Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu Məhv olmuş xalq: “Bakinets” “Afina Məktəbi” - Raffaello Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

AzLogos AzLogos
., Sərbəst
13 Yanvar 2021

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.

Öz texnologiyaları və digital sferadakı imkanları ilə XXI əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə vadar edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.

Keçmişdə hər şey sadə idi: insanın nəfəsi dayanır, onun ürəyi daha döyünmür – demək ki, ölüb. Amma bu gün texnologiyalar sayəsində vegetativ vəziyyətdə və komada olan insanları həyatda saxlamaq mümkündür. Nəfəs alırlar, lakin şüurları sağlam insanlarda olduğu kimi daha işləmir. Onlar sağdırmı? Bu, dövrümüzün ən narahatedici mühüm suallarından biridir.

Bu fikirlərə fəlsəfi nöqteyi-nəzərdən baxsaq, fenomenoloji ənənəyə sadiq qalan Haydeqqer və digər filosofların insan üçün ölümün yeni təcrübə və təəssüratlar qazana bilinmədiyi anda gəldiyinə əmin olduqlarını xatırlamaq olar. Hətta insanın daha əvvəlki empirik təcrübələrinin izləri rəqəmsal formatda yaşamağa davam etsə belə.

Mənə elə gəlir ki, ölüm (hətta əgər insanın bədəni yaşayırsa belə) – şüurun fəaliyyətini dayandırmasıdır.

Ölüm mövcud olduğu üçün həyatımızda prioritetlərimiz var. Həyatdakı hər bir şeyi görüb qurtara bilmirik, ona görə də seçim etmək lazım gəlir. Əksər insanların planları siyahısında, çox ehtimal ki, yaşadıqları müddət ərzində həyata keçirə biləcəkləri məhz həmin məqsədləri var. Əks halda seçim mənasız ola bilər. Və insanlar bunu intuitiv olaraq edir.

İnsanın öz faniliyini dərk etməsi “dəyər” anlayışı ilə də bağlıdır. Freyd “On Transience” adlı essesində yazırdı: hər hansı bir şeyin dəyəri onda başa düşülür ki, biz onun əbədi bir şey olmadığını anlayaq. O, öz yazı işində yalnız bir gecə çiçək açan və məhz bunun üçün gözəl olan bir gülü təsvir edirdi. Öz həyatının sonlu olduğunu nə qədər yaxşı başa düşürsənsə, müəyyən şeylərin dəyəri bir o qədər artır.

Filosoflar iddia edir ki, bizi əhatə edən şeylərin bir sonu olduğu barədə düşünmək öz ölümlülüyümüzü dərk etməkdən daha asandır. Biz bunu hissiyyatla deyil, rasional səviyyədə başa düşürük. Haydeqqer bunu belə izah edir ki, ölümün gələcək zamanda baş verəsi bir hadisə olduğunu düşünmək insanlara xasdır: “Bu hadisə mən çox qoca olanda baş verəcək. Amma indi cavanam və buna görə narahat olmağa dəyməz”. Filosof belə təəssüratı “qeyri-mötəbərlik” deyə adlandırır. Məhz bunun sayəsində əbədi həyatın mövcud olub-olmaması barədə malxülyaya düşmürük və gündəlik işlərimizlə məşğul olmağımız mümkünlük tapır. Filosofun zənnincə, bunu etmək üçün varlığın “qeyri-mötəbərliyinə” yetişmək, yaxud başqa deyimlə öz mövcudluğunun lap əvvəldən mənasızlığını anlamaq və ölümü, məsələn, həyəcan və ya həsrət kimi hissi təcrübələrdən keçirərək qəbul etmək lazımdır. 1927-ci ildə nəşr etdiyi “Varlıq və zaman” kitabında yazır ki, bunu qəbul etdiyimiz yaxud etmədiyimizdən asılı olmayaraq, biz bir mahiyyət kimi ölümə doğru amansızca irəliləyirik.

Epikür güman edirdi ki, ölüm fikrini ümumiyyətlə bir kənara atmaq lazımdır. Onun üçün həyat və ölüm – iki tamamilə fərqli, müqayisə olunmayacaq anlayışlardır. Dostuna yazdığı məktubunda izah edirdi ki, insan yaşadığı zaman ölüm mövcud olmur, çünki o, canlı olduğu üçün ölümü yaşaya bilməz. İnsan öldükdə isə daha heç kəs narahat olmalı deyil. Beləliklə, həyat və ölüm, onun zənnincə, bir-biri ilə heç cür əlaqəli deyil. Əslində bu mövqedə kiçik bir hiylə payı var, ya da ki, bu cavabı natamam adlandırmalıyıq. Axı əslində əksər insanları ölümün özü deyil, ölümlə bağlı hallar narahat edir. Məsələn, onlar, sağalmaz xəstə olacaqları və ya travmaya məruz qalacaqlarından qorxurlar. Onlar, fəaliyyət qabiliyyətsizliyinə gətirib çıxaracaq hadisələrdən qorxurlar. Qorxurlar ki, qəzaya uğrayacaqlar və ya onları timsah parçalayacaq. Buna görə də ölümdən qorxu özündə başqa qorxuları da cəmləşdirir: şikəstlik və xəstəlik qorxusu, bədən üzvlərinin fəaliyyətinin itirilməsi və həyati təhdid qorxusu.

Məncə gələcəkdə insanlar dürüstlüyə daha çox dəyər verəcəklər. Fəlsəfə praktikaları köməyilə isə həyatlarını yaşamağı öyrənə, xoşladıqları işlə məşğul ola biləcəklər. Haydeqqerin yazdığı kimi, ümumiyyətlə daha “xalis”, daha həqiqi olacaqlar. Və təhsil bu dəyişikliklərin açarı olacaq.

Xavi Kerol

Bristol Universitetinin Fəlsəfə professoru

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

171517184-kapakic2
.

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu

06 May 2023
Бакинцы40-49-Ноябрьская-демонстрация-в-1948-году
.

Məhv olmuş xalq: “Bakinets”

29 Mart 2023
raffael-die-schule-von-athen-100_1280x720
.

“Afina Məktəbi” – Raffaello

28 Mart 2023
IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023

Redaktorun seçimi

İnsan necə ağıllı ola bilər?

Müstəqil ölkənin, müstəqil olmayan kinosu

Dünya ədəbiyyatı və Üçüncü Dünya ölkələri

Seçkilər və doğrulmayan ümidlər

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Dəvədən böyük fil

Salman Qəmbərov Morgenland Festivalında

Bizim və bizim olmayan müharibə

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Qara dəlik

Facebook düşüncələri

Göydələn mağaralar

Post-həqiqət dövrü

İŞİD, yoxsa İslam dövləti?

Tarixin məşhur feministləri – Mariya Trubnikova

Qərbin ikiüzlülüyü və saxta LGBT həssasiyyəti

“Cimitero Monumentale” – Məzarlıq yoxsa açıq hava muzeyi?

450 milyon ədəd PlayStation

ABŞ Donanması UFO videolarını təsdiqlədi

Qadınlar haqda 30 fakt

Abidələr və Xarabalıqlar

Dönər, muğam, “donos”

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

“Qarabağ”la AFFA-nın nə fərqi var ki?

31 il öncəki Kəlbəcər faciəsi

Kütlə və fərd – dialektik təzad

Mario Varqas Lyosa. Qloballaşma və mədəni identiklik

Qarabağ kinoda

Ədəbiyyat üzrə Nobel mükafatını kim ala bilər?

Misteriyalar

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

AzLogos AzLogos
., Sərbəst
13 Yanvar 2021

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.

Öz texnologiyaları və digital sferadakı imkanları ilə XXI əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə vadar edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.

Keçmişdə hər şey sadə idi: insanın nəfəsi dayanır, onun ürəyi daha döyünmür – demək ki, ölüb. Amma bu gün texnologiyalar sayəsində vegetativ vəziyyətdə və komada olan insanları həyatda saxlamaq mümkündür. Nəfəs alırlar, lakin şüurları sağlam insanlarda olduğu kimi daha işləmir. Onlar sağdırmı? Bu, dövrümüzün ən narahatedici mühüm suallarından biridir.

Bu fikirlərə fəlsəfi nöqteyi-nəzərdən baxsaq, fenomenoloji ənənəyə sadiq qalan Haydeqqer və digər filosofların insan üçün ölümün yeni təcrübə və təəssüratlar qazana bilinmədiyi anda gəldiyinə əmin olduqlarını xatırlamaq olar. Hətta insanın daha əvvəlki empirik təcrübələrinin izləri rəqəmsal formatda yaşamağa davam etsə belə.

Mənə elə gəlir ki, ölüm (hətta əgər insanın bədəni yaşayırsa belə) – şüurun fəaliyyətini dayandırmasıdır.

Ölüm mövcud olduğu üçün həyatımızda prioritetlərimiz var. Həyatdakı hər bir şeyi görüb qurtara bilmirik, ona görə də seçim etmək lazım gəlir. Əksər insanların planları siyahısında, çox ehtimal ki, yaşadıqları müddət ərzində həyata keçirə biləcəkləri məhz həmin məqsədləri var. Əks halda seçim mənasız ola bilər. Və insanlar bunu intuitiv olaraq edir.

İnsanın öz faniliyini dərk etməsi “dəyər” anlayışı ilə də bağlıdır. Freyd “On Transience” adlı essesində yazırdı: hər hansı bir şeyin dəyəri onda başa düşülür ki, biz onun əbədi bir şey olmadığını anlayaq. O, öz yazı işində yalnız bir gecə çiçək açan və məhz bunun üçün gözəl olan bir gülü təsvir edirdi. Öz həyatının sonlu olduğunu nə qədər yaxşı başa düşürsənsə, müəyyən şeylərin dəyəri bir o qədər artır.

Filosoflar iddia edir ki, bizi əhatə edən şeylərin bir sonu olduğu barədə düşünmək öz ölümlülüyümüzü dərk etməkdən daha asandır. Biz bunu hissiyyatla deyil, rasional səviyyədə başa düşürük. Haydeqqer bunu belə izah edir ki, ölümün gələcək zamanda baş verəsi bir hadisə olduğunu düşünmək insanlara xasdır: “Bu hadisə mən çox qoca olanda baş verəcək. Amma indi cavanam və buna görə narahat olmağa dəyməz”. Filosof belə təəssüratı “qeyri-mötəbərlik” deyə adlandırır. Məhz bunun sayəsində əbədi həyatın mövcud olub-olmaması barədə malxülyaya düşmürük və gündəlik işlərimizlə məşğul olmağımız mümkünlük tapır. Filosofun zənnincə, bunu etmək üçün varlığın “qeyri-mötəbərliyinə” yetişmək, yaxud başqa deyimlə öz mövcudluğunun lap əvvəldən mənasızlığını anlamaq və ölümü, məsələn, həyəcan və ya həsrət kimi hissi təcrübələrdən keçirərək qəbul etmək lazımdır. 1927-ci ildə nəşr etdiyi “Varlıq və zaman” kitabında yazır ki, bunu qəbul etdiyimiz yaxud etmədiyimizdən asılı olmayaraq, biz bir mahiyyət kimi ölümə doğru amansızca irəliləyirik.

Epikür güman edirdi ki, ölüm fikrini ümumiyyətlə bir kənara atmaq lazımdır. Onun üçün həyat və ölüm – iki tamamilə fərqli, müqayisə olunmayacaq anlayışlardır. Dostuna yazdığı məktubunda izah edirdi ki, insan yaşadığı zaman ölüm mövcud olmur, çünki o, canlı olduğu üçün ölümü yaşaya bilməz. İnsan öldükdə isə daha heç kəs narahat olmalı deyil. Beləliklə, həyat və ölüm, onun zənnincə, bir-biri ilə heç cür əlaqəli deyil. Əslində bu mövqedə kiçik bir hiylə payı var, ya da ki, bu cavabı natamam adlandırmalıyıq. Axı əslində əksər insanları ölümün özü deyil, ölümlə bağlı hallar narahat edir. Məsələn, onlar, sağalmaz xəstə olacaqları və ya travmaya məruz qalacaqlarından qorxurlar. Onlar, fəaliyyət qabiliyyətsizliyinə gətirib çıxaracaq hadisələrdən qorxurlar. Qorxurlar ki, qəzaya uğrayacaqlar və ya onları timsah parçalayacaq. Buna görə də ölümdən qorxu özündə başqa qorxuları da cəmləşdirir: şikəstlik və xəstəlik qorxusu, bədən üzvlərinin fəaliyyətinin itirilməsi və həyati təhdid qorxusu.

Məncə gələcəkdə insanlar dürüstlüyə daha çox dəyər verəcəklər. Fəlsəfə praktikaları köməyilə isə həyatlarını yaşamağı öyrənə, xoşladıqları işlə məşğul ola biləcəklər. Haydeqqerin yazdığı kimi, ümumiyyətlə daha “xalis”, daha həqiqi olacaqlar. Və təhsil bu dəyişikliklərin açarı olacaq.

Xavi Kerol

Bristol Universitetinin Fəlsəfə professoru

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

171517184-kapakic2
.

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu

06 May 2023
Бакинцы40-49-Ноябрьская-демонстрация-в-1948-году
.

Məhv olmuş xalq: “Bakinets”

29 Mart 2023
raffael-die-schule-von-athen-100_1280x720
.

“Afina Məktəbi” – Raffaello

28 Mart 2023
IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel