Azlogos
  • Kimlər var
  • Bizi tanı

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seçkidən başqa hər şey

Tural Şaxtaxtinski Tural Şaxtaxtinski
Mövqe
15 Fevral 2020

Parlament seçkilərinin saxtalaşdırılmayacağına inanan olubsa, əvvəl onlara dərin hüznlə başsağlı verirəm. Onları buna inandıran və ümidləndirən nə olub, bilmirəm. Özlərinin də bildiyini düşünmürəm. Amma bundan daha maraqlı mövzular var.

Seçki söz-söhbətində bir söz yenə ortalıqda uçuşurdu: “Vicdan”. Hər gələn bir dəfə deyir ki, vicdanın olsun belə etmə, elə etmə.

Bir vaxt mən də Azərbaycandakı hadisələr və səbəbləri haqqında danışanda tez-tez “vicdan” sözünü işlədirdim. İndi özümə baxıb deyirəm, insan nə qədər bekar olar ki, bu sözlə təsəlli tapa və ya bu sözlə nəyinsə düzəlməsinə ümidli ola. Azərbaycan elə bir yerdir ki, ora ilə bağlı konkret bir düşüncə formalaşdırmaq, nəyin necə olduğunu demək, çıxış yolu təklif etmək mümkün deyil. Bir şeyə ümid edib, sonra ümid etdiyin şeyi özünə qarğış kimi görə bilərsən. Məsələn, illər əvvəl ölkədə olan klassik müxalifətin hakimiyyətə gəlməsinə ümid etmək, indi özünə qarğış tökmək kimi bir şeydir.

Bu baş verənlərin vicdanla, siyasətlə, siyasətdə vicdanın rolu ilə heç bir əlaqəsi yoxdur. Bu xalis öz məhsulumuzdur. Adı da heç kimə məlum deyil.

Amma seçkidə gördüklərimizin “saxtakarlıq” yox “müstəsna həyasızlıq” adlandırılması daha yerində olar. Bütün qayda pozuntularının qeydə alındığı kadrlara təkrar-təkrar baxın nə dediyimi aydın anlayacaqsınız.

Bunları götür-qoy edəndə aydın olur ki, Azərbaycan üçün azad seçki anlayışı da o qədər əhəmiyyətli deyil. Bu seçkidə gördüklərimiz saxtakarlıq deyil. Beş il, on il, on beş əvvəl nə olubsa odur, amma adını saxtakarlıq qoymaq hadisələri yüngülləşdirər.

İllər keçdikcə seçkilərin mənzərəsi dəyişir. Məsələn, əvvəllər seçki müxalifətin və hakimiyyətin əlində qalıb boğulurdu. İndi seçkiyə yeni nəfəs verən, fərqli yanaşan və nisbətən lazım olanları etməyə cəhd edən müstəqil gənclər var. Hətta bəzən daha artığını edirlər. İllərlə yaranmış boşluğu tez zamanda doldurmağa çalışırlar. Bu gənclərin namizədliyi və onlara dəstək olan müşahidəçilərin fəallığı bizə mənzərəni daha açıq, daha aydın göstərdi. Bu, gənclər bizə yenidən subut etdi ki, Azərbaycanda seçkinin müxalifətlə, müxalifətin birləşib-ayrılması, küsüb-barışması, saz götürüb dastan oxuması ilə yaxşı hala gəlməsi mümkün deyil.

Adını “seçki saxtalaşdırılması” qoyduğumuz hadisələr əslində sekçidən başqa hər şeyin saxtalaşdırılmasıdır. Eyni insanlara azad seçki şansı verilsə, yenə seçkiyə dırnaqarası yanaşacaqlar. Cəmiyyət hələ də seçkinin tam olaraq nə olduğunu dərk etmir. Bir neçə il əvvəl bir hissəsi dərk edirdisə, o insanları da peşman etdilər. Elə seçkidən narazı qalan, seçkini boykot edən ya da seçkiyə qoşulub hər dəfə etdiyi səhvi təkrarlayan müxalifət də bu peşmanlığa səbəb olub.

Əgər belə davam edərsə seçkiyə heç bir müdaxilə olmasa da Azərbaycanda seçki normal olmayacaq. Çünki bunun üçün heç kim ciddi addım atmayıb. İnsanlara seçkinin tam olaraq nə olduğunu izah etmək üçün ən azı beş il zaman lazımdır. Yoxsa seçkiqabağı aparılan təbliğatla nəticə əldə etmək olmaz. Bu baxımdan ölkə müxalifəti il boyu əli cibində gəzib seçkiyə iki ay qalmış nəsə edir, onda da əsəbləşir ki, niyə vicdansızlıq edib seçki saxtalaşdırırsınız.

İnsanlar təkcə tapşırıqla seçkinin saxtalaşmasında iştirak etmirlər. Onlar üçün açığı heç seçki yoxdur ortada. Nə əmr verilir, onu da edirlər. Seçki ilə bağlı heç bir məsuliyyət hissi yoxdur. Məntəqələrdə sehirbazlıq edənlər üçün yeri gəlsə seçki vaxtı sabah gedəcəyi toyun, alacağı cehizin, qudalar mahnısının, novruz üçün qoyacağı səməninin, qonşudan-qohumdan edəcəyi qeybətin, axşam evə gedib bişirəcəyi və ya yeyəcəyi yeməyin və s. məsuliyyəti daha çoxdur, amma seçki bir günlük məcburi bir məşğuliyyətdir. Tək seçki qutusunun başına oyun açan, saxta səs yazmaq üçün ölü dirildən və bütün bu etdiklərinə baxmayaraq yenə özünü müdafiə edən adamlar yox, elə seçkiyə gəlməyənlər üçün də bu belədir. Topa bülleten atan insanların təkidlə etdiyi işi müdafiə etməsinin səbəbi budur. O nə etdiyini bilmir və bu insan tipinə ən son çatacaq şeydir içtimai-siyasi dünyagörüşü, içtimai əxlaq, məsuliyyət, siyasət, seçki və s. Bununla bağlı bir xatirəm var, yeri gəlib, bölüşüm.

2015-ci ildə parlament seçkilərində müşahidəçi idim. Mənimlə bərabər məntəqədə 3-4 müstəqil müşahidəçi var idi. Qalan hamısı məktəbin müəllimləri idi. Mənimlə eyni sırada beş-altı nəfər oturmuşdu. Ortalarında qalmışdım. Nədən danışırdılar eşidirdim. Başqa müşahidəçilər üç məntəqə arası gəzişirdilər. Yanımda olanlar səhər açılandan ilan dərisinin, ayı piyinin xeyirlərindən, qarğıdalı saçağı ilə falçının adam yumasından filan danışırdılar. Ən maraqlısı qarğıdalı saçağı ilə falçının çimizdirməsi idi.

Heç vaxt ağlıma gəlməyən söhbətlər eşitdim. Biz karusel, topa bülleten atma halı olanda etiraz edirdik. Səs-küyümüz bayıra çıxırdı. Hər dəfə yanımda olanlar dərin nəsəf alıb, gözlərini özlərinə məxsuz çevirirdilər. Qulağım eşidə-eşidə mənə lağlağı ayamalar qoşurdular. Biri dedi bu çalmabaşı kim qoşub bura. Amma insafən üzümə nəsə demirdilər. Çox keçmədi səbrləri daşdı, yanımda oturan qıza söz atdılar ki, bunu görən kim alacaq? İki dəqiqədən bir yeməyə dəvət edən bir kişi var idi. Axırda gəlib qulağıma dedi, cavan oğlansan yeməyinə-içməyinə fikir ver.

Bu insanlara bir-iki kəlimə sözlə, təhqirlə, vicdanın olsun deməklə izah etmək olmaz ki üç-dörd yüz manata görə seçki saxtalaşdırmazlar. Ona ən ağır təhqiri də yağdırsan, onun öz sabahı var, öz həqiqəti var.

Özünü ölkənin ana müxalifəti adlandıran bir partiya həvəslə seçkini boykot etdi. Ad da qoydu ki, seçki saxtalaşdırılacaq onsuz da, mənə nə? Mən qarışmıram. Özləri demiş, “biz bu oyunda oynamırıq”. Sanki ciddi seçki olsa bunlar xalqa işıq tutacaq, seçki öyrədəcək. Otuz ildə bu xalqla hansı biriniz üz-üzə gəlib, nə düşündüyünü, nə istədiyini soruşmusunuz. Seçkinin mahiyyətini və ya varlığını, nə üçün lazım olduğunu seçkiqabağı təbliğat zamanı vədlər verməklə izah etmisiniz. Bəziləriniz heç yığdığınız səsi qorumamısınız.

Bir daha deyirəm, Azərbaycanda normal seçki olması üçün hətta azad seçki olacaqsa, ən azı beş il bunun haqqında maariflənmə aparılmalıdır.

İki gün əvvəl seçkinin nəticələri ilə bağlı etiraz aksiyasi edən gənclərin və onlara dəstək olanların döyülüb zorla avtobusa doldurulması bir daha göstərdi ki, islahat var, amma onun Azərbaycanda olan mövcud problemlərlə heç bir əlaqəsi yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

3992d16e67a7
Mövqe

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

26 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021

Redaktorun seçimi

Bayağı tarix haqda esse

“Washington Post” və çöl donuzları

Mir Cəfər Bağırova sui-qəsd işi

Bərabərsizlik eyforiyası

Emil Quliyev: “Ora qədər böyüməmişəm”

E-Səhiyyə: rəqəmsallaşmağa hazırsınız?

İmitasiya və ya Industry 4.0-ün tələbləri

XXI əsrdə solun yeni üzü: Akselerasionizm

Virusun dözülməz statistikası

190 manatlıq sədəqə

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

Azərbaycanlılar “ikinci sort” kimi

Koronavirus günlərinin kinosu

“Müəmma dövrü”, yoxsa qaydasız döyüş?

Qorxaqlığımız genetikdir?

Penisimə baxmalısan

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Qurbanlıq qoyunun gey çıxması

Avropa və biz

2020. Dəyişmə zamanı.

Millilik ya bəşərilik – Kosmopolitanizmin tənqidi

Millət nədir?

Azərbaycan kürdləri

Yad gözü ilə Azərbaycan

Allah olmaq çətindir

Həddən çox penis

Çibanian, bu andan

“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

Aydınlanma tariximizin sui-qəsdləri – 2

Bizim ağsaqqallar

Seçkidən başqa hər şey

Tural Şaxtaxtinski Tural Şaxtaxtinski
Mövqe
15 Fevral 2020

Parlament seçkilərinin saxtalaşdırılmayacağına inanan olubsa, əvvəl onlara dərin hüznlə başsağlı verirəm. Onları buna inandıran və ümidləndirən nə olub, bilmirəm. Özlərinin də bildiyini düşünmürəm. Amma bundan daha maraqlı mövzular var.

Seçki söz-söhbətində bir söz yenə ortalıqda uçuşurdu: “Vicdan”. Hər gələn bir dəfə deyir ki, vicdanın olsun belə etmə, elə etmə.

Bir vaxt mən də Azərbaycandakı hadisələr və səbəbləri haqqında danışanda tez-tez “vicdan” sözünü işlədirdim. İndi özümə baxıb deyirəm, insan nə qədər bekar olar ki, bu sözlə təsəlli tapa və ya bu sözlə nəyinsə düzəlməsinə ümidli ola. Azərbaycan elə bir yerdir ki, ora ilə bağlı konkret bir düşüncə formalaşdırmaq, nəyin necə olduğunu demək, çıxış yolu təklif etmək mümkün deyil. Bir şeyə ümid edib, sonra ümid etdiyin şeyi özünə qarğış kimi görə bilərsən. Məsələn, illər əvvəl ölkədə olan klassik müxalifətin hakimiyyətə gəlməsinə ümid etmək, indi özünə qarğış tökmək kimi bir şeydir.

Bu baş verənlərin vicdanla, siyasətlə, siyasətdə vicdanın rolu ilə heç bir əlaqəsi yoxdur. Bu xalis öz məhsulumuzdur. Adı da heç kimə məlum deyil.

Amma seçkidə gördüklərimizin “saxtakarlıq” yox “müstəsna həyasızlıq” adlandırılması daha yerində olar. Bütün qayda pozuntularının qeydə alındığı kadrlara təkrar-təkrar baxın nə dediyimi aydın anlayacaqsınız.

Bunları götür-qoy edəndə aydın olur ki, Azərbaycan üçün azad seçki anlayışı da o qədər əhəmiyyətli deyil. Bu seçkidə gördüklərimiz saxtakarlıq deyil. Beş il, on il, on beş əvvəl nə olubsa odur, amma adını saxtakarlıq qoymaq hadisələri yüngülləşdirər.

İllər keçdikcə seçkilərin mənzərəsi dəyişir. Məsələn, əvvəllər seçki müxalifətin və hakimiyyətin əlində qalıb boğulurdu. İndi seçkiyə yeni nəfəs verən, fərqli yanaşan və nisbətən lazım olanları etməyə cəhd edən müstəqil gənclər var. Hətta bəzən daha artığını edirlər. İllərlə yaranmış boşluğu tez zamanda doldurmağa çalışırlar. Bu gənclərin namizədliyi və onlara dəstək olan müşahidəçilərin fəallığı bizə mənzərəni daha açıq, daha aydın göstərdi. Bu, gənclər bizə yenidən subut etdi ki, Azərbaycanda seçkinin müxalifətlə, müxalifətin birləşib-ayrılması, küsüb-barışması, saz götürüb dastan oxuması ilə yaxşı hala gəlməsi mümkün deyil.

Adını “seçki saxtalaşdırılması” qoyduğumuz hadisələr əslində sekçidən başqa hər şeyin saxtalaşdırılmasıdır. Eyni insanlara azad seçki şansı verilsə, yenə seçkiyə dırnaqarası yanaşacaqlar. Cəmiyyət hələ də seçkinin tam olaraq nə olduğunu dərk etmir. Bir neçə il əvvəl bir hissəsi dərk edirdisə, o insanları da peşman etdilər. Elə seçkidən narazı qalan, seçkini boykot edən ya da seçkiyə qoşulub hər dəfə etdiyi səhvi təkrarlayan müxalifət də bu peşmanlığa səbəb olub.

Əgər belə davam edərsə seçkiyə heç bir müdaxilə olmasa da Azərbaycanda seçki normal olmayacaq. Çünki bunun üçün heç kim ciddi addım atmayıb. İnsanlara seçkinin tam olaraq nə olduğunu izah etmək üçün ən azı beş il zaman lazımdır. Yoxsa seçkiqabağı aparılan təbliğatla nəticə əldə etmək olmaz. Bu baxımdan ölkə müxalifəti il boyu əli cibində gəzib seçkiyə iki ay qalmış nəsə edir, onda da əsəbləşir ki, niyə vicdansızlıq edib seçki saxtalaşdırırsınız.

İnsanlar təkcə tapşırıqla seçkinin saxtalaşmasında iştirak etmirlər. Onlar üçün açığı heç seçki yoxdur ortada. Nə əmr verilir, onu da edirlər. Seçki ilə bağlı heç bir məsuliyyət hissi yoxdur. Məntəqələrdə sehirbazlıq edənlər üçün yeri gəlsə seçki vaxtı sabah gedəcəyi toyun, alacağı cehizin, qudalar mahnısının, novruz üçün qoyacağı səməninin, qonşudan-qohumdan edəcəyi qeybətin, axşam evə gedib bişirəcəyi və ya yeyəcəyi yeməyin və s. məsuliyyəti daha çoxdur, amma seçki bir günlük məcburi bir məşğuliyyətdir. Tək seçki qutusunun başına oyun açan, saxta səs yazmaq üçün ölü dirildən və bütün bu etdiklərinə baxmayaraq yenə özünü müdafiə edən adamlar yox, elə seçkiyə gəlməyənlər üçün də bu belədir. Topa bülleten atan insanların təkidlə etdiyi işi müdafiə etməsinin səbəbi budur. O nə etdiyini bilmir və bu insan tipinə ən son çatacaq şeydir içtimai-siyasi dünyagörüşü, içtimai əxlaq, məsuliyyət, siyasət, seçki və s. Bununla bağlı bir xatirəm var, yeri gəlib, bölüşüm.

2015-ci ildə parlament seçkilərində müşahidəçi idim. Mənimlə bərabər məntəqədə 3-4 müstəqil müşahidəçi var idi. Qalan hamısı məktəbin müəllimləri idi. Mənimlə eyni sırada beş-altı nəfər oturmuşdu. Ortalarında qalmışdım. Nədən danışırdılar eşidirdim. Başqa müşahidəçilər üç məntəqə arası gəzişirdilər. Yanımda olanlar səhər açılandan ilan dərisinin, ayı piyinin xeyirlərindən, qarğıdalı saçağı ilə falçının adam yumasından filan danışırdılar. Ən maraqlısı qarğıdalı saçağı ilə falçının çimizdirməsi idi.

Heç vaxt ağlıma gəlməyən söhbətlər eşitdim. Biz karusel, topa bülleten atma halı olanda etiraz edirdik. Səs-küyümüz bayıra çıxırdı. Hər dəfə yanımda olanlar dərin nəsəf alıb, gözlərini özlərinə məxsuz çevirirdilər. Qulağım eşidə-eşidə mənə lağlağı ayamalar qoşurdular. Biri dedi bu çalmabaşı kim qoşub bura. Amma insafən üzümə nəsə demirdilər. Çox keçmədi səbrləri daşdı, yanımda oturan qıza söz atdılar ki, bunu görən kim alacaq? İki dəqiqədən bir yeməyə dəvət edən bir kişi var idi. Axırda gəlib qulağıma dedi, cavan oğlansan yeməyinə-içməyinə fikir ver.

Bu insanlara bir-iki kəlimə sözlə, təhqirlə, vicdanın olsun deməklə izah etmək olmaz ki üç-dörd yüz manata görə seçki saxtalaşdırmazlar. Ona ən ağır təhqiri də yağdırsan, onun öz sabahı var, öz həqiqəti var.

Özünü ölkənin ana müxalifəti adlandıran bir partiya həvəslə seçkini boykot etdi. Ad da qoydu ki, seçki saxtalaşdırılacaq onsuz da, mənə nə? Mən qarışmıram. Özləri demiş, “biz bu oyunda oynamırıq”. Sanki ciddi seçki olsa bunlar xalqa işıq tutacaq, seçki öyrədəcək. Otuz ildə bu xalqla hansı biriniz üz-üzə gəlib, nə düşündüyünü, nə istədiyini soruşmusunuz. Seçkinin mahiyyətini və ya varlığını, nə üçün lazım olduğunu seçkiqabağı təbliğat zamanı vədlər verməklə izah etmisiniz. Bəziləriniz heç yığdığınız səsi qorumamısınız.

Bir daha deyirəm, Azərbaycanda normal seçki olması üçün hətta azad seçki olacaqsa, ən azı beş il bunun haqqında maariflənmə aparılmalıdır.

İki gün əvvəl seçkinin nəticələri ilə bağlı etiraz aksiyasi edən gənclərin və onlara dəstək olanların döyülüb zorla avtobusa doldurulması bir daha göstərdi ki, islahat var, amma onun Azərbaycanda olan mövcud problemlərlə heç bir əlaqəsi yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

3992d16e67a7
Mövqe

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

26 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel