Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vətəndaş Emin Milli

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
19 Mart 2019

Sürpriz effektini hədəfləmirəm deyə, başdan deyirəm – simpatiyam Eminin tərəfində olacaq.

Onun məlum «Prezidentə təşəkkür» statusunun və altındakı şərhlərin screen-ini gördüm. İlk ağlıma gələn fikir – adam necə hiss edirsə, necə inanırsa elə də yazır, oldu. O anki ovqatına, ya da təhlil edərək gəldiyi hansısa qənaətə görə. Azad adamdır, özü bilər.

Şərhlərə gəlincə, klassik demşiza şüvəniydi. Demşiza həmişə özünü belə aparıb – Elçibəydən üzübəri demşiza mədəniləşməməkdə israrlıdır. Hökuməti devirmək istəyən patriarxal adamlar Eminə hücum edirlər ki, «sən niyə ölkəni kimin idarə etməsi ilə yox, necə idarə etməsi ilə maraqlanırsan?».

Demşiza belə bir opsiyanın mümkünlüyünü istisna edir.

İlham Əliyev hökuməti ilə mübarizənin ideoloji müstəvisi yoxdur. Doğrudan da, hipotetik olaraq təsəvvür edək ki, məhkəmə sistemi başda olmaqla ölkədə bütün sahələrdə inqilabi dəyişikliklər baş verib, azad siyasi rəqabət atmosferində, şəffaf parlament seçkiləri keçirilib. Əgər proses buna doğru gedir, ya da Emin Milli bunu belə görürsə, təşəkkür yazıb təşviq etməsində qeyri-adi nə var?

Emin Millinin dərdi nədir?

Emin Millinin dərdi funksional ola bilməməkdir. Deyəcəksiniz ki, bu boyda Meydan.Tv-ni yaradıb, bundan artıq nə funksionallıq? Bu, sizin təsəvvürünüz və qiymətləndirmənizdir, hal əhli isə Eminin dərdini anlayır.

Azərbaycanın çox keyfiyyətsiz bir media mühiti var. Ölkədə bu qədər xəbər saytı ola-ola, heç birinin aydın konsepsiyası, individuallığı, siması yoxdur. Hamısını eyni anda açıb xəbər başlıqlarına baxsanız, 90%-nin birbirinin təkrarı olduğunu görəcəksiniz. Loyal, hökümətyönümlü, müstəqil, müxalif – fərq etməz, heç birini digərindən fərqləndirən cəhət, cövhər yoxdur (demşizanın söyüş və qarğış hədəfi olan Yeni Müsavat və Haqqın.az-ı solğun istisnalar kimi göstərmək olar). Anqlosakson maliyyəsi ilə işləyən AzadlıqRadiosu, BBC Azərbaycan, kollektiv Qərbdən maliyyələşən Meydan.Tv – bunlar da məzmun və formaca eynidir.

Halbuki Emin Milli individuallığı ilə seçilən, müxalif yox, məhz azad bir media yaratmağı arzulayırdı. Lakin, donorların oyun qaydalarına məğlub oldu. Vəziyyət o həddə çatdı ki, özü, layihənin ideya atası və yaradıcısı, Meydan.Tv-də yad elementə çevrildi. Yaratdığı saytın gündən-günə tipikləşdiyini, sıradan olduğunu anladı, depressiyaya düşdü. Dünyada və Azərbaycanda yaşanan hərkətlilik, Eminin ənənəvi fəaliyyətini, ritorikasını mənasız etdi. Bunlar, demşizanın anlamayacağı həssas məqamlardır.

Emin Milli iddialı şəxsdir, aksiya adamıdır – «qaz versin», səngərə səsləsin, döyüşdən-döyüşə aparsın. Bugünkü Meydan.Tv isə, bu məsum üzlü böyük kombinatorun iddialarına, tələblərinə cavab vermir. Belə bir platforma demşizanı qane etsə də, Emin Millini etmir. İndi o, bir işin ucundan yapışmaq, funksional olmaq istəyir.

Emin Milli fəryad edir.

Azərbaycanda nələrinsə yaxşılığa doğru dəyişməsi, bəzilərinin çörəyini əlindən alır. Emin Milli isə onların sırasında olmaq, onlarla birlikdə xatırlanmaq istəmir və bu statusu yazaraq, azadlığını elan edir. Prezidentdən müsahibə almaq təklifi filan – bunlar işin duzu-bibəri, diqqət yayındıran manevrdir. Millinin mesajı başqadır – funksional olmaqda ona kömək edəcək adamlara öz xidmətlərini təklif edir. Bir daha və ürəkdən deyirəm – lap yaxşı edir.

Çünki anladı ki, gün gələcək (ya da gəlmə ehtimalı böyükdür) Azərbaycan avropalı donorlar üçün maraqsız olacaq. Siyasi məhbus qalmasa, təzyiqlər dayansa, nə qədər adam sözün əsl mənasında, sabit gəlirini itirəcək. Emin onlardan biri olmaq, ölkə ilə körpüləri yandırmaq istəmir.

Həm də gördü ki, Vidadi İsgəndərlinin videolarına bir milyon adam baxır. Vidadi İsgəndərli super-star, obrazlı desək porno ulduzdur. Doğrudur, Vidadinin kliyentlərinin müəyyən faizi həm də Meydan.Tv-nin kliyentləridir, yəni ortaq auditoriyaları var, amma Meydan heç vaxt Vidadiyə çata bilməz. Yüz minlərlə azərbaycanlı Vidadi İsgəndərliyə baxaraq masturbasiya edir, Vidədi söydükcə orqazm olurlar.

Emin də özünü yeni ampluada sınadı, bir neçə dəfə canlı yayına çıxdı, nəsə danışmağa cəhd etdi, alınmadı. Başqa ulduzlarla kollaborasiya da, canlı yayın performansına təsir etmədi. Kütlə ilə özü arasındakı uçurumu gördü və anladı ki, bu auditoriyaya deyəcək sözü yoxdur.

Bütün müqayisələr qüsurlu olsa da, qonşumuz və dostumuz Belarusdan bir misal gətirəcəm. Günlərin bir günü, Minsk şəhərində yaşayan bir qrup şəhər adamı, müxtəlif peşələrdən olan entuziast, sayt açmağa qərar verirlər. Bu sayt şəhərin mədəni həyatına bələdçi olacaq, maraqlı adamların müsahibələrini, publisistikasını dərc edəcək, urbanistik kultura sahəsində bir nömrəli sayt kimi mövqelənəcək. Beləliklə, məşhur Citydog portalı yaranır. Deməli, saytı yaradan adamlar ilk gündən özlərinə söz verirlər ki, onlar Minsk şəhərinin tanınmış, brend adlarına, ikonalara, əjdaha tənqidçi kimi bilinən ekspertlərə, bir paylaşımı ilə iki min like toplayan sosial media fenomenlərinə, yəni «ictimai sektora», eynilə də oxuculara dəstək üçün müraciət etməyəcək, onlardan paylaşım etməyi istəməyəcəklər. «Onsuz da sayt zamanla tanınacaq, başda elə həmin sektor tərəfindən oxunacaq, amma bir nəfər də, nə vaxtsa sənə qayıdıb deməyəcək ki, «mən sənə donation eləmişəm, sən gərək elə yazmayasan, belə yazasan…»

Görün adamlar işə əvvəldən necə ciddi yanaşıblar və bu gün, Citydog öz sahəsində liderdir, Minsk sakinlərinin məhkum olduqları saytdır. Donor, sponsor, sənin üçün nəsə bir iş görən, dəstək olan hər kəs, azadlıq qarşısında böyük maneədir. Meydan.Tv özünü aşıb, sümükləşib, artıq ətalətlə işləyir və bundan sonra kurs dəyişdirə bilməyəcək. Bu medianın müxalifliyə məhkumluğu var, çevik deyil. Emin Milli söhbətin nədən getdiyini yaxşı bilir. «İctimai sektor»dan az zərbə, minnət, paxıllıq görməyib.

Biz, azad media olmağa iddialıyıq. Gündəmi iqnor edirik, öz gündəmimizi yaradırıq, marginallığımızla barışığıq. Bu platforma bir gün şübhəsiz genişlənəcək, layiqli yerini tutacaq, bir qədər zamana ehtiyac var, azadlıq asan əldə olunmur. Emin Milli həyatında yenilik etmək istəyirsə, hələlik AzLogos üçün Berlindən qısa videolar çəkməklə başlaya bilər. Şəhərin sosial mədəni həyatı, məsələn oradakı azərbaycanlıların hekayələri haqda qısa süjetlər çox maraqlı, baxımlı ola bilərdi. Xüsusilə azərbaycanlıların məişəti, iş yerləri, getdikləri kafelər, əyləncələri.

P.S. Unudulmamalıdır ki, Emin Milli həm də böyük trolldur və bütün bu söhbətlərdən «hype» tutur. Beş il özünə yazıçı-dissident dedi və bu, çox normal qarşılandı. Bir allah bəndəsi də soruşmadı ki, «bəs sənin kitabın hanı?» Hamımız indiyə kimi hipnoz altındayıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
azeri-turkleri
.

Türk və tacik qarşıdurması – köçəri və oturaq xalqların mübarizəsi

19 Oktyabr 2022
seymur-baycan-1
.

Müxalifət niyə maraqsızdır?

28 Sentyabr 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022

Redaktorun seçimi

SSRİ niyə dağıldı?

Ego vəziyyətləri nədir?

Süni intellekt: Aktyor necə robota çevrildi

“Azərbaycansayağı” siyahıyaalma

Degenerat deputat

Qurtuluş, yoxsa faciə?

Ölü evdən qeydlər

Niderland antitellərin müjdəsini verdi

Rus dili – miras, yoxsa anoxronizm?

Yer kürəsi «insan erası»na girib

Tütünçü

Beynin müdafiə mexanizmləri

Yatıb-çıxan oğlanın solçu anası

Paralel dünyalar

Meymunların yaratdığı adət-ənənə

Vəkilin şeyi

Xanəndənin taleyi

Etibar qazanmağın vacibliyi haqqında

Əsir və girov götürülmüşlər

“Liberalizmin atası” olmayan “veselçak”ın ardından

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (Birinci hissə)

Müasir Bakıda tənha qadın

Generalın ölümü

Sırtıq feminizmin təntənəsi

“Böyüt sat” prinsipi

“Avtomatlaşdırılmış” hüquqla əlləşmək

Sənan Qurbanov. Bohem sənətkar.

Azərbaycanın ilk inqilabçıları

Arkadaşlar, azeriler psikopat

Zeynəbin pulunu verin!

Vətəndaş Emin Milli

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
19 Mart 2019

Sürpriz effektini hədəfləmirəm deyə, başdan deyirəm – simpatiyam Eminin tərəfində olacaq.

Onun məlum «Prezidentə təşəkkür» statusunun və altındakı şərhlərin screen-ini gördüm. İlk ağlıma gələn fikir – adam necə hiss edirsə, necə inanırsa elə də yazır, oldu. O anki ovqatına, ya da təhlil edərək gəldiyi hansısa qənaətə görə. Azad adamdır, özü bilər.

Şərhlərə gəlincə, klassik demşiza şüvəniydi. Demşiza həmişə özünü belə aparıb – Elçibəydən üzübəri demşiza mədəniləşməməkdə israrlıdır. Hökuməti devirmək istəyən patriarxal adamlar Eminə hücum edirlər ki, «sən niyə ölkəni kimin idarə etməsi ilə yox, necə idarə etməsi ilə maraqlanırsan?».

Demşiza belə bir opsiyanın mümkünlüyünü istisna edir.

İlham Əliyev hökuməti ilə mübarizənin ideoloji müstəvisi yoxdur. Doğrudan da, hipotetik olaraq təsəvvür edək ki, məhkəmə sistemi başda olmaqla ölkədə bütün sahələrdə inqilabi dəyişikliklər baş verib, azad siyasi rəqabət atmosferində, şəffaf parlament seçkiləri keçirilib. Əgər proses buna doğru gedir, ya da Emin Milli bunu belə görürsə, təşəkkür yazıb təşviq etməsində qeyri-adi nə var?

Emin Millinin dərdi nədir?

Emin Millinin dərdi funksional ola bilməməkdir. Deyəcəksiniz ki, bu boyda Meydan.Tv-ni yaradıb, bundan artıq nə funksionallıq? Bu, sizin təsəvvürünüz və qiymətləndirmənizdir, hal əhli isə Eminin dərdini anlayır.

Azərbaycanın çox keyfiyyətsiz bir media mühiti var. Ölkədə bu qədər xəbər saytı ola-ola, heç birinin aydın konsepsiyası, individuallığı, siması yoxdur. Hamısını eyni anda açıb xəbər başlıqlarına baxsanız, 90%-nin birbirinin təkrarı olduğunu görəcəksiniz. Loyal, hökümətyönümlü, müstəqil, müxalif – fərq etməz, heç birini digərindən fərqləndirən cəhət, cövhər yoxdur (demşizanın söyüş və qarğış hədəfi olan Yeni Müsavat və Haqqın.az-ı solğun istisnalar kimi göstərmək olar). Anqlosakson maliyyəsi ilə işləyən AzadlıqRadiosu, BBC Azərbaycan, kollektiv Qərbdən maliyyələşən Meydan.Tv – bunlar da məzmun və formaca eynidir.

Halbuki Emin Milli individuallığı ilə seçilən, müxalif yox, məhz azad bir media yaratmağı arzulayırdı. Lakin, donorların oyun qaydalarına məğlub oldu. Vəziyyət o həddə çatdı ki, özü, layihənin ideya atası və yaradıcısı, Meydan.Tv-də yad elementə çevrildi. Yaratdığı saytın gündən-günə tipikləşdiyini, sıradan olduğunu anladı, depressiyaya düşdü. Dünyada və Azərbaycanda yaşanan hərkətlilik, Eminin ənənəvi fəaliyyətini, ritorikasını mənasız etdi. Bunlar, demşizanın anlamayacağı həssas məqamlardır.

Emin Milli iddialı şəxsdir, aksiya adamıdır – «qaz versin», səngərə səsləsin, döyüşdən-döyüşə aparsın. Bugünkü Meydan.Tv isə, bu məsum üzlü böyük kombinatorun iddialarına, tələblərinə cavab vermir. Belə bir platforma demşizanı qane etsə də, Emin Millini etmir. İndi o, bir işin ucundan yapışmaq, funksional olmaq istəyir.

Emin Milli fəryad edir.

Azərbaycanda nələrinsə yaxşılığa doğru dəyişməsi, bəzilərinin çörəyini əlindən alır. Emin Milli isə onların sırasında olmaq, onlarla birlikdə xatırlanmaq istəmir və bu statusu yazaraq, azadlığını elan edir. Prezidentdən müsahibə almaq təklifi filan – bunlar işin duzu-bibəri, diqqət yayındıran manevrdir. Millinin mesajı başqadır – funksional olmaqda ona kömək edəcək adamlara öz xidmətlərini təklif edir. Bir daha və ürəkdən deyirəm – lap yaxşı edir.

Çünki anladı ki, gün gələcək (ya da gəlmə ehtimalı böyükdür) Azərbaycan avropalı donorlar üçün maraqsız olacaq. Siyasi məhbus qalmasa, təzyiqlər dayansa, nə qədər adam sözün əsl mənasında, sabit gəlirini itirəcək. Emin onlardan biri olmaq, ölkə ilə körpüləri yandırmaq istəmir.

Həm də gördü ki, Vidadi İsgəndərlinin videolarına bir milyon adam baxır. Vidadi İsgəndərli super-star, obrazlı desək porno ulduzdur. Doğrudur, Vidadinin kliyentlərinin müəyyən faizi həm də Meydan.Tv-nin kliyentləridir, yəni ortaq auditoriyaları var, amma Meydan heç vaxt Vidadiyə çata bilməz. Yüz minlərlə azərbaycanlı Vidadi İsgəndərliyə baxaraq masturbasiya edir, Vidədi söydükcə orqazm olurlar.

Emin də özünü yeni ampluada sınadı, bir neçə dəfə canlı yayına çıxdı, nəsə danışmağa cəhd etdi, alınmadı. Başqa ulduzlarla kollaborasiya da, canlı yayın performansına təsir etmədi. Kütlə ilə özü arasındakı uçurumu gördü və anladı ki, bu auditoriyaya deyəcək sözü yoxdur.

Bütün müqayisələr qüsurlu olsa da, qonşumuz və dostumuz Belarusdan bir misal gətirəcəm. Günlərin bir günü, Minsk şəhərində yaşayan bir qrup şəhər adamı, müxtəlif peşələrdən olan entuziast, sayt açmağa qərar verirlər. Bu sayt şəhərin mədəni həyatına bələdçi olacaq, maraqlı adamların müsahibələrini, publisistikasını dərc edəcək, urbanistik kultura sahəsində bir nömrəli sayt kimi mövqelənəcək. Beləliklə, məşhur Citydog portalı yaranır. Deməli, saytı yaradan adamlar ilk gündən özlərinə söz verirlər ki, onlar Minsk şəhərinin tanınmış, brend adlarına, ikonalara, əjdaha tənqidçi kimi bilinən ekspertlərə, bir paylaşımı ilə iki min like toplayan sosial media fenomenlərinə, yəni «ictimai sektora», eynilə də oxuculara dəstək üçün müraciət etməyəcək, onlardan paylaşım etməyi istəməyəcəklər. «Onsuz da sayt zamanla tanınacaq, başda elə həmin sektor tərəfindən oxunacaq, amma bir nəfər də, nə vaxtsa sənə qayıdıb deməyəcək ki, «mən sənə donation eləmişəm, sən gərək elə yazmayasan, belə yazasan…»

Görün adamlar işə əvvəldən necə ciddi yanaşıblar və bu gün, Citydog öz sahəsində liderdir, Minsk sakinlərinin məhkum olduqları saytdır. Donor, sponsor, sənin üçün nəsə bir iş görən, dəstək olan hər kəs, azadlıq qarşısında böyük maneədir. Meydan.Tv özünü aşıb, sümükləşib, artıq ətalətlə işləyir və bundan sonra kurs dəyişdirə bilməyəcək. Bu medianın müxalifliyə məhkumluğu var, çevik deyil. Emin Milli söhbətin nədən getdiyini yaxşı bilir. «İctimai sektor»dan az zərbə, minnət, paxıllıq görməyib.

Biz, azad media olmağa iddialıyıq. Gündəmi iqnor edirik, öz gündəmimizi yaradırıq, marginallığımızla barışığıq. Bu platforma bir gün şübhəsiz genişlənəcək, layiqli yerini tutacaq, bir qədər zamana ehtiyac var, azadlıq asan əldə olunmur. Emin Milli həyatında yenilik etmək istəyirsə, hələlik AzLogos üçün Berlindən qısa videolar çəkməklə başlaya bilər. Şəhərin sosial mədəni həyatı, məsələn oradakı azərbaycanlıların hekayələri haqda qısa süjetlər çox maraqlı, baxımlı ola bilərdi. Xüsusilə azərbaycanlıların məişəti, iş yerləri, getdikləri kafelər, əyləncələri.

P.S. Unudulmamalıdır ki, Emin Milli həm də böyük trolldur və bütün bu söhbətlərdən «hype» tutur. Beş il özünə yazıçı-dissident dedi və bu, çox normal qarşılandı. Bir allah bəndəsi də soruşmadı ki, «bəs sənin kitabın hanı?» Hamımız indiyə kimi hipnoz altındayıq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
azeri-turkleri
.

Türk və tacik qarşıdurması – köçəri və oturaq xalqların mübarizəsi

19 Oktyabr 2022
seymur-baycan-1
.

Müxalifət niyə maraqsızdır?

28 Sentyabr 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel