Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Uşaq, fişəng və şair

Firudin Allahverdi Firudin Allahverdi
., Kültür
10 Yanvar 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
1498895069 oblozhka
Paylaş

Yəqin heç kəsə sirr deyil ki, hamı kimi bizlər – incəsənət və ədəbiyyat xidmətçiləri də bir yerə yığışanda başqa vacib mövzularla yanaşı bir qədər dünya siyasətini də müzakirə edirik. Yadımdadı, hələ neçə il öncə, belə məclislərin birində şair Aqşin Yenisey İranın nüvə silahı sevdasına təxminən “uşağın əlinə silah vermək olmaz” şəklində münasibət bildirmişdi.

İndi bu Ukrayna təyyarəsinin vurulması söhbəti doğru çıxsa məlum olacaq ki, şair nə qədər haqlı imiş. Hələ mən bu sevdanın baş tutmasına razı olmayan dövlətlərin nə qədər haqlı görünəcəyini demirəm. Ona görə demirəm ki, sözün doğrusu adı çəkilən şair dostumuzun bir çox məsələdə mövqeyi mənim üçün böyük dövlətlərın başçılarından daha rəğbətəlayiqdir.

O boyda ölkənin uşağa bənzədilməsini də çox şişirtmə saymayın: bəzi fikir adamlarının bəşər tarixini insan ömrü ilə müqayisə etməsini əsas götürsək, dinlərin yaranma tarixi bəşəriyyətin uşaqlıq, uzağı yeniyetməlik dövrünə təsadüf edir. Yəni erkən Orta Əsrlərdə yazılmış kitabları əldə rəhbər tutaraq bu gün on milyonlarla insanın taleyini müəyyən etmək yetkin cəmiyyətə xas deyil.

Bu yerdə təxminən bir əsr əvvəl o biri qonşumuzda – Türkiyədə söylənmiş bir fikir yada düşür:

Yenicə xilas edilmiş Türkiyənin hansı üsulla idarə ediləcəyilə bağlı müzakirələr zamanı şəriət təklif edənlərə Atatürk demək olar ki, elmi ritorika ilə “Göydən endirildiyi iddia olunan kitablarla ölkə idarə oluna bilməz” cavabı verir.

Əlbəttə, o da ayrı mövzudur ki, bu söhbətin üstündən bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq Türkiyənin böyük bir kəsimi talelərini müsbətə tərəf cızmış bu fikirlərlə hələ də razılaşmır kimi görünür. Bu qayğılandıran məsələ isə düşünürəm ki, bu ənənənin kökünün nə dərinlikdə olduğunu göstərir.

Söhbətin əvvəlinə qayıtsaq, əlbəttə ki, bir balaca düşünən insan nüvə silahının ümumiyyətlə mövcud olmamasını arzu edər. Amma reallıqla da barışmaq lazımdır; bu silah artıq bəzi ölkələrdə mövcuddur və onların əlindən almaq hələ ki, çox müşkül məsələyə oxşayır. Bir tərəfdən də o silahın ilk istifadəsindən keçən səkkiz onillik ərzində o ölkələrin heç biri tərəfindən insanlara qarşı istifadə olunmaması da, bizi az-çox rahatlada bilən faktdır. Amma razılaşaq ki, bu silahı arsenalında saxlayan ölkələrin sayı çoxaldıqca təhlükə də böyük nisbətlə artmış olacaq.

Yəni baxmayaraq ki, mən şəxsən İran mədəniyyətinin və incəsənətinin heyranıyam və bizə ən yaxın mədəniyyət hesab edirəm, bununla belə istəməzdim ki, yaxınlıqda kütləvi qırğın silahlarına malik ölkələrin sayı çoxalsın.

Hətta indiki durum belə kifayət qədər etibarlı görünmür: 2000-lərin əvvəlində məlum olmuşdu ki, Pakistanlı alim nüvə texnologiyasını az qala Qəddafiyə satacaqmış.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör