bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qəhvə və parkinqi nə birləşdirir?

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
16 İyul 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
MyCollages (1)
Paylaş

Son günlər sosial şəbəkələrdə bir sıra dövlət qurumlarının satınalmaları da müzakirə edilir. Bu da əsasən müvafiq satınalmalar üzrə ödənişlər ilə bağlıdır. Bütün cəmiyyətin 190 manatı müzakirə etdiyi bir zamanda Dövlət Turizm Agentliyi tərəfindən təbliğata birdən-birə 6,5 milyon manatın ayrılması bir qədər mənasız görünür. Heç turizmin nə vaxt bərpa olunacağı da bəlli olmadığı dövrdə bu daha da təəccübləndirir. Ona görə də belə məbləğlərin ayrılması cəmiyyətdə heyrət doğurur. Cəmiyyət üçün təəccüblü xərcləri olan qurumların siyahısına Bakı Nəqliyyat Agentliyi də var.

Azərbaycanda normal vaxtlarda belə iqtisadi informasiyanın istehsal və əlçatımlığı problemlidir. Bunun bir çox səbəbi var. Bura həm KİV-lərin böyük hissəsinin iqtisadi bölmələrinin zəif olması, həm də bir çox hallarda təqdim olunan məlumatların reallığa uyğun olmaması daxildir. Nəticədə bizdə birbaşa olaraq iqtisadi xəbərlər istehsal edən portallar azdır və onların təqdim etdikləri məlumatlar bəzən heç xəbər səviyyəsində belə olmur. Pandemiya dövründə bu sahənin problemləri daha da çoxaldı. KİV-lər qalıblar Vergilər nazirliyinin hüquqi şəxslərin vergi borcu reyestrinin, ya da dövlət satınalmaları portalının ümidinə. Müraciət edəndə də heç bir təhlil aparmadan, sıradan bir qısa xəbər kimi yayırlar. Bunda ciddi problem görmürəm, sadəcə qısa xəbər üçün hansısa Ərazi Tikinti-Planlaşdırma İdarəsinin 90 min manatlıq COVİD-19 testi sifariş etməsi çox da maraqlı deyil. Bu zaman iri tenderlərə baxmaq lazımdır. İri tenderlər deyəndə isə adətən bir milyondan yuxarı məbləğ nəzərdə tutulur (baxmayaraq ki, DİN-in komendant xidmətinin 190 min manatlıq dəftərxana ləvazimatı satın alması da iri tenderdir).

Belə qurumlar arasında da Bakı Nəqliyyat Agentliyi xüsusi olaraq seçilir. Hətta dövlət satınalmaları reyestrinə görə bu qurum 3 milyon dollardan baha olan bir neçə tender elan edib. Amma cəmiyyəti maraqlandıran bu yox, məhz iyulun 6-sı həyata keçirilən “Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidməti” tenderi oldu. Dövlət satınalmaları reyestrinə görə bu xidmətə görə BNA qalib gələn şirkətə 2 124 000 manat ödəyəcək. Hansısa xidmətə görə ödəniş etməkdə ciddi problem yoxdur (baxmayaraq ki, məbləğ əslinə qalsa çox da kiçik deyil). Burada problem birbaşa şirkət ilə bağlıdır. Kommersiya hüquqi şəxslər reyestrinə görə qalib gələn “Alpina Parking Consulting” MMC cəmi 4 ay əvvəl 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Yəni şirkətin adında “parkinq” sözünün olması, qısa müddətdə yaranması və eyni zamanda parkinq ilə bağlı böyük məbləğli tenderdə qalib gəlməsi ciddi şübhələr yaradır.

Bu şübhələrə cavab olaraq BNA Mətbuat xidmətinin rəhbəri xəbər verdi ki, “Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin BNA-nın keçirdiyi tenderdə qalib olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır”. Yəni yuxarıda qeyd etdiyim məqamlar, əlbəttə ki, şübhə yaradacaq. Ona görə, “Şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır. Düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlbediciliyini daha da artırır. Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır”.

Elə təəssürat yaranır ki, insanlar bunun vacibliyinə qarşı çıxış edirlər. Misal üçün, evimin qarşısında 2016-ci ildən bəri yazılıb ki, “BNA tərəfindən tariflərin müəyyən edilməsinə qədər parkinq pulsuzdur”. Tarifin müəyyən edilməsi isə uzun çəkdiyinə görə kim necə istədi parklanır. Əlbəttə ki, bu vacibdir. Amma insanlara maraqlı olan qalib gəlmiş şirkətdir. M. Ağayevin sözlərinə görə “Alpina Parking Consulting” şirkəti 1997-ci ildə yaradılan “Alpina” şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir”.

Amma burada bir neçə məsələ çaşdırılır. Ola bilər ki, əsas şirkətin bu sahədə ciddi təcrübəsi var, amma bu, şirkətin 2020-ci ilin fevralında qeydiyyatdan keçməsini inkar etmir. Başqa tərəfdən müqavilə barədə verilən məlumatda müvafiq tender aprelin 9-da elan olunub. Bu barədə yalnız qeyd var. Reallıqda bu barədə bizim heç bir məlumatımız yoxdur. Belə ki, BNA-nın rəsmi saytında satınalmalar bölməsinə aprelin 9-a və ümumiyyətlə parklanmaya aid tender elanı yoxdur. Parklanma ilə bağlı yalnız bir elan var, o da “Qanunsuz parklanmalara, dayanma və durma qaydalarının pozulmasına qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin Oracle verilənlər bazasının Postgresql verilənlər bazası ilə əvəz olunması” ilə bağlıdır. Burada da eyni gündə digər şirkət – Mobilex MMC qalib gəlib. Yeri gəlmişkən, bu tenderin məbləği də az deyildi – 420,3 min manat. Mobilex MMC eyni gündə texniki xidmət dəstəyi ilə bağlı digər tenderdə də qalib gəlib (cəmi olaraq bir günə 786,5 min manatlıq müqavilələr imzalayıb). Amma bu şirkətin “Alpina Parking Consultinq”-dən fərqi ən azı təcrübəsi ilə bağlıdır. Saytı olmasa da, açıq mənbələrdən biz bilirik ki, bu şirkət həm SMS-radar sisteminin yaradıcısı qismində çıxış edir, həm də bir neçə taksi şirkəti üçün tətbiqlər hazırlayıb. Şirkətin hətta rəsmi qeydiyyat ünvanı şəhərin mərkəzindədir. Düzdür texnoloji şirkətdə saytın olmaması ona artıq şübhə ilə yanaşmağa vadar edir, amma hər bir halda onun təcrübəsi barədə google-da məlumat tapmaq olar.

Alpina-ya qayıtsaq, problemin digər tərəfini də göstərmək lazımdır. İlk əvvəl, qanunlara görə, daha doğrusu “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 2020-ci ilin fevralında yaranan şirkətin müvafiq tələblərə cavab verməsi çətin məsələdir.

Bu məsələnin başqa tərəfi də tenderlərdə şəffaflıq məsələsidir. Əgər iddia olunursa ki, bu şirkət alman şirkətinə məxsusdur, o zaman müvafiq sənədlər də təqdim olunmalıdır. Amma təəssüflər olsun ki, müvafiq sənədlər ictimaiyyətə təqdim olunmayıb (reyestr isə bizə təsisçi barədə məlumat vermir). Ümumiyyətlə, keçirilən açıq tenderdə digər iştirakçılar barədə də məlumat verilməyib. Yəni BNA yalnız qalib haqqında məlumatı yox, həmçinin digər iştirakçıları barədə məlumatı versəydi, daha effektiv olacaqdı. Ən azı onun kiminlə rəqabətdə qalib gəldiyini müəyyən edərdik. Təəssüflər olsun ki, bu, edilməyib.

Birbaşa şirkətə gəldikdə, əlbəttə ki, ilk və yeganə təəssürat ondan ibarətdir ki, şirkət bilavasitə bu tender üçün yaradılıb. Tenderin apreldə keçirilməsinə dair məlumatı BNA dövlət satınalmalar reyestrində hələ 2019-cu ilin oktyabrında vermişdi. Əgər sıravi şəxs tenderdə iştirak üçün şirkət yaradırdısa, o birbaşa olaraq oktyabr-noyabr aylarında yaradardı. Amma təxmin edə bilərik ki, burada BNA və Alpina Parking şirkəti arasında danışıqlar gedirdi, və sonuncu yalnız fevral ayında müvafiq qərarı verdi. Elə o ayda da şirkət təsis edildi.

Burada daha bir məsələ var – birbaşa şirkət ilə bağlıdır. Şirkətin qeydiyyat ünvanı Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A-dır. Hüquqi təmsilçisi qismində isə Əhmədzadə Sənan Rafiq oğlu çıxış edir. Sənan Əhmədzadəyə dair məlumat tapmaq çətindir. Amma eyni ünvan üzrə “Melissa” qadınlar üçün fitnes klubu və “Byart” pəncərə sistemləri satışı yerləşir (onların qeydiyyat ünvanı başqadır və hər hansı əlaqə barədə məlumat yoxdur). Onlardan başqa eyni direktora, eyni ünvana və hətta eyni nizamnamə kapitala sahib olan daha bir şirkət var. Bu da “Espresso Mobil AZE” MMC şirkətidir. Şirkət 2019-cu ilin avqustunda qeydiyyatdan keçib. Rəsmi saytı yoxdur, amma iştirak etdiyi sərgilərdən birində şirkət məlumat verir ki, “Espressomobil – Dünyada qəhvə mədəniyyətinin ən çox inkişaf etdiyi şəhərlərdən biri sayılan Vyana şəhərində yüksək keyfiyyət və sürətli servisi özündə birləşdirən premium qəhvə markasıdır. Biz, dünyanın fərqli ölkələrindən ən yüksək keyfiyyətli qəhvə dənələrini ələ alaraq Avstriyada yerləşən manufakturamızda 80% arabica və 20% robustanı əl ilə qovurub, yüksək təlimli “Barista” – larımız ilə müştərilərimizə ən son ləzzət formasını təqdim edirik”. Başqa sözlə eyni adam ölkəyə həm Vyanadan qəhvə, həm də Münxendən parklanma sahəsində məsləhətçilər gətirir.

Bu arada tenderlərə dair müzakirə nəticəsində ictimai fəal Bəxtiyar Hacıyev da maraqlı status yazıb. O daha çox BNA-nın keçirtdiyi digər tenderə diqqət ayırıb. Bu tender “media monitorinq xidmətləri, risklərin təhlili və idarəedilməsi, kommunikasiya kanallarının təhlili və optimallaşdırılması, rəqəmsal marketinq, kontent analizi və idarəedilməsi və sosial media təhlilləri üzrə məsləhət xidməti” ilə bağlı idi. Müvafiq tenderi “İnpress PR Solutions” MMC adlı şirkət udub. Müqavilənin də qiyməti 194,7 min manat təşkil edib. Müqaviləyə görə şirkət öz xidmətlərini 9 ay yerinə yetirəcək. Əlbəttə, digər qurumlar ilə müqayisədə bahalı tenderdir. Şirkət rəhbərinin açıqlamasına görə bu yeganə müqavilə deyil (amma dövlət satınalmaları reyestrində onların başqa müqaviləsi yoxdur) və onların təqdim etdikləri xidmətlər bahalıdır. Məsələ ondan ibarətdir ki, dövlət qurumu ilə müqavilə imzalandığına görə təqdim olunan xidmətlərin qiymət və dəyərini də ictimaiyyət ilə bölüşmək olardı. Yəni burada kommersiya sirri ya da konfidensiallıq üçün yer yoxdur. Çünki BNA publik hüquqi şəxs olmasına baxmayaraq dövlət qurumu funksiyasını yerinə yetirir və öz fəaliyyətində şəffaf olmalıdır. Məsələnin həmçinin başqa tərəfi də var. Deməli satınalma planına görə eyni xidmət ilə bağlı il ərzində iki tender keçirilməlidir – biri 12 aylıq, digəri isə 9 aylıq xidmətlərin təmin edilməsi ilə bağlıdır. 9 aylıq xidmət barədə artıq məlumatımız var, bəs 12 aylıq xidməti kim həyata keçirtdi?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör