bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qara ölüm: şəhərlərin qənimi

AzLogos AzLogos
., Elm
17 May 2020
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
Saint thecla giambattista tiepolo pd e1506270422832
Paylaş

Taun heç kimə, hətta həkimlərə də qurtulmaq şansı verməyən dəhşətli xəstəlik kimi bəşəriyyətin tarixində və mədəniyyətində dərin iz qoyub. Bu xəstəlik evlərə daxil olur, ailələri qırır, şəhərləri saysız cəsədlərlə doldururdu. Onun səbəbləri və müalicə üsulları artıq bəşəriyyətə məlumdur, ancaq keçmişdə təbiblər taunun qarşısında aciz idilər. Nə astroloji bilgilər, nə də antik alimlər tərəfindən yazılmış qədim traktatları öyrənmək taundan xilas etmirdi. Lenta.ru-dan Aleksandr Yenikeyev taun pandemiyaları və onların, bəşəriyyəti infeksiyanın əsl təbiəti haqqında düşünməyə necə vadar etdiyi barədə danışır.

file-20191104-88419-i0bxwh
Qara ölüm qurbanlarının kütləvi məzarı

Taunun törədicisinin – Yersinia pestis- izləri beş min il əvvəl, bürünc dövründə yaşamış insanların dişlərində tapılıb. Bu bakteriya bəşəriyyət tarixindəki iki ən ölümcül pandemiyaya səbəb olub, yüzminlərlə insanı yox eləyib. Xəstəlik yanğın kimi yayılıb bütöv şəhərləri boş qoyurdu, həkimlərsə ona heç bir şəkildə mane ola bilmirdilər – əksər hallarda bunun səbəbi xurafat və tibbi biliklərin aşağı səviyyədə olmasıydı. Yalnız antibiotiklərin və vaksinlərin ixtirası tauna qalib gəlməyə imkan vermişdi. Hərçənd hələ də dünyanın müxtəlif hissələrində, hətta inkişaf etmiş ölkələrdə belə, taun partlayışları olur.

AĞILLI QATIL

Xəstəlik soyuqdəymə ya da qrip kimi başlayır: hərarət qalxır, zəiflik və baş ağrıları meydana çıxır. İnsan naxoşluğunun səbəbinin gözəgörünməz bakterioloji bomba – daxili taun çöpləri ilə dolu birə olduğundan qətiyyən şübhələnmir. Həşərat udduğu qanı geri- damara qusmağa məcburdur. Nəticədə oqranizmə bir ordu ölümcül təhlükə daşıyan bakteriyalar daxil olur. Əgər onlar limfa düyünlərinə düşsə, xəstədə, taunun bubon forması inkişaf edir, düyünlər xeyli şişir. Orta əsrlərdə onları yandırır və deşirdilər – bu isə həm xəstəyə, həm də onun ətrafındakı insanlara zərər vururdu.

Taunun septik forması isə taun çöpü qana düşəndə meydana çıxır və qanın damariçi laxtalanmasına səbəb olur. Laxtalar toxumaların qidalanmasını pozur, laxtalanmayan qan isə dəriyə hoparaq səciyyəvi qara səpgilər yaradır. Versiyalardan birinə əsasən, məhz, bu əlamətinə görə Orta əsrlərdə taun pandemiyasını Qara Ölüm adlandırmağa başlamışdılar.

71GtdSRXm2L
Piter Breygelin “Ölümün zəfəri” tablosu

Digər formalara nisbətən septik tauna daha az rast gəlinir, lakin keçmişdə ondan ölənlərin nisbəti, az qala, 100%-ə çatırdı – o vaxtlar antibiotiklərdən hələ heç kimin xəbəri yox idi.

Taunun ağciyər forması Qara Ölümü digər pandemiyalardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. İlk pandemiya – Yustinian taunu dövründə qanhayxırmasına dair heç bir məlumat yoxdur, amma Orta Əsrlərdə bu simptoma da bubonlar qədər tez-tez rast gəlinir. Bakteriyalar ağciyərlərə daxil olaraq pnevmoniya yaradır, xəstə taun çöplü havanı bayıra buraxır, o da başqa insanların tənəffüs orqanlarına düşür. Qara Ölüm zamanı xəstəlik insandan insana ötürülürdü və daşıyıcı kimi birələrə ehtiyac qalmırdı.

Keçmişdə patogenin ağciyərlərə düşməsi, demək olar ki, həmişə ölümlə nəticələnirdi – antibiotik müalicəsi almayan insan iki-üç gün içində ölürdü. XIV əsrdə onmilyonlarla insanın ölümünə görə, məhz, xəstəliyin ağciyər forması məsuliyyət daşıyır.

ÖLÜM DALĞALARI

Bəşər tarixinə üç nəhəng taun pandemiyası məlumdur. E.ə. 541-ci ildə başlamış Yustinian taunu iki əsr ərzində bütün dünyada, təxminən, yüz milyon insanı yox etmiş və Avropanın əhalisini yarıbayarı azaltmışdı.  

Xəstəliyin ikinci dalğası- Qara ölüm iyirmi il tüğyan etmiş və müxtəlif hesablamalara əsasən, iki yüz milyon insanın ölümünə səbəb olmuşdu. Ki, bu da onu bəşəriyyətin bütün tarixi boyunca baş vermiş qeyri-virus mənşəli ən ölümcül pandemiyaya çevirir.

Çində başlayan və təqribən, bir əsr (1855-1960-cı illər) davam eləyən üçüncü pandemiya zamanı isə on milyondan çox insan həlak olmuşdu.

Taunun tarixi on min il əvvəl – insanlar üçün nisbətən zərərsiz sayılan, sadəcə həzm orqanlarında yüngül pozuntu yaradan torpaq bakteriyası – Yersinia pseudotuberculosis – bir neçə mutasiyaya sahib olanda və insanın ağcıyərlərində məskunlaşmaq imkanı qazananda başlayır. Daha sonra Pla genindəki dəyişikliklər bakteriyanı həddindən artık toksikləşdirir: o, ağciyərlərdəki zülalları parçalamağı və limfatik sistem vasitəsilə bütün bədəndə çoxalmağı, bubonlar yaratmağı öyrənir. Həmçinin bu mutasiyalar ona hava-damcı yolu ilə ötürülmək imkanı qazandırır. Bir çox hallarda olduğu kimi bu epidemiyanın meydana çıxmasına da insanların bir-biri və vəhşi təbiət arasındakı sıx təmaslar səbəb olmuşdu.

plaguedoctor

Təqribən, dörd min il əvvəl Yersinia pestisini birələr vasitəsilə gəmiricilər, insanlar və digər məməlilər tərəfindən ötürülməyə qadir olan yüksək virulentli bakteriyaya çevirən mutasiyalar baş verir. Məməlilər üzərində parazitlik edən qansoran həşəratlar səyyahlarla birlikdə böyük məsafələrə yayılırdılar. Birələr yüklərə, ticari mallara dolurdu, buna görə də, ticarətin inkişafı pandemiyanın əsas səbəblərindən birinə çevrilir.

Yustinian taunu Mərkəzi Asiyada yaranmış, ticari kanallarla əvvəlcə Afrikaya keçmiş, ordan da Bizansın paytaxtına – b.e-nın birinci minilliyində dünyanın mərkəzi və əhalisi sıx olan şəhərə çatmışdı. Epidemiyanın pik dövründə xəstəliyin bubon və septik formaları gündə beş minə yaxın insan öldürürdü.

Qara ölümü taun çöpünün başqa bir ştammı törətmişdi. Bu ştamm Yustinian taununun törədicisinin birbaşa sələfi deyil.

XIII əsrdə baş verən və kənd təsərrüfatının tənəzzülü, daha sonra isə aclıqla nəticələnən monqol işğalları pandemiyaya təkan verən səbəblərdən biri hesab olunur. Öz növbəsində xəstəliyin yayılmasında iqlim dəyişiklikləri də öz rolunu oynamışdı. Belə ki, davamlı quraqlıqlar gəmiricilərin, o cümlədən marmotların kütləvi şəkildə insan məskənlərinin yaxınlığına miqrasiya etməsinə yol açmışdı. Heyvanların sıxlığı ucbatından epizootiya – epidemiyanın heyvanlardakı analoqu- meydana çıxmışdı. Marmotların əti delikates hesab olunduğu üçün xəstəliyin insanlar arasında yayılması sadəcə zaman məsələsi idi.

Taun əvvəlcə Asiyanı, Orta Şərqi və Afrikanı ağuşuna almış, sonra ticari gəmilərdə Avropaya daxil olmuş və təxmini hesablamalara görə, 34 milyon insanın həyatına son qoymuşdu.

Üçüncü pandemiya 1855-ci ildə Çində bubon taununun yayılması ilə başlamışdı. Daha sonra infeksiya Antarktida xaric bütün qitələrə yayılmışdı. Epidemiyanın təbii ocağı Yunynan əyalətində idi və ora hələ də epidemioloji təhlükə daşıyan bölgə sayılır. XIX əsrin ikinci yarısında çinlilər, o vaxt böyük tələbat olan faydalı filizlərin hasilatını artırmaq məqsədilə sözügedən bölgəni məskunlaşdırmağa başlamışdılar. Lakin bu təşəbbüs insanların tauna yoluxmuş birələrin məskəni olan sarıdöş siçovullarla sıx təmasına gətirib çıxartmışdı. Şəhər əhalisinin artması və nəqliyyat yollarının yüklənməsi bubon taununun qapısını açmışdı. Xəstəlik Honqkonqdan Britaniya İrlandiyasına keçmiş, başlanğıcda bir milyon, növbəti otuz ildə isə 12,5 insanı öldürmüşdü.

TƏHLÜKƏLİ QƏRƏZ

Digər pandemiyalarda olduğu kimi taunun da yayılmasına infeksion xəstəliklərin təbiəti ilə bağlı həmin dövrdə hökm sürən yanlış mülahizələr yardım edirdi. Orta əsrlərdə yaşayan həkimlər üçün Hippokrat və Aristotel kimi antik mütəfəkkirlərin nüfuzu avtoritet idi və həyatını təbabətlə birləşdirmək istəyən hər kəs mütləq onların əsərlərini diqqətlə öyrənməliydi.

plague
İçi taun çöpləri ilə dolu olan birə

Hippokratın prinsiplərinə əsasən, xəstəliyin yaranmasında təbii faktorlar və insanın həyat tərzi rol oynayır. Bu mülahizə öz dövründə mütərəqqi sayılırdı, çünki Hippokrata qədər xəstəliklər, bir qayda olaraq, fövqəlgüclərin müdaxiləsinin nəticəsi hesab olunurdu.

Lakin qədim yunan həkiminin anatomiya və insan fiziologiyası ilə bağlı bilgiləri son dərəcə az idi. Ona görə də, o, hesab edirdi ki, xəstəni sağaltmaqdan ötrü ona düzgün qulluq etmək lazımdır, bu halda orqanizm özü xəstəliyin öhdəsindən gələcək.

Universitet təhsili almış orta əsrlər həkimləri xəstəliklərin müalicəsində o qədər də təcrübəli deyildilər, ancaq yüksək statusa və nüfuza malik idilər. Onlar anatomiyanı pis bilirdilər, cərrahiyyəni isə iyrənc peşə hesab eləyirdilər. Dini avtoritetlər cəsədlərin yarılmasına qarşı çıxırdılar, buna görə də, Avropada insan bədəninin quruluşuna diqqət ayıran universitetlər çox az, təməl tibbi prinsip isə humorlar nəzəriyyəsi idi. Bu nəzəriyyəyə əsasən, insanın sağlamlığı dörd mayenin balansından asılıdır: qan, limfalar, sarı öd və qara öd.

Orta əsrlərdə nəzəriyyəçi həkimlərin əksəriyyəti Aristotelin prinsipinə inanırdılar. Aristotelə görə, taunu miazmalar – havanı “korlayan” buxarlar yaradırdı. Bəziləri hesab edirdi ki, miazmalar səmavi vücudların əlverişsiz yerləşməsi ucbatından əmələ gəlir, digərləri hər şeyin təqsirini zəlzələdə, bataqlıqlardan əsən küləkdə, iyrənc peyin qoxusunda və çürüyən cəsədlərdə görürdülər. 1365-ci ilə aid tibbi traktatların birində iddia olunurdu ki, humoral nəzəriyyəni və astrologiyanı bilmədən taunu müalicə etmək mümkün deyil və sadalananları bilmək həkim üçün çox vacibdir.

r1443615_20922129
Taun çöpləri

Taunla mübarizədə görülən profilaktik tədbirlərin hamısı guya cənubdan gələn zəhərli havanın uzaqlaşdırılmasından ibarət idi. Həkimlər pəncərələri şimala açılan evlər tikməyi tövsiyə edirdilər. Həmçinin dəniz sahillərindən uzaq durmaq lazım idi, çünki taun epidemiyalarının liman şəhərlərində başlaması faktı nüfuzlu tibb xadimlərinin gözlərindən yayınmamışdı. Lakin onların ağlına belə gəlmirdi ki, xəstəlik ticarət yolları ilə yayılır, dəniz havasında süzmür. Tauna yoluxmamaq üçün nəfəsi tutmaq, parçadan nəfəs almaq, ya da ətirli otlar yandırmaq məsləhət görülürdü. Xəstəlikdən qorunma vasitəsi kimi parfümeriyadan, bahalı daş-qaşlardan və qızıl kimi metallardan istifadə olunurdu.

Hesab edilirdi ki, bubonlarda taun zəhəri var və onu mütləq çıxartmaq lazımdır. Yaraları deşir, yandırır, zəhəri soran məlhəm sürürdülər. Amma bunları eləyərkən ətrafdakılara da yoluxan bakteriyaları sərbəst buraxırdılar. Həkimlər guya bütün zəruru qorunma tədbirlərini görsələr də, çoxları ölürdü. Tətbiq edilən müalicənin yararsız olduğunu anlayan digər qisim isə öz məsləhətlərinə əməl eləyərək şəhərdən qaçırdılar. Hərçənd taun onları xəstəliyin ocağından uzaq yerlərdə də yaxalayırdı.

Taun orta əsrlər təbabətinin tamamilə aciz olduğunu nümayiş etdirsə də, həkimlər qədim avtoritetlərdən asılılıq bağlarını qırmağa, öz müşahidə və təcrübələrinin tətbiqinə o qədər də tez nail ola bilməmişdilər.

YENİ ERA

Azadlıqsevər vətəndaşların və tacirlərin daimi etirazlarına baxmayaraq, xəstəliklə mübarizədə tətbiq olunan azsaylı, lakin yararlı metodlardan biri karantin olmuşdu (uğurluluq dərəcəsi dəyişkən olsa da). Venesiyada gəmilərin limana girişi müvəqqəti məhdudlaşdırılmışdı və məhdudiyyət 40 gün çəkmişdi (“karantin” sözü italyanca “quaranta giorni” – “40 gün” sözündən yaranıb). Eyni məhdudiyyət tauna yoluxmuş ərazilərdən gələn insanlara da tətbiq olunmuşdu. Şəhər şuraları sırf xəstəliyin müalicəsi ilə məşğul olmaq üçün həkimlər – taun həkimləri – tutur, daha sonra onlar da karantinə göndərilirdi.

Digər tərəfdən aparıcı nəzəriyyəçilərin bir çoxu pandemiya ucbatından həlak olduğuna görə, təbabət yeni ideyalara qapı açmaq imkanı qazanmışdı. Universitet təbabəti müvəffəqiyyətsizliyə uğramışdı. Odur ki, insanlar daha çox praktik fəaliyyət göstərən mütəxəssislərə müraciət etməyə başlamışdılar. Cərrahiyyə inkişaf etdikcə insan bədəninin bilavasitə öyrənilməsinə daha çox diqqət ayrılırdı. Tibbi traktatlar latın dilindən geniş auditoriya üçün əlçatar olan dillərə tərcümə edilirdi. Ki, bu da ideyaların yenidən gözdən keçirilməsinə və inkişafına təkan verirdi.

Yəni ümumi götürəndə, pandemiya səhiyyə sisteminin inkişafına şərait yaratmışdı.

Taunun əsl səbəbi – Yersinia pestis – Qara ölümdən bir neçə əsr sonra kəşf olundu. Buna, XIX əsrdə bir çox xəstəliklərin səbəblərinə dair baxışlarda çevriliş etmiş Lui Pasterin mütərəqqi ideyalarının alimlər arasında yayılması kömək etdi. Mikrobiologiyanın əsasını qoymuş L.Paster sübut elədi ki, yoluxucu xəstəlikləri miazmalar və orqanizmdə balansların pozulması yox, mikroorqanizmlər törədir. Alim sibir xorasının, vəbanın, quduzluğun müalicə üsullarını kəşf etdi və yarandığı vaxtdan etibarən təhlükəli infeksiyalarla mübarizənin mərkəzinə çevrilən Paster institutunun əsasını qoydu.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör