bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Quldurluğun cəngavərlik kimi təqdim olunması

Seymur Baycan Seymur Baycan
Mövqe
22 Aprel 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Seymur baycan
Paylaş

Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri”, İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsərlərini və M.S.Ordubadinin xatirələrini oxudum. Bu üç ayrı-ayrı adamın yazdığı üç kitabı birləşdirən bir xətt var. Hər üçü Qafqazdan, Qafqazda baş verən hadisələrdən bəhs edir. Bu üç əsərdən birini – İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsərini əvvəllər oxumuşdum.

Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri” əsəri ikibaşlı əsərdir. “Qafqazın on iki sirri” əsərində yazılanları oxuduqda oxuduqlarına həm heyran ola, həm də oxuduqlarından iyrənə bilərsən. Əsərdə yazılanları necə qəbul etmək oxucunun özünün səviyyəsindən, həyat fəlsəfəsindən, həyatda tutduğu mövqedən asılıdır. Şəxsən mən o kitabda yazılanlardan iyrəndim. Necə qorxulu bir məkanda, necə vəhşi bir cəmiyyətdə yaşadığımı bir daha dərk etdim. Təbiət təsvirlərinin, vəhşi adət-ənənələrin bəh-bəhlə, iştahla təsvir olunmasına bir qram da aldanmadım. Əgər kiməsə bu vəhşiliklər xoşdursa, bu adət-ənənələr onda heyranlıq doğurursa, öz işidir. Adət-ənənə adı qoyulan vəhşilikləri elə tam bir vəhşilik kimi qəbul etdim.

Məhəmməd Əsəd Bəy Qafqaz xalqlarının adət-ənənələrindən, yaşayışından yazır. Məkanlara, hadisələrə, gördüklərinə, eşitdiklərinə öz usta qələmi ilə sirlilik, ecazkarlıq qatır. Müəllif bu məkana, bu məkanda yaşayanlara qarşı maraq oyatmaq istəyir. Sanki bu kitab yerli adamlar üçün yox, xarici ölkə vətəndaşları üçün yazılıb. Sanki bu kitabı yazıçı yox, bir turizm şirkətinin çox professional meneceri yazıb. Amma aldanmağa gərək yoxdur.

Bu gün də həmin vəhşilik davam edir. Bu gün də həmin vəhşiliyə adət-ənənə adı qoyublar. Youtube-a girib bu adamların toy mərasimlərindən çəkilmiş beş-altı videoya baxmaq kifayətdir. Göyə avtomat atana bax, camaatın üstünə maşın sürənə bax, masanın üstünə çıxıb oynayana bax, bir-birinin başına boşqab çırpanlara bax. İsrafçılıq, görməmişlik, kobudluq. Terrorçu yetişdirmək üçün gözəl, münbit şərait. Söz deyə bilməzsən, hər xalqın öz adət-ənənəsi var. Bu da onların adət-ənənəsidir. Hörmət etməlisən. Etmirsənsə, deməli tolerant deyilsən. Bu qədər sadə.

İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsəri bizim ədəbiyyatımızda özünəməxsus yeri olan romanlardan biridir. Əsərin axıcı dili var. Hadisələrlə, obrazlarla zəngindir. Əsəri oxuduqda keçmiş haqqında xeyli məlumat almaq olar. Sovet dövründə yazılmasına və nəşr olunmasına baxmayaraq, müəllif hadisələrə obyektiv münasibət göstərməyə çalışıb.

Bir neçə yerdə hətta müəllifin boğulduğunu hiss etdim. Hiss etdim ki, İlyas Əfəndiyevin əslində deməyə sözü çoxdur. Yaşadığı dövr, siyasi quruluş ürəyindəkilərin hamısını olduğu kimi yazmağa imkan vermir.

Əsərdə müəllifin bizim ədəbiyyat üçün cəsarət sayıla biləcək şəxsi həyatı ilə bağlı etiraflarına da rast gəlirik. Bütün hallarda “Geriyə baxma, qoca” əsərində qəribə bir enerji var və belə bir əsəri yazan adamın həm də “Sarıköynəklə Valehin nağılı” kimi düşük bir əsər yazmasını heç cürə başa düşə bilmirəm. Müəllif bir çox hadisələrə münasibətdə keçmişi müqəddəsləşdirməyə çalışsa da, öz keçmişi üçün darıxdığını büruzə versə də, “Geriyə baxma, qoca” əsəri keçmişimiz haqqında məlumat almaq üçün dəyərli əsərdir. Əsəd Bəyin “Qafqazın on iki sirri” əsərində olduğu kimi bu əsərdə də yazılan hadisələrin necə qəbul edilməsi oxucunun özündən asılıdır. Mən bu əsərdə çoxlu vəhşiliklər, göz yaşları, qan, intriqalar, tayfa davaları, zülm, istismar, bədbəxtliklər gördüm.

Ordubadinin “Xatirələr”i yığcamlığı və kəskinliyi ilə yuxarıda haqqında söz açdığım əsərlərdən xeyli seçilir. Bu xatirələri oxuyarkən necə qorxulu adamların arasında yaşadığımı bir daha dərk etdim. Hamı zülm edir. Bəy zülm edir. Xan zülm edir. Bakı qoçuları zülm edir. Neft milyonçuları zülm edir. Molla aldadır. Seyid aldadır. Cəhalət, savadsızlıq tüğyan edir. Hər tərəf zülm. Hər tərəf insan əməyinin istismarı.

Ordubadinin Tiflis həbsxanasında baş verənlər haqqında yazdıqları isə adamın ürəyini bulandırır. Tiflis həbsxanasına 32 nəfər, yaşları 18-20 arası olan rus uşaqlar da salınmışdı. Onlar müharibənin gətirdiyi səfalətə görə oğurluq etdiklərindən həbs olunmuşdular. Ordubadi yazır: “Çoxdan bəri qadından və azad həyatdan ayrılmış, müsəlman əxlaqsızlıqlarından təşkil edilmiş bu həyasız kütlə bədbəxt uşaqların üzərindən olmazın həyasızlığı yapırdılar. Hər bir uşaq gecədə heç olmasa 6-7 nəfər caninin şəhvətini soyutmağa məcbur olurdu. Qoyulan qaydaya görə, hər bir uşaq bu gecə kimin yanında yatacağını şifahi cədvəl üzrə bilirdi… Bunların içərisində ən gözəli Jorka ilə Volodya idi. Bunlara həbsxananın qoluzorbalıları sahiblənmişdi. Volodyanı iranlı Məşədi Hüseyn, Jorkanı isə Baqrat saxlayırdı”.

Müəlliflərin hadisələrə yanaşmasından, yazı tərzindən asılı olmayaraq bu üç kitabdan belə bir nəticə çıxardım. Cəhalətin mədəniyyət, vəhşiliyin adət-ənənə, quldurluğun cəngavərlik kimi təqdim olunduğu bir yerdə yaşamaqdayıq. Bu tayfa o tayfanı çapıb talayır. O tayfa bu tayfanın mal-qarasını oğurlayır. Qan davası. Bu onun övladını öldürür. O, bunun övladını öldürür. Bu onun uşağını oğurlayır. O, bunun uşağını oğurlayır. Hər tərəf zülm, qan, göz yaşı. Mədəniyyətin izi-tozu belə görünmür. Ən böyük hadisə toy və yas mərasimləridir. Yığışırlar inəkdən, qoyundan yeyib, atdanıb-düşüb, ağlaşıb, üz cırıb dağılışırlar.

Budur bizim keçmişimiz.

Kasıb itinin adını Gümüş qoyduğu kimi, bu biabırçı keçmişə müxtəlif cəlbedici adlar qoyublar. Nağıllar danışıblar bizə. Biz də bir nümunəvi vətəndaş, həqiqi bir vətənpərvər, xalqını sevən bir insan kimi bu nağıllara inanmalıyıq. Guya keçmişdə kişilik olub. Hansı kişilikdən söhbət gedir? Məzlum adamlara zülm etmək, döymək, söymək, təpəsinə vurub çörəyini əlindən almaq bəyəm kişilikdir? Neçə dəfə eşitmişəm. Baxırsan qalstuklu, kostyumlu kişidir. Özünü ziyalı hesab edir. Ağıl verir. Məsləhət verir. Nəsihət verir. Dünya siyasətindən danışır. Masonları ifşa edir. Deyir ki, keçmişdə kişilər sözlərində bütöv olublar. Keçmişdə kişilik olub. Biri-birindən borc alanda bığından bir tük çıxarıb girov qoyurmuş. Keçmiş dedikdə də yüz il bundan əvvəl nəzərdə tutulur. Söhbət baş verib ötən əsrin əvvəlində. Bu söhbəti hətta iki dəfə televiziyada eşitmişəm.

Soruşan yoxdur ki, axı adam niyə bığından bir tük çıxarıb başqasına verməlidir. Bu nə karikaturadır?! Niyə özünüz özünüzü biabir edirsiniz, niyə özünüz özünüzü ifşa edirsiniz? Bir anlıq gözünüz önündə canlandırın. Bir adam birindən borc alır və bığından bir tük çıxarıb borc aldığı adama verir. Nə qədər gülməli mənzərədir. Yaxşı, bəs sənəd hardadır? Bəs notarius niyə yoxdur? Siz borc pul götürüb bığınızdan bir tük çıxarıb girov qoyanda başqa xalqlar mədəniyyətin hansı mərhələsində idilər? Niyə mən bu gülməli bığ karikaturası ilə fəxr etməliyəm? Nəyə görə?

Guya keçmişdə cəngavərlik olub. Yol kəsənə, qaçaq-quldura cəngavər, kolda-kosda gizlənib onu-bunu vurub öldürməyə, adamları soymağa cəngavərlik demək nə dərəcədə doğrudur. Bu nağıllar bu gün də danışılır. Üstəlik səndən bu nağıllara inanmaq, quldurluğun kişilik kimi təqdim olunmasına hörmət etmək tələb olunur. Bu keçmişi olduğu kimi qəbul etməsən, düşmən dəyirmanına su tökən, millətinə xor baxan adam adı qazanırsan. Bir düşünən adam yoxdur, niyə mən bu biabırçı keçmişə hörmət etməliyəm? Niyə bu vəhşilik məndə heyranlıq, hörmət doğurmalıdır? Nəyə görə, nəyin xatirinə? Niyə mən özüm-özümü aldatmalıyam? Ona görə ki, bu nağıllara inanmamaq, yaşadığın məkana, mənsub olduğun xalqa xəyanət etmək kimi qəbul edilir.

Bizim yazıçıların öz despotik ataları haqqında yazdıqlarına baxın. Elə bil İsa peyğəmbər haqqında yazırlar. Yalan danışan təkcə yazıçılardımı? Əksəriyyət yalan danışır. Quldurluğun cəngavərlik, vəhşiliyin adət-ənənə kimi təqdim olunduğu bir yerdə adamlar despotik atalarını asanlıqla ciddi ata kimi xarakterizə edirlər. Ən adi bir səhv üstündə uşağı vəhşicəsinə cəzalandırmaq, əlinə keçənlə döymək niyə atanın ciddiliyi kimi yozulmalıdır? Ən pisi də odur ki, bu gün yekə-yekə kişilər ataları tərəfindən döyülməklərini, söyülməklərini xoş bir xatirə kimi xatırlayırlar. Onları heç nəyin üstündə döyən, söyən, cəzalandıran atalarının adlarını öz övladlarına qoyurlar. Çünki onlar da övladlarını döyürlər və dəqiq bilirlər ki, övladları da böyüyəndə bu zorakılığı xoş bir xatirə kimi xatırlayacaq.

Deyəcəklər ki, mənim atam ciddi, qaşqabaqlı kişi idi. Atalarının zorakılıqlarını ciddi atanın hərəkətləri, ciddi atanın tərbiyəsi kimi təqdim edəcəklər. Deyəcəklər ki, nə yaxşı atam o vaxt məni döyürdü, yoxsa allah bilir mənim axırım necə olacaqdı. Bu ölkədə nə qədər ciddi kişi olub. Bu ölkədə nə qədər ciddi kişi var. Bəs bu qədər ciddi kişi olubsa tariximiz niyə belə it günündədir? Ölkəmiz niyə belə bərbad vəziyyətdədir? Bəs əgər ölkədə bu qədər ciddi, qaşqabaqlı kişilər varsa, bu qədər yaltaqlanan, bu qədər alçalan, bu qədər yalan danışan, bu qədər tərif söyləyənlər kimlərdir? Ət budursa, pişik hanı, pişik budursa, ət hanı? Yoxsa bizim kişiliyimizin sərhədi yalnız evin qapısından içəri girəndə onun-bunun üstünə qışqırmaqla, uşağı döyməklə, onu geyinmə, bunu geyin, ora getmə, bura get qadağaları ilə bitir?

Utanmırlar, qızarmırlar yekə-yekə kişilər toyda-nişanda “səhvim üstə döy məni, əllərinə qurban olum, ay ata” misralarını söyləyib keçmişdəki zorakılıqlar üçün darıxırlar. Bax, bizim keçmişimiz də tariximiz də bu misralardan ibarətdir. Güclünün qarşısında əyiliblər və bu əyilməyə “hörmət edirəm” adı qoyublar. Zəifin başından basıb əziblər, bu zülmə də cəngavərlik adı qoyublar. Bakı qoçuları adamlara zülm edirdilər, amma bu qoçular bolşeviklər gələndə quzuya döndülər.

Bu vəhşilik bu gün də davam etməkdədir. Ata qızının başını kəsir. Oğul anasını öldürür. Qardaş qardaşının başını kəsir. Qardaş bacısını bıçaqlayır. Ər arvadını baltalayır. Arvad ərini bıçaqlayır. Qız zəhər içib özünü öldürür. Toyda dava. Avtobusda dava. Küçədə dava. Məktəbdə dava. Hər yerdə dava. Hər gün az qala ölkədə vəhşicəsinə törədilmiş iki-üç qətl hadisəsi baş verir. Budur mədəniyyət? Budur adət-ənənə? Budur milli-mənəvi dəyərlər? Əgər vəhşilik, zorakılıq mədəniyyətdirsə, allah xeyir versin, nə qədər istəyirsiniz öz mədəniyyətinizlə fəxr edin. Bərk-bərk də qoruyun, birdən kimsə allah eləməmiş o qiymətli mədəniyyətizi tutub sizdən almaq istəyər. Özləri haqqında necə də yüksək fikirdədilər. Elə bilirlər camaatın işi-gücü qurtarıb, bunların adam baltalamaqdan, baş kəsməkdən ibarət olan milli-mənəvi dəyərlərini məhv etmək istəyir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör