bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Sağlamlaşdırma əməliyyatı – 2020

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
08 May 2020
Oxuma vaxtı:16 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Son günlər ən müzakirə olunan mövzulardan biri də 2 bankın bağlanması (Atabank və Amrahbank) və daha 2 bankın müvəqqəti inzibatçılığa (AGBank və NBCBank) keçməsidir. Adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. Birlikdə 4 bankın bazar payı 5%-ə yaxındır. Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya Amrahbank (0,6%) malik olub. Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Depozit həcmində 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub. İki bağlanan bankın isə sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Amma indiki vəziyyəti təhlil etməzdən əvvəl, biz bir qədər tarixə baxmalıyıq. Bu vəziyyəti şərtləndirən hansı səbəblər var idi və proses necə başlamışdı?

ataabank_genclik_filiali_250515

12.03.2019 – 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi iddiaçı “Odela İnvestment” MMC-nin cavabdeh “Atabank” ASC-yə qarşı irəli sürdüyü iddiasını təmin etdi. İddiaya görə “Atabank” ASC və Azərbaycan Respublikası Vergilər Nazirliiyi rəhbərliklərinin psixi və fiziki təzyiqləri nəticəsində Ağayev İltifat Ağa oğlu, 2016-ci ilin sentyabrında “Odela İnvestmant” MMC-yə $38 675 600 (65,7 milyon AZN) kreditinin rəsmiləşdirilməsinə dair saxta 1003H nömrəli kredit müqaviləsinin bağlanmasına məcbur edilmişdir. Məhkəmə də həmin razılaşmanı etibarsız hesab etdi.

18.03.2019 – eyni məhkəmə və eyni hakim 6 gün sonra eyni tipli iddianı artıq “Şahin-Co” MMC tərəfindən də təmin etdi. Bu zaman artıq məsələ $22,5 milyon (38,2 milyon AZN) barədə söhbət gedirdi.

07.10.2019 – Haqqin.az portalında ““Atabank” çökür” adında məqalə dərc olundu. Məlum oldu ki, insanlar öz əmanətlərini çıxarmağa başladı və hətta bir çox müştəri öz əmanətlərini götürə də bilmirdilər. Bu çökməni məqalə müəllifi Fazil Məmmədovun vəzifədən getməsi ilə əlaqələndirdi.

13.10.2019 – Eyni portal xəbər verir ki, bank 160 milyon manat həcmində mövcud olmayan kreditlər verib (yuxarıda qeyd olunan kreditlərdən biri barədə məlumat verir). Başqa sözlə bu kreditlər faktiki olaraq heç kimə verilməyib və mənimsənilib. Hesabatda 140 milyon manatlıq kapital göstərilsə də, reallıqda bankın kapitalı mənfi idi.

10.12.2019 – İlin nəticələrinə görə MasterCard tərəfindən “Atabank” ASC yenidən “Təmassız POS-terminal sayı ən yüksək olan bank” adını qazandı. 

30.12.2019 – artıq bank sistemi ilə bağlı bütün səlahiyyətlər Mərkəzi Banka qaytarıldı və o, bununla bağlı fəaliyyətə başladı. Hər ilin sonunda olduğu kimi, 2019-cu ilin dekabrın 30-da Mərkəzi Bank “2020-ci il vә ortamüddәtli dövr üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatı” ilə çıxış etdi. Sənədin 15-ci səhfəsində, 2.4-cü “Maliyyə sektorunun sabitliyi və inkişafı” maddəsində birinci cümlədə “Bank sisteminin sağlamlaşdırılması prosesi hәyata keçirilәrkәn sistem әhәmiyyәtli maliyyә institutlarında risklәrin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlәrdәn biri olacaqdır” qeyd olunub.

21.01.2020 – Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “Atabank” ASC-də ilkin araşdırmalar aparmağa başlayıb.

31.01.2020 – Mərkəzi Bank sədri Elman Rüstəmov “Azərbaycan Mərkəzi Bankı “Atabank” ASC-də yaranmış vəziyyətə dair təkliflər hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. Bankla bağlı atılacaq addımlar ciddi olduğu üçün Şurada müzakirə ediləcək” bəyanatı ilə çıxış edib. Eyni zamanda məlumat verildi ki, bankda qorunmayan əmanətlərə sahib olanlara bildiriş göndərildi və müvafiq şəxslərin əmanətlərinin sığortalanmasına dair müraciət edildi.

16.03.2020 – E. Rüstəmov REAL TV-ə müsahibəsində xəbər verdi ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun qüvvəyə minən kimi “Atabank” ASC ilə məşğul olacağıq. Bəlli oldu ki, artıq Atabank-ın gələcəyi məlumdur və bank bağlanacaq.

21.03.2020 – Amrahbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.

22.03.2020 – NBC Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə edib.

23.03.2020 – “AGBank” ASC koronovirusla mübarizə məqsədilə Fonda 100 min manat vəsait köçürüb. Bankın Müşahidə Şurası sədri Çingiz Əsədulla isə öz adından 10 min manat fonda vəsait köçürüb.

02.04.2020 – Atabank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə edib.

24.04.2020 – Milli Məcləs “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklikləri müzakirə edib, qəbul etdi.

25.04.2020 – İlham Əliyev müvafiq qanunu imzaladı.

27.04.2020 – Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuşlar.

28.04.2020 – Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.

Beləliklə, gördüyümüz kimi Atabank ilə bağlı proses artıq bir ildən çoxdur ki, davam edir (reallıqda bu prosesin əsası devalvasiya vaxtı qoyulmuşdu. Yuxarıda qeyd olunan kreditlər isə 2016-2017-ci illərdə verilib). Bəs başqa bankların bura nə aidiyyatı? Ümumiyyətlə bu banklar ilə bağlı heç bir məlumat verilməmişdi. E. Rüstəmov Atabankı tez-tez qeyd edirdi, amma digərləri barədə heç bir məlumat vermirdi. Niyə? Əgər bir bankın problemi artıq bir ildən çoxdur ki, var, müvafiq olaraq digər bankların da problemləri dünən yaranmayıb. Bunu başa düşmək üçün öncə son rəqəmlərə müraciət edək.

Bankların hesabatlarına uyğun olaraq göstəricilər (min manatla)

Göstərici* Ata Bank Amrahbank AGBank NBC Bank
Aktivlər 532 074,23 233 069,48 459 016,67 322 646,88
Nağd vəsaitlər 3 031,48 25 759,41 25 960,28 8 558,87
Kreditlərin həcmi 374 712,63 114 230,01 240 932,06 229 140,58
Problemli kreditlər 69 820,17 134 114,92 11 819,80
Dövr ərzində verilmiş kreditlər 53 853,04 17 443,00 -17 928,90 -37 169,30
Öhdəliklər 389 438,04 375 317,39 410 014,62 263 730,17
Fiziki şəxslərin əmanətləri 270 813,96 152 457,06 146 544,13 134 071,38
Hüquqi şəxslərin hesabları 15 454,43 22 698,70 62 811,14 8 694,94
Dövr ərzində müştəri hesablarında artım/azalma -25 631,91 -8 963,00 1 178,07 37 175,23
Kapital** 145 290,57 8 882,25 49 002,05 58 916,72
Xalis mənfəət/zərər 22,19 -11 152,21 – 1 008,63 469,66

* hər bir bank barədə məlumatlar hesabatın verildiyi son dövrü əhatə edir: Atabank – 2019-cu ilin III rübü, Amrahbank – 2019-cu ilin III rübü, AGBank – 2020-ci ilin I rübü və NBC Bank – 2019-cu il.

** yığılmış zərər hesab edilmədən.

Cədvələ əlavə olaraq qeyd etmək lazımdır ki, Atabankın 2017-ci ilə olan məlumatına görə verilmiş kreditlərin 78%-i 56 hüquqi və fiziki şəxsə verilib (yeri gəlmişkən, rəsmi saytında heç 2018-ci ildə aid hesabat yoxdur. Bu artıq şübhələr üçün əsas yaradır). Hər bir kredit 1 milyon manatdan çoxdur. Maraqlıdır ki, kreditlərdən biri o dövrdə SOCAR-ın payına düşürdü (29 milyondan çox kredit 2017-ci ildə götürülmüşdür). Kreditlərin böyük hissəsi Synergy Group-un birbaşa fəaliyyəti ilə bağlı idi. Hətta 2016-ci ilin sonuna kimi kreditlərin böyük hissəsi birbaşa Synergy-ə aid idi. Amma 2017-ci ildə onun payı azaldı. 2018-ci ildə isə yenə də 50 milyon manata yaxın kredit verilmişdi.

FNK_3093-KICIK(1)

Amrahbank-ın 2018-ci ildə yayımladığı məlumatlarda kredit və ya əmanətlərdə İldırımzadə ailəsinin yüksək payı barədə məlumat yoxdur (bankın 50%-dən çox payı onlara məxsusdur. Digər paya isə Kayman adalarından olan şirkət sahibdir). Amma E. Rüstəmovun REAL Tv-ə verdiyi müsahibəyə görə, Amrahbank da müəyyən qədər öz “holdinq”-inə xidmət edirdi (hansı holdinq olduğu bəlli deyil, amma bəzi məlumatlara görə İldırımzadələr ailəsinin keçmiş daxili işlər naziri ilə qohumluq əlaqələri var).

Maraqlıdır, iki bankın fəaliyyətində Beynəlxalq Maliyyə təşkilatları da iştirak edib. Birincisi Amrahbank-dır. Onun yaranmasında İslam İnkişaf Bankı iştirak edib. İkincisi də AGBank-dır. Onun səhmdarları arasında Beynəlxalq Maliyyəı Korporasiyası var. Ümumiyyətlə açıqlanan məlumata görə AGBank-ın vahid sahibi yoxdur və ən böyük pay Çingiz Əsədullayev və onun ailəsinə məxsusdur (33,57%). Digər səhmlər 80-dən çox səhmdar arasında paylanılıb. Maraqlıdır ki, E. Rüstəmov tərəfindən istehlakçı bazarında aktiv kimi qiymətləndirən (və ənənəvi sxemlərdən fərqli) AGBankda verilmiş kreditlərin ¼ hissəsi 7 borcalana məxsusdur. Eyni zamanda əmanətlərin də ¼ hissəsi 2 müştəriyə aiddir. Düzdür bank istehlak bazarında aktiv iştirak edir, amma digər banklar ilə müqayisədə onu daha mərkəzləşmiş hesab etmək olar.

NBC Bank isə yuxarıdakılarından fərqli olaraq ümumiyyətlə Nurgun Holdinqə xidmət edən bank kimi qəbul olunurdu. Bankın və holdinqin birbaşa sahibi Nuru Əliyevdir. Amma maraqlıdır ki, rəsmi hesabata görə bank ilə əlaqəli tərəflərə yalnız kreditlərin 5-14% verilmişdi. Əmanətərə dair belə bir məlumat verilməyib.

nbc_bank_1

Beləliklə, gördüyümüz kimi rəqəmlər nisbətən normaldır. Sadəcə bir sıra rəqəmlərin ya izahı yoxdur, ya da müvafiq bank məlumatları açıqlamır. Misal üçün, Atabank problemli kreditlər ilə bağlı heç bir məlumat vermir. E. Rüstəmovun sözlərinə görə isə bankın 88% kreditləri problemlidir – 214 milyon manat. Yeri gəlmişkən bu o deməkdir ki, keçən ilin oktyabrından bu yana ümumi kreditlərin həcmi azalıb.

Digər üç bank üzrə problemli kreditlərə dair məlumatlar əslinə qalsa hesabatlarında əks olunub. Belə ki, E. Rüstəmovun sözlərinə görə Amrahbankda problemli kreditlərin həcmi 77 milyon və ya 40% (69 milyon və ya 60%), AGBankda 145 milyon və ya 54% (134 milyon və ya 55%), NBC Bankda 23 milyon və ya 32% (11 milyon və ya 5%). Yəni əgər Atabankda bu artıq ciddi problem yaradırdısa, digər banklarda vəziyyət orta sabit idi. Düzdür, bazar üzrə orta göstəricilərdən bir neçə dəfə yüksəkdir. Amma reallıqda bazar üzrə göstəricilər də daimi olaraq düzəldilir (problemli kreditlər restrukturizasiyaya məruz qalır və adi kreditlərə qayıdır). Yaxşı bəs bu bankların müvəqqəti inzibatçılığı və ya muflis elan olunması üçün əsas var idimi? Xeyr.

Azərbaycan Respublikasında bankların iflası və ya müflisləşməsi “Müflisləşmə və iflas haqqında” qanun ilə yox, “Banklar haqqında” qanunun X fəslində yer almış maddələrə əsasən tənzimlənir. Orada göstərilib ki, iflas prosedurunu başlamaq üçün 3 səbəb (inzibatçı təyin etmək üçün də keçərlidir) mümkündür. Bunlar:

– Bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmişdir;

– Bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla maliyyə bazarlarına nəzarət orqanı arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;

– Bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla maliyyə bazarlarına nəzarət orqanı arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.

Əsas səbəb kimi əlbəttə ki, adətən birinci bənd götürülür. Amma hesabatlarına baxsaq, görə bilərik ki, bununla bağlı ciddi problem yoxdur. Düzdür Atabank məsələsində bəlli oldu ki, hesabat məlumatları reallığı əks etdirmir. Bəs digər banklar? AGBank ümumiyyətlə mart ayının axırında xəbər verib ki, onun kapitalı 49 milyon manatdır. Azərbaycanda isə qanunverciliyə görə bankın fəaliyyəti üçün nizamnamə kapitalı 50 milyon manat olmalıdır. Düzdür, AGBank son illər ərzində heç bir dəfə də müvafiq tələblərə riayət etməyib. Yalnız 2014-cü ildə bir qədər yaxınlaşıb (44,9 milyon manat). Hətta indiki halda müvafiq məbləğ də yığılmış zərəri nəzərə almadan qeyd olunub.

agbank1

Rüstəmovun sözlərinə görə reallıq isə tam başqa idi. Atabank-ın kapital çatışmazlığı 264 milyon manat təşkil etmişdi (yəni mənfi 214 milyon manat). Digər banklarda: AGBank – 195 milyon, NBC Bank – 73 milyon və Amrahbank 127 milyon manat.

Amma bir məqam var. Əgər yuxarıdaki məntiqdən yola çıxsaq, ilk əvvəl AGBank bağlanmalı idi. Amrahbank isə onunla müqayisədə daha yaxşı vəziyyətdədir. Yəni AGBanka 195 milyon manatı bərpa etməsi üçün hansısa plan hazırlanır, amma 127 milyon manata dair plan hazırlanmır.

Başqa tərəfdən məlum olur ki, bankların məlumat yaymasına baxmayaraq, reallıqda vəziyyət pisdir. Yəni ən azı 4 bank məlumatlarını düzgün təqdim etməyib. Kapital adekvatlığına dair məlumat isə daim verilməlidir. Təəssüf ki, müvafiq banklar bu məlumatı ya gizlədir, ya da təqdim etmirdilər. Amma müvafiq məlumatı onlar ictimaiyyətdən başqa, həmçinin Mərkəzi Banka da təqdim edirlər. Bəs Mərkəzi Bank nə edirdi? Onda heç bir şübhə yaranmırdımı? Əlbəttə hər şeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atmaq olar, amma Mərkəzi Bankın əsas funksiyası olan – monetar siyasətin həyata keçirilməsi – onun əlindən alınmamışdı. Monetar siyasəti həyata keçirmək üçün isə hər bir bankın vəziyyəti barədə ətraflı məlumat olmalıdır. Əgər 659 milyon manatlıq çatışmazlığı banklar hətta Mərkəzi Bankda gizlədə biliblərsə, o zaman biz digər məlumatlara necə inana bilərik? Bu halda E. Rüstəmovun “təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi” sözləri mənasızlaşır. Çünki hər bir sahibkarın və ya fiziki şəxsin bankın vəziyyətini öyrənmək üçün yeganə vasitəsi – bankın hesabatıdır. Bizim başqa üsulumuz yoxdur. Əgər bankın hesabatında rəqəmlər normaldısa və Mərkəzi Bank bunda heç bir şübhə görmürsə (müvafiq statistikanı da Mərkəzi Bank yığır), sahibkar ya da fiziki şəxs nə etməlidir?

maxresdefault

Eyni zamanda hətta rəsmi məlumata görə müvafiq bankların kapitalı kifayət etmirdi. Amma Mərkəzi Bank buna baxmayaraq onların fəaliyyətinin davamında heç bir problem görmürdü. Yəni maraqlı vəziyyət yaranırdı. Faktiki olaraq bazar cəhətdən standart banklar (AGBank ya da NBC Bank) birdən-birə problemli banklara çevrildilər. Çevrilməyin də əsas səbəbi prinsipcə öyrəşdiyimiz vəziyyətdir (xüsusən bunu Beynəlxalq Bank-da müşahidə etmişdik). Amma nəyəsə görə indiki vəziyyətdə radikal addımların atılmağına qərar verildi.

Başqa tərəfdən Mərkəzi Bank radikal addım ataraq və bəzi məlumatları yayaraq, faktiki olaraq hamının düşündüyünü təsdiqlədi: yerləşdirilən hesabatlar reallığı əks etdirmir və vəziyyət pisdir. Bu, əlbəttə ki, bütün bank sektoruna ciddi təsir edəcək. Onsuz da artıq depozitlərə inam azalır. Rəsmi statistikaya görə yalnız mart ayı ərzində depozitlərin ümumi həcmi 849,5 milyon manat azalıb. Onun da yarısından bir qədər çoxu (442 milyon) ev təsərrüfatlarının payına düşür. Müqayisə üçün keçən ilin ilk 3 ayında ev təsərrüfatlarının depozitləri əksinə, 263,2 milyon manat artmışdı.

Maraqlıdır ki, qeyri-maliyyə təşkilatlarının hesablarında da vəsaitlərin həcmi ilin əvvəlindən 1 milyard manat azalıb. Yəni indiki məqamda insanların bank sisteminə onsuz da inamı yoxdur. E. Rüstəmov isə faktiki olaraq bu inamsızlığı təsdiqlədi. Əlbəttə Mərkəzi Bankın hansısa bankı xilas etmək öhdəliyi yoxdur. Başqa tərəfdən Əmanətlərin Sığortası Fonduna kömək etmək öhdəliyi də yoxdur. Onun vəsaitləri bankların ödənişləri hesabına yığılmalıdır. Sadəcə bu sığorta haqlarının həcmi heç də indiki 400 milyon manatı qarşılamaq iqtidarında deyil. Tipik bazar iqtisadiyyatı olsa idi, Fond özü müvafiq vəsiatləri axtarmalı idi (bundan sonra Mərkəzi Bankdan kredit kimi alacaq, 2015-2016-ci illərdə etdiyi kimi). Amma Azərbaycan iqtisadiyyatının vəziyyəti elədir ki, burada hər bir kiçik hadisə çox ciddi fəsadlara gətirə bilər.

2020-ci ilin sonunda bank sistemini nə gözləyir? Bankların öz vəziyyətlərinə dair məlumatı tam təqdim etmədiklərini nəzərə alsaq, yalnız nəsə baş verdiktən sonra bu sualın cavabını öyrənəcəyik…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör