Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Online bahis sektöründe global ölçekte tanınan bettilt her geçen gün büyüyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan bettilt güvenin simgesidir.

Online bahis dünyasında güvenin ve hızın sembolü bettilt olmaya devam ediyor.

Klasik masa oyunlarından slotlara kadar bettilt çeşitliliği sunuluyor.

Bahis dünyasında dürüstlük ve şeffaflık ilkesiyle tanınan paribahis güvenin simgesidir.

Kumarhane heyecanını seven kullanıcılar bettilt ile keyif buluyor.

Slot oyunlarında bahis miktarı, kazanç potansiyelini doğrudan etkiler; bettilt iletişim numarası oyunculara bu konuda rehberlik eder.

Curacao Gaming Authority 2024 raporunda, lisanslı platformların kullanıcı memnuniyet oranı %92 olarak ölçülmüştür ve bettilt kimin bu standardı yakalamaktadır.

OECD verilerine göre online bahis kullanıcılarının %70’i futbol üzerine bahis yapıyor ve bahsegel giriş güncel futbol kategorisinde en yüksek oranları sunuyor.

2025 yılında yeni sürümüyle bahsegel piyasaya çıkıyor.

Bahis dünyasında modern ve hızlı altyapısıyla öne çıkan bahsegel kullanıcılarına fark yaratır.

Basketbol maçlarına özel oranlar paribahis kısmında sunuluyor.

Avrupa’daki kullanıcıların %39’u haftada en az iki kez bahis oynar; bu istatistik bahsegel bonus kullanıcılarında daha yüksektir.

Adres değişikliklerinde sorun yaşamamak için her zaman Madridbet kontrol edilmeli.

Online oyun dünyasında kaliteyi temsil eden bettilt giriş güvenilirliğiyle öne çıkar.

Engellemelere rağmen erişim sağlamak için bahsegel kullanılıyor.

Bahis sektöründeki denetimler sıklaşsa da kullanıcı ilgisi azalmamaktadır, bettilt deneme bonusu popülerliğini korur.

Bahis sektöründe köklü bir isim olan paribahis her yıl büyümesini sürdürüyor.

Adres doğrulaması yapmak için paribahis kullanmak şart.

Bahis yaparken heyecanı doruklarda yaşamak isteyenler için paribahis mükemmeldir.

Her bütçeye uygun bahis seçenekleri ve bonus fırsatlarıyla öne çıkan paribahis giriş yap, kazancı herkes için erişilebilir hale getiriyor.

Bahisçilerin finansal güvenliğini sağlayan bahsegel sistemi öne çıkıyor.

Statista verilerine göre, canlı casino oyunları 2024 yılında online casino gelirlerinin %35’ini oluşturmuştur; bu oran her yıl artmaktadır ve bettilt girş bu alanda aktif şekilde büyümektedir.

Online eğlenceyi güvenle yaşamak isteyenler için Madridbet mükemmel bir platformdur.

Lisanslı yapısı ile güven veren bettilt kullanıcıların tercihi oluyor.

Finansal işlemler için bahsegel sistemleri büyük önem taşıyor.

Dijital eğlenceye yönelen bahisçiler bettilt sitelerini seçiyor.

Promosyonlardan yararlanmak isteyenler bettilt giriş sayfasını sık sık ziyaret ediyor.

Türkiye’de slot turnuvaları artan ödüllerle daha rekabetçi hale gelmiştir; bettilt giirş bu etkinliklere ev sahipliği yapar.

Spor tutkunları için yüksek oranlar paribahis giriş kategorisinde bulunuyor.

Adres güncellemeleri sayesinde bettilt üzerinden kesintisiz erişim sağlanıyor.

Türkiye’de 18 yaş altındaki kişilerin bahis oynaması yasaktır ve bettilt para çekme bu kuralı katı şekilde uygular.

Mobil kullanıcılar için optimize edilmiş paribahis hızlı yüklenme süreleri sunar.

OECD’ye göre online bahis sitelerinin %90’ı düzenli denetimden geçerken, bettilt giril her yıl bağımsız testlerden geçmektedir.

Kazancını artırmak isteyen oyuncular bettilt fırsatlarını değerlendiriyor.

Bahis sektöründe güvenliği ön planda tutan bahsegel anlayışı önem kazanıyor.

Kullanıcı güvenliğini ön planda tutan bahsegel verilerinizi şifreli sistemle korur.

Kumarhane oyunlarının heyecanını yaşayan kullanıcılar bahsegel ile vakit geçiriyor.

Online bahis dünyasında güvenli işlem garantisi sunan bahsegel öncü markadır.

Kampanya severler için hazırlanan paribahis seçenekleri cazip hale geliyor.

Profesyonel krupiyeler sayesinde bahsegel indir apk canlı rulet oyunlarında gerçek casino atmosferi yaşatır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

OECD’ye göre, Avrupa’daki bahis kullanıcılarının %26’sı kadınlardan oluşur ve Paribahis güncel link kadın oyunculara özel fırsatlar sunar.

Her gün yeni kampanyalarla kazanç şansını artıran Paribahis sektörde fark yaratıyor.

Online kumar oynayan kullanıcıların %60’ı hızlı ödeme sistemlerini tercih ederken, Bahsegel giriş güncel anında çekim özelliğiyle bu beklentiyi karşılıyor.

Online platformlarda sorunsuz performansıyla öne çıkan Bettilt giriş kullanıcılarını memnun eder.

Oyuncular hızlı oturum açmak için Bahsegel giriş bağlantısına tıklıyor.

Cep telefonundan işlem yapmak isteyenler Bahsegel çözümünü kullanıyor.

Avrupa’da bahis oynayan kullanıcıların %52’si kazançlarını yeniden yatırmayı tercih ediyor; bu oran bahsegel giril kullanıcılarında %61’dir.

Bahis severler, 2025 yılı için planlanan yenilikleri bettilt versiyonunda bekliyor.

Anında işlem yapmak isteyenler için paribahis versiyonu hız kazandırıyor.

Curacao lisanslı sitelerin kullanıcı güvenlik oranı bağımsız laboratuvar testlerinde %99.2 olarak ölçülmüş olup, bettilt yeni giriş bu denetimlerden başarıyla geçmiştir.

Yeni üyeler, hızlı oturum açmak için paribahis güncel giriş adresini kullanıyor.

2025 yılında piyasaya çıkacak olan bahsegel versiyonu yeni kampanyalarla geliyor.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, rokubet para çekme bu süreci yakından izlemektedir.

Canlı rulet masalarında hem yeni başlayanlar hem deneyimli oyuncular için farklı kategoriler bulunur; bu çeşitlilik Rokubet canlı destek nerede üzerinde sağlanmıştır.

Adres değişikliklerine karşı hazırlanan Bahsegel bağlantıları kesintisiz erişim sunuyor.

Her spor dalında en iyi oranlara sahip madridbet oyuncuların tercihidir.

Her oyuncunun güvenini artıran bettilt sistemleri ön planda.

Statista’nın 2025 tahminlerine göre global online bahis kullanıcı sayısı 2,2 milyarı aşacak ve bu kullanıcıların %80’i mobil cihazlardan işlem yapacak; bu oran Bahsegel kimin’te zaten gerçekleşmiş durumda.

Mobil cihazlardan kolay kullanım için bahsegel uygulaması tasarlandı.

Türkiye’de yasa dışı bahisle mücadele kapsamında özel operasyon birimleri kurulmuş, bahsegel para çekme bu süreci yakından izlemektedir.

Bahis kullanıcılarının %59’u canlı oyunlarda bonus tekliflerinden yararlanmaktadır; bu promosyonlar paribahis kayıp bonusu’te düzenli olarak güncellenir.

Türkiye’deki oyuncular arasında popülerliğini artıran paribahis giriş güvenilir yapısıyla öne çıkıyor.

Her slot oyununun kendine özgü bonus sistemi vardır; bettilt.giriş bu çeşitliliği özenle listeler.

Adres güncellemeleri düzenli takip edilerek bahis siteleri üzerinden güvenli bağlantı kuruluyor.

Adresi değişen platforma erişim sağlamak için Bahesegel kritik bir role sahip.

Paribahis

Türkiye’deki bahisçilerin güvenini kazanan bettilt giriş hizmet kalitesiyle fark yaratıyor.

Yeni yatırımlar sonrası verilen Bahsegel güncel giriş ödülleri kullanıcıları memnun ediyor.

Bahis dünyasında fark yaratan bonus politikalarıyla öne çıkan Bahsegel guncel, kullanıcılarına daha fazla kazanma fırsatı sunar.

Her oyuncu, güncel kampanyalardan yararlanmak için Rokubet üzerinden siteye ulaşmalıdır.

Global veri analizleri, online bahis sitelerinde kullanıcı memnuniyetini belirleyen en önemli faktörün ödeme hızı olduğunu göstermektedir ve Bahsegel guncel giris bu alanda ortalamanın üzerindedir.

Dijital eğlenceye yönelen bahisçiler Bahsegel sitelerini seçiyor.

Slot makineleri tamamen şansa dayalıdır, ancak oyun seçimi Bahsegel giirş önerileriyle daha bilinçli yapılabilir.

Avrupa bahis pazarının %62’si futbol odaklıdır ve bu oran bedava bahis veren siteler kullanıcı profiline doğrudan yansımaktadır.

Her zaman kullanıcı memnuniyetini ön planda tutan Bettilt profesyonel destek sağlar.

Yepyeni özellikleriyle bahsegel güncel versiyonu heyecan veriyor.

Adres engellerini aşmak için en güvenilir yol bahsegel bağlantısıdır.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında bahsegel güncel giriş fırsatları dikkat çekiyor.

Casino oyunlarındaki çeşitliliğiyle dikkat çeken bahsegel eğlencenin merkezindedir.

Bahis dünyasında profesyonel yaklaşımıyla tanınan bettilt sadık kullanıcılar kazanıyor.

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

Müsahibimiz, az qala, hər yeni işi ilə ciddi müzakirələrə meydan açmağı bacaran aktyor və video-bloger Taleh Yüzbəyovdu.

– Taleh, “Zəhər tuluğu”ndan əvvəl də silsilə videolar çəkirdiniz. Niyə, məhz, “Zəhər tuluğu”nu serial kimi təqdim eləmək qərarına gəldiniz?

– Çünki “Zəhər tuluğu”nun ilkin konsepti serial idi. İdeya çoxdan vardı: cəmiyyətdə zəhər tuluğu olan insanlar çoxdu və mən onlarla tez-tez rastlaşırdım. Ona görə də, fikirləşdim ki, bir növ, həmin insanları onların özlərinə göstərən bir obraz yaradım. Bir seriyasını yazdım, sonra başqa işlər çıxdı, o qaldı. Bir dəfə başqa ssenariləri gözdən keçirəndə həmin ssenarini də tapdım, heyfim gəldi. Düşündüm ki, onsuz da serial eləməyə hövsələm çatmayacaq, elə bu bir dənəni çəkim, paylaşım.

Montajın son günündə səs rejissorumuz İslam Şirvani dedi ki, bu, elə bil davam istəyir. Dedim, gəl onda “birinci seriyanın sonu” yazaq, sonra nə olar-olar. Sonra da elə oldu ki, izləyicilər davamını tələb eləməyə başladılar. Bir müşahidəmi deyim: zəhər tuluğu əslində antoqonist qəhrəmandı. Onun dedikləri hər zaman həqiqət deyil, ya da ola bilər ki, həqiqətdi, amma onu çox kobud şəkildə, həqiqəti demək üçün yox, qarşısındakını incitmək üçün deyir. Orda bir səhnə var, deyir, həqiqəti yaş əski kimi üzə çırpmaq yox, palto kimi çiyinə asmaq lazımdı. Yəni həqiqəti deməyin sənə, kimisə alçaltmaq, təhqir eləmək ixtiyarı vermir. Mənim özümün bu qəhrəmana münaisbətim yaxşı deyil, onu, necə deyərlər, “zor oğlan” hesab eləmirəm.

Amma tamaşaçıların şərhlərindən belə başa düşdüm ki, insanların onun kimi personaja ehtiyacı var imiş, Azərbaycanda çoxdandı, belə güclü personaj yox imiş. Yəni xarakter baxımından güclü. Beləcə, ikinci seriyanı yazdım və orda qəsdən Adilin haqsızlıq elədiyi məqamları göstərdim. Məsələn, qıza “ərinlə sevişəndə tərləmirsən” deyir. Heç kimin belə söz deməyə haqqı yoxdu. İnsanlar buna belə reaksiya verdilər: “hər şey yaxşıdı, amma gərək elə deməzdi”. Mən də, məhz, “gərək elə deməzdi” rəyini görmək istəyirdim. Üçüncü seriya – “Zəhər tuluğu-3: Kin” 31 dəqiqə alınıb. Birinci və ikinci seriyalar 12 dəqiqə idi. Əslində 31 dəqiqə çoxdu, amma montajdan sonra qalan budu. “Zəhər tuluğu”nu beş seriya eləmək istəyirəm, çox uzatmaq fikrim yoxdu. Yeri gəlmişkən, “Zəhər tuluğu” üçün reklamçılar da müraciət eləyirlər. Ki, qoy Adil filan şeyi bəyənsin. Mən razılıq vermirəm.

– Amma “Zəhər tuluğu”nda produkt-pleysmentdən istifadə eləyirsiniz.

– Var, amma Zəhər tuluğu heç nəyi tərifləmir. Mən dramaturgiyadan çıxan reklamın əleyhinəyəm və sifarişçilərə də deyirəm ki, Zəhər tuluğu maksimum, sənin məhsulundan istifadə eləyə bilər, amma onun haqqında xoş söz deyə bilməz. Keçən seriyada bir sifarişçi təklif eləmişdi ki, qoy qəhrəmanın heç nəyi bəyənməsin, sonra gəlsin, otursun filan restoranda, xoşbəxt olsun. Dedim, yox e, mümkün deyil! Mən o personajı belə tez öldürə bilmərəm.

– Siz reklamçılara belə şərtlər qoyanda qəbul eləyirlər? Adətən, teleseriallarda kobud produkt-pleysmentə “sifarişçi belə istəyir” deyə haqq qazandırırlar.

– Elə olanda reklamı qəbul eləmirəm, deyirəm ki, “Zəhər tuluğu”nda reklam yerləşdirmək istəyirsənsə, məhsulunun söyülməyinə hazır olmalısan. Əgər sənə başqa kontent lazımdısa, o zaman fərqli bir şey çəkək. Ancaq onda da ideyanı mən təklif eləyirəm və müəyyən hədlərim var ki, onları keçmirəm. Onsuz da tamaşaçımız reklamdan bezib, onu bir az da incitmək olmaz.

– Sizin reklam videolarınızdan narazı qalanlar olubmu? Sifarişçiləri nəzərdə tuturam.

– Bir dəfə olub. “Zəhər tuluğu”nun birində agentlik sifariş vermişdi, amma məhsul sahibi reklamı bəyənməmişdi. Hərçənd sonra dost-tanışı tərifləyibmiş, o da fikrini dəyişib. Bir səhnə vardı, ofisdə işçilər deyirlər ki, gedək mitinqə. Mitinq də iclas deməkdi. Məhsul sahibi onu bizim bildiyimiz mitinq kimi anlamışdı.

– Artıq bütün dünyada internet seriallar yeni, prestijli bir sahəyə çevrilib. Siz də serial formatına keçirsiniz. Bizdə internet seriallarının perspektivi varmı? İnternet sahəsində çalışan mütəxəssislər deyirlər ki, Azərbaycan qlobal şəbəkədə baxış sayı, reklamlardan gələn gəlir baxımından ölü zonadı.

– Bəli, bizdə internet reklamlar çox ucuzdu. İnternet yeni platformadı, teatr, kino, televiziyadan sonra növbəti mərhələdi. Hərçənd bizdə interneti bir az ciddi qəbul eləmirlər, ancaq on il əvvələ qədər bütün dünyada beləydi. Artıq dünya ilə ayaqlaşmağa başlayırıq. “Çernobıl”, “Taxt-tac oyunları” kimi serialların istehsalçısı HBO onda udur ki, tamaşaçı spoyler almaq istəmir, buna görə də birinci baxmağa məcbur olur. Yəni HBO güclü kontentin hesabına internetlə mübarizə aparır və ayaqda qalır. Düzdü, o seriallara internetdə də baxa bilərsən, amma spoyler almamaq üçün məcbursan, TV-də hamıdan əvvəl baxmağa ki, sabah dadını-duzunu itirməyəsən. Bizim kanallar elə bir kontent vermir ki, sən spoyler almaqdan qorxasan və seriala yalnız televiziyada baxasan. Və dediyim kimi, internet növbəti mərhələdi.

Məsələn, mən televiziyaya getmək istəmirəm. Birinci, azadlıq məsələsi var, mən burda özüm özümün ağasıyam. İstəsəm, 32 dəqiqəlik video çəkərəm, istəsəm, 12 dəqiqəlik. İstəsəm, söyüş söyərəm, istəsəm, söymərəm. İstəsəm, bu gün paylaşaram, istəsəm, on gün sonra. Bu sərbəstlik mənə aiddi. İkincisi, internetdə reytinqi dəqiq görə bilirsən. Televiziyada reytinq anlayışı yoxdu, daha doğrusu, düzgün qurulmayıb. Əvvəla, hər evdə yoxdu, olanlarda da cihazlar çoxdan quraşdırılıb və çoxu işləmir, az sayda evlərin hesabına müəyyənləşdirilir reytinq. Amma internetdə mənim videomun altında bir milyon baxış göstərirsə, deməli, konkret bir milyon adam baxıb ona. Üç min adam paylaşıbsa, mən bunu görə bilirəm. Yəni dəqiq statistika var əlimdə.

Digər tərəfdən mən onsuz da fəaliyyətə internetdə başlamışam və nə olur-olsun, orda davam eləyəcəyəm. Birincisi, məni internet məşhurlaşdırıb, ikincisi isə bu, gələcəkdi. Düzdü, mən virtual aləmə bütün bunları bilmədən, təsadüfən düşmüşəm, amma bu təsadüfü həyatın mənə gətirdiyi uğur hesab eləyirəm. Başlanğıcda evdə adi telefonla çəkirdim videolarımı. Ancaq indi mümkün qədər peşəkar, son model kameralarla, müasir texnikalarla işləyirik, artıq kino formatına yaxınlaşırıq. İnternet seriallar da bu prosesdə mənim üçün növbəti mərhələdi. Əslində mənim əsas mqəsədim film çəkməkdi. Sadəcə bu, keçdiyim yolun bir hissəsidi. Mən, ümumiyyətlə, “love-story” çəkməklə başlamışam. Amma onlar da süjetli olurdu. Polis saxlayır, oğlan polisi vurur, maşına oturur, qaçırlar, bütün şəhər onları axtarır, axırda birləşirlər. Biznesə çevrilməyə başlayanda əl çəkdim bu işdən, çünki heç kəsi öldürmək, ya da ayırmaq olmur, məcbursan “happy end” eləməyə. Odu ki, müştərilərimiz artmağa başlayanda bu işi buraxdım, maraqsız oldu.

Ondan sonra özüm üçün çəkməyə başladım. Birinci tutdu, sonra “Evli kişinin dramı” silsiləsini fikirləşdim. Sonra reklam dövrü başladı. Reklamlarda özümü daha peşəkar səviyyədə sınaya bildim. Fikir vermisinizsə, reklamların hərəsi bir janrdadı, biri “boyevik” olur, biri romantik komediya və s. Hətta qorxu janrında olanı da var. Müxtəlif janrları təcrübədən keçirirəm və hansı janrda zəif olduğumu görürəm, bir növ, özümü axtrıram. “Zəhər tuluğu” da serial formatında eksperimentdi. Personaj fikirləşirəm, hadisə fikirləşirəm, baxıram, görüm, tamaşaçını 31 dəqiqə saxlaya bilirəmmi və s. Bu istiqamətdə əsas işim “Ortastatistik Rasim” adlı serial olacaq. İndi ona hazırlaşırıq, bu yay başlamaq istəyirəm. “Ortastatistik Rasim”, on seriyalı əsl serial olacaq. İstəyirəm, həftədə bir seriyası çıxsın. “Zəhər tuluğu”nun qalan iki seriyasını da çəkəcəm və bitirəcəm. Amma bu personajla bağlı yaxşı bir ideya tapsam, nə vaxtsa film eləmək olar. “Ortastatistik Rasim”də hər seriya ayrı bir əhvalatdı, amma bir-birinin davamı olacaq. Əsas personaj kinoşünasdı, xalası qızıyla evlənib, xoşbəxt deyil, üstəlik öz sahəsində heç nə eləyə bilmir. Saytlardan birində jurnalist kimi işləməyə məcburdu. Hadisələr də həmin saytın bağlanması ilə başlayır. İndi kinonu sevən, bilən bir insan nə işlə məşğul ola bilər ki, həm xoşbəxt olsun, həm o işi bacarsın, həm də pul qazansın. Çünki Rasim sənə saatlarla Fellinidən danışa bilər, amma iki daşı üst-üstə qoymağı bacarmır. İnsan belədi, mən evdə çilingər işlərini görə bilmirəm, bacarmıram. Rəhmətlik atam nə qədər öyrətməyə çalışdı, öyrənə bilmədim. Demirəm ki, bunu bacarmamaq yaxşıdı. Yox! Pisdi. Amma hərənin bir ixtisası var, mən aktyor ola bilərəm, ssenarist ola bilərəm, amma biznesmen ola bilmirəm, məsələn. Rasim də belədi.

– Yəni siz fikirləşirsiniz ki, Azərbaycanda internet serialların perspektivi var.

– Olmağa məcburdu. Axır-əvvəl ona gedib çıxacaq. Sadəcə bizdə problem nədi? Quql reklamlarından çox qazana bilməyəcəksən, amma əvəzində produkt pleysmentdən qazanmaq olar. Çünki konkret statistika var. Heç mənə ehtiyacın yoxdu, özün gir, bax statistikaya. Görürsən ki, mənim serialıma bir milyon adam baxıb. Sənin günəbaxan tumunu, meyvə şirəni bir milyon adamın görməyini istəyirsənsə, yerləşdir. Yəni burda da gəlir götürmək mümkündü və mən hal-hazırda onun hesabına yaşayıram. Axırıncı işimdən çıxanda normal maaşım var idi, risk eləyirdim – iki uşağım var, pampers lazımdı vəs. Subay olsam, çoxdan çıxardım işdən. Evlilik məni qorxudurdu, məişət problemləri insanı qorxaq eləyir. Amma mən bu riski gözə aldım, bir gün özümə dedim ki, bacararam. İndi, şükür allaha, yaşayıram. Düzdü, elə olur ki, bir ay yaxşı qazanırsan, iki ay qazana bilmirsən. Ancaq işləsən, gücün çatsa, hər ay yaxşı qazana bilərsən.

– Sonuncu “Zəhər tuluğu” ilə özünüz də bilmədən bu vaxta qədər ört-basdır olunan bir problemi gündəmə gətirdiniz. Sosial şəbəkələrdə sollar, sağlar, liberallar və daha kimlər “fahişə, yoxsa sekş işçisi” mövzusunda, sözün hərfi mənasında, ideoloji savaş açıblar. Müzakirələrə təkan verən də Günel Mövludun “Yüzbəyovun mesajları” adlı yazısıdı. Günelin iradlarına münasibətinizi bilmək istəyərdim.

– Ondan başlayım ki, Rəna rolundan altı aktrisa imtina eləmişdi, sadəcə o personajın danışıq tərzinə, istifadə elədiyi sözlərə görə. Axır ki, sağ olsun, Zülfiyyə Qurbanova razılaşdı və çox gözəl də oynadı. Ümumiyyətlə, son səhnə təkcə onun üzərində qurulmuşdu. O ki qaldı Günel Mövludun yazısına, özüylə bir neçə saat yazışdıq, nəticədə mən onun nə demək istədiyini başa düşdüm. Ümid eləyirəm, o da mənim nə demək istədiyimi anladı. Amma yenə də öz mövqelərimizdə qaldıq. Bilirsiniz, mən hər dəfə öz videolarımı izah eləməyə məcbur deyiləm, ancaq bu dəfə də eləyim. Birincisi, Adil ideal qəhrəman deyil, antiqəhrəmandı, o, başqa cür danışa bilməz. O, travmalı bir personajdı. Bütün serial bunun üzərində qurulub: Adil öz travmaları ilə mübarizə aparır, onlara görə əziyyət çəkir və onlara görə başqalarını incidir. Zəhər tuluğu üçün qarşısındakının kişi, ya da qadın olmasının heç bir fərqi yoxdu. Onun, insanlardan zəhləsi gedir, konkret qadından, ya da konkret kişidən yox. Və ilk dəfə Rəna ilə dialoqunda o, fərqinə varır ki, qarşısında insan dayanıb. Başa düşür ki, kin yaxşı şey deyil və sonda o, üzr istəyir. Özü də təkcə Rənadan yox, incitdiyi bütün insanlardan. Ona görə, “bağışla” sözünü Rəna gedəndən sonra eşidirik.

Və Rənanın özü haqqında dedikləri… Ordan “kim diskotekaya gedirsə, axırda fahişə ola bilər” mesajını çıxartmaq olar, amma gərək möhkəm dirəşəsən. Çünki mən o əhvalatı özümdən uydurmamışam- Azərbaycanda fahişələrin, ya da seks işçilərinin- necə istəyirsiniz, elə adlandırın – 90%-i aşağı-yuxarı eyni səbəblərdən bu işlə məşğul olur. Onlarla söhbət eləsəniz, özünüz görərsiniz. Ya deyəcəklər ki, sevgilim belə elədi, məcbur qaldım, ya da deyəcəklər ki, filankəs zorladı, belə oldum. Mən “yaxşı elədim, çox kişiylə yatmaq xoşuma gəlir, ona görə fahişə oldum, bu iş mənə ləzzət eləyir” deyənləri heç görməmişəm. Bəlkə də var elələri, amma mənim rastıma çıxmayıb. Əvəzində Rənanın əhvalatı kimi dominant bir əhvalat var və bunu əksər kişilər təsdiqləyə bilər. Rənanın danışdığı yaşamağa məcbur qaldığı həyatdı, sevərək gördüyü bir iş deyil. Mən yalandan özümdən heç nə uydurmaq istəmirəm, olanları göstərirəm. Stereotip olsa belə, cəmiyyətimizdə olan budu. İradlardan biri də fahişəyə seks işçisi deməklə bağlı idi. Bizim aktrisalar hələ fahişə rolunu oynamağa hazır deyillər. Və belə cəmiyyətdə fahişəyə seks işçisi demək?.. Heç bunu deyən ölkələrdə belə, hər kəs bu ifadə ilə razı deyil.

Bəşəriyyət tarixində fahişə sözü bütün dillərdə söyüş kimi istifadə olunub indiyə qədər. İndi bunu zorla komplimentə çevirmək, süni formada hörmətə mindirmək, seks işçisidi, sənin, mənim kimi işçidi demək, məncə, təbii deyil. Çoxları mənə deyir ki, sən bu mövzulara toxunma. Mən də deyirəm ki, siz kimsiniz ki, mənə nə çəkəcəyimi, necə çəkəcəyimi diqtə eləyirsiniz, mənə göstəriş verirsiniz? Bu haqqı hardan alırsınız? Xoşunuza gəlməyə bilər, tənqid eləyə bilərsiniz, məqalə, status həsr eləyə bilərsiniz, amma mənə “eləmə, çəkmə” deyə bilməzsiniz. Guya demokratik dəyərləri dəstəkləyən insanlar özlərini monopolist, diktator kimi aparırlar. Əgər sizin belə ideyalarınız varsa, gedin, bir rejissor tapın, ssenari yazdırın, pul verin, çəksin, sizin ideyaları təbliğ eləsin. Mən sizin ideyaları təbliğ eləyəcək adam deyiləm, öz baxışlarımı, öz gördüklərimi çəkirəm. Sən bununla razılaşmaya bilərsən, amma mənə nəyisə diqtə eləyə bilməzsən.

– İşlərinizdə fərqli janrlara müraciət eləyirsiniz və hamısı eyni maraqla izlənilir. Amma kinozallara gedən tamaşaçının daha çox komediyalara üstünlük verdiyi deyilir. Halbuki başqa janrlarda da maraqlı filmlər yaranır artıq. Məsələn, Emin Quliyevin “Pərdə”ləri kimi. Necə olur ki, internetdə bu janrlar, təxminən, eyni dərəcədə maraq doğurur, amma zallarda yox?

– Bir nüans var: internetdə pulsuzdu. Xoşuna gəlməsə belə, baxmış olursan. Kinozallar pulludu deyə insanlar bir az fikirləşirlər. Digər tərəfdən, adətən, komediyalar cəmiyyət pis vəziyyətdə olanda aktuallaşır. Bizdə də belə bir dövrə düşmüşük. Fikir vermisinizsə, 90-larda müharibə gedirdi, aclıq idi və həmin illərdə yaxşı komediya nümunələri, keyfiyyətli ŞHK vardı. 2000-lərin əvvəllərində də komediyalar çəkilirdi, sonra rifahımız aşağı düşəndə daha da inkişaf elədi. Çünki insanlar gülmək istəyir. Heç kim ağlamaq üçün pul vermək istəmir, onsuz da evdə ağlayır. Həm də elə bir güclü dram çıxmayıb ki, insanlar gedib baxsınlar və desinlər ki, əla kinodu.

“Pərdə”lərin ikisini də xoşlayıram, amma onların da piarı zəif idi, çoxları heç o filmlərin varlığından xəbər tutmamışdı. İndi internetdə baxıb deyirlər, necə olub ki, buna baxmamışam. Digər tərəfdən kino çəkmək minimum 50 min xərc tələb eləyir. Ona görə də istehsalçılar çox risk eləmək istəmirlər. Komediya çəkənlərin pulu qaytaracaqlarına inamı varsa, dram çəkənlərin heç inamları yoxdu. İkinci də, məşhur dram aktyorlarımız, cavan Fəxrəddin Manafovlar yoxdu ki, camaat onlara görə gedib filmə baxsın. Amma komediya aktyorlarımız, insanları kinozallara cəlb eləyən müəyyən simalar var. “İkinci pərdə”dən Hikmət Rəhimov öz janrında məşhurlaşa bilərdi, əgər yenə elə filmlər çəkilsəydi. Onu qadınlar da, kişilər də sevəcəkdi. Necə ki, sovet dövründə Fəxrəddin Manafov, Rasim Balayev var idi və insanlar onları ciddi rolları ilə sevirdilər. Həm də indi elə güclü dramlarımız yoxdu, ya da bəlkə var, biz görmürük. İkincisi, o filmlər xalqa yaxın olmalıdı. Bizim kinomuzun ən böyük problemi odu ki, heç biri Azərbaycan kinosu deyil. Mən “Pərdə”ləri niyə sevirəm? Çünki Azərbaycan reallığını göstərirlər. Komediyalarda isə bu yoxdu.

Yeri gəlmişkən, artıq komediyaların da tamaşaçıları azalıb. 2018-ci ildə çıxan filmlərin, demək olar ki, hamısı uğursuz olub. Çünki tamaşaçı artıq o komediyalardan da bezib. İndi yenidən tamaşaçını necə geri qaytarmağın yollarını fikirləşmək lazımdı. Bizim filmlərin bir çoxunun batmağının bir səbəbi də piardı. Adamlar film çəkməyə pul tapırlar, reklama pul xərcləməyə əlləri gəlmir. Amma xaricdə filmin istehsal büdcəsi qədər də reklamına pul xərcləyirlər. “Avatar”ın, səhv eləmirəmsə, 150 milyon reklam büdcəsi vardı. Yəni piar əsas elementlərdən biridi. Tamaşaçı bilməlidi ki, belə bir film olacaq. Film 2020-də ekranlara çıxacaq, indidən tizeri göstərilir, üç ay sonra birinci treyleri, beş ay sonra ikinci, sonra üçüncü treyleri. Bu, insanları cəlb eləmək üçündü. Bir dəfə instaqramda reklama qoymaqla olmur. Televiziyaya çıxmalısan, daima gündəmdə saxlamalısan. Çünki indi tamaşaçının seçimi çoxdu. Sovet dövrü deyil ki, əyləncəsi təkcə teatr, kino olsun. Min cür əyləncə var indi. Restorana gedər, Şahdağda xizək sürər, amma sənin filminə gəlməz.

– Maraqlıdı ki, bizim folklorumuzda da, ədəbiyyatımızda da lirik sentimentalizm daha üstün olub. Amma indi birdən məlum olur ki, bizdə dram, melodram yaza, çəkə bilmirlər.

– Çünki bizdə ssenari məktəbi yoxdu. 90-cı illərə kimi sovet məktəbi var idi, insanlar ÜDKİ-da təhsil alırdılar, xaricdən mütəxəssislər dəvət olunurdu. Həsən Seyidbəyli, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Eldar Ryazanovun kursunu bitirmiş Vaqif Mustafayev vardı. Yəni məktəbi olan müəyyən insanlar vardı və işləyirdilər. 90-larda bu sistem çökdü. O insanların çoxu işi atdı, bir çoxu da heç kimi öyrətmədi. İran kinosu niyə İran kinosu oldu? Çünki orda bir Kiarüstəmi çıxdı və öz davamçılarını yaratdı, məktəb oldu. Bizdə elə bir insan varmı ki, biz ondan öyrənək? Rüstəm İbrahimbəyovumuz var, burda yaşamır və onun tələbələri deyilən bir anlayış yoxdu. Amma Sokurovun Kantemir Balaqov kimi tələbələri var ki, Kannda mükafat alırlar. Yəni bizdə ssenari mayakı yoxdu ki, insanlar onun yanında öyrənsinlər. Çoxu özü öyrənir. Dram yazmaq asan deyil. Elə komediya yazmaq da asan deyil. Bizdə kino məktəbi çöküb.

Məncə, bizim dövlət, istehsalatdan çox ustad dərslərinə pul ayırsın, məsələn, bir dəfə Vudi Alleni, bir dəfə Sokurovu, bir dəfə Dəmirkubuzu dəvət eləsin. Ya da burdan on nəfər bir ölkəyə, on nəfər başqasına göndəririk. Necə ki, Orxan Ağazadə gedib xaricdə oxuyub qayıdıb, onları da qaytarıb, pul verib çəkdiririk. Bununla da inkişaf olacaq. Amma indi biz hələlik özümüz öyrənməyə çalışırıq. Emin orda özü öyrənir, “Pərdə”ləri çəkir, burda bir başqası. Məktəbi olanlar da gəlib dövlətin əlinə baxırlar. XXI əsrdə kino çəkmək XX əsrdəki qədər çətin deyil. Sənin lentə ehtiyacın yoxdu, yekə-yekə işıqlara ehtiyacın yoxdu. Kamera filmi çək, küçədə çək, telefonla çək. Çək yutuba yüklə, vimeoya yüklə. Orda da auditoriyan var.

Bizə sadəcə məktəb lazımdı. Həmişə arzulamışam, inşallah, pulum olsa, özüm bir kafe açacağam. Bütün böyük işlər hansısa bir nöqtədən başlayır. Orda ancaq kino adamları oturacaqlar. Belə bir cameə yaranmalıdı ki, mən gəlim deyim, bir qısa film çəkmişəm, oturaq baxaq. Aygünü, Əli İsası, o biri, bu biri – istəyənlər oturub baxır və üzümə deyir ki, bərbad filmdi. Mən mübahisə eləyirəm ki, yox e, bərbad deyil. Beləcə nələrsə üzə çıxır, öyrənirik, cameə formalaşır. Türklərdə belə cameələr olub həmişə. Bacaranlar öyrətməlidi. Bizdə öyrətməklə bağlı problem var. Əslində indi heç xaricə getməyə də ehtiyac yoxdu. İnternetdə ustad dərsləri var, 100 dollardı. Oturub Skorsezenin ustad dərslərinə baxa bilərsən. Pulun yoxdusa, rus saytlarından oğurlayıb pulsuz baxa bilərsən. Sadəcə nəsə eləmək lazımdı.

– Bu yaxınlarda bir müzakirə zamanı rejissor Əli İsa Cabbarov dedi ki, müasir Azərbaycan xalqının siması Şəmidi, Şöşüdü, Fəlakətdi, maska taxıb problemlərdən danışırlar. İnsanlar onlara baxanda özlərini görə bilirlər.

– O personajlar həmişə pulla bağlı çətin vəziyyətlərə düşürlər. Deyirlər e, azərbaycanlının pul problemi var. Həqiqətən belədi. Yəni bizdə hər şey pula bağlanır, nədənsə ali şeylər barədə çox fikirləşə bilmirik. Şəmi-Şöşünün uğuru da ondadı ki, birincisi, Azərbaycana yaxındı. Hərəsi də ayrı-ayrı tiplərdi. Onlar müəyyən çətinliklərə düşürlər və çıxırlar. Yəni əsas konflikt düzgün qurulub. Kimlərsə bəyənməsə belə, onlar özlərini sübut eləmiş personajlardı. Əslində “Zəhər tuluğu” kimi azərbaycanlı yoxdu. Zəhər tuluğu azərbaycanlının olmaq istədiyidi. Varsa belə, o qədər şəstli deyil. Mən nadir hallarda görmüşəm ki, kimsə getsin müdirə kəllə vursun. Adil bizim arzumuzdu. Zəhər tuluğu bir seriyada deyirdi ki, məni əsgərlikdə sındırıblar. Bir nəfər yazmışdı ki, əsgərlik söhbətini çıxsaq, o adam mənəm. Əsgərlikdə sındırıldığını boynuna almağı özünə sığışdırmır. Amma Rasim problemləri, zəiflikləri, güclülüyü ilə əsl azərbaycanlı olacaq. Bir var sənin arzuladığın personaj, biri də var olmaq istədiyin. Bu ikisi də işləyir. Biri də var ki, səndən deyil, reallıqdan çox uzaqdı- evdə ayaqqabı ilə gəzir, məsələn. Belə şey olmur, axı. Amma Şəmigil bizdəndi.

Biz nə qədər Vudi Allenə baxsaq da, toyda ayaqqabımızı çıxarıb, “bəh-bəh-bəh” eləyən xalqıq. Odu ki, personaj yaradanda o özü saxlamalısan, qalan nə artırırsan, artır. Mənim həddən artıq intellektuallıq da xoşuma gəlmir. Kütləyə yuxarıdan aşağı baxmağa başladınsa, artıq onlardan biri deyilsən. Ya cəmiyyəti dəyişməyə, öyrətməyə çalış, ya da tənqid eləmə. Bizim ən böyük qüsurumuz vicdansızlıqdı. Ancaq özümüzü fikirləşirik, uşağa bir şey verəndə “özün ye, heç kimə vermə” deyirik. Vicdan çox sadə bir şeydi. İctimai yerdə tualetə gedən çiş eləməzdən əvvəl unitazın qapağını qaldırıb, sonra da suyu buraxmaqdı vicdan. Başqasını fikirləşməyi bacarmaq! Biz təkcə özümüzü fikirləşirik. Halbuki qarşımızdakı ilə empatiya qurmağa çalışsaq, özümüzü fikirləşdiyimiz qədər onu da fikirləşsək, onda vicdan formalaşacaq.

– Taleh, bayaqdan söhbət eləyirik və anladığım qədərilə, mütaliə eləməyi sevirsiniz.

– Sevirəm, amma son vaxtlar çox oxuya bilmirəm. Əslində məndə bu, mərhələli prosesdi – kitab mərhələsi, kino mərhələsi, musiqi mərhələsi. İndi boşluqdayam, heç nə eləmirəm. Məndə oxumaq həvəsi məktəbdən yaranıb, universitet vaxtı da çoxlu pyes oxuyurdum, çünki sənətim bunu tələb eləyirdi. Belə-belə mütaliə marağım formalaşıb. Şekspiri, Dürrenmatı, Çexovu, Qoqolu oxumuşam. Əslində müəllifi sevəndə bütün əsərlərini oxumamış əl çəkmirəm. Kinoyla da münasibətim belədi, Kusturitsanı xoşlayıramsa, bütün filmlərinə baxıram. Çexovun, Qoqolun pyeslərini yox, hekayələrini daha çox sevirəm. Bir dəfə təsadüfən Nodar Dumbadzenin bir əsəri əlimə keçmişdi, sonra bütün əsərlərini oxudum. Düzdü, dünyaca məşhur müəllif deyil, amma onun əsərlərində insan var, tragikomik insan… Mən də tragikomediyanı çox sevirəm. Tolstoyun bəzi hekayələrini çıxmaq şərtilə, oxumağa vaxtım olmayıb. Ancaq “İvan İlyiçin ölümü”nü oxuyanda Tolstoyun böyüklüyünü hiss elədim. Onda yazmışdım ki, mənə elə gəlir, indiyə kimi oxuduqlarım inşa idi, indi oxuduğum hekayə. İnsanın ölümünü mərhələ-mərhələ, ağzındakı dada kimi hiss elədim.

– Oxuduqlarınız sizi dəyişə bilirmi?

– Ədəbiyyat, ümumiyyətlə, incəsənət insanı dəyişməlidi, onun işi budu. “Romeo və Cülyetta”ya baxırsan, sevginin hər şeydən üstün olduğunu anlayırsan. Əgər o, səni Montekki və Kapulettilikdən çıxartmırsa, məncə, problem əsərdə deyil, əsər özünü doğruldub. İnsan gərək dəyişikliyə açıq olsun. Svetlana Alekseyiviçin “Müharibənın qadın siması olmur” əsəri mənim qadınlara qarşı münasibətimi dəyişib. O kitabı oxuyana qədər mən də çoxları kimi düşünürdüm, yoldaşımı feysbukda hesab açmağa qoymayan bir kişi idim. Amma o kitab, ordakı qadınların taleyi, onlara qarşı edilən haqsızlıqlar məni dəyişdi. Deməli, mən dəyişməyə meylli insanam. İnsanın özünün gəlib çatdığı həqiqətlər olmalıdı, bunu yaşadıqca öyrənirsən. Məsələn, mən 32 yaşımda iki həqiqəti müəyyənləşdirmişəm özüm üçün: birinci, həqiqətdən üstün heç nə yoxdu. Bu sənin dini baxışlarına da, vətəndaş mövqeyinə də zidd ola bilər, amma heç nə ondan üstün deyil. Və ikinci – insan faydalı olmalıdı. Əgər tualet kağızının belə faydası varsa, insan mütləq faydalı olmalıdı. Ümumiyyətlə, yaradıcı insanın deməyə sözü olmalıdı. Vısotskinin həmişə deməyə sözü olub, Şekspirin olub, Tarkovskinin olub. Onları oxuyanda, filmlərinə baxanda müəlliflə danışırsan. Bəzən olur ki, filmə baxıram, xoşuma gəlmir, amma üç-dörd gündən sonra görürəm ki, film məndən çıxmır. Sonra başa düşürəm ki, müəllif mənə nəsə demək istəyir. Yaradıcılıq, kitablar – əgər səndə söz yaratmırsa, deməyə sözün olmursa, susmaq daha yaxşıdı.

– Taleh, uzun fasilədən sonra Pantomim teatrının yubileyində ilk dəfə səhnəyə çıxdınız. Necə hiss idi?

– Səhnə elə bir şeydi ki, adamı çox darıxdırır özü üçün. Amma teatr mənim üçün keçilmiş mərhələdi. Yəni səhnəyə çıxmaq istəyərəm, amma daimi yox. Bu, Qeysin Leylini sevməsi kimidi, birləşməsək, yaxşıdı. Birinci ona görə ki, mənim üçün teatr XXI əsrin tələblərinə cavab verən bir sənət deyil. Bu ifadə vasitəsi mənim üçün aktuallığını itirib. İkincisi də, gərək özünü teatra həsr eləyəsən. Teatr “getdim-oynadım-gəldim” deyil. Mən isə o mərhələni keçmişəm. Teatrı çox sevmişəm, neçə il əziyyət çəkmişəm, amma indi anlayıram ki, mənim ali məqsədimə gedən yolda bir mərhələydi və keçilib. Mənim hədəfim kinodu. Düzdü, dəfələrlə film çəkmək təklifi almışam, amma onda özümü hazır hiss eləmirdim. Çünki mən qəşəng kino çəkmək istəyirəm. Çünki kino sadəcə iri, orta, ümumi planlar deyil, nə vaxt iri, nə vaxt orta plan olmalı olduğunu bilməkdi. Kino odu ki, personajların niyə, məhz, bu paltarda, bu məkanda olduqlarını biləsən. Kino da əhvalat danışmağın bir üsuludu. Vaxtilə bir ocağın başında şamanın danışdığı bir əhvalat dönüb olub teatr, serial, dönüb olub kino. Bütün sənətlərin kökündə əhvalat danışmaq dayanır. Eyni lətifəni iki nəfər fərqli danışa bilər. Birinə gülərsən, birinə yox. Kino – əhvalatın təsvirlə danışılmasıdı. Qısası, kino çəkməyi arzulayıram, amma bunu bacaranda eləmək istəyirəm. Nə vaxt ürəyimi partladan, mütləq danışmaq istədiyim əhvalatım olsa və onu danışmağın formasını tapsam, kino çəkəcəyəm. Hətta gələn il başlamaq istəyirəm. Çünki hiss eləyirəm ki, irin şişib, partlamaq istəyir. İndi elədiklərimin də hamısı – pis, yaxşı, yüksək ali dəyərləri olan və olmayan… onları heç qısa film də saymıram, film olmadığını bilirəm. İndiyə qədər elədiklərim mənim üçün praktikadı, tamaşaçılar üçünsə əyləncədi.

Söhbətləşdi: Aygün Aslanlı

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Ən yeni yazılar

How Modern Technology Shapes the iGaming Experience

31 Dekabr 2025
Seymur Baycan yazıçı

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024

Paylaş4660TweetGöndərPaylaşScan
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör