Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şəriətdən qorx, qadını sıx, LGBTI-ni döy…

Günel MövludGünel Mövlud
Mövqe
07 Mart 2019

Sovet vaxtı dərsliklər, müəllimlər 8 Martı bizə “Analar günü” kimi təlqin edirdilər, sanki uşaq doğmayan qadın deyildi. 11 ildə köçkünlük üzündən altı orta məktəb dəyişmişəm, onun biri Rusiyada olub, amma bircə müəllim belə bizə deməyib ki, 8 Mart anaların günü deyil, qadınların bərabərlik uğrunda savaşa başladıqları gündür.

Sovet dağıldı, Klara Setkin və Roza Lüksemburqun adını yaxından uzaqdan tanımayan qadınlar və kişilər bu günü gül, hədiyyə, duxi, restoran, “bütün qadınlar çiçəkdir” və ya “qadın anadır, müqəddəsdir” ovqatı ilə qeyd eləməkdə davam elədi. Halbuki, 8 Mart bərabərlik günündə, minlərlə qız qardaş qorxusundan hədiyyə aldığı gülü evlərinə apara bilmədi qorxusundan.

Zaman dəyişdi, informasiya əlçatan oldu, dünya trendləri, dünyada sivil insanların uğrunda savaşdıqları dəyərlərin səsi-sorağı bizə də gəlib çatdı və öz təsirini buraxdı. Nəhayət, ölkə tarixində bəlkə də ilk dəfə azərbaycan qadını 8 martı məhz “Bərabərlik günü” kimi qeyd eləməyə cəhd etdi. Plakat hazırladılar, kosmetik vasitələrini 8 Mart günü bəzənib, hansısa eqoistin gözünə gözəl görünməyə çalışmaq yerinə, plakat üçün rəng kimi istifadə elədilər. Nəticə də bu oldu ki, paytaxtın yerli rəhbərliyi Qadınların yürüşünə icazə vermədi.

Əslində, təəccüblənəcək elə bir şey yoxdu. O idarələrdə oturanların çoxunun kişilər olduğunu nəzərə alsaq, qadınlar olsa belə, onların da çoxunun öz həmcinslərinin azadlığına nifrət etdiklərini nəzərə alsaq, aydındır ki, niyə icazə vermirlər. Qadına qarşı düşmənçilik bir yana, daha bir məsələ də, ümumiyyətlə bir yerə toplaşan, nəsə tələb edən, lap bu tələb siyasi olmasa belə, toplananlar müxalifət-filan olmasa belə, hakimiyyət toplanmalardan, yürüşlərdən, tələblərdən qorxur. Ona görə də, qeyri-siyasi yürüş, qeyri-siyasi tələb belə, qorxu, şübhə ilə qarşılanır və əngəllənir.

Qadın yürüşü qadağa, LGBTI yürüşü qadağa, Kitab oxuma aksiyası qadağa, şortik geyinmə aksiyası qadağa ilə qarşılanır. Bütün sivil, dünyavi nə varsa, qadağan edilir və əngəllənir.

Onda bir sual yaranır. Siz dünyavi, sivil olan hər şeydən qorxursunuzsa, dini fanatizmdən niyə qorxursunuz? Üç-beş adam bir yerə toplaşıb namaz qılanda qorxursunuz, hicab tələb edəndə qorxursunuz, ölkədə şəriət qurmaq istəyirlər deyə ödünüz qopur axı.

Bəs şəriətdən belə qorxduğunuz halda, o şəriət, dini fanatizm təhlükəsinin qarşısında dura biləcək ən şəbəkələşmiş qrupları niyə sıxır, niyə onlara sizin bərbad günə qoyduğunuz ölkədə bir balaca azadlıq havası yaratmağa mane olursuz? Axı dini fanatizmin də, şəriətçilərin də ən çox düşmən olduğu, nifrət etdiyi, təhlükə kimi gördüyü elə məhz azad qadındır, LGBTI-dir, kitabdır, azad geyim təbliğ edən qruplardır. Siz bu qruplara şərait yaratmaq, dini fanatizmə qarşı dayanmaqlarına kömək etmək, onları dəstəkləmək əvəzinə, niyə sıxır, niyə şəriətçilərin dəyirmanına su tökürsünüz, öz trollarınızın təbirincə desək? Hacı Talenin şəriət ölkəsi qurmasından ödünüz qopur, amma o şəriəti ən çox istəməyən, o şəriətə qarşı ən güclü dirənən qrupları sıxırsınız.

Ölkədə qadının azadlıq, bərabərlik istəməsinin, LGBTI-nin təhlükəsiz yaşamasının, kitabın, azad geyim tərzinin sizə, hökümətə, daxili və xarici siyasətinizə nə kimi təhlükəsi ola bilər axı? Niyə özünüz öz məzarınızı qazır, ölkəni o qorxduğunuz İrana dönməkdən xilas etmək istəyənləri hədəf alırsınız?

Ümumiyyətlə, sağlı-sollu, iqtidarlı-müxalifətli sizin qadınla, bərabərliklə düşmənçiliyinizin səbəbi nədir?

Qadını sıx, LGBTI-ni həbs elə, polis bölmələrində döy, kitab, şortik aksiyalarını dağıt, sonra da dad elə ki, qoymayın, Hacı Tale ölkədə şəriət qurur. Quracaq da. Buna şəraiti özünüz yaradırsız.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021

Redaktorun seçimi

“Bir mələyin xatirəsinə”

Çağdaş Azərbaycan tarixinin iki qızıl deyimi

Azərbaycanlılar niyə memuar yazmır?

Dünyanın yaşı və ya Dinozavr fosilləri

Vüqarın landşaft və arxitekturası

Firudin Allahverdinin Qars səfəri (II hissə)

Mal və şöhrət hərisliyi barədə psevdosöhbət

Seçkidən başqa hər şey

Uşaq, fişəng və şair

Avropalıların “sülhməramlılığı” – Niderland

Milliləşdirəbildiklərimizdənsinizmi?

Posthəqiqət dünyasında sağ qalmaq

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

Erkən xristianlıq tarixi

İştah diş altındadı və ya “Yanvarı görmək”

Cins, cinsi özünüdərk, cinsi meyl

Kəşfiyyatın Maradonası – Markus Volf

Humanitar vəziyyət

Oyun mədəniyyəti: Dominodan “Playstation”a

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib

Tesla-dan yeni, inqilabi ötürücü

Müzakirə mədəniyyəti

Niderland antitellərin müjdəsini verdi

Azərbaycan kürdləri

Azərbaycanın 100-illik iqtisadiyyatı: sabitlik və stabillik

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

Əmilən oksigen və digital perspektivlər

Kitabxanalardan kababxanalara

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

Şəriətdən qorx, qadını sıx, LGBTI-ni döy…

Günel MövludGünel Mövlud
Mövqe
07 Mart 2019

Sovet vaxtı dərsliklər, müəllimlər 8 Martı bizə “Analar günü” kimi təlqin edirdilər, sanki uşaq doğmayan qadın deyildi. 11 ildə köçkünlük üzündən altı orta məktəb dəyişmişəm, onun biri Rusiyada olub, amma bircə müəllim belə bizə deməyib ki, 8 Mart anaların günü deyil, qadınların bərabərlik uğrunda savaşa başladıqları gündür.

Sovet dağıldı, Klara Setkin və Roza Lüksemburqun adını yaxından uzaqdan tanımayan qadınlar və kişilər bu günü gül, hədiyyə, duxi, restoran, “bütün qadınlar çiçəkdir” və ya “qadın anadır, müqəddəsdir” ovqatı ilə qeyd eləməkdə davam elədi. Halbuki, 8 Mart bərabərlik günündə, minlərlə qız qardaş qorxusundan hədiyyə aldığı gülü evlərinə apara bilmədi qorxusundan.

Zaman dəyişdi, informasiya əlçatan oldu, dünya trendləri, dünyada sivil insanların uğrunda savaşdıqları dəyərlərin səsi-sorağı bizə də gəlib çatdı və öz təsirini buraxdı. Nəhayət, ölkə tarixində bəlkə də ilk dəfə azərbaycan qadını 8 martı məhz “Bərabərlik günü” kimi qeyd eləməyə cəhd etdi. Plakat hazırladılar, kosmetik vasitələrini 8 Mart günü bəzənib, hansısa eqoistin gözünə gözəl görünməyə çalışmaq yerinə, plakat üçün rəng kimi istifadə elədilər. Nəticə də bu oldu ki, paytaxtın yerli rəhbərliyi Qadınların yürüşünə icazə vermədi.

Əslində, təəccüblənəcək elə bir şey yoxdu. O idarələrdə oturanların çoxunun kişilər olduğunu nəzərə alsaq, qadınlar olsa belə, onların da çoxunun öz həmcinslərinin azadlığına nifrət etdiklərini nəzərə alsaq, aydındır ki, niyə icazə vermirlər. Qadına qarşı düşmənçilik bir yana, daha bir məsələ də, ümumiyyətlə bir yerə toplaşan, nəsə tələb edən, lap bu tələb siyasi olmasa belə, toplananlar müxalifət-filan olmasa belə, hakimiyyət toplanmalardan, yürüşlərdən, tələblərdən qorxur. Ona görə də, qeyri-siyasi yürüş, qeyri-siyasi tələb belə, qorxu, şübhə ilə qarşılanır və əngəllənir.

Qadın yürüşü qadağa, LGBTI yürüşü qadağa, Kitab oxuma aksiyası qadağa, şortik geyinmə aksiyası qadağa ilə qarşılanır. Bütün sivil, dünyavi nə varsa, qadağan edilir və əngəllənir.

Onda bir sual yaranır. Siz dünyavi, sivil olan hər şeydən qorxursunuzsa, dini fanatizmdən niyə qorxursunuz? Üç-beş adam bir yerə toplaşıb namaz qılanda qorxursunuz, hicab tələb edəndə qorxursunuz, ölkədə şəriət qurmaq istəyirlər deyə ödünüz qopur axı.

Bəs şəriətdən belə qorxduğunuz halda, o şəriət, dini fanatizm təhlükəsinin qarşısında dura biləcək ən şəbəkələşmiş qrupları niyə sıxır, niyə onlara sizin bərbad günə qoyduğunuz ölkədə bir balaca azadlıq havası yaratmağa mane olursuz? Axı dini fanatizmin də, şəriətçilərin də ən çox düşmən olduğu, nifrət etdiyi, təhlükə kimi gördüyü elə məhz azad qadındır, LGBTI-dir, kitabdır, azad geyim təbliğ edən qruplardır. Siz bu qruplara şərait yaratmaq, dini fanatizmə qarşı dayanmaqlarına kömək etmək, onları dəstəkləmək əvəzinə, niyə sıxır, niyə şəriətçilərin dəyirmanına su tökürsünüz, öz trollarınızın təbirincə desək? Hacı Talenin şəriət ölkəsi qurmasından ödünüz qopur, amma o şəriəti ən çox istəməyən, o şəriətə qarşı ən güclü dirənən qrupları sıxırsınız.

Ölkədə qadının azadlıq, bərabərlik istəməsinin, LGBTI-nin təhlükəsiz yaşamasının, kitabın, azad geyim tərzinin sizə, hökümətə, daxili və xarici siyasətinizə nə kimi təhlükəsi ola bilər axı? Niyə özünüz öz məzarınızı qazır, ölkəni o qorxduğunuz İrana dönməkdən xilas etmək istəyənləri hədəf alırsınız?

Ümumiyyətlə, sağlı-sollu, iqtidarlı-müxalifətli sizin qadınla, bərabərliklə düşmənçiliyinizin səbəbi nədir?

Qadını sıx, LGBTI-ni həbs elə, polis bölmələrində döy, kitab, şortik aksiyalarını dağıt, sonra da dad elə ki, qoymayın, Hacı Tale ölkədə şəriət qurur. Quracaq da. Buna şəraiti özünüz yaradırsız.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel