bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Samirə Mahmalbafın kinosu: ağzına noxta bağlanan adam

Aygün Aslanlı Aygün Aslanlı
., Kültür
04 İyun 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Samira mahmalbaf2
Paylaş

Cihan Aktaş “Şərqin şeiri: İran kinematoqrafiyası” adlı kitabında İran kinosunda qadınlara tətbiq olunan senzuradan söz açarkən yazır:

“Başları örtülü olan, İslama bağlılıqları başqa heç cür hiss edilməyən personajlar islami əxlaqın qorunmasında necə rol oynaya bilər? Bu suala cavab axtaran araşdırmaçı-jurnalist Sonya Poryamin kinoda iki tip qadın xarakteri təsvir olunduğunu deyir: Biri – erkəyinə itaət eləyən zavallı, digəri isə intellektual rejissorların önə sürdüyü feminist qadın. Örnək yaratmağa çalışan əksər kinematoqrafçılar, baş örtüyünü qorumaqla yanaşı, müsəlman qadınları kinoda ən aşağı səviyyədə və ən tərs cəhətləri ilə göstərirlər. İnqilabi dəyərlər kino və televiziya kimi xalqla ən təsirli ünsiyyət vasitələrinə tətbiq edilməyib”.

at-five-in-the-afternoon-4
At Five in the Afternoon

Cihan Aktaş və Sonya Poryaminin dediyi, İran kinosunda və dolayısı ilə cəmiyyətində qadına münasibəti dəyişməyə çalışan intellektual kinematoqrafçılardan biri də rejissor Samirə Mahmalbafdı.

Məşhur İran rejissoru Möhsün Mahmalbafın böyük qızı…

1980-ci il təvəllüdlü Samirə kinematoqrafiya ilə səkkiz yaşında, atasının çəkdiyi “Velosipedçi” filmində yaxından tanış olub. 14 yaşında isə məktəbi atıb və təhsilini “Mahmalbaf kino evi”ndə davam etdirib.

İlk tammetrajlı filmi “Alma”nı 17 yaşında çəkib (1998). Cəmi iki il sonra isə “Məktəb lövhəsi” filminə görə Kann festivalında münsiflər heyətinin mükafatına layiq görülüb.

34 yaşlı Samirə Mahmalbaf dörd bədii tammetrajlı – “Alma”, “Məktəb lövhəsi”, “Gündüz saat beşdə”, “İkiayaqlı at” – və bir qısametrajlı filmin rejissorudu – Nyu-Yorkda qoşa qüllələrin partladılmasının ildönümü ilə bağlı reallaşdırılan “11.09.01” layihəsindəki 11 rejissordan biri də Samirədi. İyirmidən çox nüfuzlu festivalın əsas mükafatlarının sahibidi.

Onun filmləri, demək olar ki, həmişə pərdəarxası söhbətlərə səbəb olur. Xüsusilə Möhsün Mahmalbafın ssenariləri əsasında çəkdiyi filmlər “atasımı çəkib, yoxsa özümü” deyə daim müzakirə obyektidi. İşin əslini ata ilə qızı bilir, amma Samirə bir rejissor kimi atasından qəddardı, sərtdi. O, qəhrəmanlarını sona qədər sınayır və çarəsizliyin girdabında buraxır.

“Gündüz saat 5” filmində prezident olmaq istəyən əfqan gözəli Nuxra yalnız atasının gözündən uzaqda üsyankardı- köhnə, boz çustlarını çıxarıb, ağ, dikdaban ayaqqabı geyinir, ayaqlarını yerə çırpa-çırpa yeriyir. (Taliban dövründə qadınların ayaq səslərinin eşidilməyi də günah sayılırdı və cəzalandırılırdı). Baxmayaraq ki, taliban rejimi artıq yoxdu, Nuxra arzularının yox, qadın görəndə üzünü divara çevirən, qonşusu musiqi dinlədiyinə görə günaha batmaqdan qorxub yaşadığı yeri tərk eləyən atasının itaətindən çıxmır və finalda onun arxasınca naməlumluğa sürüklənir.

the-apple-3
The Apple

Rejissorun 2008-ci ildə çəkdiyi hələlik sonuncu olan “İkiayaqlı at” filmində isə (ssenari müəllifi M.Mahmalbaf) gündə bir dollar qarşılığında balaca sahibini bütün günü at kimi belində daşıyan qəhrəman, başda ehtiyac ucbatından, sonra da sahibinin ona “dost” deyib mərhəmət göstərməyinə aldanaraq tədricən sınır. Əvvəlcə kürəyinə yəhər, ağzına noxta bağlanmasına razılıq verir, sonra ayaqları nallanır. Sonda başına at maskası keçirilir və “tezliklə öyrəşəcəksən” deyilir. O isə axurda digər atlarla birlikdə saman yeyir. Bu səhnəni görəndə istər-istəməz “bəlkə o atlar da nə vaxtsa insan olublar” deyə fikirləşirsən. Onsuz da qəddar əhvalatı daha da amansız eləyənsə baş rolları fiziki məhdudiyyətli uşaqların oynamağıdı.

Ancaq rejissor bu priyomla qəhrəmanlarını (S.Mahmalbaf filmlərində qeyri-peşəkar aktyorlarla işləyir, hər kəs özünü oynayır) və tamaşaçını ümidsizlik zülmətinə qərq eləmək istəmir. Əksinə, bu onun nitşesayağı “ümid xəstəlikdi, ümid eləmə, mübarizə aparmağı öyrən” demək cəhdidi. Bu baxımdan S.Mahmalbafın yalnız bir filmi istisnadı. 17 yaşında çəkdiyi “Alma”.

“Alma” İranda baş vermiş, hətta qəzetlərə manşet olan real hadisə əsasında çəkilib. Ssenari müəllifi yenə atasıdı.

Yaşlı ata 12 yaşlı iki qızını və kor arvadını qıfıl altında saxlayır. Qızlar anadan olandan evdən bayıra çıxmayıblar, aylarla çimmirlər. Onların əqli və nitqi zəif inkişaf eləyib. Günlərin bir günü qonşular müvafiq orqanlara məktub yazırlar. Qızları aparıb çimizdirən, üst-başlarını dəyişdirən sosial işçilər atadan onları bir də bağlamayacağına dair söz alandan sonra evlərinə buraxırlar. Lakin heç nə dəyişmir: ata sözünə əməl eləmir, üstəlik qonşuları şərəfini ləkələməkdə günahlandırır. Sosial işçi yenidən işə qarışmalı olur.

Two-Legged Horse

Rejissor personajlarını qınamır, ya da onlara haqq qazandırmır. Sadəcə göstərir. Hər şeyi olduğu kimi. Tədricən, tamaşaçı əsl günahkarın ata, ya da ana yox, cəmiyyət olduğunu anlayır. O cəmiyyət ki, oğlanlara küçədə rahat oynamağa icazə verir, balaca qızları isə başıaçıq bayıra çıxmağa qoymur. O cəmiyyət ki, ananı kor eləyib. Bu filmdə ananın korluğu təkcə fiziki deyil, həm də simvolikdi. Bütün film boyu onun daha çox deyinən, qarğış tökən səsini eşidirik. Qadın ekranda görünəndə qaranlıqdan çıxır. Sosial müdafiə idarəsində qızlarını ilk dəfə qucaqlayanda onların halı ilə yox, başlarının niyə açıq olduğu ilə maraqlanır. Ata isə zavallıdı, yoxsuldu, gücsüzdü. Amma qızlarını çox sevir, bütün atalar kimi onları qorumağa çalışır. Tapdığı yeganə çıxış yolu da budu- qızlarını qaranlıq evə salıb qəfəs-qapını bayırdan kilidləmək.

Sosial işçinin yardımı ilə qəfəslərindən qurtulan qızların aldıqları ilk hədiyyə güzgüdü, ilk arzuları isə alma. Filmin finalında evdə tək qalan kor ana fəhmlə yolu tapa-tapa və guya cadu eləyib onun ailəsinin dağıtdan sosial işçiyə qarğaya-qarğaya bayıra çıxır. Küçədə balaca oğlanın ipə bağlayıb pəncərədən salladığı alma onun başına toxunur. Qadın almanı tutmayınca əl çəkmir və film bitir. Güzgü kimi alma da özünüdərkdi, bilgidi.

Maraqlıdı ki, burda qızları evə qapadan da kişidi, almanı-bilgini verən də balaca oğlan-kişidi. Yəqin ki, bu da ssenari müəllifinin qarşı cinsdən olmasından irəli gəlir. Patriarxal şərq cəmiyyətində hətta ən geniş dünyagörüşünə sahib kişi də qadını ondan kənarda və icazəsiz azad təsəvvür eləmir.

two_legged_horse-6
Two-Legged Horse

“Alma” – Samirə Mahmalbafın sonunda işıq qoyduğu tək filmidi. Sənədli üslubda çəkilmiş filmin aktyorları da elə real hadisənin iştirakçılarıdı və öz adları ilə oynayırlar.

Ümumiyyətlə, Samirə bütün filmlərində, o cümlədən “Alma”da da qeyri-peşəkar aktyorlar, natura çəkilişləri, müşahidəçi kamera sayəsində sənədli kino ilə bədiinin sərhədlərini tamamən şəffaflaşdırır. O qədər ki, onun filmləri ilk baxışda son dərəcə primitiv təsir bağışlayır. Ancaq bu primitivlik istedad azlığının nəticəsi deyil, məzmunun tələb elədiyi formadı. Samirə Mahmalbaf filmləri üçün seçdiyi məkanların, orda yaşayan adi insanların obrazını yaratmağa çalışır.

Samirə, filmləri naminə təhlükəli bölgələrə getməkdən, risk eləməkdən çəkinməyib. “Gündüz saat 5” filminin Əfqanıstandakı çəkilişləri zamanı bacısı Nana oğurlanıb, “İkiayaqlı at”ın çəkiliş meydançası yaxınlığında partlayış olub və çəkiliş qrupunun üzvləri yaralanıblar.

Rejissor insanları, onların yaşamlarını olduğu kimi göstərməklə dünyanın onlara qarşı münasibətini dəyişmək istəyir.

“Mən kinonun köməyilə insanların ağrılarını azaltmaq istəyirəm. Mənə elə gəlir ki, onun səviyyəsi bəşəriyyətin düşüncə tərzindən asılıdı. Bizim düşündüklərimiz bizim mahiyyətimizdi. Kino isə bizim düşüncələrimizi dəyişə bilər” – deyir Samirə Mahmalbaf.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör