Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya SakitDünya Sakit
., Bazar
11 Fevral 2021

Heç kimə sirr deyil ki, Azərbaycanda dövlət qurumlarına, onlarda vəzifə tutan məmurlara əhali arasında etimad aşağı səviyyədədir. Son həftələrdə baş verənlər göstərdi ki, vətəndaşların ən az etimad etdiyi qurumlardan biri, bəlkə də birincisi Tarif Şurasıdır. Yaradıldığı 2005-ci ildən bəri bu qurumun qəbul etdiyi heç bir qərar əhali tərəfindən, ən azı, sükutla qarşılanmayıb: birmənalı olaraq narazılıq doğurub.

Bu narazılığın, etimadsızlığın səbəbi nədir? Niyə Şuranın timsalında Azərbaycanda həyata keçirilən qiymət tənzimlənməsi, bu sahədə qəbul edilən qərarlar əhali, cəmiyyət tərəfindən əsassız və haqsız olaraq qəbul edilir? Şuranın qəbul etdiyi qərarlar reallıqda tənzimləmə sayıla bilməz, çünki birmənalı olaraq qiymətlərin artırılması yönündədir. İndiyədək Şuranın hansısa məhsul və xidmətin dəyərini istehlakçının xeyrinə dəyişdirən heç bir qərarı olmayıb. Əhalinin qurumdan narazılığının kökündə duran başlıca amil budur – görülən işlər qiymət tənzimlənməsi fəlsəfəsinə uyğun gəlmir.

Qiymət tənzimlənməsinə dair bir neçə ölkənin təcrübəsinə nəzər yetirək. İnkişaf etmiş ölkələr arasında uzunmüddətli sərt qiymət tənzimlənməsi həyata keçirən ölkələrdən biri Fransadır. Ötən əsrin 40-80-ci illərində ölkədə sərt qiymət tənzimlənməsi mövcud olub. Bu tənzimləmə qismən indi də davam etməkdədir. Hazırda qiymətlərin 20%-ə yaxını dövlət tərəfindən tənzimlənir: bütün enerjidaşıyıcılarının, ictimai nəqliyyat, telefon tarifləri, eyni zamanda inhisarçılar tərəfindən istehsal və təqdim olunan, yaxud istehlakçıların onları alıb-almamaq seçimi olmayan məhsul və xidmətlərin qiymətini də dövlət tənzimləyir. Bundan əlavə, kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün dövlət aqrar məhsulların qiymətini də tənzimləyir ki, bu da son nəticədə daxili bazarda ərzaq qiymətlərini stabil saxlamağa imkan verir.

Qiymətlər Fransa Maliyyə İdarəsi ilə biznes konfederasiyaları arasında bağlanan müqavilələr əsasında tənzimlənir. Bu müqavilələrdə konkret məhsul növləri üzrə qiymətlərin dinamikası və indeksi əksini tapır. Məsələn, kənd təsərrüfatı təyinatlı maşınların və yük avtomobillərinin qiyməti 5 il ərzində 15%-dən çox artmamalıdır. Yaxud hansısa məhsulun artım limiti, bahalaşma üçün əsas ola biləcək amillər və s. dəqiq əksini tapır. Bu razılaşmalar mütləq və mütləq istehsalçı müəssisələrin gəlirliliyinin təmin olunması, daxili və xarici bazarda rəqabətədavamlılığı nəzərə alınmaqla imzalanır. Razılaşma öhdəlikləri pozulanda Maliyyə İdarəsi ya qiymətləri bloklayır, ya da məhkəmə yolu ilə müəssisələri cərimələtdirir.

1

Fransada dövlət sosial əhəmiyyətli xidmət və məhsulların qiymətinə xüsusilə həssas yanaşır. Məsələn, tibbi xidmət xərci qiymət rəqabətinə məruz qala bilməz. Dövlət əksər hallarda azad rəqabət mühitinin təmin olunması, vergitutma bazasının tənzimlənməsi kimi dolayı yollarla qiymətlərə təsir edir. Xüsusilə, əhalinin məşğulluğunun təminatında, istehsalatda texnoloji yeniliklərin tətbiqində mühüm rol oynayan kiçik sahibkarlıq subyektlərini dövlət çoxsaylı alətlərlə dəstəkləyir. Yəni əksər hallarda qiymətlərin tənzimlənməsi üçün radikal addımlar atmağa ehtiyac qalmır.

Həmçinin Fransada dövlət iri müəssisələr arasındakı razılaşmaları ciddi nəzarətdə saxlayır, onların antiinhisar qanunvericiliyinə uyğunluğu qiymətləndirilir. Belə pozuntu olanda dövlət razılaşmaya veto qoyur.

“Qiymət tənzimlənməsi haqqında” qanunun olduğu İsveçdə də qiymətlərin dövlət tənzimlənməsi sahəsində böyük təcrübə var. Burada şərab-su istehsalında, bəzi telekommunikasiya xidmətləri və aptek ticarətində dövlət inhisarı mövcuddur. Bundan əlavə, yerli idarəetmə orqanları – kommunalar su təchizatı, kanalizasiya xidməti, zibilin toplanması və s. sahələrdə inhisarçıdılar.

İsveçdə də dövlət fermerləri dəstəkləmək üçün aqrar məhsulların alıcı qiymətlərinə sərt nəzarət edir. Hansısa məhsulun qiyməti maya dəyərindən aşağı düşəndə dövlət, həmin məhsulu maya dəyəri+5% qiymətlə fermerlərdən alır. Bu nəzarəti İsveçdə Qiymətlərin və rəqabətin tənzimlənməsi idarəsi həyata keçirir. Ölkədə olan 23 quberniyanın hər birində idarənin strukturları fəaliyyət göstərir.

Avstriyada dövlət, qiymətlərin 10%-ni tənzimləyir. Bura əczaçılıq üçün xammal və dərman preparatları, elektrik enerjisi, qaz və istilik qiymətlər aiddir. Bundan əlavə, tütün, duz, telefon, teleqraf və dəmiryol tariflərini parlament müəyyənləşdirir. Maliyyə Nazirliyi spirtli içkilərin qiymətini tənzimləyir. İqtisadiyyat Nazirliyinin isə 6 ay müddətində istənilən mal və xidmətin qiymətini tənzimləmək hüququ var.

Almaniyada dərman preparatlarının qiyməti tibbi sığorta sistemi vasitəsilə tənzimlənir. Daha dəqiqi desək, sığorta sistemi reseptlə buraxılan dərmanlara görə vətəndaş cüzi bir hissəni ödəyir, qalan hissə isə resept əsasında sığorta şirkəti tərəfindən ödənilir.

Bundan başqa, Almaniya da kənd təsərrüfatı qiymətlərini fermerlərin dəstəklənməsi baxımından tənzimləyir. İxrac olunan məhsulun dünya bazar qiymətindən aşağı olan hissəsini dövlət ödəyir, yaxud hansısa məhsulun çox istehsal olunub qiymətinin ucuzlaşmaması üçün fermerlərə əvvəlcədən xəbərdarlıq edilir, istehsal həcmləri onlar arasında bərabər bölüşdürülür. Bununla yanaşı, xaricə ixrac olunan məhsullar dövlət hesabına sığorta edilir.

ABŞ-da dövlət 5-10% arası qiymətləri tənzimləyir. Bura ilk növbədə energetika və rabitə sahəsindəki məhsul və xidmətlər aiddir. Bir sıra ştatların hökuməti elektrik enerjisi, şəhərlərarası avtomobil və dəmiryol tariflərini tənzimləmək hüququna malikdir.

ABŞ-da da fermerləri dəstəkləmək üçün minimum qiymətlər sistemi tətbiq olunur. Qiyməti bu sistemdə müəyyən olunandan aşağı düşən məhsulları dövlət fermerdən özü alır.

İnkişaf etmiş ölkələrdən biri olan Yaponiyada dövlət, kənd təsərrüfatı məhsullarının qiymətini onların 80%-ə yaxınını almaqla dəstəkləyir. Məsələn, düyünün 50%-ni, buğdanın 90%-ni, arpanın 100%-ni dövlət alır. Ölkədə 22 növ aqrar məhsulun ixracı qadağan edilib. Bəzi məhsulların aşağı və yuxarı həddini dövlət müəyyənləşdirir – məsələn, ət, ipək və sair. Kartof, yerkökü, şəkər çuğunduru, soya, süd, meyvələr və sair məhsulların minimal qiymətinə dövlət zəmanəti verilir: bu məhsulların qiyməti kəskin ucuzlaşanda yaranan fərqi dövlət ödəyir.

Həmçinin Yaponiyada dövlət, kənd təsərrüfatının kreditləşməsinə ciddi güzəştlər tətbiq etməklə daxildə ərzaq qiymətlərini stabil saxlamağa çalışır.

MDB məkanında da qiymətlərin dövlət tənzimlənməsi təcrübəsi var. Məsələn, Rusiyada kəskin bahalaşan məhsullar üçün dövlət tərəfindən 3-6 ay müddətində qiymət limiti tətbiq olunur. Eyni zamanda aqrar məhsulların daxili qiymətlərini stabil saxlamaq üçün ixraca kvota, əlavə rüsumlar tətbiq edilir.

Göründüyü kimi, dünya təcrübəsində dövlətin qiymət tənzimləməsi dedikdə, qiymətlərin əhalini narahat edəcək səviyyədə artmasının qarşısını almaq başa düşülür. Bütün fəaliyyətlər də buna yönəlib. Azərbaycanda isə qiymətlərin bir çox hallarda 1-2 dəfə artırılması adi hala çevrilib. Düzdür, zərurət yarananda bir sıra aqrar məhsulların idxal-ixracına məhdudiyyət tətbiq edilir – daxildə qiymətləri qorumaq üçün. Lakin aqrar istehsalçıları qorumaq məqsədilə məhsulların dövlət tərəfindən alınması kimi təsirli alətdən istifadə olunmur. Nəticədə bir il bol olan məhsulun qiyməti maya dəyərindən kəskin aşağı düşür, istehsalçılar böyük zərərə uğrayırlar.

Azərbaycanda qiymət tənzimlənməsi 15-dək qanun, Nazirlər Kabinetinin 10-dək qərarı əsasında həyata keçirilir. Qiymətlər barədə qərarı Tarif Şurası qəbul edir. Şura üzvləri, iqtisadiyyat naziri sədr olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarətdir.

Şuranın əsasnaməsinə görə, bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisələrin, ziddiyyətlərin həlli, istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayı iştirakı və vasitəsi ilə həyata keçirilir.

Hazırda Tarif Şurası tərəfindən tənzimlənən tariflər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə tarifləri (qiymətləri) dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.

tarif_surasi

Şura təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri, universal poçt rabitəsi və rabitə xidmətlərinin, elektrik enerjisinin, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin, neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin, Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin, Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin, Baş Dövlət Yol Polisi İdarəsinin, dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərini tənzimləyir.

Əsasnamədə qeyd olunur ki, Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir. Lakin indiyədək Şuranın fəaliyyətinə ictimai təşkilatların, müstəqil ekspertlərin cəlb olunması faktına rast gəlinməyib.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi dünya təcrübəsində çox rast gəlinən haldır: “Qiymət tənzimlənməsi çox mürəkkəb məsələdir. Bazar iqtisadiyyatının yüksək təşəkkül tapdığı ABŞ-dan tutmuş, Şərqi Avropanın son 30 ildə bazar prinsiplərini tətbiq etməyə başlamış ölkələrinə qədər, çoxsaylı dövlətlərdə tənzimlənən qiymətlər və onları tənzimləyən müvafiq strukturlar var. Bu qurumların fəaliyyəti ilə Azərbaycan Tarif Şurasının fəaliyyəti arasında çox böyük fərqlər mövcuddur. İki örnək göstərim: Latviya və Gürcüstanın təcrübəsinə baxdıqda, bizdəki Tarif Şurasının fəaliyyətində hüquqi baxımdan ciddi islahatlara ehtiyac olduğunu söyləyə bilərik.

Məsələn, Gürcüstanda Su və Enerji Məsələləri üzrə Milli Komissiya fəaliyyət göstərir. Bu Komissiya nəinki kommunal sektorda olan tariflərin tənzimlənməsi ilə məşğul olur, bütövlükdə bu sektorda iqtisadi münasibətlərin, istehlakçılarla operatorlar arasında müqavilə münasibətlərinin tənzimlənməsini həyata keçirir. Ən vacibi budur ki, Komissiya, demək olar, heç bir icra strukturuna tabe olmadan tam müstəqil bir qurum kimi fəaliyyət göstərir. Gürcüstan təcrübəsi ilə bağlı bir detalı da qeyd edim: bu qurumun missiyası istehlakçılarla operatorlar arasında maraqlar balansını –tarazlığını təmin etməkdir. Amma bizim Tarif Şurasının fəaliyyətini tənzimləyən əsas hüquqi sənəddə- əsasnaməsində bu haqda bir kəlmə belə yoxdur. Ümumiyyətlə, istehlakçının, operatorun maraqlarının balanslaşdırılması anlayışı bu sənəddə mövcud deyil.

Latviyada isə Kommunal Xidmətlər üzrə Milli Komissiya fəaliyyət göstərir. Komissiya 2011-ci ilədək İqtisadiyyat Nazirliyinin tabeliyində olub. Lakin görüblər ki, ali icra orqanının tabeliyində olmaq iqtisadi subyektlər baxımından onun qərarlarının legitimliyini şübhə altına alır, 2011-ci ildə onu tam müstəqil qurum kimi formalaşdırıblar.

Bu iki ölkənin təcrübəsi göstərir ki, ali icra orqanlarından asılı olmayan tənzimləyici qurumların qəbul etdiyi qərara legitimlik baxımından şübhə altına alınmır”.

Ekspert bildirir ki, Azərbaycanda Tarif Şurası 2003-cü ildə qəbul olunmuş “Tənzimlənən qiymətlər haqqında” qanuna əsasən yaradılıb: “2005-ci ildə Prezident Tarif Şurasının əsasnaməsini təsdiq edib. Yəni Şura faktiki olaraq, Prezident fərmanı əsasında fəaliyyət göstərir. Qurumun sədri iqtisadiyyat naziri, üzvləri digər nazirlik və komitələrin rəhbər müavinlərindən ibarətdir. Sədrlə birlikdə 11 üzvü var. Reallıq ondan ibarətdir ki, bizdə paradoks yaranıb: iqtisadiyyat naziri – Tarif Şurasının sədri istehsal etdiyi məhsulun qiyməti tənzimlənən subyektin – SOCAR-ın müşahidə şurasının sədridir. Eyni zamanda o, məhsul və xidmətlərinin qiyməti tənzimlənən bütün dövlət şirkətlərinin tabe olduğu Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvüdür. Bu, əsl maraqlar konfliktidir. Bu hüquqi uyğunsuzluq Tarif Şurasının qəbul etdiyi qərarların hüquqi legitimliyi şübhə altına düşür.

Tənzimlənən qiymətlər, demək olar ki, bütün ölkələrdə var, bizdə də olacaq hələ. Bizdə, təxminən, 50-ə yaxın xidmət və məhsulun qiyməti tənzimlənir. Onların siyahısını Nazirlər Kabineti müəyyənləşdirir. Maraqlıdır ki, sözügedən siyahıda elə məhsul və xidmətlər var ki, əslində, Tarif Şurası tərəfindən tənzimlənmir. Məsələn, dövlətin göstərdiyi təhsil xidmətlərinin qiymətini Şura müəyyənləşdirməlidir. Amma 16 ildir yaradılan Şura bunu etmir, qiymətləri universitetlər özləri müəyyən edirlər. Çünki Şura ali icra orqanlarından asılı qurumdur, müstəqil qərar verə bilmir”.

R.Ağayevə görə, bu vəziyyəti dəyişmək üçün ən yaxşı yol Tarif Şurasını parlament qarşısında hesabatlı etmək olardı: “Lakin təəssüf ki, ölkəmizdə parlament də müstəqil deyil. Buna görə də bu qurumun hüquqi statusu ilə bağlı problemlər olduğu kimi qalır”…

Beləliklə, görünən odur ki, Azərbaycanda qiymət tənzimlənməsi əhalinin deyil, təbii inhisarların maraqları baxımından həyata keçirilməkdə davam edəcək…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021

Redaktorun seçimi

Maurizio Lazzarato. Qeyri-maddi əmək

Geylərin daşlı protesti

Müharibə dövrü. Zəruri qeydlər

Futbolda penaltilər: “Lotoreya”, yoxsa analiz?

Hər şey çox pisdir və daha da pis olacaq

Dialoq böhranı

Bizim “Kələntər”imiz kimdir?

Təhsildə din – doğrumu, yanlışmı?

Onurğa travmam

Memardan üzr istədilər

Psycho təqdim edir

Avropanın oğurlanması 2.0

İşdəki xarici müdirlər

Facebook-dan gedin və xoşbəxt olun

Milli Şura və Hitler səviyyəsi

Autizm haqqında hər kəsin bilməli olduğu 10 fakt

Dili topuq vuranlar

Məsumiyyət

Azərbaycanın ət, yağ, süd dərdi

Goranboy əməliyyatı

Elçin Şıxlı: “Elin adəti var, mütləq rüşvət almalısan”

Seymur Baycan – “Mənim mübarizəm-6”

Maksim və Cavidin Fatih Terim olması

Ölümünüzdən illər sonra yenidən dirilmək istərdinizmi?

Yatıb-çıxan oğlanın solçu anası

Böhran: qazanılmış və ya itirilmiş fürsətlər

Azərbaycanın ilk inqilabçıları

30 ilin əfsanələşmiş şayiələri

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

Herbert Wells: İbtidai düşüncə (sonu)

FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel