitələri inkişaf etmədiyi üçün nəticədə bədii ədəbiyyata qarşı zəhər-kin qusurlar.

Əlbəttə, problem bədii ədəbiyyatda deyil. Bədii ədəbiyyatın istənilən yaşda və istənilən həcmdə mütaliəsi bəlkə təkcə gözləri vaxtından əvvəl zəiflədə bilər, o da əgər oxucu həddən artıq ehtiyatsız davranarsa. Əsl məsələ peşəkar olmaqdadır.

Müəllifini yadıma sala bilmirəm (ümid edirəm mənfur fiqur deyildi), müdriklərdən biri deyərdi ki, ilk öncə peşəkar olmaq lazımdır, qalan hər şey özü zamanla düzələcək.

On il sonra sualının cavabı da məhz burada gizlənib: hər kəs on il sonra öz mövqeyini aydın təsəvvür etməyə bilər, amma öz sahəsində peşəkarlığa can atarsa, növbəti on ildə özünü həyatın çağırışlarına hazırlamağı bacarar. Bir vaxtlar çap makinasında işləməyi öyrədən universitet kursları var idi, bu gün sürətlə dəyişən dünyada isə peşəkar olmaq bizdən tamamilə yeni bilik və bacarıqlar tələb edir: sosial intellekt, tənqidi düşüncə və problemlərin yaradıcı həlli kimi.

Unutmayın, bu həyatda yaxşı siçan yaxşı pişiyin qismətidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör