Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Stalin Xəzər dənizini niyə qurutmaq istəyirdi?

AzLogos AzLogos
., Sərbəst
16 Avqust 2020

1952-ci ildə Stalin Xəzərdə neftçıxarmanı intensivləşdirmək qərarına gəlir və bu məqsədlə Xəzər dənizini tamamilə qurutmaq fikrinə düşür. Onun planına əsasən, Volqanın suları Şimali Qazaxıstana axıdılmalı, Terek çayı Kalmıkiya çöllərinə yönləndirilməli, Kürün qarşısına isə bənd qoyulmalı idi. Həmin vaxt Xəzər dənizini hidroloqlar xilas edirlər. Onlar Stalinə izah eləyirlər ki, hətta bu plan həyata keçirilsə belə, hövzənin dibindəki atmosfer çöküntülərini çəkib çıxartmaq üçün yetərli qədər nasos tapmaq mümkün deyil.

Sovet İttifaqında çoxlu genişmiqyaslı layihələr hazırlanırdı. Ki, onların reallaşması baş tutsaydı, bu, təbiətdə və iqlimdə son dərəcə böyük dəyişikliklərə səbəb olardı. Məsələn, Qazaxıstanda və Orta Asiyada kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Sibir çaylarının cənuba yönləndirilməsi ilə bağlı planlar kifayət qədər məşhurdur. Ancaq 1952-ci ildə daha qlobal bir layihə – nefti daha rahat şəkildə çıxara bilmək üçün Xəzər dənizinin dibinin qurudulması ideyası nəzərdən keçirilirdi.

SSRİ neft sənayesinin o vaxtkı naziri Nikolay Baybakov 1990-cı ildə bu planı ötəri xatırlatmışdı. Amma DTK-nın (KQB) rəhbəri İvan Serovun 2016-cı ilə işıq üzü görmüş memuarlarında Stalinin planları haqqında ətraflı məlumat (“İvan Serov. Çamadandakı qeydlər”) verilib.

Gəlin, əvvəlcə sözügedən planın niyə və necə yarandığına nəzər salaq.

Əslində, Xəzər dənizinin fəthi ilə bağlı planlar orada neft çıxarılmağa başlayan kimi, yəni XIX əsrin sonlarından aktual idi. Məsələn, Bakıda Bibiheybət buxtası doldurulmuş, 1906-cı ildə isə qurutma üzrə layihələr üçün müsabiqə elan olunmuşdu. Hətta 1909-1912-ci illərdə daş bənd tikib, çəpərlənmiş sahəni torpaqla doldurmağa başlamışdılar. Vətəndaş müharibəsi bu işləri yarımçıq qoysa da, Azərbaycanda sovet hökuməti qurulandan sonra – 1927-ci ildə proses tamamlanmış və 300 hektar sahə qurudulmuşdu.

1949-cu ildə Xəzər dənizində, sahildən 40 kilomert aralıda SSRİ-də açıq dənizdə ilk neft buruğu qazılır. Beləcə, polad dirəklər üzərində “Neft daşları” adlı şəhər yaranmağa başlayır. Amma sahildən dənizin içinə doğru kilometrlərlə uzanan estakadaların inşası həddindən artıq baha başa gəlirdi. Üstəlik, onları yalnız dayaz sularda qurmaq mümkün idi. O vaxtlar Xəzər dənizi SSRİ-dəki əsas neftçıxarma ərazisiydi (Qərbi Sibirdəki neft yataqları hələ kəşf olunmamışdı). Odur ki, dənizdə neftçıxarmanı intensivləşdirmək məsələsi aktuallaşmışdı. Nəticədə 1952-ci ildə Xəzər dənizinin qurudulması ideyası yaranır.

İvan Serov yazır: “Volqodondan sonra Abakumov (Viktor Semyonoviç Abakumov – sovet dövlət xadimi, general-polkovnik; 1946-1951-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi naziri olub, güllələnib) Ryasnoyu (Vasiliy Stepanoviç Ryasnoy – general-leytenant, SSRİ Daxili İşlər Nazirliyi İdarəsinin Moskva və Moskva vilayəti üzrə rəisi) öz yanına aparıb DTX-ya müavin təyin eləyəndə Sergey Yakovleviç Jukun (sovet hidrotexniki, mühəndis-texniki xidmətin general-mayoru) rəhbərlik etdiyi Hidrolayihəyə nəzarət mənə tapşırıldı. (1952-ci ildə Serov DİN-də nazir müavini idi, eyni zamanda Volqa-Don kanalının inşasına rəhbərlik edirdi).

Bir axşam Juk yanıma gəlib yoldaş Stalinin onu çağırdığını, Xəzər dənizinin xəritəsini də istədiyini söylədi. Cavabında “onda yaxşı bir xəritə hazırlayın və gedin, sonra da aldığınız göstərişlər barədə məlumat verin” dedim.

Juk gecə saat 2-də qayıdıb məruzə etdi: “Yoldaş Stalin dedi ki, Xəzər dənizini hansı müddətə qurutmağın mümkün olduğu ilə bağlı təkliflər və hesablamalar hazırlayın”.

Mən ona təəccüblə, o isə mənə son dərəcə ciddi baxırdı. Nəhayət, səsim özümə qayıtdı: “Bəs siz nə dediniz?” O, cavab verdi: “Dedim ki, bu, mümkündür, amma mən hesablayaram. Düzdür, iclasda yoldaş Mikoyan da çıxış etdi və “biz bütün dünyaya valyuta qarşılığında ixrac etdiyimiz qara kürüdən məhrum olacağıq” dedi. Ancaq Stalin Mikoyana sərt şəkildə “sən alverçi mövqeyindən düşünürsən, bizə neft lazımdır” söylədi. Eyni zamanda göstəriş verildi: Volqa qazax çöllərinə yönləndirilsin, Kür bəndlənsin, Xəzər dənizinə tökülən digər çaylar barədə də fikirləşin, elə edin ki, onlar dənizi doldurmasın. İki həftə vaxt verdi”.

Bu xəbərdən sonra mən ancaq bir şey deyə bildim: “Onda gedin, fikirləşin”. Ancaq bu ideya heç cür ağlıma sığışmırdı. Nə isə, yaşayıb görəcəyik.

Bir neçə gün əvvəl Juk yanıma gəldi və günorta Stalinin yanında olduğunu, Xəzər dənizi ilə bağlı fikirlərini bildirdiyini məruzə etdi. “Nə qərara gəldiniz?” – deyə soruşdum. Juk dedi: “Mən ehtimalları məruzə etdim. Xəzər dənizini qurudub Abşeronun neft olan boynunu boşaltmaq və neft daşlarına çıxmaq üçün Volqanın sularını Qazaxıstan çöllərinə paylamaq lazımdır. Bundan ötrü kanallar tikilməlidir. Ki, bu iş üçün 10 milyard dollar və 4-5 il tələb olunur. Eyni şeyi Ural çayında da eləmək lazımdır, amma onun sularını yönləndirəcək yer yoxdur. Terekin istiqamətini dəyişmək və çöllərin suvarılmasında istifadə etmək olar. Kür çayını bəndləmək mümkündür, amma bəndin inşası çox baha başa gələcək, bundan əlavə, zamanla nəhəng bir göl yaranacaq və münbit torpaqların böyük bir hissəsi su altında qalacaq. Əgər çayların istiqamətini uğurla dəyişsək belə, Xəzər dənizi yenə də yağıntılarla dolacaq, çünki güzgü sahəsi yüzlərlə kvadrat kilometrdir. Dənizdən suyun buxarlanması ildə cəmi 4 santimetr olacaq. Hətta dənizdən suyun çəkilməsini, üstəgəl buxarlanmanı təşkil etsək belə, bu şərtlərdə dəniz dibinin qurudulması 16-17 il çəkəcək. Yoldaş Stalin məni dinlədi və dedi: “Onda lazım deyil”. O, “qurudulsun” deyəndə hər kəs necə dəstəkləmişdisə, indi də eyni şəkildə dəstəklədi. Mənsə fikirləşdim ki, “allaha şükür, qurutmağa cəsarət eləmədilər”.

İki ildən sonra – 1954-cü ildə isə Xruşşovla Malenkovun şimal çaylarının Xəzər dənizinə yönlədirilməsi planı meydana çıxdı (ildə 60-65 kubmetr; müqayisə üçün – Dnepr çayının illik axarı 60 kub.km-dir). Əlavə suların yarısı Şimali Qazaxıstanda quraq çöllərin və yarımsəhraların irriqasiyasi üçün nəzərdə tutulurdu. Ancaq bu planı da reallaşdırmaq mümkün olmadı.

Росбалт

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021

Redaktorun seçimi

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Koronavirusdan sonra da qapalı məktəb

İctimai sektor barədə

Müharibə və qadın bədəni

Küçədə nə işiniz var?

İnsanı kiborqa çevirəcək texnologiya

Qadın dar ağacına gedirsə, tribunaya çıxmaq haqqı da olmalıdır

Başqa Əfqanıstan

Üzeyir bəyin qanını nə qaraldardı?

Bolşevizmin talançı mahiyyəti

Şəhid biznesi

Üç əsərin prizmasından ölkəmiz haqda

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

Məsud Aşina: “Gələcəyimizi qururuq”

Növbəti 5-10 ildə dinozavrlar geri dönə bilər

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

Söyüş və alçalan ləyaqət

Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu

Ac-yalavacların üsyanı

İntellektual bazarlıq

Seymur Baycana açıq məktub

Cənnət illüziyası, yoxsa İsveçrəsayağı kommunizm?

Feminizmin liberal zərurəti

Yalanımız silahımızdır

Vaqif Mustafazadə və jazz haqqında miflər

Allahsız kosmos

Tövbə qapısı

Uydurma talış problemi

Nemanzadənin od vurduğu pirin kəraməti

Stalin Xəzər dənizini niyə qurutmaq istəyirdi?

AzLogos AzLogos
., Sərbəst
16 Avqust 2020

1952-ci ildə Stalin Xəzərdə neftçıxarmanı intensivləşdirmək qərarına gəlir və bu məqsədlə Xəzər dənizini tamamilə qurutmaq fikrinə düşür. Onun planına əsasən, Volqanın suları Şimali Qazaxıstana axıdılmalı, Terek çayı Kalmıkiya çöllərinə yönləndirilməli, Kürün qarşısına isə bənd qoyulmalı idi. Həmin vaxt Xəzər dənizini hidroloqlar xilas edirlər. Onlar Stalinə izah eləyirlər ki, hətta bu plan həyata keçirilsə belə, hövzənin dibindəki atmosfer çöküntülərini çəkib çıxartmaq üçün yetərli qədər nasos tapmaq mümkün deyil.

Sovet İttifaqında çoxlu genişmiqyaslı layihələr hazırlanırdı. Ki, onların reallaşması baş tutsaydı, bu, təbiətdə və iqlimdə son dərəcə böyük dəyişikliklərə səbəb olardı. Məsələn, Qazaxıstanda və Orta Asiyada kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Sibir çaylarının cənuba yönləndirilməsi ilə bağlı planlar kifayət qədər məşhurdur. Ancaq 1952-ci ildə daha qlobal bir layihə – nefti daha rahat şəkildə çıxara bilmək üçün Xəzər dənizinin dibinin qurudulması ideyası nəzərdən keçirilirdi.

SSRİ neft sənayesinin o vaxtkı naziri Nikolay Baybakov 1990-cı ildə bu planı ötəri xatırlatmışdı. Amma DTK-nın (KQB) rəhbəri İvan Serovun 2016-cı ilə işıq üzü görmüş memuarlarında Stalinin planları haqqında ətraflı məlumat (“İvan Serov. Çamadandakı qeydlər”) verilib.

Gəlin, əvvəlcə sözügedən planın niyə və necə yarandığına nəzər salaq.

Əslində, Xəzər dənizinin fəthi ilə bağlı planlar orada neft çıxarılmağa başlayan kimi, yəni XIX əsrin sonlarından aktual idi. Məsələn, Bakıda Bibiheybət buxtası doldurulmuş, 1906-cı ildə isə qurutma üzrə layihələr üçün müsabiqə elan olunmuşdu. Hətta 1909-1912-ci illərdə daş bənd tikib, çəpərlənmiş sahəni torpaqla doldurmağa başlamışdılar. Vətəndaş müharibəsi bu işləri yarımçıq qoysa da, Azərbaycanda sovet hökuməti qurulandan sonra – 1927-ci ildə proses tamamlanmış və 300 hektar sahə qurudulmuşdu.

1949-cu ildə Xəzər dənizində, sahildən 40 kilomert aralıda SSRİ-də açıq dənizdə ilk neft buruğu qazılır. Beləcə, polad dirəklər üzərində “Neft daşları” adlı şəhər yaranmağa başlayır. Amma sahildən dənizin içinə doğru kilometrlərlə uzanan estakadaların inşası həddindən artıq baha başa gəlirdi. Üstəlik, onları yalnız dayaz sularda qurmaq mümkün idi. O vaxtlar Xəzər dənizi SSRİ-dəki əsas neftçıxarma ərazisiydi (Qərbi Sibirdəki neft yataqları hələ kəşf olunmamışdı). Odur ki, dənizdə neftçıxarmanı intensivləşdirmək məsələsi aktuallaşmışdı. Nəticədə 1952-ci ildə Xəzər dənizinin qurudulması ideyası yaranır.

İvan Serov yazır: “Volqodondan sonra Abakumov (Viktor Semyonoviç Abakumov – sovet dövlət xadimi, general-polkovnik; 1946-1951-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi naziri olub, güllələnib) Ryasnoyu (Vasiliy Stepanoviç Ryasnoy – general-leytenant, SSRİ Daxili İşlər Nazirliyi İdarəsinin Moskva və Moskva vilayəti üzrə rəisi) öz yanına aparıb DTX-ya müavin təyin eləyəndə Sergey Yakovleviç Jukun (sovet hidrotexniki, mühəndis-texniki xidmətin general-mayoru) rəhbərlik etdiyi Hidrolayihəyə nəzarət mənə tapşırıldı. (1952-ci ildə Serov DİN-də nazir müavini idi, eyni zamanda Volqa-Don kanalının inşasına rəhbərlik edirdi).

Bir axşam Juk yanıma gəlib yoldaş Stalinin onu çağırdığını, Xəzər dənizinin xəritəsini də istədiyini söylədi. Cavabında “onda yaxşı bir xəritə hazırlayın və gedin, sonra da aldığınız göstərişlər barədə məlumat verin” dedim.

Juk gecə saat 2-də qayıdıb məruzə etdi: “Yoldaş Stalin dedi ki, Xəzər dənizini hansı müddətə qurutmağın mümkün olduğu ilə bağlı təkliflər və hesablamalar hazırlayın”.

Mən ona təəccüblə, o isə mənə son dərəcə ciddi baxırdı. Nəhayət, səsim özümə qayıtdı: “Bəs siz nə dediniz?” O, cavab verdi: “Dedim ki, bu, mümkündür, amma mən hesablayaram. Düzdür, iclasda yoldaş Mikoyan da çıxış etdi və “biz bütün dünyaya valyuta qarşılığında ixrac etdiyimiz qara kürüdən məhrum olacağıq” dedi. Ancaq Stalin Mikoyana sərt şəkildə “sən alverçi mövqeyindən düşünürsən, bizə neft lazımdır” söylədi. Eyni zamanda göstəriş verildi: Volqa qazax çöllərinə yönləndirilsin, Kür bəndlənsin, Xəzər dənizinə tökülən digər çaylar barədə də fikirləşin, elə edin ki, onlar dənizi doldurmasın. İki həftə vaxt verdi”.

Bu xəbərdən sonra mən ancaq bir şey deyə bildim: “Onda gedin, fikirləşin”. Ancaq bu ideya heç cür ağlıma sığışmırdı. Nə isə, yaşayıb görəcəyik.

Bir neçə gün əvvəl Juk yanıma gəldi və günorta Stalinin yanında olduğunu, Xəzər dənizi ilə bağlı fikirlərini bildirdiyini məruzə etdi. “Nə qərara gəldiniz?” – deyə soruşdum. Juk dedi: “Mən ehtimalları məruzə etdim. Xəzər dənizini qurudub Abşeronun neft olan boynunu boşaltmaq və neft daşlarına çıxmaq üçün Volqanın sularını Qazaxıstan çöllərinə paylamaq lazımdır. Bundan ötrü kanallar tikilməlidir. Ki, bu iş üçün 10 milyard dollar və 4-5 il tələb olunur. Eyni şeyi Ural çayında da eləmək lazımdır, amma onun sularını yönləndirəcək yer yoxdur. Terekin istiqamətini dəyişmək və çöllərin suvarılmasında istifadə etmək olar. Kür çayını bəndləmək mümkündür, amma bəndin inşası çox baha başa gələcək, bundan əlavə, zamanla nəhəng bir göl yaranacaq və münbit torpaqların böyük bir hissəsi su altında qalacaq. Əgər çayların istiqamətini uğurla dəyişsək belə, Xəzər dənizi yenə də yağıntılarla dolacaq, çünki güzgü sahəsi yüzlərlə kvadrat kilometrdir. Dənizdən suyun buxarlanması ildə cəmi 4 santimetr olacaq. Hətta dənizdən suyun çəkilməsini, üstəgəl buxarlanmanı təşkil etsək belə, bu şərtlərdə dəniz dibinin qurudulması 16-17 il çəkəcək. Yoldaş Stalin məni dinlədi və dedi: “Onda lazım deyil”. O, “qurudulsun” deyəndə hər kəs necə dəstəkləmişdisə, indi də eyni şəkildə dəstəklədi. Mənsə fikirləşdim ki, “allaha şükür, qurutmağa cəsarət eləmədilər”.

İki ildən sonra – 1954-cü ildə isə Xruşşovla Malenkovun şimal çaylarının Xəzər dənizinə yönlədirilməsi planı meydana çıxdı (ildə 60-65 kubmetr; müqayisə üçün – Dnepr çayının illik axarı 60 kub.km-dir). Əlavə suların yarısı Şimali Qazaxıstanda quraq çöllərin və yarımsəhraların irriqasiyasi üçün nəzərdə tutulurdu. Ancaq bu planı da reallaşdırmaq mümkün olmadı.

Росбалт

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel