bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Vudi Allenlə tanış olmaq

AzLogos AzLogos
., Kültür
28 Oktyabr 2020
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
Content al ba

Vudi Allen, 1971 © Diomedia

Paylaş

Niyə Vudi Allenin bir-birinə bənzəyən filmləri bu qədər çoxdur? Onu İnqmar Berqmanla nə birləşdirir? Allenin intellektual komediyaları kimə ünvanlanıb? Ümumiyyətlə, Vudi Allen komediya rejissorudur, yoxsa tamamilə əksinə?

Vudi Allenin yaradıcılığında azmaq çox asandır: baş rolu, adətən, özü oynayır, filmin adına baxıb nədən bəhs etdiyini xatırlamaq həmişə mümkün olmur, üstəlik onun filmlərinin bənzərliyi sadəcə əkiz uşaqların bənzərliyi kimi deyil, onlar kifayət qədər uzun bir serialın bölümlərini xatırladır.

85 yaşlı Allen 54 film çəkib. Onların hamısı şedevr olmasa da, bir neçə filmi dünya kino tarixinə həkk olunub və mütləq baxılmalı filmlər siyahısına daxildir. Bundan əlavə, ən azı, on iki filmi 1970-2000-ci illər amerikan kinematoqrafiyasının landşaftını müəyyənləşdirib. Allenin filmoqrafiyasına ekskursiyamızın əsas dayanacaqları da elə həmin filmlər olacaq.

 Vudi Allen komedioqraf, bir qədəh şərabın müşayiəti ilə izlənən yüngül və əyləncəli “love story”lərin müəllifi kimi ad-san qazanıb.

Onun yaradıcılığında gülməli şeylər kifayət qədərdir, ancaq bu, adətən, mürəkkəb və intellektual yumordur.

Hətta tənqidçilər Allenin janrı üçün xüsusi termin də fikirləşiblər – “intellektual komediya”. Onda ekssentrika, melodram, psixoloji dram və sosial satira uzlaşır. Allenin komediyalarına baxmaqdan daha çox dinləmək lazımdır – bu filmlər hazırcavablıqla, eyhamlarla, bütün mümkün göndərişlər və parodiya-interpretasiyalarla (onları anlamaq üçün kontekstdən xəbərdar olmaq lazımdır) doludur.

Təbii ki, bütün bunları gözardı etmək mümkündür, amma onda rejissorla dialoqun verdiyi həzz xeyli azalacaq. Çünki Allenin filmləri aktiv, bütün fəaliyyəti ekrana baxmaqla məhdudlaşmayan, rejissorun ötürdüyü bütün pasları qəbul eləyən tamaşaçıya ünvanlanıb.

Hardan başlamalı?

content_al-paris
“Gecəyarısı Parisdə”, 2011

“Gecəyarısı Parisdə” (2011) filmindən. Allen bu filmin ssenarisinə görə “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.

Ssenarinin əsasında elmi-fantastik əhvalat dayanır: müasir Parisə gəlmiş amerikalı yazıçı qəflətən zamanda yer dəyişir və 1920-ci ilə düşür. Amma fantastika Alleni o qədər də maraqlandırmır: bu, sadəcə tamaşaçının, Parisin dünyanın mədəniyyət mərkəzi olduğu dövrə dalması üçün bəhanədir. Rejissor kadr məkanını məşhur personajlarla doldurur: tamaşaçı kimisə dərhal tanıyır, kimisə gərgin halda xatırlamağa çalışır. Salvador Dali, Luis Bunüel, Koul Porter, Jozefina Beyker, Ernest Heminquey, Frensis Skott Fitcerald, Gertruda Stayn, Cuna Barns, Pablo Pikasso – tamaşaçının da, qəhrəmanın da başını gicəlləndirən əsl mədəniyyət tarixi imtahanıdır. Ancaq Allen xeyirxah imtahançıdır: o, qayğıkeşliklə ipucları qoyur, tamaşaçının diqqətini Marion Kotiyarın qəhrəmanının romantik xəttinə yönəldir və ona nəfəs almaq imkanı verir.

“Gecəyarısı Parisdə”, Allenin rejissorluq üslubunun bütün əsas elementlərini görməyə şərait yaradır. Onun əhvalatlarının mərkəzində həmişə nevrotik, refleksiv, ən xırda şeyləri belə psixoanalizə məruz qoyan, hər şeydən, ilk növbədə özündən şübhələnən qəhrəman dayanır. O, parlaq qadın personajlarla əhatə olunub, amma onlarla münasibəti alınmır, çünki qəhrəman öz qorxularını, komplekslərini qadınların üzərinə fışqırır. Bu qəhrəmanın dünyası saysız sitatlarla, eyhamlarla, allüziyalarla, iynəli zarafatlarla, yüksək cəmiyyətin əxlaqı, insan həyatının mahiyyəti, dünyanın dərkolunmazlığı və ölüm qorxusu haqqında kədərli düşüncələrlə zəngindir. Hadisələr çox vaxt böyük şəhərdə cərəyan edir: onun tünlüyü, yeknəsəqliyi və fasiləsiz hərəkətliliyi qəhrəmanın narahatlığını müvəqqəti azaldır və ona nevrozun öhdəsindən gəlmək imkanı verir. Yeganə istisna: “Gecəyarısı Parisdə” filmində refleksiv intellektualı həmişəki kimi Allenin özü yox, onun alter-eqosu Ouen Uilson oynayır.

Hansı filmlə davam etməli?

“Gecəyarısı Parisdə” filmində rejissor komediyanın “imkansızın mümkünlüyü” fəndindən istifadə edir, müxtəlif dövrlərdən olan insanları eyni kadrda qarşılaşdırır. Ki, bu da anlaşılmazlıq və dolaşıqlığa gətirib çıxarır. Buna görə də, “Gecəyarısı Parisdə” filmdən sonra sözügedən fəndin daha geniş miqyasda işlədiyi filmlərə baxmaq yerinə düşər.

picture-fb1074fb-f65e-4f08-95b9-57dfd0f1410f
“Böyük Afrodita”, 1995

“Böyük Afrodita” (1995) filmində süjet müasir dövrdə baş verən övladlığa götürmə əhvalatına antik mifologiya personajlarının müdaxiləsi üzərində qurulub: kahin Kassandra, çar Edip, onun atası Lay, Layın arvadı və Edipin anası İokasta, qədim yunan faciələrinin xoru. Bəhs etdiyimiz fənd “Sevgi və ölüm” (1975) filmində daha açıq, maraqlı istifadə olunub: əsas qəhrəman – XIX əsrin sonlarında yaşayan rus mülkədarı Allenin bütün digər qəhrəmanları kimi davranır, dünyaya onlar kimi baxır. Tamaşaçının dərhal tanıdığı bu manhettenli nevrotik bu dəfə rejissorun istəyilə Rusiyaya, Napoleonla müharibə ərəfəsinə düşüb. Bu filmdə həm də onlarla mədəni kontekst birləşir: reklamları, stəndap şouları, Vyetnam müharibəsinin tənqidi ilə 1970-ci illər, rus klassikası (“Yevgeni Onegin”dən, “Atalar və oğullar”dan tutmuş “Hərb və sülh”ə, “İdiot”a qədər), sovet kinoavanqardı (Kulişov, Dovjenko və təbii ki, Eyzenşteyn) və “Yeddinci möhür”. Beləcə, müəllif dövrlərin möhtəşəm sintezini qurub: qaradərili zabit Vudi Allenin qəhrəmanına gənc döyüşçü üçün kurs keçir və zəhmli şəkildə ondan Rusiyanı sevib-sevmədiyini soruşur; Borodino çölündə çirliderşləri və qazlı su satıcılarını görürük; Dayana Kitonun canlandırdığı, Turgenevin əsərlərindən çıxmış qız isə Napoelonu yoldan çıxartmağa çalışanda rus dini filosoflarından iqtibaslar gətirir.

“Sevgi və ölüm” Vudi Allen yaradıcılığının erkən mərhələsini yekunlaşdırır: artıq 1970-ci illərin əvvəllərinə yollana və onun üç ən məşhur, ən ekssentrik komediyaları ilə tanış ola bilərik.

picture-e27411f9-b597-4a94-8be6-9d4dd6cda09e
“Bananlar”, 1971

“Bananlar” (1971) filmində hadisələr şəhərli nevrotiki üsyançı qılığına girib uydurma banan respublikasına yollanmağa vadar edir.

“Seks haqqında bilmək istədiyiniz, amma soruşmağa çəkindiyiniz hər şey” (1972) filmində o, həyatın anlamını tapmağa çalışan spermatozoid obrazında görünür (“Niyə bəzi qadınlar orqazm yaşamırlar” bölümünə baxın, bu hissə Mikelancelo Antonioninin soyuq, məsafəli qadınlarına son dərəcə gülməli parodiyadır).

“2001-ci il: kosmik odisseya”, “Mexaniki portağal” və “Parisdə son tanqo” filmlərinə parodik göndərmələrlə zəngin olan “Yatmış adam” (1972) filminin süjeti isə refleksiv əfəli gələcəyə göndərir.

Amerika Kino sənətləri İnstitutunun versiyasına əsasən, “Bananlar” və “Yatmış adam” filmləri ən gülməli filmlərin yüzlüyü siyahısına daxil edilib. Allen bu siyahıda rekord vurub: bura onun beş filmi daxildir. Bu mənada, o, Çarli Çaplini (dörd yer) və Billi Uaylderi (üç yer) geridə qoyub. Allenin sözügedən beşliyinə “Pulu götür və qaç” (1969), həmçinin “Enni Holl” (1977) və “Manhetten” (1979) filmləri də daxildir. Tənqidçilər son iki filmə görə hələ də mübahisə edirlər, hansının daha yaxşı olduğunu seçə bilmirlər.

“Enni Holl” (1977), “Manhetten” (1979) və “İnteryerlər” (1978) birlikdə “Nyu-York trilogiyası”nı yaradır. Hər üç filmdə hadisələr rejissorun doğulduğu, ömrü boyu yaşadığı sevimli şəhərində cərəyan edir. Onlara xronoloji ardıcıllıqla baxmaq məsləhətdir, amma üçündən birini seçmək məcburiyyəti yaransa, şübhəsiz ki, “Enni Holl”u seçməlisiniz: “Manhetten”lə müqayisədə bu filmin üç danılmaz üstünlüyü var.

Birincisi, baş rolu Dayan Kiton oynayır (“Manhetten”də o, Meril Strip və Meriel Heminqueylə birlikdə sadəcə ansamblın bir parçasıdır).

picture-1d56ad45-c0a6-47ee-aa86-5a7ee605c0ab
“Seks haqqında bilmək istədiyiniz, amma soruşmağa çəkindiyiniz hər şey”, 1972

İkincisi, qeyri-xətti təhkiyə. Filmin süjeti zaman oxu boyunca sıçrayışlar edir: Elvi (Allenin qəhrəmanı) ilə Enni gah ayrılırlar, gah sanki yenə birlikdədirlər, gah dalaşırlar, gah da bir-biri ilə ilk dəfə rastlaşırlar. Bu üsul şüurun fəaliyyətini imitasiya edir – fikirlər bir andan digərinə atılır, xatirələr beyinə ilişib qəhrəmanı qopa bilmədiyi hadisələrə qaytarır, Elvinin beyni (və qeyri-iradi Enniyə aşiq olan tamaşaçı da) Ennini buraxmaq istəmir. Elvi sanki onu öz ağuşunda fırlatmağa davam edir, xəyalla rəqs etdiyini görmür. Çünki Ennidən fərqli olaraq xəyal həmişəlik onunla – onun beynində qalacaq.

Üçüncü üstünlük – bu filmin Allenin yaradıcılığındakı əhəmiyyətidir. Belə ki, o, “ekssentrik” mərhələdən “Berqman” mərhələsinə keçid rolunu oynayır: bu filmdən sonra komediya get-gedə psixoloji drama çevrilir, təhkiyə mürəkkəb qadın xarakteri ətrafında qurulur, gülüş kədərdə əriyir və janrın sabit qaydalarının, tərzlərin, “izm”lərin, məktəblərin çərçivələrinə sığmayan müəllifin səsi daha gur eşidilməyə başlayır.

“Enni Holl” filminin çəkilişləri zamanı rejissor öz janrını və öz “izm”ini – “vudiallen”in kəşfini tamamlamışdı. Bu, o qədər gözlənilməz olmuşdu ki, 1978-ci ildə Allen “Oskar” uğrunda yarışda Spilberqə (“Üçüncü dərəcəli yaxın əlaqələr”) və Corc Lukasa (“Ulduz müharibələri”) qalib gəlmiş, film bir komediya üçün rekord sayıla biləcək qədər mükafat – dörd “Oskar” qazanmışdı.

“Enni Holl”da Allenin, sevimli rejissorlarından biri – İnqmar Berqmanla uzun sürən dialoqu başlayır. Rejissorun növbəti “İnteryerlər” filmi “Pıçıltılar və qışqırıqlar”a cavab şəklində qurulacaqdı: kədərli ev, durğun atmosfer, üç bacı arasındakı gərgin münasibətlər.

Elə burdaca “Nyu-York trilogiyası”ndan sonra “berqman” silsiləsinə keçə bilərik: oskarlı “Hanna və onun bacıları” (1986) filmində Allen yenidən “Pıçıltılar və qışqırıqlar”a qayıdır (eyni zamanda Çexovun “Üç bacı”sının öz versiyasında çəkir).

picture-f5e06c85-6177-4a45-916e-1769a858e9fd
“İnteryerlər”, 1978

“Sentyabr” filmində (1987) o, “Payız sonatası”nın, “Başqa qadın”da (1988) “Persona”nın, “Ərlər və arvadlar”da (1992) “Evlilik həyatından səhnələr” filminin süjetini yenidən gözdən keçirir.

“Harrini tədqiq edərkən” (1977) filmi “Çiyələk talası”nın süjet xəttinə əsasən qurulub (qəhrəman mükafat almaq üçün bir tədbirə gedir), “Vikki Kristina Barselona” (2008) yüngülvari “Yay gecəsinin təbəssümü”nü xatırladır.

İntertekstuallıq, yəni keçmişin mədəniyyəti ilə dialoq Allen yaradıcılığının ən vacib cəhətidir. O öz filmləri vasitəsilə, məsələn, Federiko Fellini ilə də dialoq qurur.

Odur ki, “berqman” silsiləsindən sonra “fellini” silsiləsini də izləmək olar: “Ulduz tozu haqqında xatirələr” (1980) “Səkkiz yarım”ın Allensayağı versiyasıdır, “Radio erası”nı (1987) “Amarkord”la müqayisə edirlər, “Qahirənin al-qırmızı qızılgülü” (1985) və “Nyu-Yorkda yağışlı bir gün” filmlərində (2019) isə “Ağ şeyx”in süjet xəttindən istifadə olunub.

Daha sonra Allenin çox sevdiyi iki romanın – Dostoyevskinin “Cinayət və cəza”sı ilə Drayzerin “Amerika faciəsi”nin süjetlərinin sintezi üzərində qurulmuş silsiləylə – “Cinayətlər və əməllər” (1989), “Matç-poynt” (2005), “Kassandranın arzusu” (2007), “İrrasional adam” (2015) – tanış olmaq məsləhətdir.

Allenin intertekstual oyunları ilə tanışlığı uydurma bioqrafik “Zeliq” (1983) və “Sevimli və əclaf” (1999) filmləri və “Kölgələr və duman”la (1991) tamamlaya bilərsiniz. Sonuncu filmdə rejissor 1920-ci illər alman ekspressionizminə, “Nefrit əqrəbin lənəti” (2001) filmindəki stilistik oyunu ilə nuar filmlərinə, “Jasmin” (2013) filmi ilə Tennesi Uilyamsın “Arzular tramvayı” pyesinin ekran versiyalarına sevgisini etiraf edir.

Hansı filmdən başlamaq tövsiyə olunmur?

Vudi Allen yaradıcılığı ilə tanışlığa “Nə olub, xallı zanbaq?” (1966) filmindən başlamayın. Rejissor özü də bu filmindən razı deyil. Bir də son filmlərindən… Onların hamısı bir-birinə bənzəyir. Bu filmlərdə Allen öz sevimli fəndlərini təqlid edir. Allenin son filmləri turist açıqcalarını xatırladır, sanki rejissor dünya səyahətinə çıxıb və ordan – Roma, London, Barselonadan öz pərəstişkarlarına açıqcalar göndərir.

picture-f2e5ee3c-1021-4500-8f3b-37f350c4ad03
“Nə olub, xallı zanbaq?”, 1966

Ümumyyətlə, rejissorun sonuncu filmlərindən coğrafi yox, tarixi marşrut tərtib etmək və Allenlə birlikdə XX əsri gəzmək daha maraqlıdır: onun çox sevdiyi 20-ci illərdən (“Ay işığının sehri” 2014) başlayıb Böyük Böhran dövrünə (“Kübar həyat” 2016) yollanmaq, ordan müharibədən sonrakı illərə (“Möcüzələr çarxı” 2017, Keyt Uinsletin möhtəşəm rollarından biri) keçmək və səfəri üsyankar 60-cı illərdə, Allenin karyerasına başladığı dövrdə (“Altı səhnəlik problem” 2016) bitirmək pis olmazdı.

Vudi Allen kimlərlə işləyib?

Allen, filmlərinə populyarlığın zirvəsində olan ulduzları dəvət etməyi sevir: onun filmlərində Skarlett Yohansson, Penelopa Krus, Havyer Bardem, Castin Timberleyk, Emma Stoun, Hoakin Feniks, Cessi Ayzenberq, Kristen Stüart, Kolin Fert, El Fanninq, Timoti Şalame çəkiliblər. Amma Allenin ən yaxşı filmlərində baş rolları iki aktrisa – Dayan Kiton (8 film) və Mia Ferrou (13 film) oynayıb. Kiton dövrü, əsasən, 1970-ci illəri əhatə edir, hərçənd aktrisa 80-ci illərdə Allenin daha iki filmində çəkilib. Üstəlik, o, bu yaxınlarda təqdim olunmuş “Altı səhnəlik problem” serialında da gözəgörünməz şəkildə iştirak edir: Allenin qəhrəmanının arvadının adı Keydir –bu, Koppolanın “Xaç atası” filmində Kitonun personajının adıdır.

Ferrou dövrü isə 1980-ci illəri və 1990-cı illərin əvvəllərini əhatə edir, bura “Qahirənin al-qırmızı qızılgülü”, “Hanna və onun bacıları”, “Ərlər və arvadlar”, “Cinayətlər və əməllər” filmləri daxildir. Allenin qadın tipini – cazibədar, hazırcavab, intellektual və kişilərdən heç bir şəkildə geri qalmayan – məhz bu aktrisalar canlandırıblar.

content_al-ba
Vudi Allen, 1971
© Diomedia

Baxmayaraq ki, Allenin filmlərində danışıq həmişə boldur və onları ilk növbədə dinləmək lazımdır, amma o, dahi operatorlarla işləyir. Rejissor 12 filmini (“Radio əsri”, “Kölgələr və duman”, “Harrini tədqiq edərkən” də daxil olmaqla) italiyalı operator, Antonioninin “Qırmızı səhra” filmində kino təsvir barədə təsəvvürləri alt-üst etmiş Karlo Di Palma ilə çəkib. Son üç filmini isə başqa bir dahi italiyalı, Koppolanın “Apokalipsis bu gün” və Bertoluççinin “Konformist”i ilə məşhurlaşmış Vittorio Storaro ilə işləyib. Rejissorun yaradıcılığının nüvəsi hesab olunan “Nyu-York trilogiyası”nın vizual həllini isə Qordon Uillis verib.

Vudi Allen haqqında

“Əgər insan gecə-gündüz ölüm haqda fikirləşsə, Vudi Allenə çevrilər”..

Rey Bredberi

“Hansısa qatda Vudi qadındır. Düşünürəm ki, rejissor özünün bu tərəfi ilə sıx bağlıdır. O, yaratdığı qadın xarakterlərini çox gözəl anlayır. Allenin qadın personajları həmişə son dərəcə dərin, hərtərəfli və hiss etdikləri şeylərə qarşı dürüstdülər. Rejissor bütün bunları çatdırmaqdan ötrü onlara necə dialoqlar yazmalı olduğunu bilir”.

Keyt Uinslet

“Bu film bir tondan başqasına keçə-keçə, tədricən, öz tonunu yaradır: keçidlər zarafatı açacaq rakursu tapmaqdan ötrü səhnənin əsas məğzindən yayınan rejissorun narahat zehnini sərgiləyir. “Enni Holl” – hər zaman mükəmməlikdə çatlar axtaran, hər şeyi zarafata çevirən, lakin nə vaxtsa bunu bacarmayacaq adam haqqındadır”.

Kinotənqidçi Rocer Ebert “Enni Holl” filmi haqqında

 

Vsevolod Korşunov – ssenarist, redaktor, kinoşünas, sənətşünaslıq üzrə namizəd

Arzamas.academy

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör