bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Siyasət – mümkün ola biləcəklərin sənəti

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
10 Fevral 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Refer1469624438
Paylaş

Dünən növbəti bir mərhələni adladıq, iki aydan bəri çəkən seçki prosesi yekunlaşdı

Böyük sürprizlərlə üzləşmədik, hər zaman gördüyümüz və baş qəhrəmanı “müəllimələr” olan səhnələr təkrar olundu, zatən bunların artıq 30 ildir ki, şahidiyik. Hazırda cəmiyyətdə, xüsusilə gənclikdə dərin bir xəyal qırıqlığı var, bu məyusluğu açıqca sezmək olur. Deyə bilmərəm ki, mənə dünənki hadisələr çox dərindən təsir etdi, çünki öyrəncəliyik artıq.

Amma bu atmosferi müşahidə edəndə xəyal məni 30 il əvvələ – 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetlərinə seçkilər zamanına apardı. O zaman qanlı 20 yanvardan sonra ilk dəfə belə bir seçki elan edilmişdi və həmin dövrün gəncliyi baş vermiş dəhşətlərə baxmayaraq böyük ümidlərlə yaşayırdı. Təbii ki, heç bir qeyri-adi nəsə baş vermədi, lazım olanlar “seçildi” – müəllimələr onda da aktiv idi, əbədi personajlardır əslində bunlar. Amma insafən qeyd etmək gərəkdir ki, o zamanın siyasi konyunkturuna uyğun parlamentə Xalq Cəbhəsinin bəzi nümayəndələri də buraxıldı, bir neçə “müstəqil” namizəd də keç(iril)di, xatırladım ki, o zaman seçilənlər arasında 340 nömrəli Nehrəm seçki dairəsindən ümimittifaq miqyaslı pensiyaçı, keçmiş Politbüro üzvü Heydər Əliyev də Azərbaycan SSR Xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçilmişdi.

1991-ci il parlamentinə seçilmiş insanlar sonradan ölkə tarixində önəmli rollar alacaqdılar, 1990-cı il seçkilərinin necə keçməsindən asılı olmayaraq.

Həmin parlamentin ilk sessiyası 1991-ci ilin 9 fevralında açılmış və “demokratik” fraksiyanın deputatları tərəfindən Ali Sovetin zalı etiraz olaraq tərk edilmişdi. Parlamentin başlıca hissəsi “kommunistlər” idi (onlar hələ öz məşum rollarını 1993-cü ilin yayında oynayacaqdılar) və bu fakt hər hansı bir dəyişikliklərə, hətta azacıq reformalara belə “demokratik” fraksiyanın üzvləri üçün heç bir şans tanımırdı. Nəticədə həmin ilin martın 8-də SSRİ-nin mövcud olub-olmayacağı haqdakı ümumittifaq referendumuna qoşulmaq qərarı məhz bu Ali Sovetdə qəbul edildi və martın 17-də həmin referendum müsbət nəticə ilə keçirildi. Həmin referendum Orta Asiya ölkələrindən başqa az qala bütün İttifaq respublikaları tərəfindən boykot edilmişdi. İndi bunları xatırlamaq belə gülməlidir, əlbəttə.

O dövrdə Mütəllibov iqtidarı kifayət qədər güclənmişdi, ölkədə və Qarabağda belə prosesləri qismən də olsa kontrol edə bilirdi, belə ki, mərkəzi hakimiyyətlə anlaşmasına görə 1991-ci ilin baharında onun komandası keçmiş Şaumyan rayonunda pasport yoxlanışına başladı. O zaman OMON və başqa qüvvələrin iştirakı ilə silahlı erməni quldur dəstələri bölgədən çıxarıldı və məhv edildi, Bakı-Şuşa yolu da həmin dövrdə artıq tam açıq idi və bu tədbirlər sayəsində təbii ki, Mütəllibov və onun komandasının nüfuzu respublikada kifayət qədər yüksək idi. Lakin kimsə gələcəyi proqnozlaşdıra bilməz, elə həmin 1991-ci ilin yayında geosiyasi vəziyyət qəflətən tamamilə dəyişdi, dünyanın 1/6-da birini əhatə edən nüvə silahlı imperiya bircə anın içində süqut etdi, bununla bağlı kəskin siyasi səhvlərə yol vermiş Mütəllibovun vəziyyəti kəskin pisləşdi, işlək komandası isə noyabrın 20-də helikopter qəzasında faktiki məhv edildi. 1992-ci ildə o iqtidardan getməyə məcbur oldu, bütün bunları cəmi 1 il öncə kimsə ehtimal görə bilməzdi.

Bütün bunları sadəcə xatırlamaq üçün yazmadım, bunlar bizim hamımız üçün tarixi dərslərdir. Həmin dövrdə bizim gənclik çox ağır bir xəyal qırıqlığı və milli təhqir hissi keçirmişdi, çünki respublikanın o zamankı rəhbərliyi SSRİ-nin proqressiv ölkələrində (Baltikyanı ölkələr, Ukrayna, Moldova və Gürcüstan) gedən prosesləri iqnor edir, müstəqilliyin əldə olunması üçün taleyin bəxş etdiyi nadir tarixi fürsətdən istifadə cəsarəti göstərmirdi. Hər zaman radikal olan gənclik isə bizə olmazın həqarəti etmiş İttifaqın dağılacağının arzusu ilə alışıb-yanır və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı.

SSRİ-nin saxlanılması üçün təşkil edilən həmin 1991-ci il 17 mart referendumunda mən müşahidəçi qismində iştirak etmişdim, 46 N-li məktəbin müəlliməsi üstümüzə bu günlərdə gördüyünüz videolardakı tək hücum edirdi, polis də çağırmışdılar, icra hakimiyyətinin nümayəndəsi, tipik “qamsamol” obrazlı qalstuklu bir heyvərə də bizi tutduracağını söyləmişdi. Lakin baş verəcəklərin önündə heç bir referendum dura bilməzdi, elə həmin ilin dekabrında artıq başqa bir referendum təşkil edildi – Azərbaycanın müstəqilliyi haqda. Təbii ki, burada da ən yüksək nəticələr əldə edildi, həmin hadisələrin 25 illiyində bu haqda bir zamanlar Казус всенародной противоположности adlı yazı yazmışdım.

İndi parlament seçkiləri nə qədər ağır bir məyusluğa gətirsə də bunun hansısa bir “son nəticə”, “finita la commedia” kimi pafoslu fikirlərlə qəbul etmək şəxsən mənə sadəlöhvlük kimi gəlir. Bu böyük bir prosesin növbəti halqası idi və nəsə çox qeyri-adi nəticələr gözləmək, ən adi optikadan kənar olmaqdır. Əlbəttə ki, hamımız ümumi sistemin qismən liberallaşması həsrətində idik, insan hər zaman ümidli olur, lakin təəssüf ki, reallıq hissini, özü də siyasətdə heç zaman itirmək olmaz, yoxsa dərin xəyal qırıqlığı qaçınılmazdır.

İndi həmin xəyal qırıqlığından çıxış edən insanların seçkini qazanmış Erkin Qədirliyə də “imtina etsin”, “prinsipsizlikdir bu”, “o siyasətçi deyil” kimi iddialar və absurd iradlar irəli sürməsi də olduqca banal yanaşmanın məhsuludur. Hazırkı mövcud şərtlərdə Erkin kimi insanların parlamentdə ən azından onu seçmiş insanları təmsil etməsi; fikir və düşüncələrini daha geniş arealda açıqlaya bilməsi çox vacibdir.

“Politik ist die Kunst des Möglichen“ (Siyasət mümkün ola biləcəklərin sənətidir) – bu sözlər dahi siyasət adamı Otto von Bismarcka məxsusdur və hazırda da aktuallığını saxlamaqdadır. Yola davam!

P.S. Dostlardan biri mənə yazmışdı ki, “başa düşürəm və reallığı da anlayıram, amma axı bizdə 100 il bundan öncə ADR olub, o zaman belə respublika yarada biləcək potensialımız olubsa, indi nədən edə bilmirik? Məni mənən məhv edən də məhz bu səbəbdir – tarixi anlamda geri getməyimiz.”

Cavabı bura yazıram – əsla doğru təsbit deyil, çünki ADR-in yaranmasında qurucu atalarımızın rolu nə qədər önəmli olsa da, o böyük geosiyasi kolliziyaların birbaşa nəticəsi idi. O da bir reallıqdır ki, həmin dövrdə gürcüləri almanlar təhrik etməsəydi, onlar Transqafqaz Seymindən ayrılmağa əsla cürət etməzdilər, üç ayrıca respublika da yaranmazdı. Azərbaycan öz geosiyasi məkanına görə daima üç qüdrətli imperiyanın üçbucağında olub və bu onun mövcudluğu üçün əsla sadə tale deyil.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör