Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şəhid biznesi

Günel MövludGünel Mövlud
Mövqe
22 Dekabr 2018

Mübariz İbrahimov olayı baş verəndə, onun doğulub böyüdüyü Biləsuvar rayonuna getdim. Valideynlərim orda yaşadığından, rayonda bir həftəyə yaxın qalıb, Mübariz barədə xeyli şey öyrənmək, yazmaq imkanım oldu. Bu, vətənpərvər hisslərimdən qaynaqlanan bir şey deyildi, ölkədə bu boyda hadisə baş vermişdi və o hadisəyə daha yaxın olub, detalları öyrənmək bir jurnalist kimi mənə maraqlı idi.

Biləsuvara çatanda diqqətimi cəlb edən ilk şey, Mübarizin avtobus, maşın şüşələrinə yapışdırılan şəkilləri oldu. Köşklərdə onun müxtəlif versiyalarda, fonlarda montaj edilmiş şəkillərini almaq mümkün idi və rayonda fotostudiyaların ən gəlirli işi, həmin vaxt Mübarizin fotolarını montajlayaraq, tirajlayıb satmaq idi.

Mübarizgilin evlərində oldum. Anası, atası, qardaşları, əskərlik yoldaşı ilə danışdım. Kasıb və kifayət qədər abırlı ailə idi. Gözütox, pafossuz. Heç nə istəmirdilər, öz kədərləri ilə baş-başa qalmaqdan savayı. Anasına dedim ki, Mübariz barədə kənddə bəzi adamlarla danışmaq istəyirəm. Daha kim olduqlarını yazmıram, istəmirəm, eyni kənddə yaşayan adamlar arasında inciklik yaransın. Amma qadın mənim bəzi adamlarla danışmağımı məsləhət görmədi. Dedi ki, bura xeyli deputat, vəzifəli adam gəlir. Danışmaq istədiyiniz adamlar o deputatlarla, məmurlarla şəkil çəkdirib, sonra böyüdüb iş masasına qoyurlar, özlərini bu yolla reklam edirlər. Qadının narahatlığı ondan idi ki, onun oğlunun ölümü üzərindən kimlərsə reklam, karyera, pul qazanırdı və ailə bu prosesin qarşısını almaqda aciz idi.

İnsan səmimiyyətinin ələ salındığı, lağa qoyulduğu yerdə danışmaq çətindir. Sən minbir əzabdan, götür-qoydan, tərəddüddən sonra özünü açıq olmağa məcbur edirsən, bu açıqlıq sənə heç də asan başa gəlmir axı. Amma sənin o zülümlə elədiyin etiraflar anlayış əvəzinə lağlağı ilə, ya da qəzəblə qarşılanır. Çünki elə yerlər, ortamlar var ki, orda səmimi olmağa icazə yoxdur. Onların bəlli qəlibləri, hər şeylə bağlı bəlli prosedurları var və o qəliblərə, o prosedurlara sənin səmimiyyətini, etiraflarını yerləşdirmək mümkün deyil.

Düz ikinci həftədir ki, Nərmin Şahmarzadə adlı psixoloqun toplu şəkildə linç edilməsini, hədələnməsini, söyülməsini müşahidə edirəm. Açığı, bu məsələyə qoşulmaq istəmirdim, çünki erməni mövzusunda adım yaman çıxıb, nə deyirəmsə, deyim, orda bir düşmənçilik görəcək, bir fayda güddüyümü düşünəcəklər, pis halda gündəm üçün reaksiya verdiyimi deyəcəklər. Halbuki, son illərdə məqsədli şəkildə gündəmə qoşulmaq, qalmaq, olmaq istəmirəm, zira yazıçı kimi şöhrəti də, pulu da Norveçdə qazanıram və Azərbaycanda monetizasiya edə bilməyəcəyim şöhrətin indi mənim üçün heç bir mənası yoxdur. Nə isə.

Daha susa bilmədim. Xüsusilə, Mübarizlə atasının illüstrasiyasını Halal kolbasa reklamında görəndən sonra. Sinizmin bu həddi, bu dərəcəsi məni dillənməyə məcbur elədi. Nərmini müdafiə etməyə yox, dilə gəlməyə.

Ondan başlayaq ki, Mübariz insanlığa qarşı cinayət etməyib. Birincisi ona görə ki, biz ancaq bizə təqdim olunan versiyanı bilirik. O hadisənin necə, niyə, hansı şərtlər altında baş verdiyini bilmirik. Amma hər necə olur olsun, müharibəyə gedən insan bilir ki, adam öldürəcək. Müharibə varsa, orda öldürməmək mümkün deyil. Bir insan vətən, torpaq, ideya, nə olur olsun, uğrunda savaşa gedirsə, o qatil deyil, savaşçıdır. Qarşı tərəfdən də savaşan olanda, hər iki tərəf adam öldürməyə müəyyən haqq qazanır.

Amma icazə verin, Nərmin də insan öldürməyi qəhrəmanlıq hesab etməsin. İcazə verin, mən də hesab etməyim. Bu da Nərminin və mənim haqqımızdır. Belə düşünən insanların haqqıdır. Hamımızın haqqıdır ki, savaşa gedəni yox, getməyəni qəhrəman hesab edək. Savaşı yox, sülhü müqəddəs bilək. Əlinə silah alana yox, silahı yerə qoyana heyran olaq. İcazə verin, ölüdürülən insanın qisasını insan öldürməklə almağı müqəddəs savaş hesab etməyək. Tökülən qanın qisasını qan tökməklə almağı müqəddəs savaş bilməyək. Bu, bizim haqqımızdır.

Nərminin təhqir edildiyi, təhdid edildiyi ərəfədə Mübariz kimi şəhidlərin anaları bir tərəfdə aksiya edirdilər. Savaşda qətl edilən balalarının qanpulunu tələb edirdilər. Onların bu pula ehtiyacları var. Onların bu pulda haqqı var. Bəs, övladını aparıb, sərhəddə ölümün ağzına atıb, analarını pul üçün yalvartmaq təhqir deyilmi? Bəs, kasıb Şamama xalanın oğlu şəhid Mübarizin şəklini tirajlayıb pul qazanmaq ona təhqir deyilmi? Onun şəklini kolbasa reklamında istifadə etmək, onun savaşını biznesə alət emək, onun ruhunu təhqir etmək deyilmi?

Ölkənin bir tərəfində ölkənin ən kasıblarının balaları cəbhə xəttinə aparılıb, ölümün pəncəsinə atılır, o biri tərəfində isə ailə üzvləri yarım milyonluq it saxlayan biznes adamları, o kasıb balalarının qanı üzərində biznes qurur, reklam edir. Nərmin bu lənətli çevrənin harasındadır? Yoxdu o burda, Nərmin bu çevrənin olmasını istəmir. Nərmin kasıb balalarının əlinə silah yox, dəftər-kitab, kompüter, planşet almasını istəyir. Onun şəhid, savaşçı kimi müqəddəsləşdirilən ünvanları desakrallaşdırma cəhdidir dedikləri.

Dünya bir gün Nərminin dediklərinə gəlib çatacaq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021

Redaktorun seçimi

Nasistlərin seks kuklaları və pank rok

Rəsulzadənin Ərəblinski ilə ixtilafı?

“Taxt-tac oyunları”-nda seks və feministlər

Yuriy Sayutkin – Gecə dejavüsü və ya gips mərmərə qarşı

Amerikan kinosunun pandemiya səhifəsi

MSK sərgüzəştlərim

İsveçrə Covid-19 üzərində qələbəyə iddialıdır

Pişikli kollajlar – Gündüz Ağayev təqdim edir

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Yumor ictimai problem kimi

Milli kimlik

Zahid Oruc baş ideoloq kimi

H. Z. Tağıyevin “qələm qoçuları”

Kiçik hadisələrin böyük mahiyyəti haqqında

Emosiyasız kölələr

“Soprano klanı”. Möhtəşəm serial

20 Yanvara gedən yol

Azərbaycanlılar niyə memuar yazmır?

His Last Bow

Zorakılıq yurdu

Neft, futbol, nida

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

The Beatles qeydləri – (II yazı)

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

OneWeb qlobal internet layihəsi ilk peyklərini orbitə çıxarıb

Kayfda olan adamın fikirləri

Posthumanizm dövründə sevgi

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

Təbiət və İnşaat

Maarif Məmmədov: “Hər pornonu izləmək faydalı deyil”

Şəhid biznesi

Günel MövludGünel Mövlud
Mövqe
22 Dekabr 2018

Mübariz İbrahimov olayı baş verəndə, onun doğulub böyüdüyü Biləsuvar rayonuna getdim. Valideynlərim orda yaşadığından, rayonda bir həftəyə yaxın qalıb, Mübariz barədə xeyli şey öyrənmək, yazmaq imkanım oldu. Bu, vətənpərvər hisslərimdən qaynaqlanan bir şey deyildi, ölkədə bu boyda hadisə baş vermişdi və o hadisəyə daha yaxın olub, detalları öyrənmək bir jurnalist kimi mənə maraqlı idi.

Biləsuvara çatanda diqqətimi cəlb edən ilk şey, Mübarizin avtobus, maşın şüşələrinə yapışdırılan şəkilləri oldu. Köşklərdə onun müxtəlif versiyalarda, fonlarda montaj edilmiş şəkillərini almaq mümkün idi və rayonda fotostudiyaların ən gəlirli işi, həmin vaxt Mübarizin fotolarını montajlayaraq, tirajlayıb satmaq idi.

Mübarizgilin evlərində oldum. Anası, atası, qardaşları, əskərlik yoldaşı ilə danışdım. Kasıb və kifayət qədər abırlı ailə idi. Gözütox, pafossuz. Heç nə istəmirdilər, öz kədərləri ilə baş-başa qalmaqdan savayı. Anasına dedim ki, Mübariz barədə kənddə bəzi adamlarla danışmaq istəyirəm. Daha kim olduqlarını yazmıram, istəmirəm, eyni kənddə yaşayan adamlar arasında inciklik yaransın. Amma qadın mənim bəzi adamlarla danışmağımı məsləhət görmədi. Dedi ki, bura xeyli deputat, vəzifəli adam gəlir. Danışmaq istədiyiniz adamlar o deputatlarla, məmurlarla şəkil çəkdirib, sonra böyüdüb iş masasına qoyurlar, özlərini bu yolla reklam edirlər. Qadının narahatlığı ondan idi ki, onun oğlunun ölümü üzərindən kimlərsə reklam, karyera, pul qazanırdı və ailə bu prosesin qarşısını almaqda aciz idi.

İnsan səmimiyyətinin ələ salındığı, lağa qoyulduğu yerdə danışmaq çətindir. Sən minbir əzabdan, götür-qoydan, tərəddüddən sonra özünü açıq olmağa məcbur edirsən, bu açıqlıq sənə heç də asan başa gəlmir axı. Amma sənin o zülümlə elədiyin etiraflar anlayış əvəzinə lağlağı ilə, ya da qəzəblə qarşılanır. Çünki elə yerlər, ortamlar var ki, orda səmimi olmağa icazə yoxdur. Onların bəlli qəlibləri, hər şeylə bağlı bəlli prosedurları var və o qəliblərə, o prosedurlara sənin səmimiyyətini, etiraflarını yerləşdirmək mümkün deyil.

Düz ikinci həftədir ki, Nərmin Şahmarzadə adlı psixoloqun toplu şəkildə linç edilməsini, hədələnməsini, söyülməsini müşahidə edirəm. Açığı, bu məsələyə qoşulmaq istəmirdim, çünki erməni mövzusunda adım yaman çıxıb, nə deyirəmsə, deyim, orda bir düşmənçilik görəcək, bir fayda güddüyümü düşünəcəklər, pis halda gündəm üçün reaksiya verdiyimi deyəcəklər. Halbuki, son illərdə məqsədli şəkildə gündəmə qoşulmaq, qalmaq, olmaq istəmirəm, zira yazıçı kimi şöhrəti də, pulu da Norveçdə qazanıram və Azərbaycanda monetizasiya edə bilməyəcəyim şöhrətin indi mənim üçün heç bir mənası yoxdur. Nə isə.

Daha susa bilmədim. Xüsusilə, Mübarizlə atasının illüstrasiyasını Halal kolbasa reklamında görəndən sonra. Sinizmin bu həddi, bu dərəcəsi məni dillənməyə məcbur elədi. Nərmini müdafiə etməyə yox, dilə gəlməyə.

Ondan başlayaq ki, Mübariz insanlığa qarşı cinayət etməyib. Birincisi ona görə ki, biz ancaq bizə təqdim olunan versiyanı bilirik. O hadisənin necə, niyə, hansı şərtlər altında baş verdiyini bilmirik. Amma hər necə olur olsun, müharibəyə gedən insan bilir ki, adam öldürəcək. Müharibə varsa, orda öldürməmək mümkün deyil. Bir insan vətən, torpaq, ideya, nə olur olsun, uğrunda savaşa gedirsə, o qatil deyil, savaşçıdır. Qarşı tərəfdən də savaşan olanda, hər iki tərəf adam öldürməyə müəyyən haqq qazanır.

Amma icazə verin, Nərmin də insan öldürməyi qəhrəmanlıq hesab etməsin. İcazə verin, mən də hesab etməyim. Bu da Nərminin və mənim haqqımızdır. Belə düşünən insanların haqqıdır. Hamımızın haqqıdır ki, savaşa gedəni yox, getməyəni qəhrəman hesab edək. Savaşı yox, sülhü müqəddəs bilək. Əlinə silah alana yox, silahı yerə qoyana heyran olaq. İcazə verin, ölüdürülən insanın qisasını insan öldürməklə almağı müqəddəs savaş hesab etməyək. Tökülən qanın qisasını qan tökməklə almağı müqəddəs savaş bilməyək. Bu, bizim haqqımızdır.

Nərminin təhqir edildiyi, təhdid edildiyi ərəfədə Mübariz kimi şəhidlərin anaları bir tərəfdə aksiya edirdilər. Savaşda qətl edilən balalarının qanpulunu tələb edirdilər. Onların bu pula ehtiyacları var. Onların bu pulda haqqı var. Bəs, övladını aparıb, sərhəddə ölümün ağzına atıb, analarını pul üçün yalvartmaq təhqir deyilmi? Bəs, kasıb Şamama xalanın oğlu şəhid Mübarizin şəklini tirajlayıb pul qazanmaq ona təhqir deyilmi? Onun şəklini kolbasa reklamında istifadə etmək, onun savaşını biznesə alət emək, onun ruhunu təhqir etmək deyilmi?

Ölkənin bir tərəfində ölkənin ən kasıblarının balaları cəbhə xəttinə aparılıb, ölümün pəncəsinə atılır, o biri tərəfində isə ailə üzvləri yarım milyonluq it saxlayan biznes adamları, o kasıb balalarının qanı üzərində biznes qurur, reklam edir. Nərmin bu lənətli çevrənin harasındadır? Yoxdu o burda, Nərmin bu çevrənin olmasını istəmir. Nərmin kasıb balalarının əlinə silah yox, dəftər-kitab, kompüter, planşet almasını istəyir. Onun şəhid, savaşçı kimi müqəddəsləşdirilən ünvanları desakrallaşdırma cəhdidir dedikləri.

Dünya bir gün Nərminin dediklərinə gəlib çatacaq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Rəqəmsal konslager
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel