Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Söyüş nədir?

Orxan Zamanlı Orxan Zamanlı
., Sərbəst
21 May 2020

Söyüş insan psixikasının bünövrə komponentlerindən olan aqressiyanın ifadə formalarındandır. Dolayısıyla, səbəbi özü də daxil olmaqla, aqressiya doğura bilən istənilən akt ola bilər. Söyənin əsas məqsədi özünün psixi gərginlikdən azad olmasıdır (çünki psixika daim ‘0’ gərginliyə meyllidir). Çevrədə doğurduğu ilk təəssürat isə adətən əksinə olur. Beləliklə, söyüşün söyüləndə (obyekt, səbəbkar) yaratdığı təsir, müzakirə mövzusu kimi ikinci dərəcəlidir.

Söyüşün ünvanlandığı obyekt onun məqsədi yox, onu doğuran səbəbdi. Xalq arasında məşhur “söyüş qazanmaq” ifadəsi, bu məsələni daha anlaşılan edir. Bir sözlə, söyüş hadisəsinin günahkar/səbəbkarı adətən söyüləndir.

Amma hər kəs individual psixikaya sahib olduğundan bir aksiya, eyni reaksiyani doğurmaya bilər. Söyüş bu reaksiyalardan sadəcə biri və ən infantilidir. O, daha çox fantaziyadır, təxəyyüllə bağlıdır, reallıq sferasından uzaqdır. Fikir vermisinizsə əksər hərəkət bildirən söyüşlər, felin arzu şəklindədir. Təkcə buraxılmış “kaş” hissəciyini söyüşün əvvəlinə artırmaq lazımdır. Buna görə söyüş müdrik, sayğın, yetkin fərdlərə yaraşdırılmır. Çünki müdrik insanın reaksiyası fantaziya aləmində, arzularda deyil, realdadır.

Söyüşün doğurduğu reaksiya

Tək söyüş özü yox, ona reaksiyanın özü də həmin toplumun dəyərlər sisteminin məhsuludur. Eyni bir söyüş müxtəlif kütlələr üçün eyni intensivlikdə reaksiya doğurmur. Bu həmin kütlənin ən çox dəyər verdiyi anlamla bağlıdır. Bizdə bu klassifikasiyada ilk yerlərdə var-yox, yəni nəsil, tayfa dəyəri durur. İndivid hələ formalaşmadığı üçün birbaşa onun özünün təhqir olunması onda böyük gərginlik yaratmır, çünki o özünü “tayfa, ailə”dən ayrı təsəvvür eləmir. Ən böyük tənə də ona ailədən gələ bilər.

Hər bir fərdin “mən”inin formalaşması Edip kompleksini necə həll etməsi ilə bağlıdır. Bizim kimi dini və məişət adətlərində kişimərkəzçilik olan cəmiyyətlərdə individ atasının hakimiyyətinə tam tabe olmaq məcburiyyətində qaldığından onun müqavimət, mübarizə gücü zəifdir. Üstəlik xəyali kastrasiyanın praktiki icra forması olduğu söylənilən sünnət ritualının mövcudluğu, bu tabeliyi daha da sərtləşdirir və oğlan fərdlərin psixikasına müqavimət qorxusu yükləyir. Çünki psixi sferada sünnət, oğlan fərdlərin anasına qarşı keçirdiyi seksual meylə qarşı cəza tədbiri kimi qəbul olunur.

Cəmiyyətdə geniş yayılmış ataya kişi deyə müraciət edilməsi oğlan uşaqlarının atalarına Edip’dəki məğlubiyyətinin işarəsi, atanın kişiliyinin – dominantlığının qəbuludur. Müdafiə reaksiyası kimi oğlan uşaqları ananı müqəddəsləşdirir, yəni anaya və daha sonra ailədəki bütün qadın fərdlərə qarşı seksual meyli tamamilə basdırır, inkar edir. Bu tendensiya daha sonrakı yaşlarda da üzə çıxır, məktəbdə sinif, universitetdə qrup yoldaşlarına qarşı tətbiq olunur. Ailədəki (sinifdəki, qrupdakı) qadınlara olan seksual meylin tamamilə şüurdan sıxışdırılıb çıxarılması, şüuraltıda əslində bu qadınların həddən artıq erotik yüklənməsinə gətirib çıxarır.

Daha aydın ifadə etsək, fərd yaxın qadınlara qarşı seksual meyllərini inkar etdiyindən, başqasının da bu meyllərini inkar edir və onları cəzalandırır. Çünki kənardan o fərdin “qrupuna” daxil olan qadınlara qarşı hər hansı seksual kontekstli davranış həmin fərdin vaxtilə basdırdığı erotik meylləri “yada salır”. Fərd isə bir dəfə bu meyllərə görə “cəzalanıb – kastrasiya olunub” və hər növbəti belə xatırlatma yenidən kastrasiya təhlükəsi kimi qəbul olunduğundan, fərd tərəfindən cəzalandırılır. Adətən klassik fallik simvolika ilə (bıçaq, silah). Ayrıca götürülmüş cəmiyyətlərdə bu davranışın ardından gələn həbs isə, fərddə təmizlənmə hissi kimi qəbul olunur – qanun (ata) qarşısında özünün anaya qarşı seksual meylinin inkarının sübutu.

Bu təsvir ailənin qadın üzvlərinin niyə bu qədər tabulaşdırıldığını göstərir. Sonradan Super Ego/ata, cəmiyyət, mentalitet, ictimai fikir tərəfindən şüuraltına sıxışdırılmış bu seksual meyllər yalnız başqasının ailəsinin qadın nümayəndələrinə yönəlmiş söyüşlərdə məhz arzu formasında üzə çıxır. Yalnız bu yolla fərd sözügedən meylləri bir növ “boynuna alır”, ancaq söyüş pərdəsi altında və üstəlik başqa ailəyə yönəldilmiş şəkildə.

Maraqlıdır ki, adətən bir-birinə ‘yaxın’ kişi fərdlər arasında ailənin kişi fərdlərinin bəzilərinə (adətən ataya, babaya) və qadın fərdlərdən nənəyə (bu çox vaxt atanın anası olur – ana xətti bir neçə nəsil „mühafizə“ olunur) qarşı ‘söyüş-zarafatlar’ işlədilir. Bu söyüşlər qarşı tərəfdə müvafiq zarafat-söyüşdən başqa heç bir aqressiyaya səbəb olmur və hətta əksinə bu bir növ boşalma, rahatlaşma, illərdir bu fərdi yoran psixi gərginlikdən azad olma (bəlkə də atadan tək mümkün simvolik qisas) ritualı kimi həyata keçirilir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Sosial şəbəkələr tərəfdirmi?

II Qarabağ müharibəsi: məhv olan klişelər, dəyişən paradiqmalar, tektonik proseslər

Ölü evdən qeydlər

Herbert Wells: İbtidai düşüncə (sonu)

Tesla-dan yeni, inqilabi ötürücü

Onların həqiqi siması

Dil inqilabı

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

Abidələr və Xarabalıqlar

Maqomayevi necə öldürdülər

Azərbaycanda anarxizm hərəkatı

İki od arasında qalan “Neftçi”

Biz nəyə görə ağlayırıq?

QHT-lər və mədəni diplomatiya

Tamaşa var, çörək yoxdu

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

Avtoritar Kapitalizm?

Bakının qalmaqallı nəqliyyat idarəçiliyi

Əbədi siyasi məhbusluq

Penis və qəhrəman

Azərbaycan iqtisadiyyatı 1996-cı ildə

Milliləşdirəbildiklərimizdənsinizmi?

Diktator olmağın üstünlükləri: Kitabınız mütləq bestsellerə çevriləcək

Seymur Baycan – “Mənim mübarizəm-6”

Seks intizarı haqqında

Landşaft memarlığı? O nədir?

Fuad İbrahimovun Varşava zəfəri

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Qurbanlıq qoyunun gey çıxması

Söyüş nədir?

Orxan Zamanlı Orxan Zamanlı
., Sərbəst
21 May 2020

Söyüş insan psixikasının bünövrə komponentlerindən olan aqressiyanın ifadə formalarındandır. Dolayısıyla, səbəbi özü də daxil olmaqla, aqressiya doğura bilən istənilən akt ola bilər. Söyənin əsas məqsədi özünün psixi gərginlikdən azad olmasıdır (çünki psixika daim ‘0’ gərginliyə meyllidir). Çevrədə doğurduğu ilk təəssürat isə adətən əksinə olur. Beləliklə, söyüşün söyüləndə (obyekt, səbəbkar) yaratdığı təsir, müzakirə mövzusu kimi ikinci dərəcəlidir.

Söyüşün ünvanlandığı obyekt onun məqsədi yox, onu doğuran səbəbdi. Xalq arasında məşhur “söyüş qazanmaq” ifadəsi, bu məsələni daha anlaşılan edir. Bir sözlə, söyüş hadisəsinin günahkar/səbəbkarı adətən söyüləndir.

Amma hər kəs individual psixikaya sahib olduğundan bir aksiya, eyni reaksiyani doğurmaya bilər. Söyüş bu reaksiyalardan sadəcə biri və ən infantilidir. O, daha çox fantaziyadır, təxəyyüllə bağlıdır, reallıq sferasından uzaqdır. Fikir vermisinizsə əksər hərəkət bildirən söyüşlər, felin arzu şəklindədir. Təkcə buraxılmış “kaş” hissəciyini söyüşün əvvəlinə artırmaq lazımdır. Buna görə söyüş müdrik, sayğın, yetkin fərdlərə yaraşdırılmır. Çünki müdrik insanın reaksiyası fantaziya aləmində, arzularda deyil, realdadır.

Söyüşün doğurduğu reaksiya

Tək söyüş özü yox, ona reaksiyanın özü də həmin toplumun dəyərlər sisteminin məhsuludur. Eyni bir söyüş müxtəlif kütlələr üçün eyni intensivlikdə reaksiya doğurmur. Bu həmin kütlənin ən çox dəyər verdiyi anlamla bağlıdır. Bizdə bu klassifikasiyada ilk yerlərdə var-yox, yəni nəsil, tayfa dəyəri durur. İndivid hələ formalaşmadığı üçün birbaşa onun özünün təhqir olunması onda böyük gərginlik yaratmır, çünki o özünü “tayfa, ailə”dən ayrı təsəvvür eləmir. Ən böyük tənə də ona ailədən gələ bilər.

Hər bir fərdin “mən”inin formalaşması Edip kompleksini necə həll etməsi ilə bağlıdır. Bizim kimi dini və məişət adətlərində kişimərkəzçilik olan cəmiyyətlərdə individ atasının hakimiyyətinə tam tabe olmaq məcburiyyətində qaldığından onun müqavimət, mübarizə gücü zəifdir. Üstəlik xəyali kastrasiyanın praktiki icra forması olduğu söylənilən sünnət ritualının mövcudluğu, bu tabeliyi daha da sərtləşdirir və oğlan fərdlərin psixikasına müqavimət qorxusu yükləyir. Çünki psixi sferada sünnət, oğlan fərdlərin anasına qarşı keçirdiyi seksual meylə qarşı cəza tədbiri kimi qəbul olunur.

Cəmiyyətdə geniş yayılmış ataya kişi deyə müraciət edilməsi oğlan uşaqlarının atalarına Edip’dəki məğlubiyyətinin işarəsi, atanın kişiliyinin – dominantlığının qəbuludur. Müdafiə reaksiyası kimi oğlan uşaqları ananı müqəddəsləşdirir, yəni anaya və daha sonra ailədəki bütün qadın fərdlərə qarşı seksual meyli tamamilə basdırır, inkar edir. Bu tendensiya daha sonrakı yaşlarda da üzə çıxır, məktəbdə sinif, universitetdə qrup yoldaşlarına qarşı tətbiq olunur. Ailədəki (sinifdəki, qrupdakı) qadınlara olan seksual meylin tamamilə şüurdan sıxışdırılıb çıxarılması, şüuraltıda əslində bu qadınların həddən artıq erotik yüklənməsinə gətirib çıxarır.

Daha aydın ifadə etsək, fərd yaxın qadınlara qarşı seksual meyllərini inkar etdiyindən, başqasının da bu meyllərini inkar edir və onları cəzalandırır. Çünki kənardan o fərdin “qrupuna” daxil olan qadınlara qarşı hər hansı seksual kontekstli davranış həmin fərdin vaxtilə basdırdığı erotik meylləri “yada salır”. Fərd isə bir dəfə bu meyllərə görə “cəzalanıb – kastrasiya olunub” və hər növbəti belə xatırlatma yenidən kastrasiya təhlükəsi kimi qəbul olunduğundan, fərd tərəfindən cəzalandırılır. Adətən klassik fallik simvolika ilə (bıçaq, silah). Ayrıca götürülmüş cəmiyyətlərdə bu davranışın ardından gələn həbs isə, fərddə təmizlənmə hissi kimi qəbul olunur – qanun (ata) qarşısında özünün anaya qarşı seksual meylinin inkarının sübutu.

Bu təsvir ailənin qadın üzvlərinin niyə bu qədər tabulaşdırıldığını göstərir. Sonradan Super Ego/ata, cəmiyyət, mentalitet, ictimai fikir tərəfindən şüuraltına sıxışdırılmış bu seksual meyllər yalnız başqasının ailəsinin qadın nümayəndələrinə yönəlmiş söyüşlərdə məhz arzu formasında üzə çıxır. Yalnız bu yolla fərd sözügedən meylləri bir növ “boynuna alır”, ancaq söyüş pərdəsi altında və üstəlik başqa ailəyə yönəldilmiş şəkildə.

Maraqlıdır ki, adətən bir-birinə ‘yaxın’ kişi fərdlər arasında ailənin kişi fərdlərinin bəzilərinə (adətən ataya, babaya) və qadın fərdlərdən nənəyə (bu çox vaxt atanın anası olur – ana xətti bir neçə nəsil „mühafizə“ olunur) qarşı ‘söyüş-zarafatlar’ işlədilir. Bu söyüşlər qarşı tərəfdə müvafiq zarafat-söyüşdən başqa heç bir aqressiyaya səbəb olmur və hətta əksinə bu bir növ boşalma, rahatlaşma, illərdir bu fərdi yoran psixi gərginlikdən azad olma (bəlkə də atadan tək mümkün simvolik qisas) ritualı kimi həyata keçirilir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel