bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

Gülnar Əhməd Gülnar Əhməd
., Gender
14 Avqust 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
MyCollages (1)
Paylaş

Beş, bəlkə də altı il əvvəl İstanbulda yaşayan Azərbaycan əsilli bir professor söhbət əsnasında mənə “mütləq “Qara paltarlı qadın” şeirini oxu. O şeir Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir” dedi. Xatırlayıram ki, şeirə bu qədər vurğunluğuna baxmayaraq, həmsöhbətim, Ramiz Rövşənin adını yadına sala bilməmişdi.

Professorun Nişantaşındakı ofisindən çıxar-çıxmaz internetdə şeiri tapıb oxudum. Evə gəlib bir də oxudum, iki də oxudum, xülasə, bir neçə dəfə oxudum… Fəqət, professorun bu şeirin harasına “vurulduğunu” başa düşmədim. Təcrübəsiz vaxtlarım idi. Ətrafımın fəlsəfə oxumayan, etika-estetika bilməyən, mütaliəsi zəif, kültür bazası boş alimlərlə dolu olduğundan xəbərim yox idi. Nəbadə belə adamların zövqünə inanaraq hansısa kitabı oxuyub, hansısa filmə baxmaqla vaxt itirəsiniz.

Oxumaq faydalı vərdişdir, amma baxır “nəyi” oxumaq. Hansısa bədii əsərdəki obrazda özünü tapmaq oxucuya həm keçmişi təhlil eləmək, həm də gələcəyə üfüq açmaq imkanı verir, onda özündən utanmamaq hissi yaradır. Bir növ hadisələri oxucunun gözündə adiləşdirir. Öz oxşarının etirafını görən oxucu, “mən tək deyiləm” deyir və özünə güvənməyə başlayır, canfəşanlıqla mətni bitirib oxşarının hadisələrə reaksiyasını öyrənir, onu hansı təhlükələrin gözlədiyindən xəbər tutur. Nəticədə alternativ düşünmək vərdişi qazanır, “A” planı pozulanda asanlıqla “B” planına keçə, həyatın bərkini-boşunu yıxılmadan müəyyənləşdirə bilir. Bunu, yediyimiz qidanın özümüz bilmədən immun sistemimizi gücləndirməsinə də oxşada bilərik. Yəni mütaliənin oxucuya (söhbət peşəkar oxucudan getmir) əsas faydası həm də odur ki, onu sosial həyata hazırlayır. Amma o şərtlə ki, oxucu oxuduğunun içində kiminləsə empatiya hissi qura bilsin, orada özünü tapsın.

Xülasə, “Qara paltarlı qadın” şeirini oxuyandan sonra hiss elədim ki, mən, o qara paltarlı qadınlardan olmaq istəmirəm. Şeiri oxuduqca elə bilirdim, şeir məni saxtakar, viktorian dövrünün hüzünlü, isterik qadınlarının qılafına salmaq istəyir. Niyə illər boyu məni ağladan, saçımı oxşamayan, mənə dərd verən kişi üçün ömrümün axırına kimi qara paltar geyinib yas tutum!? Ömür boyu mənə əzab vermiş adamın daşını göz yaşlarımla yuyub, öpüb-sığallayıb bağrıma basım!? Bu qurbanı məndən kim istəyir? Özü məzarda rahat yata bilsin deyə, əşya yerinə qoyulan qadından yalnız cinsi sədaqət istəyən kişilərmi, yoxsa kişilərin qoyduğu qaydalarla idarə olunan cəmiyyətmi? Qadın kimə sadiq olmalıdır? Ümumiyyətlə, sado-mazoxist olmayan bir adam ona əzab verən adamın ölümünə niyə bu qədər kədərlənsin?

Psixologiyası normal olan insanın özünə belə işgəncə vermək istədiyinə inanmaq çətindir. Əgər hər bir əzazil kişinin öləndən sonra qara paltar geyinmiş bir sadomazoxist qadına ümidi varsa, demək, Azərbaycanda sağlam qadın yoxdur. Əgər Azərbaycanda sağlam qadın yoxdursa, məntiqi nəticəyə görə, Azərbaycanda sağlam heç nə olmamalıdır.

Yaxınlarda Milan Kunderanın bu yazını yazmağıma səbəb olan, çoxlarının çoxdan oxuduğu “Varolmanın dayanılmaz yüngüllüyü” romanını oxudum. Kunderanın yaratdığı ikinci dərəcəli qəhrəman, qara paltarlı Mariya Klaudiya, Ramiz Rövşənin yaddaşımın bir tərəfində yatıb qalmış “Qara paltarlı qadın”ına referans elədi.

Müqayisə eləmək yaxşı vərdişdir. Beynimizi dümsükləyib, onu duyğu orqanlarımızın ötürdüyünü emal eləməyə zorlayır, beyni korşalmağa qoymur. Jean Cassienin dediyi kimi, düşüncə, dənələri üyüdən bir dəyirman daşıdır. Dənələr, zehində hər zaman təmsil olunan fikirlərdir. Bu dənələrin pisini yaxşısından ayırmaq dəyirmançının vəzifəsidir.

Mariya Klaudiya universitetdə dərs deyən, zamanını iş otağında və konfrans zallarında keçirən Fransın arvadıdır. O, gəncliyində Fransı, ondan ayrılacağı təqdirdə özünü öldürəcəyi ilə təhdid edib. Uşaqlıqda atası anasını tərk edəndə anasının kədərdən hər ayağına fərqli başmaqlar geyindiyini unutmayan Frans, eyni kədəri Mariya Klaudiyaya yaşatmaq istəyib və onunla evlənib. Frans uzun illər arvadına sadiq olub və özünü ona yanaşan onlarla gözəl qadının verəcəyi zövqdən məhrum edib. O, bu məhrumiyyətlə nələr itirdiyini Çexiyanın ruslar tərəfindən işğalından sonra Çexiyadan gələn Sabinanı tanıyanda hiss edir. Tilsim qırılır. Sabinadan sonra Frans eynəkli gənc tələbəsi ilə yaşayır. Bir gün Kambocaya yürüş məqsədilə getdiyi Vyetnamda quldurlar onu bıcaqlayır. Beləliklə, ölümcül yaralanan Frans, yenə arvadı Mariya Klaudiyanın olur.

“Cenevrədə bir xəstəxanada açdı gözlərini. Mariya Klaudiya yatağının üzərinə əyilmişdi. Frans, ona burada olmağa haqqı olmadığını söyləmək, dərhal eynəkli qızın çağırılmasını istəyirdi. Bütün düşüncələri onunla birlikdə idi. Yanında ondan başqa heç kimi görməyə dözə bilməyəcəyini bağırmaq istədi, amma dəhşət içərisində danışa bilmədiyini hiss elədi. Gözlərini açıb sonsuz nifrətlə Mariya Klaudiyaya baxdı, qaçıb canını qurtarmaq istədi. ….. Onu görməmək üçün gözlərini yumdu.”

Kundera burada əvvəl ərin arvadına olan nifrətini, sonra aldadılmış, sındırılmış əsl qadın xarakterini ortaya çıxarır. “Nəhayət, öləndə arvadının olmuşdu Frans. Əvvəllər olmadığı qədər ona aid idi artıq. Mariya Klaudiya lazım olan hər şeyi hazırladı, cənazəni nizamladı, ölüm xəbərlərini göndərdi, çələngləri aldı və qara bir paltar tikdirdi – bir gəlin paltarı idi, əslində. Bəli, bir ərin cənazəsi arvadının həqiqi toyudur. Bütün çəkdiklərinin mükafatıdır!”

Mariya Klaudiya Fransın qəbir daşının üstünə “Xeyli gəzəndən sonra qayıtdı” sözlərini yazdırır və dostlarına heç vaxt Sabina haqqında danışmır. Çünki Sabina gözəl qadın idi. Ərinin onu gözəl və orta yaşlı qadına dəyişməsini bilmələrini istəmirdi. Amma eynəkli, acınacaqlı qızcığaz haqda danışa bilərdi. “Əlli yaşından sonra kişilər üçün nəyə oxşayır oxşasın, gənc olsun… Gözəl deyildi, o iri eynəklərini gördünüzmü? Ölüm döşəyində, artıq yalan danışmağa lüzum qalmadığı anlarda yanında Mariya Klaudiyanın olmağını istəmişdi. Danışa bilmirdi, amma ona necə təşəkkür eləmişdi?! Gözlərini ona dikib, bağışlanması üçün yalvarmışdı. O da Fransı bağışlamışdı.”

Əlbəttə, Mariya Klaudiya da dostlarına yalan danışmışdı və bunu bilirdi. Amma bu yalanı danışmağı Mariya Klaudiyadan yaşadığı cəmiyyət, öləndən sonra da ona hökmranlıq edən kişinin ruhu yox, öz qadın eqosu tələb etmişdi. Bu yolla qara paltarlı Mariya Klaudiya sınmış qürurunu sağaldırdı. Baxmayaraq ki, Sabinadan ayrılandan sonra Fransın barışmaq təklifini rədd etmişdi, amma içindəki, onu aldadan ərinə qarşı cəmiyyətin tələb elədiyi kölə sədaqəti deyildi, aldadılmış qadının kini idi.

Hər iki mətndəki qadının “qara paltar”ı əslində ər məfhumundan azadolmanın simvoludur. Qara paltar birini həqiqi azadlığa, digərini isə cəmiyyətin dustaqxanasına aparır. O qara paltarlardan birini Kundera toy paltarı adlandırır, kişi şovinizminin öhdəsindən gəlib, kişilərin qadınlar üçün o qədər də əhəmiyyətli varlıq olmadıqlarını etiraf edir. Əslində, Kundera bununla bir çex kimi həqiqəti qəbul eləməyə gücü olduğunu göstərir. Ramiz Rövşən isə qara paltarı bir qadının ömürlük yas rejiminə həbsi kimi təqdim edir. Bu rejimdə qadın ömrü boyu qara geyinib yas saxlamalı, bunun müqabilində cəmiyyət onu tamhüquqlu üzv kimi qəbul etməlidir. Ramiz Rövşəni qadının psixoloji vəziyyəti, cəmiyyətlə öz şəxsiyyəti arasında qalması əsla maraqlandırmır. Yalnız bir məsələ diktə olunur: kişilərin qadın üzərində hökmranlığı öləndən sonra da davam etməlidir.

Özümüzü olduğumuz kimi təsvir etmək, qəhrəmanlarımızın hadisələrə normal insani reaksiyalarının olduğunu unutmamaq vacib məsələdir, amma çətindir. Bunu yazmaq üçün cəsarət lazımdır. Özümüzü olduğumuz kimi təsvir etsək, özümüzü tanıya, bəyənə biləcəyikmi? Bu həqiqəti (məhz bu kontekstdə kişinin qadın üçün o qədər də vacib obyekt olmadığını etiraf etmək) qəbul eləməyə gücümüz çatacaqmı? Problem ondadır ki, biz gerçək özümüz haqqında oxumağı sevmirik, güzgüdə özümüzü yox başqasını, daha bər-bəzəkli birini görmək istəyirik.

Nəhayət, dönək türkiyəli tanışımın “Qara paltarlı qadın” şeirinə vurğunluğuna. İllərlə Türkiyədə yaşadım və öyrəndim ki, oralarda (xüsusən, böyük şəhərlərdə) hətta qadınların səhər yuxudan oyanıb ərlərinə səhər yeməyi hazırlaması kişi üçün böyük lütf sayılır. Belə qadınlarla yaşayan kişilər təbii olaraq qonşudakı zülmkar ərlərinin qəbir daşını öpüb göz yaşı ilə yuyan qadına rəğbət bəsləyəcəklər, o zülmkar kişilərə həsəd aparacaqlar. Bir sözlə, Ramiz Rövşənin arzusuna qoşulacaqlar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör