Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

AzLogosAzLogos
., Bazar
28 Yanvar 2021

Necə oldu ki, Amerikanın Vyetnamdakı iqtisadi siyasəti böyük problemlər yaratdı?*

Vyetnamdakı müharibə ABŞ-ın II Dünya müharibəsindən sonrakı ən böyük iqtisadi səhvi hesab edilir. Bu səhvin nəticələri hələ də tamamilə aradan qaldırılmayıb.

Müharibə həmişə iqtisadi baxımdan bir pıçıltı yaradır, səs-küy yox. Xərclənən pullar və çəkilən əziyyət uzun zamandır ki, unudulub. Hal-hazırda Hind-Çin regionunda nəhəng bir müharibəsonrası yardım proqramları və ya yenidənqurma layihələri yoxdur. Digər tərəfdən, heç bir “sülh dividendi” də irəli sürülməyib.

Müharibənin, ya da daha dəqiq desək, müharibənin uğursuz iqtisadi idarəsinin nəticələri böyük miras buraxıb. Birləşmiş Ştatlar hökuməti yeni bir (qeyd: məqalə 1973-cü ildə yazılıb-red.) üsula əl atıb — sülh şəraitində maaş və qiymətlərə birbaşa nəzarət etmək. Müharibə və onun uğursuz iqtisadi idarəsi Bretton Vudsda qurulan dünya maliyyə sisteminin süqutunda əhəmiyyətli rol oynayıb.

Bu amillər uzun sürən əziyyətin iqtisadi aspektlərini əks etdirmək üçün önəmlidir. Xarici və hərbi siyasətdə olduğu kimi, burada da çıxardığımız bir dərs var.

İlk olaraq, 1966-cı ildəki böyük uğursuzluğu xatırlayaq. Burada günahkar prezident Lindon Conson idi və o, nəhayət ki, bunu qavraya bildi.

Müharibə amerikan qoşunlarının cəbhəyə göndərilməsi ilə “başlamışdı”. Bu illərdə ölkə iqtisadiyyatı uzun müddət davam edən stabil və qeyri-inflyasiyalı genişlənmədən sonra “tam işə götürülmə” dövrünə yaxınlaşır, işsiz kişi və istifadəsiz maşın ehtiyatları, tədricən, azalırdı.

Uğursuzluğun başlanğıcı 1965-ci ilin dekabr ayına təsadüf edir. Robert Maknamara rəhbərlik etdiyi Müdafiə Departamenti, müharibənin 1967-ci büdcə ili (qeyd: 1966-cı ilin ortalarından 1967-ci ilin ortalarına qədər) üçün olan ümumi xərclərini lazımi qədər qiymətləndirə bilməmişdi. 1967-ci il üçün olan büdcənin 10 milyard dolları müharibə üçün nəzərdə tutulmuş, ancaq sonda bu miqdar 20 milyard dollar müəyyən edilmişdi. Bu, 100% bir xəta idi.

Prezidentin, Qardner Ekli rəhbərliyi altındakı iqtisadiyyat üzrə məsləhətçiləri Müdafiə Departamentinin proqnozlarına şübhə ilə yanaşırdılar. Buna baxmayaraq, onlar prezidentə vergiləri artırmağı məsləhət gördülər. Çünki bilirdilər ki, iqtisadiyyat tam işə götürülmə həddinə məhəl qoymadan böyüməyə davam edəcək. Bu, böyük bir inflyasiya təhlükəsi yaradırdı və böyük büdcə defisiti ən pis həll yolu idi. Prezident Conson yanvar ayında onların məsləhətlərini geri çevirdi.

Mart ayında president Conson müharibənin xərclərini daha dəqiq hesablaya bildi. Seçkilər zamanı yüksək vergilərə qarşı olan siyasətçilərin daha çox tərəfdar toplaması danılmaz bir faktdır. Consonun Demokratlar Partiyası müharibənin xərclərini seçicilərə açıqlamamışdı. Buna görə də onlar vergiləri artırılmasına maraq göstərmədilər.

Prezident həmin il “Böyük cəmiyyət” (Great Society) qanunvericilik proqramını konqressə təqdim etmişdi. Conson vergi ödəyicilərindən müharibənin xərclərini qarşılamalarını istəsəydi, konqress buna ölkədaxili qanunvericilik proqramını ləğv edərək cavab verərdi. Hər halda, bu - yəni 1966-cı ilin əvvələrində vergiləri artırmağı məsləhət görmək böyük bir səhv idi.

overview-Lyndon-B-Johnson

ABŞ-ın 36-cı prezidenti Lindon Beyns Conson

Prezident Conson 1967-ci ilin yanvar ayında vergiləri artırmağı təklif edir. O, konqresdən bunu ilin ortalarından sonra tətbiq etməsini istəyir. Konqress bu qərarı 1968-ci ilin iyul ayında qəbul edir.

İqtisadiyyat tam şəkildə fəaliyyət göstərirdi. Həmçinin, büdcə defisiti də yanlış bir vaxtda artırdı və 1968-ci büdcə ilində 23 milyard dollara çatmışdı və ardınca inflyasiya baş verdi.

Biz, Consonun 1966-cı ilin ortalarında 10 milyard dollarlıq müharibə vergisi təklifini və konqressin bunu qəbul edib-etmədiyini heç vaxt dəqiq bilməyəcəyik. Bəlkə də ABŞ iqtisadiyyatındakı problemlərin qarşısını böyük ölçüdə almaq olardı. Ehtimallar tarixin zəhəridir.

Ən pis nəticənin qarşısını almaq olardımı? İqtisadi analiz mühakimə edə bilir və bunu da mühakimə edib. Cavab: bəli! Müharibə düzgün formada maliyyələşdirilsəydi, onun zərərləri ölkənin iqtisadiyyatına zərbə endirəcək qədər böyük olmayacaqdı. Biz inflyasiya ilə üzləşməyəcəkdik, ancaq indi 6%-lik inflyasiyanın olduğunu görürük.

Uğursuzluqdan çox danışdıq. İndi də müharibənin sonunda yaranan pıçıltıdan bəhs edək.

Hər şey bir-biri ilə əlaqəlidir. Şimali Vyetnamda təzəlikcə yerinə yetirilən nəhəng bombalama əməliyyatının xərcləri illik nisbətdə “sadəcə” 2 milyard dollar dəyərində idi. Müharibənin sona çatmasına az qalıb. Müdafiə departamentinin “artan xərc” termini ilə ölçsək, sonuncu əməliyyatlar üçün 6 milyard dollar xərclənib.

Bu miqdar müharibə xərclərinin pik nöqtəsi ilə müqayisədə kiçikdir – təbii ki, müdafiə büdcəsi, ümumi büdcə və bütün bunları birləşdirən ümumi iqtisadiyyat üçün.

Buna baxmayaraq, bu ədədlər ölkədaxili büdcə ixtisarları ilə müqayisədə çox böyükdür. Məsələn, şəhərətrafı ərazilərdə evlərin elektrikləşdirilməsi üçün verilən borclar 200 milyon dollar dəyərində azaldılıb. Bu, konqresdə böyük etirazlara səbəb olmuşdu.

Deyə bilərik ki, müharibənin sona çatmasının ümumi iqtisadiyyata birbaşa təsiri çox cüzi olacaq. Bu, prezident administrasiyasının, yerli səbəblərdən yaranan qarşısıalınmaz federal xərclərə nəzarətini daha da asanlaşdıracaq.

“Sülh dividendi”nə gəldikdə, müharibə adı altında edilən yeyintilərin hamısı, demək olar ki, hərbi büdcənin daxilində xərclənib. Bu yeyintilər sadəcə bahalı silahlara sərf olunmayıb.

“Sülh dividendi” anlayışı həmişə bir qədər ikimənalı olsa da, ümumi müdafiə xərclərinin müharibənin son beş ilində dollar baxımından stabil qaldığı aydın şəkildə görünür (xərclər 75 milyarddan 78 milyarda qalxıb). Müharibənin gedişatı səngiməsə idi, inflyasiya xərcləri kəskin şəkildə artıracaqdı.

Bunlara əlavə olaraq, müharibədən sonra Hind-Çin yarımadasına ediləcək yardımlar var. Hökumət regiona yardım göndərmək istəyən ölkələrlə səssizcə məsləhətləşmək üçün gözləyir. Dövlət səlahiyyətliləri hələ də deyir ki, “bollpark” miqdar (qeyd: ən dəqiq proqnoz) 7.5 milyard dollardır. Bu məbləğ beşillik bir dövrü əhatə edir və bütün Hind-Çin yarımadası üçün nəzərdə tutulub. Yardım proqramına Birləşmiş Ştatlar hökuməti ilə yanaşı, başqaları da töhfə verəcək. Prezident Nikson bu məbləği keçən ilin fevral ayında konqressə müraciətnamədə açıqlamışdı.

overview-Richard-M-Nixon

ABŞ-ın 37-ci prezidenti Riçard Milhaus Nikson

Buna baxmayaraq, verilən məlumatlara əsaslansaq, ABŞ-ın yardım proqramına ayırdığı illik məbləğ Şimali Vyetnam üçün ayrılan 7.5 milyard dollarlıq proqramla birlikdə hər il Cənubi Vyetnamda xərclənən məbləğdən daha kiçikdir.

Hal-hazırda aparılan hesablamalardan ən yaxşısı iddia edir ki, müharibəni sonlardırmaqla hərbi xərclərə edilən qənaət yardım proqramlarına xərclənən məbləğdən qat-qat böyük olacaq.

Beləliklə, müharibənin buraxdığı miras

Beynəlxalq tərəfdən, müharibənin Birləşmiş Ştatların ödəniş balansında nəhəng bir defisitin yaranmasında birbaşa rolu var idi. Bu da dolların devalvasiyaya uğramasına və Bretton Vuds maliyyə sisteminin sona çatmasına səbəb olub.

Müharibə xərclərinin düzgün ödənilməməsi Amerikanın ticarət tərəzisinin (ixrac və idxal) “yellənməsinə” — iqtisadiyyatın illərlə davam edən müntəzəm artımından sonra nəhəng bir defisitə gətirib çıxarmışdı. Buna görə də Birləşmiş Ştatlarda inflyasiyanın baş verməsinə imkan yaranmışdı. Bu, hətta ödənişlərin balansına da pis təsir göstərib.

Bundan əlavə, müharibə beynəlxalq maliyyə danışıqlarının ab-havasına mənfi təsir göstərirdi. Bu, şübhəsiz ki, maliyyə psixologiyasının inkişafına da yaxşı təsir etmirdi. “Vyetnam keçmiş maliyyə sistemini darmadağın etdi” demək mübaliğədir. Bu, sadəcə sistemin süqutuna səbəb olan amillərdən biridir. Təbii ki, bu süqutdan daha yaxşı bir sistem yarana bilər.

Hər halda, ən böyük miras ölkədaxilidir.

Müharibə uğursuz şəkildə maliyyələşdirilirdi. Buna görə də Birləşmiş Ştatlar hökuməti 1960-cı illərin axırlarında iqtisadiyyata nəzarət edə bilmirdi. Bu, başqa vaxtlarda və başqa yerlərdə də olmuşdu. Yenə də bundan yaddaqalan bir dərs çıxardacağıq.

1969-cu ilin əvvəllərində — inflyasiya partlayışının pik nöqtəsində hakimiyyətə bir respublikaçı administasiya gəldi. Bu administrasiya müharibəni səngitməyə başlamışdı. O, iqtisadiyyatı klassik xəzinə və maliyyə qısqacları ilə sıxırdı. Müharibəni sakitləşdirmək cəhdləri, əslində, büdcəyə qoyulan məhdudiyyətləri yüngülləşdirmək üçün edilmişdi. Bu, ABŞ-ın 37-ci prezidenti Riçard Nikson kimi bəzi respublikaçı siyasətçilərin dediyinin əksinə, sonradan yaranan maliyyə böhranının “səbəbkarı” deyildi.

Çıxardığımız dərs, təbii ki, indiki dövrdə adi bir şeydir. Klassik məhdudiyyətlər maliyyə böhranına və işsizliyə səbəb oldu. Bu, bir qədər mülayim bir maliyyə böhranı olsa da, hər kəsin proqnozlaşdırdığından daha dərin idi. Hər halda, inflyasiya dayanmadı. Nəticə – idarəetmədə bir təcrübə idi. Bu təcrübəni kifayət qədər uğurlu, ya da uğursuz olmayan bir təcrübə adlandıra bilərik. Gələcəkdə oxşar bir risk olacağına ehtimal vermək daha məqsədəuyğundur, çünki 10–15 il əvvəl buna heç kəs inanmazdı.

İqtisadiyyatın idarəsi yenidən çətinləşsə, buna nəzarət etmək hər hansı bir hökumət üçün qıvraq bir ehtimaldır. İndiki təcrübədə olduğu kimi, o vaxt da ümid edilirdi ki, məhdudiyyətlər daha gec — fundamental məhdudiyyətlər tətbiq ediləndən sonra qoyulacaq.

Bunun doğru və ya yanlış bir vaxtda tətbiqindən asılı olmayaraq, nəzarət artıq bizim irsimizin bir hissəsidir və avtomatik şəkildə pis qarşılanmır. Bu, fərdin fəlsəfəsindən və o fəlsəfənin bu çətin keçən illərdə necə təkamül etməsindən asılı olaraq, Vyetnam travmasından sonra buraxılan məmnunedici bir mirasa belə çevrilə bilər.

Edvin Deyl (oğul)

Jurnalist və iqtisadiyyat üzrə ekspert

* “What Vietnam did to the American Economy”. (“The New York Times”, 28 yanvar 1973-cü il)

 

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021

Redaktorun seçimi

450 milyon ədəd PlayStation

Zülfiyyə Qurbanova: “Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı”

Koronavirus günlərinin kinosu

Balalarımız yox, bəlalarımız

Qaranlıq materiya və qaranlıq enerji nədir?

Azərbaycan kinosu və yulaflı peçenye

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

Mühakimə etmək haqqında

Süni həyata daha bir addım

Trans-Xəzər qaz kəməri

Felin lazım forması

QHT-lər və mədəni diplomatiya

Asılısınız?

Azərbaycan 2020: Gələcəkdən baxış

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Bizim yaxşı sənədli kinomuz

Ego vəziyyətləri nədir?

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf?

“Quqark”ı necə yazmağım haqqında

Erkən vaksinasiya uşağınızı şəkərli diabetdən qoruya bilər

Əziziniz ölürsə. Vida mədəniyyəti haqda

Rəqs et, ey sevgili müəllim

Starlink missiyası tamamdır

“Leninqrad”. Yeddinci Simfoniya.

Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

Nemanzadənin od vurduğu pirin kəraməti

Atomik Türkiyə

Firudin Allahverdinin Qars səfəri (II hissə)

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

AzLogosAzLogos
., Bazar
28 Yanvar 2021

Necə oldu ki, Amerikanın Vyetnamdakı iqtisadi siyasəti böyük problemlər yaratdı?*

Vyetnamdakı müharibə ABŞ-ın II Dünya müharibəsindən sonrakı ən böyük iqtisadi səhvi hesab edilir. Bu səhvin nəticələri hələ də tamamilə aradan qaldırılmayıb.

Müharibə həmişə iqtisadi baxımdan bir pıçıltı yaradır, səs-küy yox. Xərclənən pullar və çəkilən əziyyət uzun zamandır ki, unudulub. Hal-hazırda Hind-Çin regionunda nəhəng bir müharibəsonrası yardım proqramları və ya yenidənqurma layihələri yoxdur. Digər tərəfdən, heç bir “sülh dividendi” də irəli sürülməyib.

Müharibənin, ya da daha dəqiq desək, müharibənin uğursuz iqtisadi idarəsinin nəticələri böyük miras buraxıb. Birləşmiş Ştatlar hökuməti yeni bir (qeyd: məqalə 1973-cü ildə yazılıb-red.) üsula əl atıb — sülh şəraitində maaş və qiymətlərə birbaşa nəzarət etmək. Müharibə və onun uğursuz iqtisadi idarəsi Bretton Vudsda qurulan dünya maliyyə sisteminin süqutunda əhəmiyyətli rol oynayıb.

Bu amillər uzun sürən əziyyətin iqtisadi aspektlərini əks etdirmək üçün önəmlidir. Xarici və hərbi siyasətdə olduğu kimi, burada da çıxardığımız bir dərs var.

İlk olaraq, 1966-cı ildəki böyük uğursuzluğu xatırlayaq. Burada günahkar prezident Lindon Conson idi və o, nəhayət ki, bunu qavraya bildi.

Müharibə amerikan qoşunlarının cəbhəyə göndərilməsi ilə “başlamışdı”. Bu illərdə ölkə iqtisadiyyatı uzun müddət davam edən stabil və qeyri-inflyasiyalı genişlənmədən sonra “tam işə götürülmə” dövrünə yaxınlaşır, işsiz kişi və istifadəsiz maşın ehtiyatları, tədricən, azalırdı.

Uğursuzluğun başlanğıcı 1965-ci ilin dekabr ayına təsadüf edir. Robert Maknamara rəhbərlik etdiyi Müdafiə Departamenti, müharibənin 1967-ci büdcə ili (qeyd: 1966-cı ilin ortalarından 1967-ci ilin ortalarına qədər) üçün olan ümumi xərclərini lazımi qədər qiymətləndirə bilməmişdi. 1967-ci il üçün olan büdcənin 10 milyard dolları müharibə üçün nəzərdə tutulmuş, ancaq sonda bu miqdar 20 milyard dollar müəyyən edilmişdi. Bu, 100% bir xəta idi.

Prezidentin, Qardner Ekli rəhbərliyi altındakı iqtisadiyyat üzrə məsləhətçiləri Müdafiə Departamentinin proqnozlarına şübhə ilə yanaşırdılar. Buna baxmayaraq, onlar prezidentə vergiləri artırmağı məsləhət gördülər. Çünki bilirdilər ki, iqtisadiyyat tam işə götürülmə həddinə məhəl qoymadan böyüməyə davam edəcək. Bu, böyük bir inflyasiya təhlükəsi yaradırdı və böyük büdcə defisiti ən pis həll yolu idi. Prezident Conson yanvar ayında onların məsləhətlərini geri çevirdi.

Mart ayında president Conson müharibənin xərclərini daha dəqiq hesablaya bildi. Seçkilər zamanı yüksək vergilərə qarşı olan siyasətçilərin daha çox tərəfdar toplaması danılmaz bir faktdır. Consonun Demokratlar Partiyası müharibənin xərclərini seçicilərə açıqlamamışdı. Buna görə də onlar vergiləri artırılmasına maraq göstərmədilər.

Prezident həmin il “Böyük cəmiyyət” (Great Society) qanunvericilik proqramını konqressə təqdim etmişdi. Conson vergi ödəyicilərindən müharibənin xərclərini qarşılamalarını istəsəydi, konqress buna ölkədaxili qanunvericilik proqramını ləğv edərək cavab verərdi. Hər halda, bu - yəni 1966-cı ilin əvvələrində vergiləri artırmağı məsləhət görmək böyük bir səhv idi.

overview-Lyndon-B-Johnson

ABŞ-ın 36-cı prezidenti Lindon Beyns Conson

Prezident Conson 1967-ci ilin yanvar ayında vergiləri artırmağı təklif edir. O, konqresdən bunu ilin ortalarından sonra tətbiq etməsini istəyir. Konqress bu qərarı 1968-ci ilin iyul ayında qəbul edir.

İqtisadiyyat tam şəkildə fəaliyyət göstərirdi. Həmçinin, büdcə defisiti də yanlış bir vaxtda artırdı və 1968-ci büdcə ilində 23 milyard dollara çatmışdı və ardınca inflyasiya baş verdi.

Biz, Consonun 1966-cı ilin ortalarında 10 milyard dollarlıq müharibə vergisi təklifini və konqressin bunu qəbul edib-etmədiyini heç vaxt dəqiq bilməyəcəyik. Bəlkə də ABŞ iqtisadiyyatındakı problemlərin qarşısını böyük ölçüdə almaq olardı. Ehtimallar tarixin zəhəridir.

Ən pis nəticənin qarşısını almaq olardımı? İqtisadi analiz mühakimə edə bilir və bunu da mühakimə edib. Cavab: bəli! Müharibə düzgün formada maliyyələşdirilsəydi, onun zərərləri ölkənin iqtisadiyyatına zərbə endirəcək qədər böyük olmayacaqdı. Biz inflyasiya ilə üzləşməyəcəkdik, ancaq indi 6%-lik inflyasiyanın olduğunu görürük.

Uğursuzluqdan çox danışdıq. İndi də müharibənin sonunda yaranan pıçıltıdan bəhs edək.

Hər şey bir-biri ilə əlaqəlidir. Şimali Vyetnamda təzəlikcə yerinə yetirilən nəhəng bombalama əməliyyatının xərcləri illik nisbətdə “sadəcə” 2 milyard dollar dəyərində idi. Müharibənin sona çatmasına az qalıb. Müdafiə departamentinin “artan xərc” termini ilə ölçsək, sonuncu əməliyyatlar üçün 6 milyard dollar xərclənib.

Bu miqdar müharibə xərclərinin pik nöqtəsi ilə müqayisədə kiçikdir – təbii ki, müdafiə büdcəsi, ümumi büdcə və bütün bunları birləşdirən ümumi iqtisadiyyat üçün.

Buna baxmayaraq, bu ədədlər ölkədaxili büdcə ixtisarları ilə müqayisədə çox böyükdür. Məsələn, şəhərətrafı ərazilərdə evlərin elektrikləşdirilməsi üçün verilən borclar 200 milyon dollar dəyərində azaldılıb. Bu, konqresdə böyük etirazlara səbəb olmuşdu.

Deyə bilərik ki, müharibənin sona çatmasının ümumi iqtisadiyyata birbaşa təsiri çox cüzi olacaq. Bu, prezident administrasiyasının, yerli səbəblərdən yaranan qarşısıalınmaz federal xərclərə nəzarətini daha da asanlaşdıracaq.

“Sülh dividendi”nə gəldikdə, müharibə adı altında edilən yeyintilərin hamısı, demək olar ki, hərbi büdcənin daxilində xərclənib. Bu yeyintilər sadəcə bahalı silahlara sərf olunmayıb.

“Sülh dividendi” anlayışı həmişə bir qədər ikimənalı olsa da, ümumi müdafiə xərclərinin müharibənin son beş ilində dollar baxımından stabil qaldığı aydın şəkildə görünür (xərclər 75 milyarddan 78 milyarda qalxıb). Müharibənin gedişatı səngiməsə idi, inflyasiya xərcləri kəskin şəkildə artıracaqdı.

Bunlara əlavə olaraq, müharibədən sonra Hind-Çin yarımadasına ediləcək yardımlar var. Hökumət regiona yardım göndərmək istəyən ölkələrlə səssizcə məsləhətləşmək üçün gözləyir. Dövlət səlahiyyətliləri hələ də deyir ki, “bollpark” miqdar (qeyd: ən dəqiq proqnoz) 7.5 milyard dollardır. Bu məbləğ beşillik bir dövrü əhatə edir və bütün Hind-Çin yarımadası üçün nəzərdə tutulub. Yardım proqramına Birləşmiş Ştatlar hökuməti ilə yanaşı, başqaları da töhfə verəcək. Prezident Nikson bu məbləği keçən ilin fevral ayında konqressə müraciətnamədə açıqlamışdı.

overview-Richard-M-Nixon

ABŞ-ın 37-ci prezidenti Riçard Milhaus Nikson

Buna baxmayaraq, verilən məlumatlara əsaslansaq, ABŞ-ın yardım proqramına ayırdığı illik məbləğ Şimali Vyetnam üçün ayrılan 7.5 milyard dollarlıq proqramla birlikdə hər il Cənubi Vyetnamda xərclənən məbləğdən daha kiçikdir.

Hal-hazırda aparılan hesablamalardan ən yaxşısı iddia edir ki, müharibəni sonlardırmaqla hərbi xərclərə edilən qənaət yardım proqramlarına xərclənən məbləğdən qat-qat böyük olacaq.

Beləliklə, müharibənin buraxdığı miras

Beynəlxalq tərəfdən, müharibənin Birləşmiş Ştatların ödəniş balansında nəhəng bir defisitin yaranmasında birbaşa rolu var idi. Bu da dolların devalvasiyaya uğramasına və Bretton Vuds maliyyə sisteminin sona çatmasına səbəb olub.

Müharibə xərclərinin düzgün ödənilməməsi Amerikanın ticarət tərəzisinin (ixrac və idxal) “yellənməsinə” — iqtisadiyyatın illərlə davam edən müntəzəm artımından sonra nəhəng bir defisitə gətirib çıxarmışdı. Buna görə də Birləşmiş Ştatlarda inflyasiyanın baş verməsinə imkan yaranmışdı. Bu, hətta ödənişlərin balansına da pis təsir göstərib.

Bundan əlavə, müharibə beynəlxalq maliyyə danışıqlarının ab-havasına mənfi təsir göstərirdi. Bu, şübhəsiz ki, maliyyə psixologiyasının inkişafına da yaxşı təsir etmirdi. “Vyetnam keçmiş maliyyə sistemini darmadağın etdi” demək mübaliğədir. Bu, sadəcə sistemin süqutuna səbəb olan amillərdən biridir. Təbii ki, bu süqutdan daha yaxşı bir sistem yarana bilər.

Hər halda, ən böyük miras ölkədaxilidir.

Müharibə uğursuz şəkildə maliyyələşdirilirdi. Buna görə də Birləşmiş Ştatlar hökuməti 1960-cı illərin axırlarında iqtisadiyyata nəzarət edə bilmirdi. Bu, başqa vaxtlarda və başqa yerlərdə də olmuşdu. Yenə də bundan yaddaqalan bir dərs çıxardacağıq.

1969-cu ilin əvvəllərində — inflyasiya partlayışının pik nöqtəsində hakimiyyətə bir respublikaçı administasiya gəldi. Bu administrasiya müharibəni səngitməyə başlamışdı. O, iqtisadiyyatı klassik xəzinə və maliyyə qısqacları ilə sıxırdı. Müharibəni sakitləşdirmək cəhdləri, əslində, büdcəyə qoyulan məhdudiyyətləri yüngülləşdirmək üçün edilmişdi. Bu, ABŞ-ın 37-ci prezidenti Riçard Nikson kimi bəzi respublikaçı siyasətçilərin dediyinin əksinə, sonradan yaranan maliyyə böhranının “səbəbkarı” deyildi.

Çıxardığımız dərs, təbii ki, indiki dövrdə adi bir şeydir. Klassik məhdudiyyətlər maliyyə böhranına və işsizliyə səbəb oldu. Bu, bir qədər mülayim bir maliyyə böhranı olsa da, hər kəsin proqnozlaşdırdığından daha dərin idi. Hər halda, inflyasiya dayanmadı. Nəticə – idarəetmədə bir təcrübə idi. Bu təcrübəni kifayət qədər uğurlu, ya da uğursuz olmayan bir təcrübə adlandıra bilərik. Gələcəkdə oxşar bir risk olacağına ehtimal vermək daha məqsədəuyğundur, çünki 10–15 il əvvəl buna heç kəs inanmazdı.

İqtisadiyyatın idarəsi yenidən çətinləşsə, buna nəzarət etmək hər hansı bir hökumət üçün qıvraq bir ehtimaldır. İndiki təcrübədə olduğu kimi, o vaxt da ümid edilirdi ki, məhdudiyyətlər daha gec — fundamental məhdudiyyətlər tətbiq ediləndən sonra qoyulacaq.

Bunun doğru və ya yanlış bir vaxtda tətbiqindən asılı olmayaraq, nəzarət artıq bizim irsimizin bir hissəsidir və avtomatik şəkildə pis qarşılanmır. Bu, fərdin fəlsəfəsindən və o fəlsəfənin bu çətin keçən illərdə necə təkamül etməsindən asılı olaraq, Vyetnam travmasından sonra buraxılan məmnunedici bir mirasa belə çevrilə bilər.

Edvin Deyl (oğul)

Jurnalist və iqtisadiyyat üzrə ekspert

* “What Vietnam did to the American Economy”. (“The New York Times”, 28 yanvar 1973-cü il)

 

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel