Azlogos
  • Kimlər var
  • Bizi tanı

TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Varanasi – dəfn tonqallarının şəhəri

AzLogos AzLogos
., Foto-qrafika
21 May 2019

Dünyanın ən böyük krematoriyası

Hindistanda, çox az yer Qanq çaynının şərq sahilləri boyu uzanan Varanasi qatları (pilləkənləri) qədər rəngli, xarizmatik və mənəvi ola bilər. Şivanın şəhəri adlandırılır Varanasi. Hindistanda zəvvarlarının günahlarını yumaq və ya sevdiklərini tonqalda yandırmaq üçün getdikləri ən müqəddəs yerlərdən biridir. Əvvəllər Benares və Kashi (həyat və işıq şəhəri) adlanan Varanasi, öz adını Qanq çayına Varuna və Asi şəhərinin iki tərəfindən tökülən çayların şərəfinə alıb.

Varanasi – dəfn tonqallarının şəhəriBu şəhər, induizm kainatının döyünən ürəyi, mənəvi və fiziki aləmin kəsişməsidir. Qanq çayı özü buradan azadlıq rəmzi olaraq, sanki, keçmiş, indi və gələcək nəsillərin ümidlərini əbədiləşdirərək, axıb gedir. Bu sehrli, hətta vahiməli şəhər, normal həyatda kənar gözlərə görünməz olan ən gizli mərasimləri açıq şəkildə görməyi təklif edir. Varanasi hər bir induist üçün ən çox arzu edilən ölüm yeridir. Yandırıldıqdan sonra insan külünün məhz burada səpələnməsi, ölüm sonrası doğulma halqasından azad olmaq üçün Şivadan alınmış zəmanətidir.

Varanasi – dəfn tonqallarının şəhəriMistik, əfsanəvi, sürprizlər və çaşqınlıqlarla dolu, Varanasi bütün Şiva qəzəbi ilə ziyarətçilərin üzərinə çökür. Qanq çayına aparan qatlarla sərhəd, qədim şəhərin qarışıq küçələri, meditativ baxışlı inəklər, köynək geyindirilmiş, maraq dolu baxışlı keçilər, əsl şimavit kimi külün içində yatıb, elə onu da yeyən, həyət iti və bulteryerlərin qarışığına bənzəyən, tükü tökülmüş qorxunc itlər, Şivaitlərin özləri al-əlvan rənglərlə bəzənib və narıncı çarşablara dolanıb, əllərində üçdişli, torbalarında kiçik baraban və kobra ilanı…

Kremasiya tonqalları, gecə dini mərasimlər, Qanqın üzərində üzən çiçəklərdən düzəldilmiş şamlı qayıqlar. Kiçik mağara otaqlarından yayılan sitar və davul səsi.

Varanasi – dəfn tonqallarının şəhəriBu küçələr – Varanasinin sahillərindən sonra ikinci diqqətəlayiq yerlərdəndir. Bu labirintlərin ağılasığmaz planlanması, hər bir küncdə yerləşən dükanlardan, kafelərdən, musiqi mağazalarından səslənən müxtəlif melodiyalar insanın nitqini əlindən alan, heyranlıqla ayaq saxlamağa vadar edən, ətrafında isə təyinatı tam sirli qalan ümumi tamaşa üçün asılan sitar, tabla, davul, tütək və digər alətlər, əbədi məqsədi “burada və indi” olan asta hərəkətli inəklər, ən ağılasığmaz yerlərdə ən ağılasığmaz vəziyyətlərdə yatan itlər, ildırım sürətiylə bir dəlikdən o birisinə qaçan məzəli manqustlar, boş məkanları dolduran dağınıq evlərin çoxluğu, bir şeylərin qızardılmasından, çəkilməsindən, çürüməsindən yaranan qoxuların ətrafa çökməsi – bütün bunlar insana qalan dünyadan tam təcrid olunma təəssüratı bəxş edir.

Sən şərqdəsən… Qalan şey isə, elə qalandır…

Varanasi – dəfn tonqallarının şəhəriBütün bunlar Hindistandır, Hindistanın ruhudur. Delhidəki Əsas Bazar hələ hazırlıq mərhələsidir… Bura isə ƏSL Hindistandır. Tam olaraq. Müasir sivilizasiya anlayışını silən, daha doğrusu, onu heç yaratmayan Hindistan. Burada hər şey 100% olaraq əsrimizdən kənardır: “Min Bir Gecə”, “Bağdad Oğrusu” nağılları, Mahabharata, Ramayana əfsanələri – hər şey eyni zamanda və məkanda birləşir. Buraya ilk dəfə gəldiyinizdə, dərhal uzaqlara qaçmaq istəyə bilərsiniz. Varanasi bütün hissiyyat üzvlərinə nüvə bombası kimi təsir edir. Belə bir ekzotikanı – HƏR ŞEY BİR ARADA – başqa bir yerdə tapa bilməzsiniz, ancaq hissələrlə.

Varanasi – dəfn tonqallarının şəhəriBir tərəfdən qorxunc, digər tərəfdən isə gözəl olan bu şəhər, əsasən, onun “Burning ghats” -adlanan dəfn qatlarıyla məşhurdur. Varanasidə onlardan ikisi var – Manikarnika və Harişçandra. Harişçandra, deyəsən, heç məşhur deyil. Orada heç bir “estetik” zövq yaşamayacaqsınız. Xarici görünüşdən – yaxınlığında su anbarı yerləşən yarıdağılmış bir sahil … vəssalam …

Ancaq Manikarnika hüdudlarından kənara çıxır… Burada tonqallar bir dəqiqə olsa belə sönmürlər. Gün ərzində, təxminən 200 nəfər Shiva ilə görüşmək üçün yola düşür – yəni yandırılır. Qalanan bütün tonqallar eyni, ana ocaqdan od götürməlidir, bu ana ocaq, bir saniyə belə sönmədən, min illərdir yanır. Bu tonqala, müqəddəs vəzifədə nəsillər boyu bir-birini əvəzləyərək baxan, bir ailə nəzarət edir.

Varanasi – dəfn tonqallarının şəhəriVaranasi …

Bu şəhər hər kəsə fərqli təsir edir. Onun ağır enerjisi tamamilə fərqli şəkildə qəbul edilə bilər. Ya buradakı həyat fəaliyyətlərinin qalıqlarını hiss etmədən, bu yerin təmizliyi, nuru və sevincindən göyə uçursan, ya da əzabın hər üzünü, həm mənəvi, həm də fiziki, görərək əsl cəhənnəmə düşürsən.

Bax o zaman Yeni Delhidəki çirkli Əsas Bazar sənə bir cənnət kimi görünəcək … Bu, sənin varlığının yeni bir melodiyaya zərif köklənməsi deyil. Bu, sənin beyninə toxmaqla vurulmuş bir zərbədir, sinirlərinə verilən min voltdur. Sən ya sənin üçün daha sadə bir yerə qaçırsan, ya da bu yeri daxilinə buraxaraq, bu məkana köklənirsən.

Varanasi – dəfn tonqallarının şəhəriBu şəhər, müsəlman işğalçılar tərəfindən dəfələrlə yer üzündən silinib amma hindlilər öz məbədlərini bərpa edib, yenidən yüksəldib, şəhər bütün varlığıyla öz adını – “Kashi” – Həyat şəhəri – doğruldub. O, Hindistanın minillik dini mənbəyi ilə döyünən ürəyidir, bütün görünüşü, bütün mərasimləri və rəmzləri ilə, ona bir saniyəlik belə toxunan hər kəsə yeni reallıq bəxş edir. Varanasi, Hindistanın özü kimi , sənin laqeyd qalmağına imkan verməz. Ya kəskin “Yox!”, ya da coşqulu “Hə!!!”. O, kəskin ədviyyat kimi, gözlərinizi hədəqədən çıxmağa və yanğınızı söndürmək üçün masa üzərində nəsə axtarmağa vadar edir.

Varanasi – dəfn tonqallarının şəhəriSən ya onun “ədviyyatla dolu” mühitinə valeh olub, cavabsız aşiq olursan, ya da onu həzm edə bilməyib, sadəcə qatların, məbədlərin, Qanqa üzərində üzən qayıqların mənzərəsini özündə əks etdirən bir sıra obrazları, və sənin dərk edə bilməyəcəyin şeyləri daxilində saxlayaraq, sadəcə yan keçirsən. Varanasi çox mürəkkəb bir şəhərdir. Rişikeşdəki “məhsuldar” tənbəllikdən fərqli olarq, burada vizual istirahətlə yanaşı, demək olar ki, hamı üçün, məcburi bir daxili əmək mövcuddur, və onun təsiri uzun müddətli deyil, saniyələrə sığacaq ğədər olduğuna görə, bəzən hiss olunmazdır. Onun məqsədi və metodları anlaşılmazdır. Nəticələr ancaq sürəkli düşüncə və dərk etmələrdən sonra aydın olur.

Varanasi – dəfn tonqallarının şəhəriVaranasi, hər biri öz yerini tutan, iki obraza malikdir… Atəş üzərində rəqs edən Şiva – mülayım transformasiya obrazı…

O, etibar edib ürəyini tam aça bilməyənlər və ya bunu etməyi çatdırmayanlar üçündür. O, şüurunuzda möhkəm yer tuturaq, burada qaldığınız iki – üç gündə əmələ gəlir. O, bir nisbi mülayimlik simvoludur. Axı onun bu zərif toxunuşu belə sizi dəhşətə gətirə bilər…

Kali, Şivanın özünü ayaq altına alan, ikinci obrazdır… Bu Varanasinin əsl Qəzəbidir. Bu ilahə, şüurun dərhal inqilab simvoludur. Əzab və ağrı vasitəsilə işığa keçid. O, bütün saxtalıqların əleyhinədir, qarşısında duran bütün maneələri məhv edir. Qara Kali, əlində qana bulanmış qılıncı və boynunda məhv edilmiş iblislərin başlarından düzəldilən qızıl boyunbağısı, onun adı Maxakalidir – şüursuzluq zülmətini bir anda məhv edən İlahi Enerji. O, insan tərəfindən cavab gözləntisini əsrlərə uzatmır, o, mərhəmətsizcəsinə GƏLİR və BALTALAYIR…

Varanasi – dəfn tonqallarının şəhəriƏgər siz, xəritənizdə “səfər edilib” işarəsini qoymaq xatirinə deyil, həqiqətən bu şəhərə daxildən toxunmaq istəyirsinizsə, bura ən azı bir həftəlik gəlməlisiniz.

Hindistanda bu cür yanaşma tələb edən bir neçə yer var – onlar sadəcə baxmaq üçün deyil, yaşamaq üçündür… Onların məzmunu səthi öyrənmələrdən uzaqdır, onların öyrənməli tərəfləri çoxdur.

Varanasi – dəfn tonqallarının şəhəriBütün Hindistanda hiss edilə bilən şeylər burada ən böyük konsentrasiya və həcmdədir. Burada hər şey bir-birinə qovuşub – qədimlik, din, mistisizm, bütün rənglər və dəhşətlər, bütün qoxular, bütün təlaşlar və bütün sakitlik…

Ona görə də, sizə məsləhət, Hindistana səfər etsəniz, Varanasini unutmayın. Onsuz bütün səfəriniz natamam qalacaq.

Aleksey Suxopar, səyyah

 

1 - 10
- +
dcaa37eced
1482758956123570094
20110119_varanasi_212
94533_6_o
3621cf5f86cb995272617c325ec093c4
161
11s
5c50404125012
0_a029f_5554f70c_XL
india028

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021

Redaktorun seçimi

Neft, futbol, nida

Turistə necə pul xərclətməli?

Bertrand Russel – Gələcəyə mesajlar

Büdcəmiz gələn ilə nə vəd edir?

Əbdülhəmid Çolpandan bir parça

Covid-19 pandemiyası və Beynəlxalq Sistem

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Vaçkonun bir günü

Sual vermək bacarığı

Meymunların yaratdığı adət-ənənə

Dünyanın uşaqları

Söyülmək və öyülmək arasında

“Bakirə intiharlar” və identiklik sorağında

Əsir və girov götürülmüşlər

Yəhudi diasporası

Totalitarizm və Avanqard – XX əsr Avropa incəsənəti prizmasında

İsa Qəmbər: “Hakimiyyət könüllü şəkildə heç bir islahata getməyəcək”

Alkoqol – qədərində içmək bacarığı və genlər

Üçüncü Reyxdə Seks

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

AFFA-dakı “məxməri inqilab” və ya Elxan Məmmədovun gizli mesajı

Azərbaycanın ət, yağ, süd dərdi

İyrənmə

“Azərbaycansayağı” siyahıyaalma

Ölümün təvazökar cazibəsi

Milli emosionallıq, yoxsa “matışkə”lik

Üzeyir bəyin karikaturası

Neqativdən uzaq tənqid necə olur?!

Şəhərə toxunmaq

Varanasi – dəfn tonqallarının şəhəri

AzLogos AzLogos
., Foto-qrafika
21 May 2019

Dünyanın ən böyük krematoriyası

Hindistanda, çox az yer Qanq çaynının şərq sahilləri boyu uzanan Varanasi qatları (pilləkənləri) qədər rəngli, xarizmatik və mənəvi ola bilər. Şivanın şəhəri adlandırılır Varanasi. Hindistanda zəvvarlarının günahlarını yumaq və ya sevdiklərini tonqalda yandırmaq üçün getdikləri ən müqəddəs yerlərdən biridir. Əvvəllər Benares və Kashi (həyat və işıq şəhəri) adlanan Varanasi, öz adını Qanq çayına Varuna və Asi şəhərinin iki tərəfindən tökülən çayların şərəfinə alıb.

Varanasi – dəfn tonqallarının şəhəriBu şəhər, induizm kainatının döyünən ürəyi, mənəvi və fiziki aləmin kəsişməsidir. Qanq çayı özü buradan azadlıq rəmzi olaraq, sanki, keçmiş, indi və gələcək nəsillərin ümidlərini əbədiləşdirərək, axıb gedir. Bu sehrli, hətta vahiməli şəhər, normal həyatda kənar gözlərə görünməz olan ən gizli mərasimləri açıq şəkildə görməyi təklif edir. Varanasi hər bir induist üçün ən çox arzu edilən ölüm yeridir. Yandırıldıqdan sonra insan külünün məhz burada səpələnməsi, ölüm sonrası doğulma halqasından azad olmaq üçün Şivadan alınmış zəmanətidir.

Varanasi – dəfn tonqallarının şəhəriMistik, əfsanəvi, sürprizlər və çaşqınlıqlarla dolu, Varanasi bütün Şiva qəzəbi ilə ziyarətçilərin üzərinə çökür. Qanq çayına aparan qatlarla sərhəd, qədim şəhərin qarışıq küçələri, meditativ baxışlı inəklər, köynək geyindirilmiş, maraq dolu baxışlı keçilər, əsl şimavit kimi külün içində yatıb, elə onu da yeyən, həyət iti və bulteryerlərin qarışığına bənzəyən, tükü tökülmüş qorxunc itlər, Şivaitlərin özləri al-əlvan rənglərlə bəzənib və narıncı çarşablara dolanıb, əllərində üçdişli, torbalarında kiçik baraban və kobra ilanı…

Kremasiya tonqalları, gecə dini mərasimlər, Qanqın üzərində üzən çiçəklərdən düzəldilmiş şamlı qayıqlar. Kiçik mağara otaqlarından yayılan sitar və davul səsi.

Varanasi – dəfn tonqallarının şəhəriBu küçələr – Varanasinin sahillərindən sonra ikinci diqqətəlayiq yerlərdəndir. Bu labirintlərin ağılasığmaz planlanması, hər bir küncdə yerləşən dükanlardan, kafelərdən, musiqi mağazalarından səslənən müxtəlif melodiyalar insanın nitqini əlindən alan, heyranlıqla ayaq saxlamağa vadar edən, ətrafında isə təyinatı tam sirli qalan ümumi tamaşa üçün asılan sitar, tabla, davul, tütək və digər alətlər, əbədi məqsədi “burada və indi” olan asta hərəkətli inəklər, ən ağılasığmaz yerlərdə ən ağılasığmaz vəziyyətlərdə yatan itlər, ildırım sürətiylə bir dəlikdən o birisinə qaçan məzəli manqustlar, boş məkanları dolduran dağınıq evlərin çoxluğu, bir şeylərin qızardılmasından, çəkilməsindən, çürüməsindən yaranan qoxuların ətrafa çökməsi – bütün bunlar insana qalan dünyadan tam təcrid olunma təəssüratı bəxş edir.

Sən şərqdəsən… Qalan şey isə, elə qalandır…

Varanasi – dəfn tonqallarının şəhəriBütün bunlar Hindistandır, Hindistanın ruhudur. Delhidəki Əsas Bazar hələ hazırlıq mərhələsidir… Bura isə ƏSL Hindistandır. Tam olaraq. Müasir sivilizasiya anlayışını silən, daha doğrusu, onu heç yaratmayan Hindistan. Burada hər şey 100% olaraq əsrimizdən kənardır: “Min Bir Gecə”, “Bağdad Oğrusu” nağılları, Mahabharata, Ramayana əfsanələri – hər şey eyni zamanda və məkanda birləşir. Buraya ilk dəfə gəldiyinizdə, dərhal uzaqlara qaçmaq istəyə bilərsiniz. Varanasi bütün hissiyyat üzvlərinə nüvə bombası kimi təsir edir. Belə bir ekzotikanı – HƏR ŞEY BİR ARADA – başqa bir yerdə tapa bilməzsiniz, ancaq hissələrlə.

Varanasi – dəfn tonqallarının şəhəriBir tərəfdən qorxunc, digər tərəfdən isə gözəl olan bu şəhər, əsasən, onun “Burning ghats” -adlanan dəfn qatlarıyla məşhurdur. Varanasidə onlardan ikisi var – Manikarnika və Harişçandra. Harişçandra, deyəsən, heç məşhur deyil. Orada heç bir “estetik” zövq yaşamayacaqsınız. Xarici görünüşdən – yaxınlığında su anbarı yerləşən yarıdağılmış bir sahil … vəssalam …

Ancaq Manikarnika hüdudlarından kənara çıxır… Burada tonqallar bir dəqiqə olsa belə sönmürlər. Gün ərzində, təxminən 200 nəfər Shiva ilə görüşmək üçün yola düşür – yəni yandırılır. Qalanan bütün tonqallar eyni, ana ocaqdan od götürməlidir, bu ana ocaq, bir saniyə belə sönmədən, min illərdir yanır. Bu tonqala, müqəddəs vəzifədə nəsillər boyu bir-birini əvəzləyərək baxan, bir ailə nəzarət edir.

Varanasi – dəfn tonqallarının şəhəriVaranasi …

Bu şəhər hər kəsə fərqli təsir edir. Onun ağır enerjisi tamamilə fərqli şəkildə qəbul edilə bilər. Ya buradakı həyat fəaliyyətlərinin qalıqlarını hiss etmədən, bu yerin təmizliyi, nuru və sevincindən göyə uçursan, ya da əzabın hər üzünü, həm mənəvi, həm də fiziki, görərək əsl cəhənnəmə düşürsən.

Bax o zaman Yeni Delhidəki çirkli Əsas Bazar sənə bir cənnət kimi görünəcək … Bu, sənin varlığının yeni bir melodiyaya zərif köklənməsi deyil. Bu, sənin beyninə toxmaqla vurulmuş bir zərbədir, sinirlərinə verilən min voltdur. Sən ya sənin üçün daha sadə bir yerə qaçırsan, ya da bu yeri daxilinə buraxaraq, bu məkana köklənirsən.

Varanasi – dəfn tonqallarının şəhəriBu şəhər, müsəlman işğalçılar tərəfindən dəfələrlə yer üzündən silinib amma hindlilər öz məbədlərini bərpa edib, yenidən yüksəldib, şəhər bütün varlığıyla öz adını – “Kashi” – Həyat şəhəri – doğruldub. O, Hindistanın minillik dini mənbəyi ilə döyünən ürəyidir, bütün görünüşü, bütün mərasimləri və rəmzləri ilə, ona bir saniyəlik belə toxunan hər kəsə yeni reallıq bəxş edir. Varanasi, Hindistanın özü kimi , sənin laqeyd qalmağına imkan verməz. Ya kəskin “Yox!”, ya da coşqulu “Hə!!!”. O, kəskin ədviyyat kimi, gözlərinizi hədəqədən çıxmağa və yanğınızı söndürmək üçün masa üzərində nəsə axtarmağa vadar edir.

Varanasi – dəfn tonqallarının şəhəriSən ya onun “ədviyyatla dolu” mühitinə valeh olub, cavabsız aşiq olursan, ya da onu həzm edə bilməyib, sadəcə qatların, məbədlərin, Qanqa üzərində üzən qayıqların mənzərəsini özündə əks etdirən bir sıra obrazları, və sənin dərk edə bilməyəcəyin şeyləri daxilində saxlayaraq, sadəcə yan keçirsən. Varanasi çox mürəkkəb bir şəhərdir. Rişikeşdəki “məhsuldar” tənbəllikdən fərqli olarq, burada vizual istirahətlə yanaşı, demək olar ki, hamı üçün, məcburi bir daxili əmək mövcuddur, və onun təsiri uzun müddətli deyil, saniyələrə sığacaq ğədər olduğuna görə, bəzən hiss olunmazdır. Onun məqsədi və metodları anlaşılmazdır. Nəticələr ancaq sürəkli düşüncə və dərk etmələrdən sonra aydın olur.

Varanasi – dəfn tonqallarının şəhəriVaranasi, hər biri öz yerini tutan, iki obraza malikdir… Atəş üzərində rəqs edən Şiva – mülayım transformasiya obrazı…

O, etibar edib ürəyini tam aça bilməyənlər və ya bunu etməyi çatdırmayanlar üçündür. O, şüurunuzda möhkəm yer tuturaq, burada qaldığınız iki – üç gündə əmələ gəlir. O, bir nisbi mülayimlik simvoludur. Axı onun bu zərif toxunuşu belə sizi dəhşətə gətirə bilər…

Kali, Şivanın özünü ayaq altına alan, ikinci obrazdır… Bu Varanasinin əsl Qəzəbidir. Bu ilahə, şüurun dərhal inqilab simvoludur. Əzab və ağrı vasitəsilə işığa keçid. O, bütün saxtalıqların əleyhinədir, qarşısında duran bütün maneələri məhv edir. Qara Kali, əlində qana bulanmış qılıncı və boynunda məhv edilmiş iblislərin başlarından düzəldilən qızıl boyunbağısı, onun adı Maxakalidir – şüursuzluq zülmətini bir anda məhv edən İlahi Enerji. O, insan tərəfindən cavab gözləntisini əsrlərə uzatmır, o, mərhəmətsizcəsinə GƏLİR və BALTALAYIR…

Varanasi – dəfn tonqallarının şəhəriƏgər siz, xəritənizdə “səfər edilib” işarəsini qoymaq xatirinə deyil, həqiqətən bu şəhərə daxildən toxunmaq istəyirsinizsə, bura ən azı bir həftəlik gəlməlisiniz.

Hindistanda bu cür yanaşma tələb edən bir neçə yer var – onlar sadəcə baxmaq üçün deyil, yaşamaq üçündür… Onların məzmunu səthi öyrənmələrdən uzaqdır, onların öyrənməli tərəfləri çoxdur.

Varanasi – dəfn tonqallarının şəhəriBütün Hindistanda hiss edilə bilən şeylər burada ən böyük konsentrasiya və həcmdədir. Burada hər şey bir-birinə qovuşub – qədimlik, din, mistisizm, bütün rənglər və dəhşətlər, bütün qoxular, bütün təlaşlar və bütün sakitlik…

Ona görə də, sizə məsləhət, Hindistana səfər etsəniz, Varanasini unutmayın. Onsuz bütün səfəriniz natamam qalacaq.

Aleksey Suxopar, səyyah

 

1 - 10
- +
dcaa37eced
1482758956123570094
20110119_varanasi_212
94533_6_o
3621cf5f86cb995272617c325ec093c4
161
11s
5c50404125012
0_a029f_5554f70c_XL
india028
Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel