Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bu dəqiqə azərbaycanlıları narahat edən ən vacib məsələ toyların qadağan olunmasıdır Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rəqs et, ey sevgili müəllim

Sənay Yağmur Sənay Yağmur
Mövqe
01 Mart 2020

Müəllimənin rəqs etdiyini əks etdirən məlum videodan sonra belə bir məlumat yayılıdı ki, həmin müəllim seçki saxtakarlığında iştirak etməkdən imtina edib. Elə buna görə də videonu bəhanə edib müəllim ilə bağlı araşdırma başladıblar.

Lakin bu gün sevindirici bir ilk yaşandı və Nazirlik özünə məxsus olmayan tərzdə normal açıqlama verdi. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, videoda qeyri-adi heç nə yoxdur. Bu da o deməkdir ki, müəllimlə bağlı hər hansı bir tədbir görülməyəcək.

Azərbaycanda müəllim olmaq

Müəllimlər özləri birbaşa saxtakarlıqda iştirak edir. Davamlı istismar olunurlar. Gördükləri iş müqabilində aldıqları maaş çox azdır. Bir çoxunun savadı dərs keçmək üçün kifayət deyil, bəziləri də dərs keçib haqqını ala bilmədiyi üçün bildiklərini də öyrətmir.

Bir sözlə, ölkədə müəllimlər də davamlı ədalətsizliklə üzləşir, amma hər seçkidə də səylə  haqlarını əlindən alanların hakimiyyətini qoruyur.

Niyə? Bunun səbəbini mən tam olaraq bilmirəm. Bəlkə cəsarətləri çatmır etiraz etməyə, bəlkə də “artıq bizdən keçib” deyə düşünürlər. Əgər ikinci variantdırsa, sizdən keçibsə, niyə onda sizdən sonra gələn nəsillərdən də “keçməsi” üçün bu qədər ustalıqla, ürəkdən çalışırsınız?

Özünüz dözürsünüz, göz yumursunuz və dərs deyib “tərbiyələndirdiyiniz” gənclərin də göz yumması, susması üçün əlinizdən gələni edirsiniz. Bəlkə başqa cür ola biləcəyinə inanmırsınız, fərqlisini, susmayanı, dözməyəni görməmisiniz? Başqa nümunə yoxdur sizin üçün?

Yoxdursa, niyə nümunəni özünüz yaratmaq istəmirsiniz? Özünüzün etdiyi azmış kimi, elə bilirsiniz yanınızdakı danışsa, siz də onun gudazına gedəcəksiniz.

Əslində, düzdür. Yanınızdakı danışdıqca və siz susmağa davam etdikcə hər ikiniz də gücsüz qalacaqsınız. Çünki susanın güdazına danışan, danışanın da güdazına susan gedir.

Necə ki, mənim də məktəbimdə belədir.

Danışıram, “sus” deyirlər, “başa salırlar”, görürlər xeyri yoxdur. Məndən əllərini üzüb bu dəfə də sinif rəhbərini “başa salmağa” çalışırlar. Bundan sonra da o gəlib təkrar məni “başa salmağa” çalışır.

Mən sinif yoldaşlarıma “danış, dözmə” deyirəm. Onlar da heç nəyə qarışmır. Dözməyə davam edir . Çünki direktordan qorxan müəllim nazirlikdən qorxan direktor tərəfindən danlanır. O da gəlib özünü qorumaq üçün digər uşaqları təhdid edir. “Danışmayın, etiraz etməyin” deyir və hətta deməklə qalmır, qiymət yazmamaqla hədələyir.

Uşaqlar da görür axı, danışanı rahat buraxmırlar. Beləcə, onlar da rahat olanı, susmağı seçir.

Amma bu sadəcə dırnaqarası rahatlıqdır. Çünki bu dırnaqarası “rahatlıq” onun bütün hüquqlarını əlindən alır. Davamlı haqsızlıqla üzləşir. Müəllimlər də eyni şəkildə….

Beləliklə, bu çarx davamlı olaraq dönür. Nazirlik direktora, direktor müavininə, müavin müəllimlərə, müəllimlər şagirdlərə dözməyi təlqin edir.

Bəs dözməsək nə olar? Nə vaxtsa dözməməyi də öyrənmək lazımdır axı. 

Doğrusu insanlara etiraz etməyi öyrətmək üçün dəqiq məqsədlər üzərində işləmək lazımdır. Məsələn, məktəbdən nümunə gətirsəm, uşaqları ildə iki dəfə verdikləri “fond pulundan” imtina etməyə çağırmaq olar. Bu yığılan pul, əslində, tamamən qanunsuzdur və özlərinin ödədikləri pullar hesabına alınan hər şey (A4 kağızı, silgi, marker və s.) dövlət tərəfindən “verilir”. Amma uşaqlara gəlib çatana qədər satılır və həmin pullar yəqin ki, məktəb direktorlarının aylıq yanacağına xərclənir.

Ən azından bu kimi “kiçik” məsələlərdə öz hüquqlarını qorumağa başlasalar, bəlkə də daha böyük məqsədlər uğrunda mübarizə aparmağı öyrənəcəklər. Amma hələ bu da müşkül məsələdir. Çünki uşaqların kütləvi şəkildə hüquqlarını müdafiə etməsi üçün valideyinlərinin də onlara dəstək olması və hətta onlarla birgə mübarizə aparması lazımdır.

Amma öz övladını müəllimə onu döyəndə etiraz etdiyi üçün döyən analar, atalar olduqca bu da çətin məsələdir.

Yeri gəlmişkən, Təhsil nazirliyi seçki saxtakarlığı edən, şagird döyən müəllimlər haqqında araşdırma başlatmır, işdən azad etmir. Niyə etsin ki? Onlara müəllim yox, peşakar saxtakar, qorxaq və uşaqların beynini yaxşı yumağı bacaran kadr lazımdır axı…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Əcdadımızın bugünki vəziyyəti

Hökumətin həzin utancaqlığı

Naxçıvan davası

“Alma”-nı yenə oxumaq olacaq

Pir bizimdir, kəramətinə bələdik

Əmək prosesinin sadələşdirilməsi haqqında

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

Almadovarın karantin gündəlikləri

Praqa səfəri

Tesla-dan yeni, inqilabi ötürücü

“Əfsanəvi general” propaqandasının süqutu

Mirzə Ələkbər Sabirin qətli

Hər şey yaxşıdırmı?

İnfarkt sizdən uzaq olsun

“Anna Karenina” və kişilər haqqında

Müzakirə mədəniyyəti

Əli Rza: “Sadəcə yolumu azmışdım”

190 manatlıq sədəqə

Mişel Fukonun dəliliyi

İctimai sektanın mövsümi qanaxması

Axundovun yaratdığı xalq

PSYCHO – Nərmin Şahmarzadənin yeni vloqu

Ərəblinskini H.Z.Tağıyev öldürtdürüb?

Balkanlar: Avropanın barıt çəlləyi

Separatizm. Fərqlər və oxşarlıqlar

Oyun mədəniyyəti: Dominodan “Playstation”a

Onun arabası var

190 manatın fəlsəfəsi

Textual – Gündüz Ağayev təqdim edir

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Rəqs et, ey sevgili müəllim

Sənay Yağmur Sənay Yağmur
Mövqe
01 Mart 2020

Müəllimənin rəqs etdiyini əks etdirən məlum videodan sonra belə bir məlumat yayılıdı ki, həmin müəllim seçki saxtakarlığında iştirak etməkdən imtina edib. Elə buna görə də videonu bəhanə edib müəllim ilə bağlı araşdırma başladıblar.

Lakin bu gün sevindirici bir ilk yaşandı və Nazirlik özünə məxsus olmayan tərzdə normal açıqlama verdi. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, videoda qeyri-adi heç nə yoxdur. Bu da o deməkdir ki, müəllimlə bağlı hər hansı bir tədbir görülməyəcək.

Azərbaycanda müəllim olmaq

Müəllimlər özləri birbaşa saxtakarlıqda iştirak edir. Davamlı istismar olunurlar. Gördükləri iş müqabilində aldıqları maaş çox azdır. Bir çoxunun savadı dərs keçmək üçün kifayət deyil, bəziləri də dərs keçib haqqını ala bilmədiyi üçün bildiklərini də öyrətmir.

Bir sözlə, ölkədə müəllimlər də davamlı ədalətsizliklə üzləşir, amma hər seçkidə də səylə  haqlarını əlindən alanların hakimiyyətini qoruyur.

Niyə? Bunun səbəbini mən tam olaraq bilmirəm. Bəlkə cəsarətləri çatmır etiraz etməyə, bəlkə də “artıq bizdən keçib” deyə düşünürlər. Əgər ikinci variantdırsa, sizdən keçibsə, niyə onda sizdən sonra gələn nəsillərdən də “keçməsi” üçün bu qədər ustalıqla, ürəkdən çalışırsınız?

Özünüz dözürsünüz, göz yumursunuz və dərs deyib “tərbiyələndirdiyiniz” gənclərin də göz yumması, susması üçün əlinizdən gələni edirsiniz. Bəlkə başqa cür ola biləcəyinə inanmırsınız, fərqlisini, susmayanı, dözməyəni görməmisiniz? Başqa nümunə yoxdur sizin üçün?

Yoxdursa, niyə nümunəni özünüz yaratmaq istəmirsiniz? Özünüzün etdiyi azmış kimi, elə bilirsiniz yanınızdakı danışsa, siz də onun gudazına gedəcəksiniz.

Əslində, düzdür. Yanınızdakı danışdıqca və siz susmağa davam etdikcə hər ikiniz də gücsüz qalacaqsınız. Çünki susanın güdazına danışan, danışanın da güdazına susan gedir.

Necə ki, mənim də məktəbimdə belədir.

Danışıram, “sus” deyirlər, “başa salırlar”, görürlər xeyri yoxdur. Məndən əllərini üzüb bu dəfə də sinif rəhbərini “başa salmağa” çalışırlar. Bundan sonra da o gəlib təkrar məni “başa salmağa” çalışır.

Mən sinif yoldaşlarıma “danış, dözmə” deyirəm. Onlar da heç nəyə qarışmır. Dözməyə davam edir . Çünki direktordan qorxan müəllim nazirlikdən qorxan direktor tərəfindən danlanır. O da gəlib özünü qorumaq üçün digər uşaqları təhdid edir. “Danışmayın, etiraz etməyin” deyir və hətta deməklə qalmır, qiymət yazmamaqla hədələyir.

Uşaqlar da görür axı, danışanı rahat buraxmırlar. Beləcə, onlar da rahat olanı, susmağı seçir.

Amma bu sadəcə dırnaqarası rahatlıqdır. Çünki bu dırnaqarası “rahatlıq” onun bütün hüquqlarını əlindən alır. Davamlı haqsızlıqla üzləşir. Müəllimlər də eyni şəkildə….

Beləliklə, bu çarx davamlı olaraq dönür. Nazirlik direktora, direktor müavininə, müavin müəllimlərə, müəllimlər şagirdlərə dözməyi təlqin edir.

Bəs dözməsək nə olar? Nə vaxtsa dözməməyi də öyrənmək lazımdır axı. 

Doğrusu insanlara etiraz etməyi öyrətmək üçün dəqiq məqsədlər üzərində işləmək lazımdır. Məsələn, məktəbdən nümunə gətirsəm, uşaqları ildə iki dəfə verdikləri “fond pulundan” imtina etməyə çağırmaq olar. Bu yığılan pul, əslində, tamamən qanunsuzdur və özlərinin ödədikləri pullar hesabına alınan hər şey (A4 kağızı, silgi, marker və s.) dövlət tərəfindən “verilir”. Amma uşaqlara gəlib çatana qədər satılır və həmin pullar yəqin ki, məktəb direktorlarının aylıq yanacağına xərclənir.

Ən azından bu kimi “kiçik” məsələlərdə öz hüquqlarını qorumağa başlasalar, bəlkə də daha böyük məqsədlər uğrunda mübarizə aparmağı öyrənəcəklər. Amma hələ bu da müşkül məsələdir. Çünki uşaqların kütləvi şəkildə hüquqlarını müdafiə etməsi üçün valideyinlərinin də onlara dəstək olması və hətta onlarla birgə mübarizə aparması lazımdır.

Amma öz övladını müəllimə onu döyəndə etiraz etdiyi üçün döyən analar, atalar olduqca bu da çətin məsələdir.

Yeri gəlmişkən, Təhsil nazirliyi seçki saxtakarlığı edən, şagird döyən müəllimlər haqqında araşdırma başlatmır, işdən azad etmir. Niyə etsin ki? Onlara müəllim yox, peşakar saxtakar, qorxaq və uşaqların beynini yaxşı yumağı bacaran kadr lazımdır axı…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel