Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Vasif İsmayıl Vasif İsmayıl
., Gender
30 Aprel 2020
İnsanların əsas ehtiyaclarından olan həyatda qalmaq, yemək-içmək kimi vacibliyi asan anlaşılan məfhumların yanında ilk növbədə vacibliyi çox da hiss olunmayan tərəflər də mövcuddur. Məsələn, cinsi arzular. İnsan ki, cinsi münasibətdə olmasa ölməyəcək, ac qalmayacaq?! Yaxşı, cinsi arzunun özünü anladıq — nəsil artırmaq üçün vacib olduğunu düşünürük. İndiyə qədər qarşılaşdığım insanların mütləq əksəriyyəti cinsi fəaliyyətin ancaq nəsil artırmaq üçün olduğunu nəinki qəbul edir, hətta mütləq sayır. Cinsi arzular nə üçündür görəsən? Bir insan niyə partnyoru tərəfindən döyülmək, hətta təcavüzə uğramağı arzulasın?

Cinsi arzular haqqında qısaca

İnsanların əksəriyyəti cinsi fəaliyyəti bu sxemdə təsəvvür edir:

-Gördüm

-Arzuladım

-Yola gətirdim

-Möhtəşəm idim

-Ürəyim istəyəndə yenə edərik?

İlk baxışdan, doğru təsəvvür edirlər, amma…

İnsanlar görməyi olduqca mütləq qəbul edir. Bir az mürəkkəb oldusa, belə deyim: İnsanlar gördükləri hadisə və cismi əksərən tam anladıqlarına inanırlar. Görəsən bu belədirmi?

Sizi üzəcək bir xəbərim var: əslində elə deyil.

İnsan, görmə qabiliyyətinə malik başqa canlılar kimi əslində cismə və hadisəyə diqqətlə baxmır və onu tam qavramağa çalışmır. Gözümüz hər hansı bir görüntünün ancaq siluetini beynimizə göndərir və beyin keçmiş təcrübəsinə əsaslanaraq silueti doldurur, bir mənzərə formalaşdırmaqla qavrayır.

Burada əsas məqam nədir?

Bəli, “keçmiş təcrübə”. İnsan gördüyü, hətta eşitdiyi və digər hiss etdiyi hallarda həmişə keçmiş təcrübəsinə əsasən mənzərəyə həmişə tərəfli yanaşır. Bir sözlə, hər kəs öz istədiyini görür, öz istədiyini anlayır.

İnsanlar doğulduqları andan etibarən əvvəlcə ailənin, daha sonra isə yaşadıqları cəmiyyətin daxilində olurlar. Hətta təhsil alanda da özləri kimi şagirdlərin əhatəsində olur, onlarla birlikdə oynayır, bəzən dalaşır və bu şəkildə birlikdə böyüyür, formalaşırlar. Biz buna insanın mədəni inkişafı deyə bilərik. Cəmiyyətə xas mədəniyyət məhz belə formalaşır.

Elə isə, cinsi arzular, daha doğrusu fantaziyalar nədir? Məsələn, döyülmək. Bəzi qadınlar cinsi münasibət zamanı istər əllə, istərsə də yardımçı alət (qamçı, zopa və s.) vasitəsilə partnyoru tərəfindən incidilməyi sevirlər. Bəziləri cinsi oyun və bilavasitə əlaqə zamanı partnyoru tərəfindən alçaldılmağı, təhqir edilməyi arzulayır.

Bəzi qadınlar isə “təcavüzə uğramaq” xəyalları qururlar.

Klassik, “cinsi əlaqə ancaq nəsil artırmaq üçündür” deyən insan bu xəyallara bir məna verə bilmir. Bir şeyi məntiqsiz hesab edirsənsə, “deməli, belə bir şey yoxdur”, ya da “bu, ancaq tərbiyəsiz insanların ağlına gələr” şəklində inkar yolunu seçəcəksən.

Qadınlar arasında təcavüzə uğramaq fantaziyası həqiqətən varmı?

Təcrübəli və dünyagörmüş insanlar, eləcə də elmi mühit qadınların bəzilərinin həqiqi deyil, səhnələşdirilmiş təcavüz xəyalları qurduğunu qəbul edir. Bu fikrə şübhə ilə yanaşan oxucularımızı aşağıdakı məqalə ilə tanış etmək istərdim.

Təcavüz - qadınların cinsi fantaziyası kimi
Bivona və yoldaşlarının “Qadınlarda təcavüzə uğramaq fantaziyasının təbiəti” adlı məqaləsindən cədvəl.

Texas universitetindən Cenni Bivona (Jenny Bivona) və yoldaşlarının “The journal of sex research” jurnalında, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənub-Qərbində, 355 universitet tələbəsi arasında cinsi fantaziyaları öyrənən araşdırmanın nəticələrini əks etdirən məqalə dərc edilmişdir.

Alınan nəticələrə əsasən:

  • İştirakçıların 17.2%-i heç olmazsa ildə bir dəfə istək xarici cinsi münasibətə zorlanaraq təslim olmaq xəyalı qurur. Hətta digər 4.5%-i bunu həftədə 4–5 dəfə xəyal etdiklərini bildiriblər.
  • İştirakçıların 14.1%-i heç olmazsa ildə bir dəfə, digər 6.5%-i isə həftədə bir dəfə kişi tərəfindən təcavüzə uğramaq xəyalı qurduqlarını bildiriblər.

Buradan çıxan nəticə birmənalıdır: qadınlar arasında səhnələşdirilmiş təcavüz xəyalı mövcuddur.

“Ancaq “tərbiyəsiz” qadınlar təcavüzə uğramaq xəyalı qura bilərlər”

Çoxunuzun təcavüzə uğramaq xəyalının mədəni mühit, ictimaiyyətlə əlaqəli olduğunu düşündüyünü anlayıram. Əslində, haqlısınız — bəli, bu cür xəyallar qurmağın mədəniyyət və yetişdirən cəmiyyətlə əlaqəsi var. Hətta əksəriyyətinizin bizim kimi “namus-qeyrət” təəssübkeşliyi çəkən cəmiyyətlərdə “tərbiyəli”, “ismətli-namuslu” qadınların belə xəyallardan uzaq olduğunu düşündüyünü də bilirəm.

Bax, burada yanılırsınız.

Bizim kimi mühafizəkar cəmiyyətlərdə qadınlara bu cür xəyalları barəsində sual vermiş araşdırmalara rastlamadım. Ancaq belə bir araşdırma olacağı təqdirdə qadınların əksəriyyətinin bu cür fantaziyalara “nə danışırsınız, əlbəttə yox” şəklində cavab verəcəyindən adım kimi əminəm. Bizdə “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşüncə yayğındır.

Elə isə, niyə cinsi razılığı çətin olan, yəni sizin dediyiniz kimi “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının əslində daha yayğın olduğunu düşünürəm?

Əslində, bunu mən düşünmürəm — elmdə belə bir qənaət var. İndiyə qədər aparılmış tədqiqatların əksəriyyəti cinsi razılıq çətin alınan cəmiyyətlərə mənsub qadınlarda təcavüzə uğramaq xəyalının daha çox olduğunu göstərir. 

Bunun üçün əsasən nələr edirlər?

ABŞ-da bəzi yerlərdə cəmiyyət mühafizəkardır və oradakı qızlar “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşünmürlər. Burada aparılan araşdırmalarda təcavüz xəyallarının digər regionlara nəzərən daha çox görüldüyü aşkar edilmişdir.

Amma sizə bu mövzu ilə bağlı bir məqalə haqqında danışacam.

ABŞ İllinois universitetindən Ketrin Klement (Cathryn Klement) və yoldaşlarının “The journal of sex research” jurnalında 2016-cı ildə çap edilmiş “Razılıq mədəniyyətində iştirak təcavüzü dəstəkləyən inanclarla əlaqələndirilə bilər” (Participating in a Culture of Consent May Be Associated With Lower Rape-Supportive Beliefs) məqaləsində belə bir maraqlı məqam araşdırılmışdır.

Bütün məsələ cinsi münasibətə razılığın nə qədər asan olmasıdır. Bəzi qruplarda cinsi münasibətə razılıq almaq üçün qadınla bir az mehriban söhbət edib bunu açıq soruşmaq olar. Bəzi cəmiyyətlərdə (məsələn, tələbələr) cinsi münasibət üçün razılıq əməlli bir prosesdir və qadın kişi partnyorun onunla ailə quracağına inandıqdan sonra bəzən bu cür münasibətə razılıq verə bilər. Bəzi cəmiyyətlərdə isə (xüsusilə ailəli yetişmiş qadınlar) bu cür istəklə müraciət edilməsi ayıb və qəbuledilməz olaraq qiymətləndirilir.

Bu cür cəmiyyət modelləri arasında cinsi fantaziyalar, xüsusilə də təcavüzə uğramaq xəyallarının görülmə sıxlığı arasında fərq olması mümkündürmü?

Xn. Ketrin Klement öz araşdırması üçün üç qrup müəyyənləşdirir:

  • BDSM praktikantları qrupu (psixoseksual alt-mədəniyyət, qısa desək sado-mazoxistlər)
  • Universitet tələbələri
  • Yetişmiş və işləyən qadınlar

Psixoseksual subkulturalarda təcavüz xəyalları universitet tələbələrinə nəzərən daha az görülür.

Araşdırmanın nəticələrinə görə cinsi münasibətə razılıq almağın çox asan olduğu, hətta qadının çox vaxt özünə partnyor seçə bildiyi psixososial alt-mədəniyyət qrupu olan BDSM praktikantlarında təcavüzə uğramaq xəyalı universitet tələbələri və işləyən yetişmiş qadınlara nəzərən çox daha az görülmüşdür. 

Nəticə qısa olaraq belə ifadə edilə bilər:

Cinsi münasibətlərin asan qurulduğu cəmiyyətlərdə təcavüzə uğrama xəyalı nadir görülür.

Niyə cinsi münasibət üçün razılığın çətin alındığı qruplarda təcavüzə uğrama xəyalı daha çox görülür?

İndiyə qədər aparılmış araşdırmalarda rəqəmlərlə müəyyən müddəaları sübut etmək olurdu. Ancaq cinsi razılığın alınmasının çətin olduğu, qısaca sizin sözlərlə “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının niyə çox olduğu haqqında daha çox mülahizə yürüdə bilərik.

Alimlərin ortaq fikrinə əsasən burada “günah” anlayışı dövrəyə girir. Evlilikdən əvvəl və əsasən evli insanlarda sərbəst cinsi əlaqənin günah olaraq qəbul edildiyi bir faktdır.

Təcavüzə uğramaq xəyalı quran qadın “mənim burada günahım yoxdur, kişi mənə zorla sahib oldu” fikri ilə bir növ “günah” kompleksindən azad olduğunu hiss edir.

Azadlıq isə… xoşbəxt edir.

Nəticə:

  • İnsanın qavrayışı yetişdiyi cəmiyyətin mədəniyyət normalarından asılıdır.
  • Heç bir mədəniyyət forması insanın əsas ehtiyaclarından olan cinsi istəyi, xüsusilə də cinsi xəyalları silib atacaq gücdə deyil.
  • Əksinə, cinsi münasibətlərin daha qatı tənzimləndiyi cəmiyyətlərdə qeyri-ənənəvi cinsi arzular, eləcə də təcavüzə uğrama xəyalı daha çox görülür.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Redaktorun seçimi

“Kurtlar Vadisi” modern mifə necə çevrildi?

Hökumətin koronavirus sınağı

Yalanımız silahımızdır

InSight-ın ilk “selfiesi”

“Qarabağ”la AFFA-nın nə fərqi var ki?

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

Müharibə rəngi alan buqələmunlarımız

Nüvə silahının casus tarixçəsi

Virusun dözülməz statistikası

Əmək prosesinin sadələşdirilməsi haqqında

Felin lazım forması

İlham Əliyevə eşq və üsyan

Milli azlıq məsələsi

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

Feminizmin liberal zərurəti

Yazmaq istəmədiyim yazı

Qəribə çılpaqlıq və antiseks

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

Ağ və qaranın 50 çaları

Trans-Xəzər qaz kəməri

Operativ Qərargahın rəqəmləri

Ağ-qara şəkil

Məlih Cövdət Anday. Bakı

XXI əsrdə 37-ci il rüzgarları

101 ilin nəticələri

Yeganə sirr – hərəkət etməkdir

Nobel mükafatçısını bütün fəxri adlardan məhrum ediblər

Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

Dənizdə itmək

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Vasif İsmayıl Vasif İsmayıl
., Gender
30 Aprel 2020
İnsanların əsas ehtiyaclarından olan həyatda qalmaq, yemək-içmək kimi vacibliyi asan anlaşılan məfhumların yanında ilk növbədə vacibliyi çox da hiss olunmayan tərəflər də mövcuddur. Məsələn, cinsi arzular. İnsan ki, cinsi münasibətdə olmasa ölməyəcək, ac qalmayacaq?! Yaxşı, cinsi arzunun özünü anladıq — nəsil artırmaq üçün vacib olduğunu düşünürük. İndiyə qədər qarşılaşdığım insanların mütləq əksəriyyəti cinsi fəaliyyətin ancaq nəsil artırmaq üçün olduğunu nəinki qəbul edir, hətta mütləq sayır. Cinsi arzular nə üçündür görəsən? Bir insan niyə partnyoru tərəfindən döyülmək, hətta təcavüzə uğramağı arzulasın?

Cinsi arzular haqqında qısaca

İnsanların əksəriyyəti cinsi fəaliyyəti bu sxemdə təsəvvür edir:

-Gördüm

-Arzuladım

-Yola gətirdim

-Möhtəşəm idim

-Ürəyim istəyəndə yenə edərik?

İlk baxışdan, doğru təsəvvür edirlər, amma…

İnsanlar görməyi olduqca mütləq qəbul edir. Bir az mürəkkəb oldusa, belə deyim: İnsanlar gördükləri hadisə və cismi əksərən tam anladıqlarına inanırlar. Görəsən bu belədirmi?

Sizi üzəcək bir xəbərim var: əslində elə deyil.

İnsan, görmə qabiliyyətinə malik başqa canlılar kimi əslində cismə və hadisəyə diqqətlə baxmır və onu tam qavramağa çalışmır. Gözümüz hər hansı bir görüntünün ancaq siluetini beynimizə göndərir və beyin keçmiş təcrübəsinə əsaslanaraq silueti doldurur, bir mənzərə formalaşdırmaqla qavrayır.

Burada əsas məqam nədir?

Bəli, “keçmiş təcrübə”. İnsan gördüyü, hətta eşitdiyi və digər hiss etdiyi hallarda həmişə keçmiş təcrübəsinə əsasən mənzərəyə həmişə tərəfli yanaşır. Bir sözlə, hər kəs öz istədiyini görür, öz istədiyini anlayır.

İnsanlar doğulduqları andan etibarən əvvəlcə ailənin, daha sonra isə yaşadıqları cəmiyyətin daxilində olurlar. Hətta təhsil alanda da özləri kimi şagirdlərin əhatəsində olur, onlarla birlikdə oynayır, bəzən dalaşır və bu şəkildə birlikdə böyüyür, formalaşırlar. Biz buna insanın mədəni inkişafı deyə bilərik. Cəmiyyətə xas mədəniyyət məhz belə formalaşır.

Elə isə, cinsi arzular, daha doğrusu fantaziyalar nədir? Məsələn, döyülmək. Bəzi qadınlar cinsi münasibət zamanı istər əllə, istərsə də yardımçı alət (qamçı, zopa və s.) vasitəsilə partnyoru tərəfindən incidilməyi sevirlər. Bəziləri cinsi oyun və bilavasitə əlaqə zamanı partnyoru tərəfindən alçaldılmağı, təhqir edilməyi arzulayır.

Bəzi qadınlar isə “təcavüzə uğramaq” xəyalları qururlar.

Klassik, “cinsi əlaqə ancaq nəsil artırmaq üçündür” deyən insan bu xəyallara bir məna verə bilmir. Bir şeyi məntiqsiz hesab edirsənsə, “deməli, belə bir şey yoxdur”, ya da “bu, ancaq tərbiyəsiz insanların ağlına gələr” şəklində inkar yolunu seçəcəksən.

Qadınlar arasında təcavüzə uğramaq fantaziyası həqiqətən varmı?

Təcrübəli və dünyagörmüş insanlar, eləcə də elmi mühit qadınların bəzilərinin həqiqi deyil, səhnələşdirilmiş təcavüz xəyalları qurduğunu qəbul edir. Bu fikrə şübhə ilə yanaşan oxucularımızı aşağıdakı məqalə ilə tanış etmək istərdim.

Təcavüz - qadınların cinsi fantaziyası kimi
Bivona və yoldaşlarının “Qadınlarda təcavüzə uğramaq fantaziyasının təbiəti” adlı məqaləsindən cədvəl.

Texas universitetindən Cenni Bivona (Jenny Bivona) və yoldaşlarının “The journal of sex research” jurnalında, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənub-Qərbində, 355 universitet tələbəsi arasında cinsi fantaziyaları öyrənən araşdırmanın nəticələrini əks etdirən məqalə dərc edilmişdir.

Alınan nəticələrə əsasən:

  • İştirakçıların 17.2%-i heç olmazsa ildə bir dəfə istək xarici cinsi münasibətə zorlanaraq təslim olmaq xəyalı qurur. Hətta digər 4.5%-i bunu həftədə 4–5 dəfə xəyal etdiklərini bildiriblər.
  • İştirakçıların 14.1%-i heç olmazsa ildə bir dəfə, digər 6.5%-i isə həftədə bir dəfə kişi tərəfindən təcavüzə uğramaq xəyalı qurduqlarını bildiriblər.

Buradan çıxan nəticə birmənalıdır: qadınlar arasında səhnələşdirilmiş təcavüz xəyalı mövcuddur.

“Ancaq “tərbiyəsiz” qadınlar təcavüzə uğramaq xəyalı qura bilərlər”

Çoxunuzun təcavüzə uğramaq xəyalının mədəni mühit, ictimaiyyətlə əlaqəli olduğunu düşündüyünü anlayıram. Əslində, haqlısınız — bəli, bu cür xəyallar qurmağın mədəniyyət və yetişdirən cəmiyyətlə əlaqəsi var. Hətta əksəriyyətinizin bizim kimi “namus-qeyrət” təəssübkeşliyi çəkən cəmiyyətlərdə “tərbiyəli”, “ismətli-namuslu” qadınların belə xəyallardan uzaq olduğunu düşündüyünü də bilirəm.

Bax, burada yanılırsınız.

Bizim kimi mühafizəkar cəmiyyətlərdə qadınlara bu cür xəyalları barəsində sual vermiş araşdırmalara rastlamadım. Ancaq belə bir araşdırma olacağı təqdirdə qadınların əksəriyyətinin bu cür fantaziyalara “nə danışırsınız, əlbəttə yox” şəklində cavab verəcəyindən adım kimi əminəm. Bizdə “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşüncə yayğındır.

Elə isə, niyə cinsi razılığı çətin olan, yəni sizin dediyiniz kimi “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının əslində daha yayğın olduğunu düşünürəm?

Əslində, bunu mən düşünmürəm — elmdə belə bir qənaət var. İndiyə qədər aparılmış tədqiqatların əksəriyyəti cinsi razılıq çətin alınan cəmiyyətlərə mənsub qadınlarda təcavüzə uğramaq xəyalının daha çox olduğunu göstərir. 

Bunun üçün əsasən nələr edirlər?

ABŞ-da bəzi yerlərdə cəmiyyət mühafizəkardır və oradakı qızlar “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşünmürlər. Burada aparılan araşdırmalarda təcavüz xəyallarının digər regionlara nəzərən daha çox görüldüyü aşkar edilmişdir.

Amma sizə bu mövzu ilə bağlı bir məqalə haqqında danışacam.

ABŞ İllinois universitetindən Ketrin Klement (Cathryn Klement) və yoldaşlarının “The journal of sex research” jurnalında 2016-cı ildə çap edilmiş “Razılıq mədəniyyətində iştirak təcavüzü dəstəkləyən inanclarla əlaqələndirilə bilər” (Participating in a Culture of Consent May Be Associated With Lower Rape-Supportive Beliefs) məqaləsində belə bir maraqlı məqam araşdırılmışdır.

Bütün məsələ cinsi münasibətə razılığın nə qədər asan olmasıdır. Bəzi qruplarda cinsi münasibətə razılıq almaq üçün qadınla bir az mehriban söhbət edib bunu açıq soruşmaq olar. Bəzi cəmiyyətlərdə (məsələn, tələbələr) cinsi münasibət üçün razılıq əməlli bir prosesdir və qadın kişi partnyorun onunla ailə quracağına inandıqdan sonra bəzən bu cür münasibətə razılıq verə bilər. Bəzi cəmiyyətlərdə isə (xüsusilə ailəli yetişmiş qadınlar) bu cür istəklə müraciət edilməsi ayıb və qəbuledilməz olaraq qiymətləndirilir.

Bu cür cəmiyyət modelləri arasında cinsi fantaziyalar, xüsusilə də təcavüzə uğramaq xəyallarının görülmə sıxlığı arasında fərq olması mümkündürmü?

Xn. Ketrin Klement öz araşdırması üçün üç qrup müəyyənləşdirir:

  • BDSM praktikantları qrupu (psixoseksual alt-mədəniyyət, qısa desək sado-mazoxistlər)
  • Universitet tələbələri
  • Yetişmiş və işləyən qadınlar
Təcavüz - qadınların cinsi fantaziyası kimi
Psixoseksual subkulturalarda təcavüz xəyalları universitet tələbələrinə nəzərən daha az görülür.

Araşdırmanın nəticələrinə görə cinsi münasibətə razılıq almağın çox asan olduğu, hətta qadının çox vaxt özünə partnyor seçə bildiyi psixososial alt-mədəniyyət qrupu olan BDSM praktikantlarında təcavüzə uğramaq xəyalı universitet tələbələri və işləyən yetişmiş qadınlara nəzərən çox daha az görülmüşdür. 

Nəticə qısa olaraq belə ifadə edilə bilər:

Cinsi münasibətlərin asan qurulduğu cəmiyyətlərdə təcavüzə uğrama xəyalı nadir görülür.

Niyə cinsi münasibət üçün razılığın çətin alındığı qruplarda təcavüzə uğrama xəyalı daha çox görülür?

İndiyə qədər aparılmış araşdırmalarda rəqəmlərlə müəyyən müddəaları sübut etmək olurdu. Ancaq cinsi razılığın alınmasının çətin olduğu, qısaca sizin sözlərlə “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının niyə çox olduğu haqqında daha çox mülahizə yürüdə bilərik.

Alimlərin ortaq fikrinə əsasən burada “günah” anlayışı dövrəyə girir. Evlilikdən əvvəl və əsasən evli insanlarda sərbəst cinsi əlaqənin günah olaraq qəbul edildiyi bir faktdır.

Təcavüzə uğramaq xəyalı quran qadın “mənim burada günahım yoxdur, kişi mənə zorla sahib oldu” fikri ilə bir növ “günah” kompleksindən azad olduğunu hiss edir.

Azadlıq isə… xoşbəxt edir.

Nəticə:

  • İnsanın qavrayışı yetişdiyi cəmiyyətin mədəniyyət normalarından asılıdır.
  • Heç bir mədəniyyət forması insanın əsas ehtiyaclarından olan cinsi istəyi, xüsusilə də cinsi xəyalları silib atacaq gücdə deyil.
  • Əksinə, cinsi münasibətlərin daha qatı tənzimləndiyi cəmiyyətlərdə qeyri-ənənəvi cinsi arzular, eləcə də təcavüzə uğrama xəyalı daha çox görülür.
Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel