bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Qarabağın reabilitasiyası. Hökumət nə edəcək?

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə
., Bazar
13 Dekabr 2020
[/vc_column][vc_column width="1/2"]
E3a1d7a2172b8961513417201
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Keçmişdə səhvlər etmiş ola bilərik. Lakin bu səhvlərə ilişib qalmaq, önümüzdəki zamanı boşa keçirmək qətiyyən doğru olmaz. Doğru olan, keçmişdə yaşananlardan dərs alıb gələcəyə köklənməkdir. Konfutsinin dediyi kimi, gələcəyi düşünün, yoxsa yaxın zamanda peşman olarsınız. Gələcəyini satın ala biləcəyimiz tək şey isə bu günümüzdür. Bəzilərimiz bu günü boşa keçirərkən, bəzilərimiz də gələcək haqqında düşünür, planlar qurur, daha yaxşılara nail olmaq üçün addımlar atmağa çalışırlar.

Bəhs edəcəyim mövzu da gələcəklə bağlı qurulan plan barədədir. Bu planın özəl və gözəl yanı isə Qarabağla bağlı olmasıdır. Bəzilərimiz 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan uzun illər sonra Qarabağı geri qaytara biləcəyimizlə bağlı ümidlərimizi itirmişkən, Nazim müəllim kimiləri nəinki bu ümidi itirməmiş, hətta  Qarabağla bağlı yenidənqurma və inşa planları hazırlamışdılar. Bu yazıda Nazim Müzəffərli və Eldar İsmayılovun (2010) “Azərbaycanın Post-Konflikt Ərazilərinin Reabilitasiyası üçün Əsas Prinsiplər” (Basic Principles for the Rehabilitation of Azerbaijan`s Post-Conflict Territories) adlı çalışmasını analiz edəcək və müəlliflərin nəzərdən qaçırdığı bəzi məsələlərlə bağlı əlavə təkliflərimi təqdim edəcəyəm.

Qarabağ haqqında qısa məlumat

İnzibati-ərazi vahidi olaraq Dağlıq Qarabağ ifadəsi ilk dəfə 1923-cü ildə Qarabağın yuxarı hissəsinə muxtariyyət statusu verildikdən sonra ortaya çıxıb. İnzibati olaraq parçalanmasına baxmayaraq, aşağı və yuxarı Qarabağ əraziləri sosial-iqtisadi baxımdan həmişə bir-birinə bağlı olub.

İşğal nəticəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayon – Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Dağlıq Qarabağ – Ağdərə, Xocalı, Xocavənd, Şuşa rayonları və Xankəndi şəhəri, bununla yanaşı Qazax və Sədərəyə aid Ermənistan ərazisində qalan bir neçə anklav kənd Azərbaycan nəzarətindən çıxmışdı. Başqa ifadə ilə, Dağlıq Qarabağa aid 4,4 min km2, və 7 rayona aid 8,9 min km2, ümumilikdə, 13,3 min km2 ərazi (həmçinin anklav kəndlərin əraziləri) erməni nəzarətinə keçmişdi. Ümumi olaraq müharibədən birbaşa və dolayısıyla 1765 yaşayış məntəqəsi zərər çəkmişdi ki, bunun da 45-i şəhər tipli olmuşdu. Birbaşa müharibədən zərər çəkmiş yaşayış məntəqələrinin sayı isə 917 idi. Bunlardan 764-ü tamamilə yerlə-yeksan edilmişdi. Ümumilikdə, 900 yaşayış məntəqəsi işğala məruz qalmışdı. DQ ətrafındakı 7 rayondan 615.000 nəfər məcburi köçkünə çevrilmişdi.

 

AğdamAğdamın – 1,094 km2 ərazisi, 168.500 (1990-ci ilə əsasən 143.400) nəfər əhalisi, 119 yaşayış məntəqəsi (bunlardan ən önəmliləri Mərzili, Seyidli, Qaslı, Xıdırlı, Məlikli, Gülablı və Xındırıstan) vardı. 23 iyul 1993 tarixində işğal edilərkən 538 nəfər ağdamlı öldürülmüş, 587-si yaralanmış, 598 mədəni və sosial obyekt, 27 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, şərabçılıq, taxılçılıq, heyvandarlıq və ipəkçiliklə məşğul olur, ət emalı, süd məhsulları, konservlər və şərab istehsalı fabrikləri, daş ocağı (karxana) və bir neçə başqa müəssisə fəaliyyət göstərirdi. İşğaldan öncə Ağdamda 34 məktəbəqədər müəssisə, 89 məktəb, 4 peşə məktəbi, 1 qiyabi təhsil verən məktəb, 4 kollec, dram teatrı, tarix muzeyi, 71 kitabxana, 13 icma mərkəzi, 27 klub, 1 stadion (“İmarət”), tarixi abidələrdən ən önəmliləri – 1314-cü ilə aid Qutlu Musa oğlu mavzoleyi, XIV əsrə aid Kəngərli qəbirləri və XVIII əsrə aid Papravənd qəbirləri mövcud idi.

 

12_bigFizuli – 1386 km2 ərazisi, 147.800 (1990-cı ilə əsasən 98.600) nəfər əhalisi, Horadiz şəhər-tipli qəsəbəsi və 71 yaşayış məntəqəsindən (bunlardan ən önəmliləri Böyük Bəhmənli, Qacar, Qarakollu, Kərimbəyli və Əhmədbəyli) ibarət idi. 23 avqust 1993 tarixində işğal edilərkən əhalisindən 528 nəfər öldürülmüş, 1309-u yaralanmış, 415 mədəni və sosial obyekt, 15 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, şərabçılıq, taxılçılıq, heyvandarlıq və ipəkçiliklə məşğul olur, pambıq, süd məhsulları, konservlər və şərab istehsalı fabrikləri, daş ocağı, tekstil fabriki və bir neçə başqa müəssisə fəaliyyət göstərirdi. İşğaldan öncə Fizulidə 38 məktəbəqədər müəssisə, 75 məktəb, 1 kollec, 2 peşə məktəbi, 9 musiqi məktəbi, incəsənət və dram teatrı, 2 muzey, 69 kitabxana, 20 icma mərkəzi, 45 klub, 13 xəstəxana, 40 təcili-tibbi yardım stansiyası mövcud olmuş, tarixi abidələrdən ən önəmliləri Əhmədalılar, Babi və Miralı mavzoleyləri, XIX əsrə aid Hacı Ələkbər məscidi, 1682-ci ilə aid Hacı Qiyasəddin məscidi, 1684-cü ilə aid karvansaray, XVIII əsrə aid Qarğabazardakı mavzoleyi vardı. 1969-cu ildə rayon mərkəzindən 15 km aralıda Paleolit dövrünə aid Azıx mağarası kəşf olunmuşdu.

 

CebrayilCəbrayıl – 1050 km2 ərazisi, 67.100 (1990-cı ilə əsasən 50.100) nəfər əhalisi, Cəbrayıl şəhəri və 77 yaşayış məntəqəsi vardı. 23 avqust 1993 tarixində işğal edilərkən 347 nəfər əhalisi öldürülmüş, 172-si yaralanmış, 197 mədəni və sosial obyekt, 27 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, şərabçılıq, tütünçülük, taxılçılıq, heyvandarlıqla məşğul olur, xalça toxuculuğu, üzüm yetişdirmə və işləmə fabrikləri, çörək zavodu, kənd təsərrüfatı maşınlarının təmiri və bir neçə başqa müəssisə fəaliyyət göstərirdi. İşğaldan öncə Cəbrayılda 17 məktəbəqədər müəssisə, 66 məktəb, 58 kitabxana, 10 icma mərkəzi, 49 klub mövcud olmuş, tarixi abidələrdən ən önəmliləri Şimali və Cənubi Azərbaycanı birləşdirən VII-VIII əsrə aid Xudafərin körpüsü, XIX əsrə aid Sultan Məcid hamamı, Şıxlar kəndində XIV əsrə aid Dairəvi mavzoley, Xudayarlı kəndində səkkizguşəli mavzoley, Dırığan dağında Qız qalası və s. idi.

 

5db6af5bc1844Zəngilan – 707 km2 ərazisi, 37.700 (1990-cı ilə əsasən 31.900) nəfər əhalisi, 84 yaşayış məntəqəsi (bunlardan ən önəmliləri Mincivan, Yeməzli, Birinci Ağac, Şayıflı, Vejnəli) vardı. 29 oktyabr 1993 tarixində işğal edilərkən 191 nəfər əhalisi öldürülmüş, 110-u yaralanmış, 138 mədəni və sosial obyekt, 13 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, şərabçılıq, tütünçülük, taxılçılıq ilə məşğul olurdu, ərazi yüksək turizm imkanlarına malik idi. İşğaldan öncə Zəngilanda 9 məktəbəqədər müəssisə, 46 məktəb, peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 icma mərkəzi, 23 klub, tarix muzeyi və daş abidələr muzeyi mövcud olmuş, tarixi abidələrdən ən önəmliləri e.ə. II əsrə aid qəbirlər, e.ə. IV-II əsrlərə aid Makedoniyalı İsgəndərin əsgərlərinin hərbi geyimləri olan qəbirləri, Hacallı kəndində XIV əsrə aid Dairəvi Qala, 1305-ci ilə aid Məmmədbəyli kəndindəki səkkizguşəli qəbir, Şərifan kəndindəki XII əsrə aid qəbir, Zəngilan şəhərində XVII-XVIII əsrdə Səfəvilər dövründə inşa olunan məscid, həmçinin Yeməzli və Bertaz kəndlərindəki alban məscidləri idi.

 

Vorotan,_QubadliQubadlı – 826 km2 ərazisi, 36.000 (1990-cı ilə əsasən 29.500) nəfər əhalisi, 94 yaşayış məntəqəsi (bunlardan ən önəmliləri Xanlıq, Mahmudlu, Dəndarlı və Muradxanlı) vardı. 31 avqust 1993 tarixində işğal edilərkən 232 nəfər əhalisi öldürülmüş, 146-ı yaralanmış, 205 mədəni və sosial obyekt, 12 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, şərabçılıq, tütünçülük, taxılçılıq, heyvandarlıq və ipəkçiliklə məşğul olur, 31 süd məhsulu istehsalı fabriki, həmçinin 27 mexanikləşdirilmiş müəssisə, o cümlədən asfalt qarışdırma zavodu, heyvandarlıq ferması, daş ocağı, mərmər sexi fəaliyyət göstərirdi. İşğaldan öncə Qubadlıda 125 ticarət müəssisəsi, 96 katerinq müəssisəsi, 21 rabitə müəssisəsi, 7 məktəbəqədər müəssisə, 63 məktəb, 1 kollec, 2 musiqi məktəbi, 60 kitabxana, 10 icma mərkəzi, 28 klub, yerli tarix muzeyi, 33 tibb müəssisəsi (4-ü xəstəxana) vardı, tarixi abidələrdən ən önəmliləri IV əsrə aid Gavur dərəsi, V əsrə aid Geyqala və Qalalı qalaları, XIV əsrə aid Cavanşir mavzoleyi, XIX əsrə aid Hacı Bədəl və Laləzar körpüləri və s idi.

 

55cde6d5459b71Laçın – 1875 km2 ərazisi, 69.500 (1990-cı ilə əsasən 54.000) nəfər əhalisi, Laçın şəhəri və 120 yaşayış məntəqəsi (bunlardan ən önəmliləri Hacıxanlı, Minkənd, Əhmədli, Qarıqışlaq və Təzəkənd) vardı. 18 may 1992 tarixində işğal edilərkən 259 nəfər əhalisi öldürülmüş, 225-i yaralanmış, 575 mədəni və sosial obyekt, 12 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, heyvandarlıq və taxılçılıqla məşğul olur, süd məhsulları və çörək istehsalı fabrikləri, daş ocağı, asfalt, beton istehsalı müəssisələri, tekstil istehsalı sexi, təbii mərmər emalı, alüminium və maşınqayırma zavodları və bir neçə başqa müəssisə fəaliyyət göstərirdi. İşğaldan öncə Laçında 17 məktəbəqədər müəssisə, 72 məktəb, 1 politexnik kollec, 19 icma mərkəzi, 67 kitabxana, 54 klub, 13 xəstəxana, bir sanitar-epidemoloji xidmət mərkəzi vardı, tarixi abidələrdən ən önəmliləri XVIII əsrə aid Həkəri çayı üzərindəki körpü, 1761-ci ilə aid Sultan Əhməd sarayı, Kosalar kəndində IX əsrə aid Ağoğlan qalası, Qaraqışlaq kəndində XI əsrə aid məscid, Quşçu kəndində XV əsrə aid Uşaq qalası, Mirik kəndində XV əsrə aid qala, Minkənd çayı üzərində XV əsrə aid körpü, Hocaz kəndində XV əsrə aid mağara məbədi və s. idi.

 

241ec1f7-01a4-4566-a239-70d513c0b433_824Kəlbəcər – 1936 km2 ərazisi, 74.200 (1990-cı ilə əsasən 57.500) nəfər əhalisi, İstisu şəhər-tipli qəsəbəsi və 122 digər yaşayış məntəqəsi (bunlardan ən önəmliləri İstisu, Başlıbel, Zəylik, Taxtabaşı, Dovşanlı, Qoslu və Almalı) vardı. 2 aprel 1993 tarixində işğal edilərkən 217 nəfər əhalisi öldürülmüş, 49-u yaralanmış, 134 mədəni və sosial obyekt, 87 tarixi abidə dağıdılmış və ya məhv edilmişdi. İşğaldan əvvəl burada əhali, əsasən, heyvandarlıq və tütünçülük ilə məşğul olur, iqtisadiyyatında mineral su, taxta-şalban  istehsalı və turizm xidmətləri əsas yeri tuturdu. İşğaldan öncə Kəlbəcərdə 8 məktəbəqədər müəssisə, 69 məktəb, 1 musiqi məktəbi, 55 kitabxana, 9 icma mərkəzi, 27 klub, 17 kinoteatr, 7 xəstəxana, bir sanitar-epidemoloji xidmət mərkəzi vardı, tarixi abidələrdən ən önəmliləri qaya rəsmləri, Tərtər çayı yaxınlığındakı VI-XIII-XIV əsrlərə aid Xudavəng monastır kompleksi və s. idi.

***

Dağlıq Qarabağ və ətraf rayonların əraziləri təbii ehtiyatlar baxımından da zəngin olub. Laçının İpək və Kəlbəcərin Geydərə sahələri xrom ehtiyatlarına, Ağdərənin Qızılbulaq sahəsi qızıl və mis ehtiyatlarına sahib idi. Kəlbəcər və Laçında xeyli civə ehtiyatı ilə zəngin sahələr vardı. Kəlbəcərdəki Ağyataq civə sahəsi artıq Sovet dövründə tükənmişdi. Kəlbəcərin Zod yatağı (bir hissəsi Ermənistanın Vardenis (Basarkeçər) rayonu ərazisində yerləşir) qızılla zəngindir. Burdakı qızıl sahəsindəki 16 yataq Azərbaycan, 7 yataq isə Ermənistan ərazisində yerləşir. Zəngilanın Vejnəli yatağı da zəngin qızıl ehtiyatlarına sahibdir. Burada həm də gümüş, mis, tellur və bizmut ehtiyatları da var. Bununla yanaşı dağlıq ərazilər, xüsusilə, Zəngilan, Kəlbəcər, Qubadlı və Laçında qiymətli və yarı-qiymətli daş-qaşlar da mövcuddur. Laçın və Kəlbəcər isə həm də mineral suları ilə tanınır. İşğal edilmiş (27 sentyabr 2020 tarixində başlanmış 44 günlük Vətən müharibəsi nəticəsində artıq azad olunmuş) torpaqlarımız həm də mərmər, əhəng daşı, xam sement, çınqıl və harç qumu ilə zəngindir.

Bütün bu zənginliklər Azərbaycan Respublikasına məxsus olub, onun işğala qədərki iqtisadiyyatının əhəmiyyətli hissəsini, başqa ifadə ilə ÜDM-nin 10%-ni təşkil edirdi. Ermənilər işğalçıları tərəfindən istismar olunan bütün bu zənginliklər, nəhayət, öz əzəli və əbədi sahiblərinə geri qaytarıldı. Lakin yaşayış məntəqləri dağıdılmış, istehsal müəssisələri məhv olunmuş bu ərazilərin yenidən qurulması və inşası olduqca böyük vəsait tələb edir. Bu vəsaitin həcmi həm də regionun bərpa səviyyəsinə bağlı olaraq dəyişə bilər. Məslən bizə “Jiquli”, “Kia”, yoxsa “BMW” lazımdır?!

Nazim müəllim çalışmasında bu ərazilərin işğaldan öncəki vəziyyətindən bir qədər yüksək səviyyədə bərpa olunması və bu məqsədlə xərclənəcək vəsaitin həcmi haqqında təxmini hesablama və rəqəmlər irəli sürmüşdü. Əlavə qeyd olaraq bildirim ki, Qarabağın reabilitasiyası üçün lazım olan məbləğin həcmi haqqında tam dəqiq rəqəm müəyyənləşdirmək hələ ki qeyri-mümkündür. Müəllif, bu işlərin həyata keçirilməsi üçün ilk iş olaraq Post-Konflikt Ərazilərinin Reabilitasiyası Nazirliyinin yaradılmasını (PKƏRN),  nazirliyin tərkibinə daha öncə yaradılmış  Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Komitə (QaçqınKom), Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (ARRA) kimi qurumların daxil edilməsini nəzərdə tutmuşdu. Təbii ki, PKƏRN öz fəaliyyətində digər nazirliklərlə, xüsusilə, Müdafiə, Daxili İşlər Nazirlikləri, milli təhlükəsizlik idarələri (DTX və XKX), Baş Prokurorluq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərsu, Azərenerji, Azərqaz kimi vs. qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirəcək.

nagorno_karabakh_village (1)

Bütün reabilitasiya işlərindən öncə ərazinin, gələcəkdəki layihələrin icrasının və buraya qayıdacaq insanların təhlükəsizliyinin təmin olunması və minalardan təmizlənməsi işləri aparılacaq. Bu məqsədlə müəllif (ed.-çox güman, xərclərin azaldılması məqsədilə) sivillərdən ibarət minalardan təmizləmə heyətlərinin təlimləndirilməsi və təşkil olunmasını məsləhət görür. Bundan ötrü öncəliklə minalanmış sahələrin xəritələrinin təqdim olunması, daha sonra minalardan təmizlənmə işlərinə başlanması, bu işlərin ilk olaraq nəqliyyat yollarında, daha sonra yaşayış məntəqələrində, ondan sonra sənaye və təsərrüfat sahələrində, ən sonda isə geri qalan ərazilərdə aparılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmini üçün yeni sərhəd xidmətinin yaradılması da plana daxildir. Müəllif AR XİN, DİN, DTX və XKX-nın birgə fəaliyyətlə gələcəkdə Azərbaycan-Ermənistan sərhədində hər iki ölkə vətəndaşlarının sərbəst keçidinin təmini üçün şərait yaradacağını təxmin edir. Erməni əsilli vətəndaşlar üçün Azərbaycan ərazisindən rahat şəkildə Ermənistana keçidin təmin edilməsi ilə bərabər, Azərbaycan əsilli vətəndaşlar (xüsusilə, Naxçıvan MR ərazisin-ə/dən) üçün də Ermənistan ərazisini istifadə edərək Azərbaycana sərbəst keçidin təmin olunacağı gözlənilir.

Müəllifin uzaqgörənliyi, hələ 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan-Ermənistan-Naxçıvan yolunun çəkiləcəyini iddia etməsindədir. O, həm də Dağlıq Qarabağın statusunun müəyyən olunmasının zaman alacağından, Kəlbəcərin blokadada qalmaması üçün Göygöl və Kəlbəcər arasında Murov dağının içərisindən çəkilməsi gərəkən 3 km-lik tuneldən bəhs edir. Müəllif, daha öncə aparılan sorğuların nəticəsini də nəzərə alaraq işğaldan azad ediləcək torpaqlarımıza məcburi köçkünlərin 85-90%-nin geri dönmək istəyəcəyini, geri dönüşün (repatriasiya) yalnız könüllü əsaslarda aparılacağını, odur ki, Qarabağa təxminən, 450-520 min vətəndaşımızın geri qayıdacağını iddia edir. Odur ki, Qarabağın reabilitasiyası, şəhərsalma, infrastruktur layihələri, inşa və digər sosial-mədəni layihələrin icrasında bu rəqəmləri əsas götürərək çalışmasını təqdim edir. Bu və digər rəqəmlərlə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Milyon AZN
Repatriasiya üçün nəqliyyat xərcləri 57,2
Əmlak kompensasiyası 416
Məcburi köçkünlərə birdəfəlik maddi yardım 41,6
Sosial yardımlar 187,2
Ümumi məbləğ 702
5 il sonra yaşanacaq ehtimal olunan inflyasiya ilə ümumi məbləğ 1084,6
  Milyon AZN
Repatriasiya olunanlar üçün yaşayış evlərinin inşası 4.492,8
İnflyasiya ilə 6.941,4
  Milyon AZN
İlkin mərhələdə repatriasiya olunanların müvəqqəti yerləşmə yerləri/konteynerlərin inşası 8,8
İnflyasiya ilə 11,6
  Milyon AZN
Enerji yarımstansiyalarının inşası 2.124
Enerji şəbəkələrinin inşası 179,5
İnflyasiya ilə 2.303,5
Su təminatı sisteminin bərpası Milyon AZN
İçməli su təminatı 500
Kəhrizlərin bərpası 100
Kanalizasiya sisteminin bərpası 300
Ümumi məbləğ 900
İnflyasiya ilə 1.380,4
  Milyon AZN
Qaz xətlərinin bərpası 90
100.000 nəfərlik yerli yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi 300
Qaz təminatının ümumi xərcləri 390
İnflyasiya ilə 662,3
  Milyon AZN
Yerli icra hakimiyyəti üçün infrastrukturun inşası 12
Yerli idarəetmə orqanları üçün infrastrukturun inşası 0,9
Digər rəsmi qurumların yerli şöbələri üçün infrastrukturun inşası 7
Ümumi məbləğ 19,9
İnflyasiya ilə 25,3
  Milyon AZN
Magistral yolların inşası üçün 2.130
Digər yolların inşası üçün 2.830
Körpülərin inşası üçün 64
Tunellərin inşası üçün 108
Ümumi məbləğ 5.132
İnflyasiya ilə 7.886
  Milyon AZN
Dəmir yollarının bəzi hissələrinin bərpası üçün 60
Yeni dəmir yollarının inşası üçün 150
Geniş dəmir yolu stansiyalarının inşası üçün 10
Dəmir yolu depolarının inşası üçün 5
Xidmət müəssisələrinin inşası üçün 4
Digər infrastruktur inşaatı üçün 20
Ümumi məbləğ 249
İnflyasiya ilə 370

Lənkəran hava limanı nümunəsində Ağdamda yeni hava limanının inşası üçün 40 milyon AZN (inflyasiya ilə 76 milyon AZN). Helikopterlər üçün helipadların və bununla bağlı digər infrastrukturun inşası üçün 11 milyon AZN (inflyasiya ilə 13.75 milyon AZN).

Telekommunikasiya şəbəkələrinin bərpası və qurulmasının, əsasən, özəl qurumlara həvalə olunacağı düşünülür. Bunun üçün təxmini olaraq 28,23 milyon AZN (inflyasiya ilə 36,55 milyon AZN) xərclənəcəyi, poçt xidmətinin təşkili üçün isə bu məbləğin 60 %-nin (17,930 milyon AZN) xərclənəcəyi nəzərdə tutulub.

Bir rayonda telefon rabitəsinin təşkili üçün 620 min AZN, 7 rayon üçün xərclər 4,34 milyon AZN (inflyasiya ilə7,58 milyon AZN).

Radio və TV fəaliyyətinin təşkili üçün 6,06 milyon AZN (inflyasiya ilə 7,34 milyon AZN).

İşğaldan azad edilən ərazilərdə kompüterləşmə (10 min kompüter və əlaqədar avadanlıqların alınması) üçün 10 milyon AZN.

Sosial infrastrukturun inşası Milyon AZN İnflyasiya ilə (Milyon AZN)
Xəstəxana və təcili tibbi yardım stansiyalarının inşası üçün 161,2 248,1
Təhsil obyektlərinin inşası üçün 310 450
Mədəniyyət və idman təsislərinin inşası üçün Milyon AZN İnflyasiya ilə (Milyon AZN)
İcma mərkəzlərinin inşası üçün 18 31,4
Klubların inşası üçün 96 142,8
Kitabxanaların inşası üçün 4,5 7,03
İdman komplekslərinin inşası üçün 12 22,8
Ümumi məbləğ 130,5 204,1

Bütün bu rəqəmləri toplayanda isə 14,9 milyard (inflyasiya ilə 21,7 milyard) AZN edir. Başqa ifadə ilə, müəllif işğaldan azad edilmiş torpaqların 5 il ərazində bərpası və yenidən qurulmasına, bu müddət ərzində ehtimal olunan inflyasiya ilə birlikdə 15-20 milyard AZN arasında xərc tələb edildiyi qənaətinə gəlir.

Müəllif, regionun bərpası üçün bu qədər böyük investisiyanın qoyulması ilə yanaşı onun iqtisadi inkişafı üçün də müəyyən təkliflər edir. O, Qarabağda, əsasən, kənd təsərrüfatı, turizm və sağlamlıq turizmi kimi sektorların daha cazibəli olduğunu və məhz bu sahələrə investisiya yatırılması gərəkdiyini vurğulayır. Bu məqsədlə regionun müqayisəli üstünlüklərə sahib yatırım sahələrini də aşağıdakı kimi müəyyənləşdirir:

Kənd təsərrüfatı

– Taxılçılıq. Azərbaycan hazırda taxılın böyük əksəriyyətini xaricdən idxal edir. Taxılın qiyməti isə dünya bazarında gedərək artır. 2008-ci ildə Qazaxıstanın Azərbaycana taxıl ixracını təxirə salması ölkədə ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı böhrana səbəb olacaqdı. Bu böhran hökümətin ciddi cəhdləri ilə önlənə bilmişdi.

Müəllif Füzuli, Ağdam və Cəbrayıl kimi ərazilərin iqliminin uyğun olması səbəbilə bu ərazilərdə taxılçılığın inkişafına önəm verilməli olduğunu qeyd edir.

– Atçılıq. Qarabağ atları hər zaman dünyada ən çox diqqət görən atlardan olub. Bu sıraya ingilis, ərəb və türk Axaltəkə atlarını yerləşdirmək olar. Atçılıq xaricə ixrac, eyni zamanda yerli at yarışlarında istifadə üçün yetişdirilə bilər. Bu məqsədlə müəllif atçılıq məktəbinin yaradılmasını zəruri hesab edir.

– Heyvandarlıq. Bu Azərbaycanın kənd və rayonlarında istifadə olunan ənənəvi məşğuliyyətdir. Qarabağ ərazisində də heyvandarlığın genişləndirilməsi həm ərzaq təhlükəsizliyi, həm də xaricə ət ixracı baxımından faydalı ola bilər.

– Üzümçülük və pambıqçılıq. Bu sahələr işğaldan öncə bölgədə xeyli inkişaf etmişdi. Lakin sahələrin bərpası və inkişafı perspektivləri müzakirə oluna bilər.

Sənaye

– Xalça toxuculuğu. Qarabağ xalçaları dünya bazarında tələb olunan xalçalar sırasındadır. Bu sahənin inkişafı həm məşğulluq, həm sənət, həm də ticarət baxımından faydalı ola bilər. Müəllifə görə, 1m2 Qarabağ xalçasının qiymətinin 100 AZN civarı olması bu sahənin faydalılığını müzakirəyə açıq edir.

– Dəri istehsalı. Heyvandarlığın artması ilə bu sahə də irəliləyə bilər. Lakin istehsalı çox su apardığına görə ekonomik və ekoloji olaraq faydalılığı müzakirə oluna bilər. Həm də bu sahədə ərazinin daha öncə təcrübəsi olmayıb. İstehsalı asan olsa da, bu bir yenilik olacaq.

– İnşaat materialları sənayesi. Xüsusilə, reabilitasiya proqramları çərçivəsində bölgədə inşaat işlərinin artması fonunda bu sahənin önəmi birə beş artır. Bu sahə, ən azı, 15-20 il müddətində gəlirli sahə olaraq qalacaq.

– Süd və ət məhsullarının emalı və istehsalı sənayesi. Emal olunmuş, işlənmiş, əlavə dəyər yüklü malların bazara çıxarılması baxımından faydalı ola bilər.

– Şərabçılıq. Ərazinin tarixi ənənəsinə əsaslanaraq bölgədə şərabçılıq təkrar inkişaf etdirilə bilər. Bu sahədə Azərbaycanın həm də son illərin geniş və müasir təcrübəsi var.

Xidmət sahələri

– Ərazinin gözəl təbiəti, fərqli landşaftı, sağlamlığa faydalı mineral suları və s. bir çox turizm sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Şübhəsiz ki, işğaldan azad edildikdən sonra bu ərazilərdə müasir turizm təsislərinin qurulması ilə bölgə, xarici turistlər üçün daha da cəzbedici olacaq.

– Qarabağ hər zaman Azərbaycan muğamının və xalq musiqilərinin vətəni, mədəniyyət paytaxtı olub. Bu ərazi yenidən mədəni tədbirlər üçün mərkəz rolunu oynaya bilər.

Müəllif ərazilərin reabilitasiyası və bəhs etdiyi sahələrin inkişafı məqsədilə bura dövlət və qeyri-dövlət yatırımlarının cəlb edilməsinin vacibliyini vurğulayır, daha çox investor, xüsusilə, xariciləri cəlb etmək üçün onlara əlverişli şəraitlərin, dövlət yardımlarının, vergi güzəştlərinin tətbiq olunacağını qeyd edir. Bu sırada atılmalı olan addımlar arasında torpaqların özəlləşdirilməsi prosesini tezliklə başa vurmağı, biznes-yönümlü qərarların qəbul edilməsini, xüsusilə, aşağıdakı mexanizmləri təşviq edir:

– Fərdi bizneslərə dövlət qrantlarının təqdim olunması. Bu, xüsusilə öz inisiativi ilə dövlət əhəmiyyətli layihələrin (az gəlirli) həyata keçirilməsində və ilkin reabilitasiya dövründə faydalı ola bilər. Gələcəkdə korrupsiya hallarına yol aça biləcəyi üçün sonrakı mərhələlərdə tətbiqi məsləhət görülmür.

– Vergi mükəlləfiyyətləri. Reabilitasiya proqramlarına qoşulan fərdi bizneslərə bəzi vergi güzəştləri, yaxud vergisiz fəaliyyət (müəyyən müddət) imkanları təqdim edilə bilər. Bura həm də ərazidə çalışacaq fermerlərə yanacaq, sürtkü yağları ilə bağlı qiymət güzəştləri və subsidiyaların verilməsi daxildir.

– Fərdi bizneslərə yumşaq şərtlərlə kreditlərin verilməsi.

– Kiçik biznes sahiblərinə ilk 3-5 ildə su və digər vacib tələbat məhsullarının pulsuz təqdim olunması, kənd təsərrüfatı maşınlarının kirayəsinin pulsuz olması, fermerlərə təlim və məsləhətlər verilməsi, fermerlərə pulsuz toxum və müəyyən sayda heyvan verilməsi, bölgədə istehsal olunacaq ilkin məhsulun dövlət tərəfindən satın alınması və s.

Bu tədbirlər bölgəyə həm repatriasiya işlərini, həm də yerli və xarici investorların cəlb edilməsini sürətləndirə bilər. Xüsusilə, xarici beynəlxalq maliyyə və digər təşkilatları Azərbaycanda yenidən qurma və inşa işlərinə maraqla yanaşırlar. Bu çərçivədə UNDP/UNCHR tərəfindən Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən pilot layihələr, bu və digər beynəlxalq təşkilatlar tərəfindən ayrılan maliyyə xərclərinin limitli sayda qaçqın üçün müvafiq həyat şəraitinin təmin edilməsi üçün xərclənməsini göstərə bilərik. Lakin bu layihələr indiyədək kiçik müstəvili olub və gələcəkdə genişləndirilməsinə zərurət var.

Beləliklə, müəllifin təqdim etməyə çalışdığı fikirlərin ana xətlərini oxuculara təqdim etdim. Lakin bir tənqidi qeydimi bildirmək istəyirəm: müəllif Qarabağın reabilitasiyasında “Jiquli” modelini seçib. Lakin Azərbaycan artıq “BMW” olmasa da, “Kia”ya iddia edəcək qədər inkişaf etməkdə olan bir ölkədir. Biz artıq kənd təsərrüfatına deyil, yüksək texnologiyalara, elmə, yeni sənaye və istehsalat sahələrinə, ən son yeniliklərə önəm verən ölkəyik. Biz müəyyən ərazidə taxıl və pambıq becərə, beton və sement istehsal edə, muğam oxuya, rəqs edə bilərik. Lakin bizim amalımız sadəcə bu deyil və bu olmamalıdır. Odur ki, müəllifin qeyd etdiklərinə əlavə olaraq Qarabağın iqtisadi reabilitasiyası üçün aşağıdakı təkliflərimi qeyd edirəm:

Kənd təsərrüfatı və yeyinti sənayesi

– Müasir aqronomiya, aqrokimya biliklərinin, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiq olunduğu təsərrüfat sahələrinin qurulması

– Selektiv heyvandarlığa önəm verilməsi

– Kənd təsərrüfatı xammalı yox, əlavə dəyər yüklü kənd təsərrüfatı məhsullarının istehsalının təşviq olunması

– Müəllifin qeyd etdiyi kimi atçılıq, tütünçülük və şərabçılıq sahələrinin inkişafına xüsusi önəm verilməsi.

– İşğaldan azad olunan ərazilərin 200 min hektar (müqayisə üçün deyim ki, Azərbaycanda ümumi olaraq bu rəqəm 2 milyon, Fransada 30 milyon hektardır) təsərrüfata yararlı sahələri var. Bu sahələrin iqtisadi cəhətdən faydalı istifadəsini təşkil etmək zəruridir. Bu məqsədlə işğaldan azad edilmiş yerlərə qayıdacaq bütün məcburi köçkünlərə özəlləşdirmə vasitəsilə təsərrüfat işləri ilə məşğul olmaq üçün yaşayış sahələrinə bitişik geniş həyətyanı sahə ayırmaqdansa, hər birinə verilməsi nəzərdə tutulan bu həyətyanı sahənin ümumi bir əkin sahəsindən təqdim olunması, burda fərdi istəklərə və qaydaya əsasən yox, ümumi dövlət maraqlarına, planlarına və proqramlarına uyğun şəkildə əkin-biçin işlərinin aparılması, kənd əhalisinin ümumi işə cəlb olunması, onlara özlərinə aid olan sahədən gələn gəlirlərin təqdim olunması daha məqsədəuyğun hesab edilə bilər. Yəni dövlət-özəl qarışıq təsərrüfatın inkişafı. Bu üsul həm də ərazilərin texnoloji inkişafına, hər hansı məhsul istehsalı üzrə ixtisaslaşmasına və qeyri-neft sektorunda ixracın artırılmasına töhfə verə bilər.

Yüngül və ağır sənaye

– Bölgənin zəngin təbii ehtiyatlarının (xüsusilə qızıl, mis, civə, qiymətli və yarı-qiymətli daşlar vs.) işlənməsi üçün yerli və xarici sərmayəli müəssisələrin qurulması

– Xammal məhsullarına deyil, emal olunmuş əlavə dəyər yüklü məhsulların ixracına, həmçinin qiymətli metallar və daşlardan hazırlanmış bəzək əşyalarının istehsalına və ixracına önəm verilməsi

– Hərbi-sənaye kompleksinin qurulması (bu sahədə, xüsusilə, Türkiyənin hərbi sənayesi ilə əməkdaşlıq edilə bilər. Ağdamda qurulacaq Türkiyə-Rusiya ortaq monitorinq mərkəzinin ətrafında geniş bir hərbi-istehsalat kompleksi inşa edilə bilər).

– Yüksək texnologiyalar araşdırma mərkəzi qurula və müxtəlif elmi sınaqların, pilot layihələrin həyata keçirilməsi üçün ortaq investisiyalı regional şəbəkə (hub) təşkil oluna bilər

– Müəllifin qeyd etdiyi kimi, inşaat materialları istehsalı müəssisələrinin qurulmasına və bu müəssisələrin müasir istehsalat tələblərinə uyğun olmasına önəm verilə bilər.

Xidmət sahələri

– Müəllifin qeyd etdiyi kimi, bölgədə turizmin və mədəni mərkəzin inkişafı üçün müstəsna imkanlar var və bu imkanlar mütləq istifadə olunmalıdır. Lakin bununla kifayətlənmək olmaz. Bölgədə qurulacaq müasir təsərrüfat və sənaye sahələrinin inkişafı və əldə olunacaq təcrübələrdən gələcəkdə bölgədə praktika və konsaltinq məqsədləri ilə istifadə oluna bilər. Bunun üçün xüsusilə müvafiq sahələrdə daha az inkişaf etmiş ölkə və fərdi bizneslərə konsaltinq xidmətləri təqdim oluna bilər.

– Ən müasir elm mərkəzi yaradıla və region ölkələrinin tələbələrinin təhsil alması üçün imkanlar (xarici dildə təhsil, online təhsil, vs.) yaradıla bilər.

Bütün böyük uğurlar kiçik xəyallarla başlayıb. Odur ki, ölkəmizin inkişafı və rifahı üçün xəyallar qurmaqdan çəkinməyək!

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör