Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Xalq və meyxana

Günel Mövlud Günel Mövlud
Mövqe
01 Aprel 2019

Aydın Xırdalanlı zəmanəmizin qəhrəmanı kimi

Əslində, fikirləri mənim üçün əhəmiyyətli olan bəzi dostların söhbətləri, mübahisələri olmasaydı, belə bir yazı yazmayacaqdım. Bir neçə həftə əvvəl meyxanaçı Aydın Xırdalanlı vəfat etdi, sosial şəbəkələri kədər bürüdü və bu anda nədənsə bəzi dostlarım təəccübləndi ki, insanlar onun ölümünə niyə bu qədər sarsılıb? Meyxana sənətinin və meyxanaçıların bilgi, mədəniyyət səviyyəsi barədə də mübahisələr çox oldu və hiss elədim ki, bir çox dostlar söhbətin əslini anlamaqda çətinlik çəkirlər. 

Meyxanaya heç vaxt qulaq asmamışam. Arada dostlarla yığılıb, məzə üçün meyxana söyləməyimiz, zarafata salmağımız olub, amma heç vaxt bu işi ciddi bir şey kimi qəbul etməmişəm və hətta bir meyxanaçı kifayət qədər çətin forma olan əruzun anasını-atasını ağladacaq qədər gözəl bilsə də, bu mənim üçün heç bir əhəmiyyət kəsb etmir, zira əruzu gözəl bilən meyxanaçılar belə dünyagörüşü məsələsində ancaq köks ötürdürlər. Əlbəttə, arada baxırsan, ümumdaxili məhsula meyxana qoşan olur, amma ən ciddi sosial problemi “ay camahat qız hara şalvar hara” olan subkulturadan ciddi sənətkar reaksiyası gözləmək, ən azından sadəlövhlükdür. 

Bəs meyxana doğrudanmı sevilir və doğrudan sevilirsə, niyə sevilir?   

Xalqın meyxana sevgisi doğrudan da, ancaq həsəd aparılası bir sevgidir. Bu sevgi o qədər güclü, daimi və sarsılmazdır ki, belə sevgini ancaq arzulamaq mümkündür. Meyxanaçı xalqın toyunda, şənliyində baş tacıdır, ən gözəl qonaqdır, şənlik sahibinin fəxridir. Xalq bir meyxanaçını şənliyinə gətirmək üçün varından yoxundan keçər, ən ağlasığmaz məbləğə də asanlıqla qıya bilər. Xahiş edirəm, bu sevgini, bu səxavəti estrada, pop ulduzlarına göstərilən diqqətlə, səxavətlə qarışıq salmayasınız. Xalq Aygünü, Nadiri, Faiqi, Röyanı toyuna dəvət edib, on minlər xərcləyəndə, bunu ona görə etmir ki, onun içində Aygünə, Röyaya, Faiqə sevgi var, heyranlıq var. Burda söhbət prestij, özünü göstərmədir, “filan qiymətə toya gələn filan qədər məşhur müğənnini” toyunda oxutmaqdan ibarətdir, o müğənnilərin toyda nə oxumasının da heç bir əhəmiyyəti yoxdur. O halda xalq pulu müğənninin şöhrətinə, tirajına xərcləyir, özünə deyil. 

Xalqın o ulduzlara heç bir sevgisi yoxdur, hətta deyərdim ki, qəlbinin dərinliklərində bir az da xalqın onlardan zəhləsi gedir. Patriarxal, mühafizəkar toplum üçün Aygün, Röya, Faiq kimdir axı? Xalqın qəbul elədiyi bütün normaları pozan əxlaqsızlar. Yəni xalq üçün. Xalqın qəbul elədiyi geyim, davranış, danışıq, namus, qeyrət kodekslərini kobudca pozan, “hərəsini bir sponsor saxlayan”, üstəlik villalarda yaşayan, xalqdan və onun məişətindən kilometrlərlə uzaq olan adamlar. Xalq onları sevmir və sevməməyə də özlərinə görə haqqı var. 

Meyxanaçılara olan xalq sevgisi isə başqadır. Bu səmimi sevgidir, içdən, ürəkdən gələn sevgidir. Xalq meyxanaçıları səmimi bir sevgi ilə ona görə sevir ki, meyxanaçılar öz patriarxal mövzularından tutmuş, yaşayış tərzinə, geyiminə, davranışına, namus-qeyrət söhbətlərinə qədər onunla eynidir, harmonikdir, orqanikdir. Onlar xalq kimi geyinir, sadə xalqın yaşadığı məhəllələrdə yaşayır, evlərinin interyeri belə xalqın evinin interyerindən fərqlənmir, hətta meyxanaçıların çay içdikləri stəkanlar belə, xalqın istifadə elədiyi gündəlik stəkanlardandır. Detal kimi görünə bilər, amma xalq üçün bu detallar çox vacibdir. Xalq ona çox oxşayanı, ondan olanı, onunla olanı çox sevir, onunla özünü doğma görür. 

Meyxanaçılar və xalq sevgisinə, doğmalığına əsəbiləşmək lazım deyil. Ən azından, ona görə ki, bu əsəbiləşməyin heç bir mənası yoxdur. Xalqı sevdiyi meyxanaçılarla baş-başa buraxmaq lazımdır. Xalqın meyxanaçılara olan sevgisi toxunulmazdır, bu həmişə belə olacaq və başqa şeyə ümid etmək sadəlövhlükdür. Meyxananı sevmirsinizsə, bu sizin də haqqınızdır, sevməyin, uşaqlarınıza meyxana dinlətməyin, qoyun narkotikdən, 100 faizlik kişi məclislərindən, patriarxal heyranlıqdan uzaq olsunlar. Özlərinə kumir olaraq, məsələn Agasəlim Çildağı seçib, sizi məyus etməsinlər. Hərçənd, televiziyalar bu sənət növünü marginallıqdan çıxarıb, məşhurlaşdırmaqla bizə toplum olaraq, iki pislik elədirlər. Birincisi, heç bir bilik, əsaslı tərbiyə bazası olmayan meyxanaçılar öz söz atışmalarını monetizasiya edib, pul çoxluğundan başlarını itirdilər. Narkotik, içki çoxunun səhhətini faciəvi hala saldı. Aydın Xırdalanlı, bunun bariz nümunəsi idi. İkincisi, meyxana ritorikasını, meyxana mövzuları olan bayağı söhbətləri gənclərə təblig edib, populyarlaşdırdılar. 

Amma meyxananı nə qadağan etmək mümkündür, nə də xalqın meyxana sevgisinə müdaxilə etmək. Meyxana ekzotika kimi, marginal bir sənət növü kimi, Həmid Herisçi demişkən, xərabət sənəti kimi qalmalıdır ki, ölkəyə gələn qonaqlara-filana milli ekzotika kimi göstərməyə nəyimizsə olsun.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Aze-Çin Bayraq
.

Çoxsahəli əməkdaşlıq fonunda Azərbaycan – Çin əlaqələri

15 Fevral 2022
IMG-20180618-WA0028
.

Kitab, mütaliə və azadlıq

10 Fevral 2022
5c8db98607291c1d74045763
.

Türkcə danışan düşük azərbaycanlılar haqqında

01 Fevral 2022

Redaktorun seçimi

Qlobal panika, yoxsa zəruri tədbirlər?

Zemmelveys refleksi və ya əl yumağın inkarı

Feministlərin ciddi səhvləri

Qəbristanlıq nə üçün lazımdır?

Yazmaq necə hissdir?

Rotşildlər Bakıya qayıdır?

Bakı. Hökumət evi. Tarix və miras.

Erkən xristianlıq tarixi

Avropanın sonu – “Asiya və Avropa ruhu”

İsgəndərin ağıllı logistikası

Oxudu, oxudu oldu… başdanxarab

Sahil Qənbərli təqdim edir

Charlie Chaplin-in qızına məktubu

İtmiş kitabın axtarışında

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

Nifrət dili

Müzakirə mədəniyyəti

Seymur Baycan – “Mənim mübarizəm-6”

Quş bazarı

Gürcü qambiti

5 əsas dinin yayılışı

Çağdaş kinematoqrafiyada əsas trendlər

Kopenhagenin üzən adaları

Şah İsmayıl Xətainin tarixi missiyası

Dünyanın xərçəng xəritəsi

Qışda Azərbaycan ordusu məğlub olacaq?

Yuri Norşteyn: “Uşaqlıq – həyatın xırdalıqlarıdı”

Azərbaycanın kino bazarı

“Qasım Süleymanov” barometri

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

Xalq və meyxana

Günel Mövlud Günel Mövlud
Mövqe
01 Aprel 2019

Aydın Xırdalanlı zəmanəmizin qəhrəmanı kimi

Əslində, fikirləri mənim üçün əhəmiyyətli olan bəzi dostların söhbətləri, mübahisələri olmasaydı, belə bir yazı yazmayacaqdım. Bir neçə həftə əvvəl meyxanaçı Aydın Xırdalanlı vəfat etdi, sosial şəbəkələri kədər bürüdü və bu anda nədənsə bəzi dostlarım təəccübləndi ki, insanlar onun ölümünə niyə bu qədər sarsılıb? Meyxana sənətinin və meyxanaçıların bilgi, mədəniyyət səviyyəsi barədə də mübahisələr çox oldu və hiss elədim ki, bir çox dostlar söhbətin əslini anlamaqda çətinlik çəkirlər. 

Meyxanaya heç vaxt qulaq asmamışam. Arada dostlarla yığılıb, məzə üçün meyxana söyləməyimiz, zarafata salmağımız olub, amma heç vaxt bu işi ciddi bir şey kimi qəbul etməmişəm və hətta bir meyxanaçı kifayət qədər çətin forma olan əruzun anasını-atasını ağladacaq qədər gözəl bilsə də, bu mənim üçün heç bir əhəmiyyət kəsb etmir, zira əruzu gözəl bilən meyxanaçılar belə dünyagörüşü məsələsində ancaq köks ötürdürlər. Əlbəttə, arada baxırsan, ümumdaxili məhsula meyxana qoşan olur, amma ən ciddi sosial problemi “ay camahat qız hara şalvar hara” olan subkulturadan ciddi sənətkar reaksiyası gözləmək, ən azından sadəlövhlükdür. 

Bəs meyxana doğrudanmı sevilir və doğrudan sevilirsə, niyə sevilir?   

Xalqın meyxana sevgisi doğrudan da, ancaq həsəd aparılası bir sevgidir. Bu sevgi o qədər güclü, daimi və sarsılmazdır ki, belə sevgini ancaq arzulamaq mümkündür. Meyxanaçı xalqın toyunda, şənliyində baş tacıdır, ən gözəl qonaqdır, şənlik sahibinin fəxridir. Xalq bir meyxanaçını şənliyinə gətirmək üçün varından yoxundan keçər, ən ağlasığmaz məbləğə də asanlıqla qıya bilər. Xahiş edirəm, bu sevgini, bu səxavəti estrada, pop ulduzlarına göstərilən diqqətlə, səxavətlə qarışıq salmayasınız. Xalq Aygünü, Nadiri, Faiqi, Röyanı toyuna dəvət edib, on minlər xərcləyəndə, bunu ona görə etmir ki, onun içində Aygünə, Röyaya, Faiqə sevgi var, heyranlıq var. Burda söhbət prestij, özünü göstərmədir, “filan qiymətə toya gələn filan qədər məşhur müğənnini” toyunda oxutmaqdan ibarətdir, o müğənnilərin toyda nə oxumasının da heç bir əhəmiyyəti yoxdur. O halda xalq pulu müğənninin şöhrətinə, tirajına xərcləyir, özünə deyil. 

Xalqın o ulduzlara heç bir sevgisi yoxdur, hətta deyərdim ki, qəlbinin dərinliklərində bir az da xalqın onlardan zəhləsi gedir. Patriarxal, mühafizəkar toplum üçün Aygün, Röya, Faiq kimdir axı? Xalqın qəbul elədiyi bütün normaları pozan əxlaqsızlar. Yəni xalq üçün. Xalqın qəbul elədiyi geyim, davranış, danışıq, namus, qeyrət kodekslərini kobudca pozan, “hərəsini bir sponsor saxlayan”, üstəlik villalarda yaşayan, xalqdan və onun məişətindən kilometrlərlə uzaq olan adamlar. Xalq onları sevmir və sevməməyə də özlərinə görə haqqı var. 

Meyxanaçılara olan xalq sevgisi isə başqadır. Bu səmimi sevgidir, içdən, ürəkdən gələn sevgidir. Xalq meyxanaçıları səmimi bir sevgi ilə ona görə sevir ki, meyxanaçılar öz patriarxal mövzularından tutmuş, yaşayış tərzinə, geyiminə, davranışına, namus-qeyrət söhbətlərinə qədər onunla eynidir, harmonikdir, orqanikdir. Onlar xalq kimi geyinir, sadə xalqın yaşadığı məhəllələrdə yaşayır, evlərinin interyeri belə xalqın evinin interyerindən fərqlənmir, hətta meyxanaçıların çay içdikləri stəkanlar belə, xalqın istifadə elədiyi gündəlik stəkanlardandır. Detal kimi görünə bilər, amma xalq üçün bu detallar çox vacibdir. Xalq ona çox oxşayanı, ondan olanı, onunla olanı çox sevir, onunla özünü doğma görür. 

Meyxanaçılar və xalq sevgisinə, doğmalığına əsəbiləşmək lazım deyil. Ən azından, ona görə ki, bu əsəbiləşməyin heç bir mənası yoxdur. Xalqı sevdiyi meyxanaçılarla baş-başa buraxmaq lazımdır. Xalqın meyxanaçılara olan sevgisi toxunulmazdır, bu həmişə belə olacaq və başqa şeyə ümid etmək sadəlövhlükdür. Meyxananı sevmirsinizsə, bu sizin də haqqınızdır, sevməyin, uşaqlarınıza meyxana dinlətməyin, qoyun narkotikdən, 100 faizlik kişi məclislərindən, patriarxal heyranlıqdan uzaq olsunlar. Özlərinə kumir olaraq, məsələn Agasəlim Çildağı seçib, sizi məyus etməsinlər. Hərçənd, televiziyalar bu sənət növünü marginallıqdan çıxarıb, məşhurlaşdırmaqla bizə toplum olaraq, iki pislik elədirlər. Birincisi, heç bir bilik, əsaslı tərbiyə bazası olmayan meyxanaçılar öz söz atışmalarını monetizasiya edib, pul çoxluğundan başlarını itirdilər. Narkotik, içki çoxunun səhhətini faciəvi hala saldı. Aydın Xırdalanlı, bunun bariz nümunəsi idi. İkincisi, meyxana ritorikasını, meyxana mövzuları olan bayağı söhbətləri gənclərə təblig edib, populyarlaşdırdılar. 

Amma meyxananı nə qadağan etmək mümkündür, nə də xalqın meyxana sevgisinə müdaxilə etmək. Meyxana ekzotika kimi, marginal bir sənət növü kimi, Həmid Herisçi demişkən, xərabət sənəti kimi qalmalıdır ki, ölkəyə gələn qonaqlara-filana milli ekzotika kimi göstərməyə nəyimizsə olsun.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Aze-Çin Bayraq
.

Çoxsahəli əməkdaşlıq fonunda Azərbaycan – Çin əlaqələri

15 Fevral 2022
IMG-20180618-WA0028
.

Kitab, mütaliə və azadlıq

10 Fevral 2022
5c8db98607291c1d74045763
.

Türkcə danışan düşük azərbaycanlılar haqqında

01 Fevral 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel