bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Tuata De Danann: Nəzarətdən çıxan siyasi sifariş

AzLogos AzLogos
., Kültür
10 Aprel 2020
Oxuma vaxtı:16 dəqiqəyə oxunur
Scan pic1912 43693 zoom
Paylaş

Tuata De Danann – ya qədim tanrılar, ya mifik-sələf, ya da irlandların real əcdadlarıdır. Onlar İrlandiyanı işğalçılardan qoruyurlar, işğalçılar da özlərini yerli tarixə daxil etməkdən ötrü onların xidmətindən yararlanırlar. Katolik kilsə onlara skeptik, “cahil kənd qədimliyinin” qalıqları kimi baxır, amma müqəddəs Patrikin özü onları ziyarət edir, xaç suyuna çəkir və kəbinlərini kəsir. Onları heç vaxt heç kim görməyib, amma min ilə yaxındır ki, siyasi mübarizədə iştirak edirlər. Mariya-Valeriya Morris “Tuata de Danann irland mifologiyasında” kursu çərçivəsində siyasi sifarişin mütləq inanca, sonra da pop-mədəniyyət fenomeninə necə çevrildiyindən danışır.

Tuata de Dananların hələ tanrı olmadıqları, insanların isə qanlı-canlı göstərildiyi mətnlərdə bir çox mədəniyyətlərdə, özəlliklə, şimali-qərbi Avropada vacib olan folklor motivlərindən birinə müraciət edilir. Bu, bölgədə ənənə daşıyıcılarının əcdadları peyda olandan sonra torpağın altına köçən sələf-xalq motividir. İsland və norveç alvları (elblər, elflər), valliyalı tilvit teqlər, Rusiyanı şimalındakı çudlar bu xarakteristikaya uyğun gəlir. Onlar kimi, Tuata De Danannlar da İrlandiyanın, paralel dünyaya keçməyə məcbur qalmış avtoxton (yerli) əhalisidir. Qeyd etmək vacibdir: paralel dünya deyəndə tanrıların və ölülərin yox, insanların paralel dünyası nəzərdə tutulur. Erkən mətnlərdə sözügedən dünya yerin altında, təpələrin arasında yerləşən kifayət qədər fiziki məkan, daha bir İrlandiyadır.

Qədim irland mətnlərində Tuata de Danannlar – dünya mənzərəsinin bir hissəsidilər: hamı onların mövcudluğundan xəbərdardır, onlarla kommunikasiya – adi iş sayılır. X-XI əsrlərdə onlara qarşı maraq bir qədər azalır. Onlar sadəcə “Məkanların qədimliyi”ndə (XI-XII əsrlərdə tərtib olunmuş və İrlandiyada müxtəlif məkan adlarının mənşəyini izah edən rəvayətlər toplusu) və “İrlandiyanın işğalları kitabı”nda qalırlar. (“İrlandiyanın işğalları kitabı” – irland xalqının, dünyanın yarandığı vaxtdan Orta əsrlərə qədərki mifoloji tarixindən bəhs edən və onu İncil kontekstində göstərməyə çalışan mətnlər toplusudur).

Lakin XII əsrin ikinci yarısında Tuata de Danannlarla bağlı mətnlər yenidən populyarlaşmağa başlayır. Və bu, artıq siyasətlə, sosial sifarişlə bağlı olur.

TUATA DE DANANNLAR KİMDİLƏR?

İrland mifologiyasının əsas personajları olan Tuata de Danannlar ilahə Danunun qəbilələridir. Fərqli mənbələrdə onlar gah ilahi məxluqlar, gah da adi insanlar kimi göstərilir. Bəzi mətnlərdə ilahə Danunun qəbilələri, Milyanın Oğullarının – indiki irlandların əsas mifoloji əcdadlarının gəlişinə qədər adada yaşamış sələf-xalq kimi təsvir olunur.

Qədim irland mətni “İrlandların mənşəyi hardan götürülür?”ə (“Can a mbunadus na nGáedel?”) inansaq, Milyanın Oğulları müharibədə ilahə Danunun qəbiləsinə qalib gəlib onların torpaqlarına sahib olurlar və qəbilənin sağ qalan üzvlərini qırmağa hazırlaşırlar. Ancaq kruitnilər (dah bir adı – piktilər, qədim irland xalqlarından biri) Milyanın Oğullarının bütün qadınlarını (biri xaric) oğurlayırlar. Tuata De Danannlar işğalçılara anlaşma təklif edirlər: onlar öz qızlarını, bacılarını Milyanın Oğullarına ərə verməyə razılaşırlar, əvəzində isə yeraltı İrlandiyada qalmaq üçün icazə istəyirlər.

Və beləcə, mifoloji irland məkanı yaranır. Tuata De Danannlar sidə (torpağın altında və ya suyun dibində yerləşən paralel dünya) köçürlər, lakin irlandların həyatında bilavasitə iştirak etmək, yerin üstündə yaşayanlarla savaşmaq, ya da diplomatik ittifaqlar, nigahlar bağlamaq üçün mütəmadi olaraq irland torpaqlarına baş çəkirlər.

XIX əsrdən etibarən dominant olan nöqteyi-nəzər, Tuata De Danannlara xrisrianlığaqədərki bütpərəst panteon kimi yanaşır. Eyni zamanda ilahi personajlar haqqında tarixlə paralel və diaxronik olaraq, onların insani təbiəti ilə bağlı alternativ versiya da inkişaf edir.

NORMAL KATOLİKLƏR

XIX əsrdə katolik kilsəsi Tuata De Danannlara ehtiyatla yanaşırdı. Onlar aşağı təbəqənin folklor ənənələrində ölülərin ruhları, yolunu azmış mələklər, İsaya yad personajlar kimi təsvir edilirdi. Daha “savadlı” folklorda isə xurafat kimi təqdim olunur: irland katoliklərinin nüfuzunu (və onların öz hüquqları uğrunda mübarizə perspektivlərini) yaxşılaşdırmaqdan ötrü onunla mübarizə aparmaq lazımdır.

“Aşağı” mifologiyanın personajlarına belə münasibət kontinental ənənə üçün səciyyəvi yanaşmadır (Bir də Adəmlə Həvvanın gizlədilmiş övladları ilə bağlı motiv var – onu valliyalılar mənimsəyiblər). Lakin 900 il əvvəl hər şey fərqli idi.

İrland miflərinin personajları ilə bağlı ilk xatırlatmalara irlandiyalı yepiskop Tirexan tərəfindən VII əsrdə yazılmış “Müqəddəs Patrikin həyatı” əsərində rast gəlinir. Kral Loeqayrenin qızları, müqəddəs Patriklə məiyyətini qarşılayırlar. Onlar heç vaxt rahib görməyiblər və qarşılarında dayanan şəxsin kim olduğunu anlamağa çalışırlar. Ağıllarına gələn variantların arasında “siddən gəliblər, ola bilsin, yer tanrılarıdır, bəlkə xəyalətdilər” (sed illos uiros side aut deorum terrenorum aut fantassiam) var.

Tuata de Danannlardan tarixi xronikalarda da bəhs olunur: məsələn, rəvayətlərdən birində həlak olmuş irlandiyalı qəhrəmana “sid qadınları” ağı deyirlər. (Hərçənd burda bir məsələni qeyd etmək vacibdir: Tuata De Danannlarla “sid sakinlərini” eyni səviyyəli personajlar hesab etmək olarmı? Bu, sual açıq qalmaqda davam edir və cavabı konkret mətnlərin tərcüməsi və yozumundan asılıdır).

İrlandiyanın xaç suyuna çəkilməsi gözlənilməz dərəcədə dinc şəkildə baş vermişdi, çünki krallar və hərbi aristokratiya tərəfindən yeni dinə sosial sifariş vardı: bütpərəsətlikdə druidlər sekulyar liderlərdən daha çox hakimiyyətə malik idilər, xristianlıq isə hakimiyyətin, sonuncuların xeyrinə yenidən bölüşdürülməsinə imkan verirdi.

Vaizlərin məqsədi, mifləri məhv etmək deyildi. Əksinə, xristianlar mümkün qədər çox rəvayətləri qorumağa çalışır, onlardan yalnız yolverilməz sayılanları – nekromantiya (ölmüş insanların ruhlarını çağırmaq) və insanların qurban verilməsi- ləğv edirdilər. Bu, teoloji baxımdan kilsə təlimi, konkret olsaq, papa I Böyük Qriqorinin aşağıdakı sözləri ilə əsaslandırılırdı: “… bütlərin məbədlərini dağıtmaq <…> lazım deyil. Yalnız onların içində olan bütləri. Qoy müqəddəs su hazırlasınlar və o məbədlərə, onlarda qurulmuş mehrablara, qorunan tutyalara çiləsinlər, çünki əgər həmin məbədlər yaxşı inşa edilibsə, onları bütlərə sitayişdən gerçək Tanrının xidmətinə keçirmək lazımdır; ki, insanlar, məbədlərinin dağıdılmağını görəndən sonra özləri qəlblərini xətalardan arındıraraq, gerçək Tanrını tanıyaraq və ona ehtiram göstərərək, sərbəst şəkildə artıq alışdıqları yerlərə toplaşsınlar” (I Böyük Qriqorinin abbat Mellitiyaya 76-cı məktubu).

Üstəlik, erkən irland ruhaniliyinin böyük hissəsi elə mifoloji ənənəni yaymağa davam edən həmin druidlərdən ibarət idi.

O dövrə aid mətnlərdə mifik elementlər heç bir şəkildə xristianlıq elementlərilə ziddiyyətdə deyil. Məsələn, VI əsrdə yaşamış müqəddəs Kolumba rahib olmasına rəğmən orduya başçılıq edir və vuruşurdu. Onun tərcümeyi-halında şotland druidi ilə magiya yarışmasından bəhs edən rəvayət var və orda müqəddəs qalib gəlir. Bu tip davranış mif qəhrəmanlarının tipajına daha yaxındır, nəinki xristianlığın təməllərinə.

XII əsrin başlanğıcı müqəddəs Malaxiyanın – bəzi ibadət qaydalarında islahatlar aparmış keşişin aktiv fəaliyyəti ilə yadda qalır. O, 1139-1140-cı illərdə Klervodakı sisterian monastırını zıyarət edir, Klervolu Bernarla tanış olur. Fransız kilsəsinin nizam-intizamı, mütəşəkilliyi onu o qədər valeh edir ki, İrlandiyaya qayıdandan sonra yerli kilsə tənzimləmələrində dəyişikliklər aparır.

Keşiş çox şeyi dəyişməli olmuşdu: kilsənin inzibati quruluşundan tutmuş keşişlərin və dindarların düşüncəsinə qədər. Bu prosesdə didaktik mətnlər sayəsində mömin xristiana özünü necə aparmalı olduğunu izah etmək çox rahat baş vermişdi. Tuata De Danannlar sözügedən mətnlərin müsbət personajlarına çevrilmişdi. Belə əsərlərdən ən diqqətəlayiqi “Qocaların söhbəti” (1170) idi. (Əsərin əsas süjeti müqəddəs Patrikin sonuncu iki feniya – qədim irlandların əfsanəvi dəstəsinin nümayəndələri ilə İrlandiya boyu səyahətindən bəhs edir. Tuata De Dannlar əsərdə ölümsüz ruha sahib qanlı-canlı insanlar kimi göstərilir, hətta müqəddəs onlardan bəzilərini xaç suyuna çəkib evləndirir).

GƏLİNİN QOHUMLARI

XII əsrin sonlarına yaxın İrlandiyada anqlo-normanlar məskən salır. İrlandiyanın ali kralı statusu nominal və simvolik xarakter daşıyır, permanent daxili müharibələrə mane olmurdu. İntervensiya aktı zamanı o vaxtkı kral Leynster Dermotun xahişi ilə anqlo-normanlar qərara gəlirlər ki, İrlandiyadan tezliklə çıxmaq istəmirlər və orda uzunmüddətlik məskunlaşırlar. Papalıq tarixində yeganə ingilis olan ali pontifikin xeyir-duası onlara əhəmiyyətli nüfuz və hüquqlar verirdi.

Bundan sonra irland mühitində anqlo-norman elitasını legitimləşdirməyi hədəfləyən yeni mətnlər yaranmağa başlayır. Bu mətnlər- geneologiyalarda gelo-norman sülalələri şəcərələrini Tuata De Danannlara qədər aparıb çıxarırdılar. Bir qayda olaraq, bu, ana xətti üzrə baş verirdi, çünki ata xəttini izləmək və yoxlamaq asan idi.

Assimilyasiyanın proporsional tempində qarışıq nigahların da sayı artırdı. Qanunvericiliyin vasitəsilə onları yasaqlamağa çalışırdılar, ancaq bu halın mövcudluğu onun legitimləşdirilməsini diqtə edirdi. Və yenə də mətnlərin köməyilə: onlarda insanların dünyasından olan irlandlarla Tuata De Danannlar arasında yaranan qarışıq nigahların normallığı və mədəni-ictimai baxımdan təbiiliyi təbliğ olunurdu.

“Tuata De Danannlar – İrlandiyanın vətənpərvələridir, onu qorumağa hazırdılar. Odur ki, onların etnik baxımdan kim olmalarının nə fərqi var?” – sözügedən mətnlərin müəllifləri ingilislərlə paralellər apararaq soruşurdular.

Beləcə, Tuata De Danannlar siyasi kontekstə düşür: anqlo-norman elitasını “irlandlıq” kontekstinə daxil etmək məqsədilə Tuata De Danannlar haqqında hekayətlər, onların iştirak etdiyi genealogiyalar kütləvi şəkildə yayılmağa başlayır.

O BİRİ DÜNYADAKI “ÖZ ADAMLARI”

Tuata De Danannlar haqqında mətnlər XVI əsrin sonları – irlandlarla ingilis Tüdorlar sülaləsi arasındakı Doqquzillik müharibə zamanı növbəti transformasiyasını yaşayır. (Doqquzillik müharibə (1594-1603) – İspaniya və digər katolik güclərdən dəstək alan İrlandiya ilə İngiltərə arasında müstəmləkəçilik əleyhinə müharibə idi və Aoda O’Neyllin qaldırdığı qiyamla başlamışdı. Qiyamçının ətrafına müxtəlif klanların nümayəndələri, həmçinin ölkədə protestantlığın yayılmasını istəməyən katoliklər toplaşmışdılar. Müharibə ingilislərin qələbəsi ilə başa çatmışdı.)

Lakin bu dəfə genealogiyalar və qarışıq nigahlardan bəhs edən əfsanələr irlandların mətanətini möhkəmləndirməyə xidmət etməliydi. Onlar gel-norman mühitindən gel sülalələrinə daxil olurdu, çünki bu sülalələr üçün “özəl əcdada sahib olmaq” zərurəti yox idi.

Məsələn, ingilislərin başına 500 funt sterlinq mükafat təyin etdikləri Cerald Fitcerald- 15-ci qraf Desmond, irland kişi və Tuata De Danann qadından doğulmuş əfsanəvi əcdadı ilə bağlı hekayəti populyarlaşdırmışdı.

Hərbi hadisələrin fonunda Tuata De Danannlar bir növ siyasi sığınacaq verənlər kimi çıxış etməyə başlamışdılar. Bu rəvayətlərdəki yeni köçərilik motivi – İrlandiya uğrunda qəhrəmancasına mübarizə aparan, məğlubiyyətin qaçınılmaz olduğunu görəndə isə sidə gedib, ömrünü orda başa vuran gel, ya da gel-norman mənşəli irland əyanından bəhs edirdi. Onların ən məşhur örnəyi – Killarnili Donall O’Donaxyu Mordur.

Sözügedən motivdə güclü struktur və həqiqətəuyğunluq nəzərə çarpır. Artıq bu, öz vacibliyini vurğulamaqdan ötrü danışılan gözəl rəvayət deyildi – bu hekayələrə inanırdılar.

SİYASİ SUBYEKTLƏR

Növbəti vacib dönüş nöqtəsi- XVII əsrdir. Əntiq əşyaçı-tarixçilər Mixol O’Kliri və Ceffri Kitinq, İrlandiyanın işğalları ardıcıllığında Tuata De Danannların rolunu yenidən dəyərləndirirlər.

Genealoq-tarixçilər dinastiyasından olan fransisk tersiari rahibi (Üçüncü ordenlərdə mövcud olan bəzi katolik rahiblik ordenlərinin üzvləri) Mixol O’Kliri (maddi dünyadakı adı Tayq O’Kliri), irland tarixşünaslıq ənənəsinin daşıyıcısı idi, gəncliyi Doqquzillik müharibə dövrünə düşmüşdü. O, üç həmkarı ilə birlikdə əlyazmalar toplayır, onları ziddiyyətsiz kompendiumda birləşdirirdi (bu əsər “Dörd müdrikin salnamələri” adını alıb). Həmçinin o, XI əsrdən mövcud olan “İrlandiyanın işğalları kitabı”nın müəllif versiyasını yazıb.

Bu mətn həm erkən Yeni dövrə aid irland mifoqrafiya ənənəsi üçün, həm də irland paralel dünyası ilə əlaqədən bəhs edən mətnlərin katolik ənənəsi üçün son dərəcə simptomatikdir. O’Kliri, Tuata De Danannları insan hesab edir (hətta onların mənşəyini irlandlarla ortaq əcdada qədər aparıb çıxarır) və onların hamısının məhv olduqları iddiasından ciddi-cəhdlə qaçır. Yeri gəlmişkən, əsərin folklor mətnlərdən ibarət hissəsində Tuata De Danannlarla O’Klirinin doğma ulu babası danışır. Burdan belə nəticə çıxarmaq olar ki, O’Kliri üçün yazdıqları əfsanələrin təkrarlanması yox, obyektiv reallıqdır.

O’Klirinin “İrlandıyanın işğalları kitabı” ilə, demək olar ki, eyni vaxtda keşiş və vaiz Ceffri Kitinqin “İrlandiya haqqında bilgilərin əsasları” tarixi əsəri çıxır. Kitinq anqlo-norman mənşəli ailədən idi, ilk təhsilini irland ənənəsində almış, onu qitədə davam etdirmiş, daha sonra isə İrlandiyaya qayıtmışdı.

Kitinq öz əsərlərində sadəcə İrlandiyanın tarixi haqqında müxtəlif mənbələrdən alınmış məlumatları səliqəyə salmamışdı, həm də onları daha geniş – əvvəlcə ümumgel, sonra isə katolik – kontekstdə sıralamışdı.

İrlandiya üzərində hakimiyyətin yalnız işğal yolu ilə ötürülə biləcəyi fikriylə razılaşan Kitlinq sübut edirdi ki, İrlandiyanın Tüdorlar tərəfindən işğalını bura aid etmək olmaz, çünki işğalların sayı məhduddur və sonuncu “legitim” işğal Milyanın Oğulları tərəfindən olub (Kitinq Stüartlar sülaləsinin genealogiyasını onlardan başlayırdı).

Sonralar onun izahları, Stüartlar sülaləsinin taxta qayıtması uğrunda mübarizə aparan yakobitlər tərəfindən (Britaniyanın sonuncu katolik kralı, 1688-ci il inqilabında devrilmiş Kral Yakovun, Stüartlar sülaləsindən olan tərəfdarları) teoloji əsaslandırma qismində aktiv şəkildə istifadə olunurdu. İrlandiyada yakobit müharibələri zamanı Tuata De Danannlar üsyançılarla çiyin-çiyinə “döyüşmüşdülər”, sonralar isə Munsterdə partizan mübarizəsində “iştirak etmişdilər” – bu dəfə Stüartlardan daha çox, İrlandiyanın azadlığı və katoliklərin vətəndaş hüquqları uğrunda.

MÜASİR TANRILAR

XVIII əsrin sonlarından etibarən irland mədəniyyətinə, Tuata De Danannlara bənzəyən personajların ya yolunu hələ tam azmamış mələklər, ya da ölülərin ruhları olduqları ilə bağlı, kontinental ənənə üçün adi sayılan narrativ sızır. Bu, ümumi mədəni sxemə uyğun gəlirdi. Sözügedən sxemə əsasən, təpələrin sakinləri ya şər qüvvələr, ya da ölülərin narahat ruhları idilər. İrland ənənəsində miflərin bu cür qavranılması XVII əsrin ikinci yarısından möhkəmlənməyə başlamışdı; həmin dövrdə müharibə və repressiyalar ucbatından köhnə aristokratiyanın – əvvəlki ənənənin “sifarişçiləri” və onu yaradan gel intellegensiyasının (şairlər, tarixçilər, genealoqlar) sayı kəskin azalmışdı.

XIX əsrdə bu təsəvvür şifahi ənənədə dominant mövqe tutur, əvəzində siyasətçilərlə kilsə xadimlərinin Tuata De Danannlara marağı itir. (XIX əsrə qədər şifahi ənənədə baş verənlər barədə məlumatımız yoxdur; bizə çatan daha erkən mənbələr bu və ya digər şəkildə aristokratlıq və kilsə ənənəsini təmsil edən parafolklordur).

 Britaniya cəmiyyətində yer tutmağa çalışan irlandlar iblisanə personajlarla assosiasiya olunmaq istəmirdilər. Xüsusən də ona görə ki, irland dili və ənənəvi irland mədəniyyəti “vəhşi” və “qara camaata” xas sayılırdı.

Lakin XIX əsrin sonlarından Gel liqası tərəfindən təkan verilən gel intibahı başlayır. Bu, xalqın iradəsinin, irland vətənpərvərliyinin ifadəsi idi və Tuata De Danannlar onun simvoluna çevrilirlər. Bundan ötrü isə onlar yenidən qədim tanrılara “dönürlər”. Məsələn, Ceyms Stivensin, irland mifoloji dünyasına düşmüş filosofdan bəhs edən “Qızıl küpəsi” romanında peyda olurlar. Romandakı paralel dünya mifoloji personajların, o cümlədən Tuata De Danannların vasitəçiliyi ilə gələn sosialist utopiya kimi təsvir olunur.

“Qızıl küpəsi”nin çapından dörd il sonra qiyamçıların məğlubiyyəti, həbslər və edamlarla nəticələnən Pasxa üsyanı baş verir. Üsyan, fitilə yaxınlaşdırılan kibrit rolunu oynayır – İrlandiyanın müstəqilliyi uğrunda müharibə, daha sonra isə vətəndaş müharibəsi başlayır. Nəticədə Olsterin altı şimal qraflığı Böyük Britaniyanın tərkibində qalır, iyirmi altı qraflıq isə müstəqillik qazansa da (və hazırda İrlandiya respublikası kimi tanınır), 1949-cu ilə qədər britan dominionu olurlar. 1960-cı illərdə İrlandiya Respublikası ordusu aktivləşir, Olsterdə vətəndaş müharibəsinə təkan verilir.

Bu fonda tarixi narrativi yenidən bərpa etməkdən ötrü mifoloji personajlardan get-gedə daha tez-tez istifadə olunurdu. Tuata De Danannlar qəhrəmanlıq janrındakı əsərlərin və alternativ tarixin əsas personajları qismində çıxış edirlər. Mifologiya pop-mədəniyyət fenomeninə və son dərəcə zəngin substrata çevrilir: Tuata De Danannlar “Marvel”in dünyasına düşürlər, sevgi romanlarında və “young adult” janrlı kitablarda onlar haqqındakı əfsanələrdən istifadə edilir.

Müasir dövrümüzdə feyrilərə (kelt və kelt mədəniyyətinin ənənələrini mənimsəmiş avropa xalqlarının mifologiyasında fövqəl məxluqların ümumi adı) və Tuata De Danannlara inam o qədər də aktual deyil.

İrland pop-mədəniyyəti mifoloji süjetləri sevir, amma daha çox XIX əsrə aid nümunələrdən – “qədim tanrılar” və “təbiətin ruhları”ndan yararlanır.

Lakin yazılı mifoqrafik ənənə müəyyən dairələrdə kifayət qədər populyardır – məsələn, Belfast razılaşmasını (Şimali İrlandiyada münaqişənin siyasi tənzimlənməsi ilə bağlı razılaşma (1998)) qəbul etməyən, Olsterdəki vətəndaş müharibəsini bitmiş saymayan gənc respublikaçıların arasında.

“Na Fianna Éireann” respublika gənclik təşkilatından (“Republican Sinn Féin”in gənclik qanadı) bəhs edən “Vice” adlı sənədli filmdə təşkilatın natiqlərindən biri çox rahat şəkildə fenian silsiləsinin mətnlərinə istinad edir, irland dili və tarixinin öyrənilməsi haqqında öz fəaliyyətinin əsas elementlərindən biri kimi danışır. Təbii ki, burda söhbət Tuata De Danannlardan getmir, ancaq bu, “mötəbər” irland mətnlərinin siyasi diskurs aləti kimi hələ də aktual olduğunun göstəricisidir.

Beləliklə, Tuata De Danannlar haqqında mətnlərin aktuallaşdırılmasını siyasi texnologiya da hesab etmək mümkündür.

Mifdən siyasi mübarizə aləti kimi istifadə edən insanların xələfləri tarixi özünütəlqinə uyurdular. Onlar öz genealogiyalarının “özəlliyinə”, irlandların düşmənlərlə mübarizəsində Tuata De Danannların gözəgörünməz iştirakına səmimi-qəlbdən inanırdılar. Lakin sonra mübarizə müvəffəqiyyətsizliyə uğrayır, ya da formasını dəyişirdi və əfsanə yenidən əfsanəyə çevrilirdi… Ki, müəyyən dövrdən sonra geri qayıda bilsin.

Mariya-Valeriya Morris

Hüquq elmləri namizədi, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası

postnauka.ru

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör