bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qədimlik yarışı

Seymur Baycan Seymur Baycan
., Kültür
28 İyun 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
120452 or
Paylaş

Kafedə oturub yemək yediyim zaman televizorda gördüyüm kadrlar diqqətimi cəlb etdi. Zurna çalan, nağara çalan, saz çalan, kabab çəkən, kabab yeyən… Üç -dörd nəfər taxta gəmi maketinin içinə girib yolla gedir, qıraqda da mavi parça dalğalandırırlar, guya bu da dənizdir. Qədim qılınc-qalxanlı döyüşçülər, motosikletçilər, hava şarı, Məşədi İbadın və Salyan ərazisində yaşayan heyvanların müqəvvası…

Bütün bu mənzərələrin hamısı bir-birinə qarışmışdı. Dəhşətli kadrlar idi.

Dünyanın ən cəsarətli və ən dəlisov rejissoru bu kadrlara məmnuniyyətlə həsəd aparardı. Görəsən yenə nə olub? Bu nə bayramdı? Kim ölkəyə qayıdıb, kim ölkədən gedib? Harda yenə qaz yatağı tapıblar? Harda neft yatağı aşkarlanıb? Yenə görəsən hansı uğura imza atmışıq? Ölkəmiz və xalqımız yenə hansı anaoloqu olmayan nailiyyət əldə edibdir? 

Bu həngamənin səbəbini öyrənmək uzun çəkmədi. Məlum oldu ki, 2011-ci ildə Ələt-Masallı yolunun Salyandan keçən hissəsinin çəkilişində qazıntı zamanı Babacanlı adlı yerdə iyirmiyə yaxın küp qəbir tapılıb.

Alimlərimiz bu qəbirlərin 2800 il əvvələ aid olduğunu müəyyən ediblər. Demə bütün bu həngamənin səbəbi bu imiş.

Salyan rayonunun 2800 illiyi qeyd olunurmuş. Bu həngamənin, kabab tüstüsünün içində bir rumın qadını danışdırdılar. Qadın dedi ki, bizim ölkədə belə qədim yer yoxdu, öz ölkəmizə gedəndə adamlara bu yer haqqında danışacam.

Bu sözləri eşidəndə bir azərbaycanlı kimi xəcalətimdən necə sürətlə tərlədimsə tər damcılarından biri alnımdan qopub qarşımdakı kasanın içinə düşdü. Gör nə gündəyiksə, necə gülməli vəziyyətdəyiksə, əcnəbilər bizi dolayır.

Bəli, yəqin ki, bir xeyli adam bu rumın qadının sözlərini eşidəndə şiddətlə sevinib. Sevinib ki, görün bizim necə qədim tariximiz var. O qədər qədim tarixdir ki, hətta əcnəbiləri də heyrətləndirməkdədi.

Əslində isə rumın qadına o sözləri dedizdirən “altda qalanın canı çıxsın” fəlsəfəsidi. Nə vecinə, gəlib gəzirlər. Yeyib içirlər. Arada beşdən-üçdən alıb ciblərinə qoyurlar. Bir-iki kəlmə yalandan tərifli söz deyirlər. Camaatımız da bu sözləri eşidib feyzyab olur.

Elə bilirlər ki, əcnəbilərin dediyi sözlər doğrudur. Fürsətcil, yaltaq, pul qazanmaq üçün hər vasitəyə əl atan adamlar savadsız adamlarla belə davranarlar. Orta əsr tarix kitabında bir rəsm vardı. Avropalılar yerli xalqların əlinə zınqırov, güzgü verib var-dövlətlərini əllərindən alırdılar. Yerli xalqlar da bu zınqırovu oynadıb özlərini xoşbəxt hiss edirdilər.

İndi o vaxtın zınqırovlarını, o vaxtın güzgülərini yalançı təriflər əvəz edir. Hər dəfə belə mənzərələrlə qarşılaşanda, hansısa əcnəbinin bizim mətbəxi, təbiətimizi, mentalitetimizi, tariximizi təriflədiyini eşitdikdə orta əsr tarix kitabında gördüyüm o rəsmi xatırlayıram…  

Bir televizorun ekranında gördüyüm həngamənin davamını başqa məkanda, başqa televizorun ekranında seyr etməli oldum. Televizorun markası dəyişmişdi, həngamənin səbəbi, daha dəqiqi həngamənin markası isə dəyişməz qalmışdı. Necə deyərlər, toplananların yerini nə qədər dəyişsən də cəm dəyişmir. Yəni televizorun markasını, kanalları dəyişə bilərsən, amma bu, görüntünü dəyişməyəcək.

Bu sözün söhbətimizə o qədər də dəxli yoxdu. Sadəcə yazının maraqlı olmasını və savadımı göstərmək üçün elə-belə yazdım.

Aradan neçə saat vaxt keçmişdi. Növbəti dəfə acmışdım. Yenə kafedə oturub yemək yeyirdim. Televizorda isə tədbirin bədii hissəsi davam edirdi. Bu dəfə müğənnilər səhnəyə çıxıb fonoqramla adama bir-iki ağız mahnı oxuyurdular, arada fırlanıb özlərini camaata göstərirdilər. Hərdənbir vətənə aid şeirlər deyirdilər. Ölkəmizin uğurlarından danışırdılar. Ön sırada əyləşmiş qalstuklu, kostyumlu, bazbrutlu əmilər və dayılar oxuyanları çoxmənalı baxışlarla süzürdülər.

Müğənnilər, bazbrutlu dayılar və əmilər dövlət atributlarının əhatəsində adama çox qəribə təsir bağışlayırdı. Bütün bu kadrların üst qatını deyil, alt qatını təsvir etmək üçün bir anlıq V.Sorokin olmaq istərdim. Etiraf edirəm, gücüm çatmır. Mən girən kol deyil.   

Ermənilərin qədimlik mərəzi bizə də keçməkdədir. Çox yanlış, yanlışlıq bir tərəfə, biabırçı bir yoldayıq. Ermənilərin səhvini təkrar etməkdəyik. Ermənilər bu qədimlik söhbətləri ilə hamını bezdiriblər. Özlərini gülüş hədəfinə çeviriblər. Hətta bu qədimlik xəstəliyi nəticəsində tarixlərində baş vermiş real hadisələri də şübhə altına salıblar. Elə isə bəs biz niyə qədim olmaq istəyirik? Bu suala cavab tapa bilmirəm. Hər il hardasa nəsə qəbir tapırlar. Hər il hardasa qədim yaşayış məskəni tapılır. Qədimləşdirə-qədimləşdirə gedirik. Gəncənin yaşı az qala hər il beş yüz il artırılır. Vasif müəllim Naxçıvanı sürətlə qədimləşdirməkdədi. Bu sürətlə biz hara gedirik? Axırda gedib çatacağıq mağaraya. Bəs mağaraya çatandan sonra ordan hara gedəcəyik?

Bir insan idman edir. Müxtəlif üsullardan istifadə edib cavan görünməyə, cavan qalmağa çalışır. Pul xərcləyir, tər tökür. Bir adama deyəndə ki, yaşından az görünürsən, sevinir. Bu sözü kompliment kimi qəbul edir. Elə isə bir xalq niyə özünü qədimləşdirməkdən həzz almalıdı. Bir xalq niyə yaşının az olmasından qorxmalıdı. Bəyəm amerikalılar qədim xalqdı? Xeyr, qədim xalq-filan deyillər. Cavan xalqdırlar və cavan xalq olmaları onların dünyaya yiyəlik etmələrinə maneçilik törətmir.

Elə isə bu balaca-balaca xalqların qədimlik yarışına girməsini, qədim xalq olmaları haqqında gülməli əfsanələr, ağlamalı nağıllar uydurmasını necə başa düşmək olar. Bu movzuda “Bu günü olmayan keçmiş” adında yazı yazmışam. Ürəyi istəyən axtarıb tapıb oxuya bilər. Sən tarixini ürəyin istəyən qədər saxtalaşdıra, qədimləşdirə bilərsən. Xoşbəxtlikdən və ya bədbəxtlikdən (baxır hansı bucaqdan yanaşırsan) bu, reallığa əsla təsir göstərmir. Reallıq isə ondan ibarətdir ki, qədimləşmək yarışına girmiş, keçmişlə fəxr edən xeyli xalqın bu günü yoxdur. Hər il (öz qədimliyi ilə fəxr edən) əlli min erməni Ermənistanı tərk edib rahatlıq və çörək axtarışında dünyanın müxtəlif məkanlarına üz tutur. Buyur, bu da sənə qədimlik. Get yağ əvəzinə çək cörəyin üstünə, ye. 

Qələm əlimizdədi, gəlin Salyanın iki min səkkiz yüz yox, lap iyirmi səkkiz min yaşını qeyd edək. Bu nəyi dəyişəcək? Nəyisə dəyişəcəksə, gəlin Gəncənin yüz min illiyini keçirək. Yaxşı, Naxçıvanın da olsun bir milyon yaşı. Dəyişəcək bu nəyisə? Qoy Salyanın olsun on yaşı, Gəncənin on beş, Naxçıvanın da iyirmi, amma adamlar uşaqlarını göndərməyə normal bağça, normal məktəb tapsınlar. İşləməyə yer olsun. Qoy Azərbaycanın sıfır yaşı olsun, amma adamlar normal pensiya alsınlar, qorxu içində yaşamasınlar, övladlarını qorxa-qorxa orduya göndərməsinlər, səhiyyəyə, təhsilə inansınlar…

İllər əvvəl Elmir Mirzəyevlə bulvarda gəzirdik. Gördük bir adam nağıllar kitabı satır. Sevindik. Sevindik ki, bulvarda nağıllar kitabı satırlar. Bəlkə adamlar görərlər, maraqlanarlar, uşaqlarına kitab alarlar. Nağıllar kitabından birini götürüb vərəqlədim. Adamın üstündə Allah var, nəfis nəşr olunmuşdu. Kitabın içində də yaxşı rəsmlər vardı. Amma mətn… Bəli mətn…Nağılın mövzusu Naxçıvanda Nuhun qəbrinin tapılması haqqında idi. Bildiyiniz söhbət. Daha sujeti yazıb vaxtınızı almıram. Vasif müəllimin alimləri, tarxiçiləri bu haqda çox danışıblar, çox yazıblar. Sevincimiz çox qısa çəkdi.

Biz əlimizdə nağıl kitabı bu haqda söhbət edən (sözün açığı iki boş-bekar adam danışmaq üçün mövzu tapmışdı ) zaman satıcı şedevr bir cümlə dedi. Dedi ki, müəllim, bunlar təzə nağıllardı. Satıcının səmimiyyətinə və müdrikliyinə mat qaldıq. Bu cür səmimi və müdrik sözdən sonra nəsə demək artıq olardı… 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör