Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Gülnar Əhməd Gülnar Əhməd
Mövqe
27 Dekabr 2020

-Böyüyəndə kim olmaq istəyirsən?

-Qırçı.. sənin kimi.

-Yalan demə, heç kim qırçı… üzr istəyirəm, müəllim olmaq istəmir.

İkinci dəfədir yazıda ssenarist Alla Axundovanın məşhur filmdəki məşhur frazasına müraciət edirəm: “Yalan demə!” Köhnə sözdür: daha yaxşısını deyə bilmirsənsə, köhnələrə müraciət elə.

Heç görmüsünüz ki, uşaq vaxtı müəllim-şagird oyunu oynayan uşaqlardan başqa özünə güvənən hansısa yeniyetmə böyüyəndə müəllim olmaq istəsin? Mən görmədim. Özünə, biliyinə güvənən, toplumda özünə yer qazanmaq istəyən heç bir məzun müəllim olmaq istəmədi.

O qədər xırda yalanlar danışırıq ki, həyatımızın kilid nöqtələri də o yalanların axınında öz istiqamətini alır. Ən az, mən yaşda olan hamı bilir ki, “Şərikli çörək” filmi çəkilən, güllü-çiçəkli ideallar əsən illərdə də qızlı-oğlanlı bir çox gəncin müəllim olmaq arzusu, ilk oxu heç atılmamış daşa dəyən gəncliyin ikinci arzusu idi. Hamı həkim ola bilməzdi, hüquqşünas, şərqşünas, jurnalist heç ola bilməzdi. Qadınlı-kişili, ziyalı dəstəsinə qoşulmaq istəyən, əli “yuxarı” fakultələrə çatmayan kəsim məcburən müəllim ordusuna qatılırdı. Cəmi bir onillik ötəndən sonra məlum olmuşdu ki, müəllim daş qaldırmır, amma dövlətdən də qoparmaq yeri yoxdur. “Dövlətdən bir tük də qopartsan, qənimətdir” motoru ilə oturub duran rejim, “tük qopartmaq” qapısını təkcə müəllimlərin üzünə bağlamışdı. Ən yoxsul təbəqə – quru maaşa baxan müəllim idi. Müəllimlik peşəsi hələ o vaxtdan kişilər üçün qırmızı işığı yandırmışdı. 80-ci illərin məktəblərində kişi müəllimlərin sayı 30-40 faizə düşmüşdüsə, 90-cı illərin sonlarına doğru onlar Azərbaycan məktəblərində “endemik nümayəndələr” sayılırdılar. Kişi müəllimlər ya qazanc dalınca qonşu ölkələr dağıldılar, ya da dükanlarda kiçik burjuaya qarışdılar.

“Şərikli çörək” filminin çəkildiyi yetmişinci illərin axırlarında institutlarımıza rüşvət yeni-yeni hökm eləməyə başlamışdı. İnstitutların “qiymət çədvəl”ində ən aşağı qiymət mal həkimliyindən sonra, yəqin ki, müəllimliyin idi.

Azərbaycanda qadına müəllimlik kimi yaraşdırılan ikinci peşə olmayıb.

Alt şüurunda qadını xidmətçi bilən adamlar üçün müəllimlik göydəndüşmə peşə idi. Çünki müəllim-qadının evdə də işləməyə kifayət qədər vaxtı qalır, 3-4 saat dərsini deyib, gəlib evi-uşağı ilə məşğul olurdu. Müəllim-qadın, həm “evli”, həm “işli” idi. Yarımştat ev xidmətçisi, yarımştat sosial qulluqçu.

Faktoloji tərəfdən pulla tələbə olub, pulla diplom alan müəllimlərin əksəriyyəti bizim nəslin nümayəndələri oldu. Bu gün 35-40 yaşarası müəllimlərin bəlkə də yarısı, 90-cı illərin əvvəlləri – 2000-ci illərin əvvəlləri arası pedoqoji universitetlərə ikinci turdan “2500-3000 manata” qəbul olunan müəllim nəslidir. Onlardan sonra gələn nəsillə Azərbaycanda müəllim xarakterinin çöküşü sürətləndi. 2000-ci illərin ortalarında qızlarımızı “ali təhsilli”lər arasına salmaq arzumuz bugünkü “gələcəyi”mizi üstü çəmənlik-altı bataqlıq marşlarda batırdı. Qız oxutmağı “ailə şərəfi” səviyyəsinə gətirən adamlar, bu dəfə auditoriya üzü görməyən qızlarına diplomu Gürcüstan, yaxud Müəllimlər İnstitutunun rayon filiallarından almağa başladılar. Artıq “APİ”-yə “uşaq düzəltmək” çətin idi. Amma son iki “ali təhsil bazarı”, diplomu cəmi beş min manata “satır”dı.

Məsələnin sosial fəsadı özünü rayonlarda daha çox göstərir. Hazırda rayon yerlərində uşaqların gələcəyi, bərpası imkansız olan qəzalı “müəllimdüzəltmə binalarının” dağıntısı altındadır. Azərbaycanın bir çox kəndlərində camaat kənd məktəblərinə uşaq qoymaq istəmir, müəllimlərin səviyyəsi kəndliləri qane eləmir. Bir, uzağı iki məktəbi olan kəndlərdə alternativ məktəb seçmək imkanı da yoxdur. Kəndliyə “Bəs qoyundan-quzudan satıb beş il auditoriya üzü göstərmədiyin qızlara “ali təhsilli, ərə gedəsi qız” statusu verən kim idi?” tipli suallar vermək də məzasız işdir. Kəndli ideal dalınca qaçmır, fayda axtarır. Bazarda ucuz diplom satılıb. Güvəndiyi dövləti satıb, o da alıb.

Azərbaycan məktəblisinin zilləti hələ qabaqda idi. Azərbaycan Respublikasının, Azərbaycan SSR-nin sosial-siyasi rejiminin davamçısı olduğunu nəzərə alsaq, qəbul eləməliyik ki, 1990-cı ildən sonra da müəllim məsələsində struktural olaraq heç nə dəyişmədi. Əksinə, Qoçu Əsgərlər, özünə güvənməyən, daim asana qaçan, İQ səviyyəsi aşağı, cəmiyyətin sürünən ayağı olan, dövlətdən maaş alan kəsimin təhsil sistemində toplandığını görürdülər. Yuxarıda sadalanan göstəricilər onların nəyəsə etiraz etmək, ümumiyyətlə, haqq-ədalət anlayışlarının olmadığını göstərirdi. Əlavəsi, müəllimlər dövlətdən maaş alırdılar, “boğaz”dan dövlətə bağlı idilər. Bu da onların asan idarə olunan kəsim olduğuna işarə edirdi. Həm icraçı kimi istifadə olunmaq üçün say baxımından (2020-ci ilin statistikasına görə, ölkədə hazırda 144.414 nəfər müəllim, 32.600 nəfər həkim var), həm də valideyinlərə təsiretmə avtoriteti baxımından ölkədə ikinci belə qüvvə yoxdur. Ən əsası, seçki sisteminin ordusunun əsgərləri, cəmiyyətin gözündə bütün qara işləri görməyə meylli, zəif, qorxaq, acgöz qadınlardan ibərət idilər.

Sevinc, zəhmətə uyğun olmalıdır

Hazırkı Azərbaycanın qadın-müəllim ordusu həm keyfiyyət, həm kəmiyyət baxımından siyasi rejimin ən “üfunətli yaralar”ını təmizləyən cəsur “cərrahlar”dır. Konkret desək, rejimin davam etməsində rolu olan əsas zəhmətkeşlər, seçkinin ön cəbhəsindəki generallar – qadın məktəb direktorlarıdır, seçki prosesində qarşılaşdıqları bütün təhqirə dözərək “kirli seçki bülletenləri”ni “yuyan” əllərdir.

Müəllimələrin öz dili ilə desək, Qələbə münasibəti ilə başına bayraqdan buynuz taxıb oynamaq, əlində balta ət doğrayıb sevinmək “dövlətə, dövlətçiliyə” sadiq nökər kimi xidmət edən bu adamların haqqı deyilmi!?

Etiraf eləmək lazımdır ki, Qoçu Əsgərlər adam tanıyandırlar. Bilirlər ki, onların “iy verən” üzvlərinin amputasiyasına başına bayraqlı buynuz taxan müəllim-generallardan başqa heç kim girməyəcək. Bilirlər ki, o “əməliyyat”lara girən adamların sevinci, məhz əldə balta, başında bayraq-buynuz təzahür edəcək. Biz isə bilməliyik: nə qədər ki bu rejimin canında can var, təhsilimiz illeqal seçki “generalşaları” tərəfindən idarə olunacaq. Mağara adamlarının şikar parçalayıb, ocaq başında yeyib-içib oynamasına baxıb, bir az qəzəblənib bir az güləcəyik. Qarşı tərəf, bir əlində xlor, o birində fırça ilə ağartma əməliyyatı aparacaq. Bir həftə əvvəl başında buynuz-bayraq, oynayan gördüyümüz hansısa müəllim-generalı bizə şəhid ailələrini, qaziləri ziyarət edən, başının üstü müqəddəs kitablı, xeyriyyəçi obrazında göstərəcək. Sonra çönüb, “varmı başqa sözü olan!?” deyəcək.

Biz də “Bizim? Yox, nə sözümüz olacaq! Məktəb direktorlarının lüks həyatının qaynağını soruşmaq, hansı gəlirlə xeyriyyəçilik elədiklərini araşdırmaq bizə düşməz, hələ yediyinin yüzdə biri ilə şəhid ailəsinə, qaziyə əl tutandan sonra heç düşməz!” deyəcəyik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Aze-Çin Bayraq
.

Çoxsahəli əməkdaşlıq fonunda Azərbaycan – Çin əlaqələri

15 Fevral 2022
IMG-20180618-WA0028
.

Kitab, mütaliə və azadlıq

10 Fevral 2022
5c8db98607291c1d74045763
.

Türkcə danışan düşük azərbaycanlılar haqqında

01 Fevral 2022

Redaktorun seçimi

Son 100 ildə təkamül etmiş 9 it cinsi

Landşaft memarlığında detal cizgilərin seçimi

Bakı və ədəbiyyat

Paşinyan parçalanmış elitanı bərpa etməyə çalışır

İtirilmiş cəhənnəm

Virus+Virus

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

Təkamül tozu daha təhlükəli edir

Abort haqqının müxtəlif hüquq sistemlərinə görə müqayisəsi

Başqa Əfqanıstan

Dəvədən böyük fil

Nikasın azərbaycanlı ürəyi

Sevda Ələkbərzadə: “Deqradasiya olacağını bilirdim”

Mixeil Saakaşvili. Adamın adamının adamı.

Sehrli dağ

Elinanın qətli, ReAL, Notr Dam

Azərbaycanın elektromobil perspektivləri

Nüvə silahının casus tarixçəsi

“İslahatlar” təxirə salınır?

Günəşi düzgün oxumaq

İnsan ölməmişdən qabaq onun xatirələri ölür

Əbədi məhbus?

Kərimlinin məkrli gülü

“Zibil etirazı” və polis

Yaza bilməməyin dözülməz yüngüllüyü

Adın çıxınca, canın çıxsın

“Dəyərli bəy” erasının sonu

Səbr etmək sənəti

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

Banan imperializmi

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Gülnar Əhməd Gülnar Əhməd
Mövqe
27 Dekabr 2020

-Böyüyəndə kim olmaq istəyirsən?

-Qırçı.. sənin kimi.

-Yalan demə, heç kim qırçı… üzr istəyirəm, müəllim olmaq istəmir.

İkinci dəfədir yazıda ssenarist Alla Axundovanın məşhur filmdəki məşhur frazasına müraciət edirəm: “Yalan demə!” Köhnə sözdür: daha yaxşısını deyə bilmirsənsə, köhnələrə müraciət elə.

Heç görmüsünüz ki, uşaq vaxtı müəllim-şagird oyunu oynayan uşaqlardan başqa özünə güvənən hansısa yeniyetmə böyüyəndə müəllim olmaq istəsin? Mən görmədim. Özünə, biliyinə güvənən, toplumda özünə yer qazanmaq istəyən heç bir məzun müəllim olmaq istəmədi.

O qədər xırda yalanlar danışırıq ki, həyatımızın kilid nöqtələri də o yalanların axınında öz istiqamətini alır. Ən az, mən yaşda olan hamı bilir ki, “Şərikli çörək” filmi çəkilən, güllü-çiçəkli ideallar əsən illərdə də qızlı-oğlanlı bir çox gəncin müəllim olmaq arzusu, ilk oxu heç atılmamış daşa dəyən gəncliyin ikinci arzusu idi. Hamı həkim ola bilməzdi, hüquqşünas, şərqşünas, jurnalist heç ola bilməzdi. Qadınlı-kişili, ziyalı dəstəsinə qoşulmaq istəyən, əli “yuxarı” fakultələrə çatmayan kəsim məcburən müəllim ordusuna qatılırdı. Cəmi bir onillik ötəndən sonra məlum olmuşdu ki, müəllim daş qaldırmır, amma dövlətdən də qoparmaq yeri yoxdur. “Dövlətdən bir tük də qopartsan, qənimətdir” motoru ilə oturub duran rejim, “tük qopartmaq” qapısını təkcə müəllimlərin üzünə bağlamışdı. Ən yoxsul təbəqə – quru maaşa baxan müəllim idi. Müəllimlik peşəsi hələ o vaxtdan kişilər üçün qırmızı işığı yandırmışdı. 80-ci illərin məktəblərində kişi müəllimlərin sayı 30-40 faizə düşmüşdüsə, 90-cı illərin sonlarına doğru onlar Azərbaycan məktəblərində “endemik nümayəndələr” sayılırdılar. Kişi müəllimlər ya qazanc dalınca qonşu ölkələr dağıldılar, ya da dükanlarda kiçik burjuaya qarışdılar.

“Şərikli çörək” filminin çəkildiyi yetmişinci illərin axırlarında institutlarımıza rüşvət yeni-yeni hökm eləməyə başlamışdı. İnstitutların “qiymət çədvəl”ində ən aşağı qiymət mal həkimliyindən sonra, yəqin ki, müəllimliyin idi.

Azərbaycanda qadına müəllimlik kimi yaraşdırılan ikinci peşə olmayıb.

Alt şüurunda qadını xidmətçi bilən adamlar üçün müəllimlik göydəndüşmə peşə idi. Çünki müəllim-qadının evdə də işləməyə kifayət qədər vaxtı qalır, 3-4 saat dərsini deyib, gəlib evi-uşağı ilə məşğul olurdu. Müəllim-qadın, həm “evli”, həm “işli” idi. Yarımştat ev xidmətçisi, yarımştat sosial qulluqçu.

Faktoloji tərəfdən pulla tələbə olub, pulla diplom alan müəllimlərin əksəriyyəti bizim nəslin nümayəndələri oldu. Bu gün 35-40 yaşarası müəllimlərin bəlkə də yarısı, 90-cı illərin əvvəlləri – 2000-ci illərin əvvəlləri arası pedoqoji universitetlərə ikinci turdan “2500-3000 manata” qəbul olunan müəllim nəslidir. Onlardan sonra gələn nəsillə Azərbaycanda müəllim xarakterinin çöküşü sürətləndi. 2000-ci illərin ortalarında qızlarımızı “ali təhsilli”lər arasına salmaq arzumuz bugünkü “gələcəyi”mizi üstü çəmənlik-altı bataqlıq marşlarda batırdı. Qız oxutmağı “ailə şərəfi” səviyyəsinə gətirən adamlar, bu dəfə auditoriya üzü görməyən qızlarına diplomu Gürcüstan, yaxud Müəllimlər İnstitutunun rayon filiallarından almağa başladılar. Artıq “APİ”-yə “uşaq düzəltmək” çətin idi. Amma son iki “ali təhsil bazarı”, diplomu cəmi beş min manata “satır”dı.

Məsələnin sosial fəsadı özünü rayonlarda daha çox göstərir. Hazırda rayon yerlərində uşaqların gələcəyi, bərpası imkansız olan qəzalı “müəllimdüzəltmə binalarının” dağıntısı altındadır. Azərbaycanın bir çox kəndlərində camaat kənd məktəblərinə uşaq qoymaq istəmir, müəllimlərin səviyyəsi kəndliləri qane eləmir. Bir, uzağı iki məktəbi olan kəndlərdə alternativ məktəb seçmək imkanı da yoxdur. Kəndliyə “Bəs qoyundan-quzudan satıb beş il auditoriya üzü göstərmədiyin qızlara “ali təhsilli, ərə gedəsi qız” statusu verən kim idi?” tipli suallar vermək də məzasız işdir. Kəndli ideal dalınca qaçmır, fayda axtarır. Bazarda ucuz diplom satılıb. Güvəndiyi dövləti satıb, o da alıb.

Azərbaycan məktəblisinin zilləti hələ qabaqda idi. Azərbaycan Respublikasının, Azərbaycan SSR-nin sosial-siyasi rejiminin davamçısı olduğunu nəzərə alsaq, qəbul eləməliyik ki, 1990-cı ildən sonra da müəllim məsələsində struktural olaraq heç nə dəyişmədi. Əksinə, Qoçu Əsgərlər, özünə güvənməyən, daim asana qaçan, İQ səviyyəsi aşağı, cəmiyyətin sürünən ayağı olan, dövlətdən maaş alan kəsimin təhsil sistemində toplandığını görürdülər. Yuxarıda sadalanan göstəricilər onların nəyəsə etiraz etmək, ümumiyyətlə, haqq-ədalət anlayışlarının olmadığını göstərirdi. Əlavəsi, müəllimlər dövlətdən maaş alırdılar, “boğaz”dan dövlətə bağlı idilər. Bu da onların asan idarə olunan kəsim olduğuna işarə edirdi. Həm icraçı kimi istifadə olunmaq üçün say baxımından (2020-ci ilin statistikasına görə, ölkədə hazırda 144.414 nəfər müəllim, 32.600 nəfər həkim var), həm də valideyinlərə təsiretmə avtoriteti baxımından ölkədə ikinci belə qüvvə yoxdur. Ən əsası, seçki sisteminin ordusunun əsgərləri, cəmiyyətin gözündə bütün qara işləri görməyə meylli, zəif, qorxaq, acgöz qadınlardan ibərət idilər.

Sevinc, zəhmətə uyğun olmalıdır

Hazırkı Azərbaycanın qadın-müəllim ordusu həm keyfiyyət, həm kəmiyyət baxımından siyasi rejimin ən “üfunətli yaralar”ını təmizləyən cəsur “cərrahlar”dır. Konkret desək, rejimin davam etməsində rolu olan əsas zəhmətkeşlər, seçkinin ön cəbhəsindəki generallar – qadın məktəb direktorlarıdır, seçki prosesində qarşılaşdıqları bütün təhqirə dözərək “kirli seçki bülletenləri”ni “yuyan” əllərdir.

Müəllimələrin öz dili ilə desək, Qələbə münasibəti ilə başına bayraqdan buynuz taxıb oynamaq, əlində balta ət doğrayıb sevinmək “dövlətə, dövlətçiliyə” sadiq nökər kimi xidmət edən bu adamların haqqı deyilmi!?

Etiraf eləmək lazımdır ki, Qoçu Əsgərlər adam tanıyandırlar. Bilirlər ki, onların “iy verən” üzvlərinin amputasiyasına başına bayraqlı buynuz taxan müəllim-generallardan başqa heç kim girməyəcək. Bilirlər ki, o “əməliyyat”lara girən adamların sevinci, məhz əldə balta, başında bayraq-buynuz təzahür edəcək. Biz isə bilməliyik: nə qədər ki bu rejimin canında can var, təhsilimiz illeqal seçki “generalşaları” tərəfindən idarə olunacaq. Mağara adamlarının şikar parçalayıb, ocaq başında yeyib-içib oynamasına baxıb, bir az qəzəblənib bir az güləcəyik. Qarşı tərəf, bir əlində xlor, o birində fırça ilə ağartma əməliyyatı aparacaq. Bir həftə əvvəl başında buynuz-bayraq, oynayan gördüyümüz hansısa müəllim-generalı bizə şəhid ailələrini, qaziləri ziyarət edən, başının üstü müqəddəs kitablı, xeyriyyəçi obrazında göstərəcək. Sonra çönüb, “varmı başqa sözü olan!?” deyəcək.

Biz də “Bizim? Yox, nə sözümüz olacaq! Məktəb direktorlarının lüks həyatının qaynağını soruşmaq, hansı gəlirlə xeyriyyəçilik elədiklərini araşdırmaq bizə düşməz, hələ yediyinin yüzdə biri ilə şəhid ailəsinə, qaziyə əl tutandan sonra heç düşməz!” deyəcəyik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
MyCollages
.

Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi

31 Mart 2022
przemysl-poland-ukraine-refugee-ss-jt-220302_1646251859228_hpMain_16x9_1600
.

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

23 Mart 2022
Aze-Çin Bayraq
.

Çoxsahəli əməkdaşlıq fonunda Azərbaycan – Çin əlaqələri

15 Fevral 2022
IMG-20180618-WA0028
.

Kitab, mütaliə və azadlıq

10 Fevral 2022
5c8db98607291c1d74045763
.

Türkcə danışan düşük azərbaycanlılar haqqında

01 Fevral 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel