Pornoya baxmaq xəstəlik deyil. Cinayət deyil. Günah deyil. Biz burada məsələnin əxlaqi aspektini müzakirə etmirik. Porno-asılılıq bir müddət sonra sizi narahat etməyə başlaya bilər. Bu yazı, xüsusilə porno-asılılığı olan və suallarına cavab axtaranlar üçün nəzərdə tutulub. Əlbəttə hədəf auditoriya oğlanlardır, çünki onlardan fərqli olaraq qızlarda, porno əsasən «qızışdırıcı» rolu oynayır və asılılıq yaratmır.

Penis söz dinləmirsə
Porno həvəskarı kişilər tez-tez şikayətlənirlər ki, cinsi əlaqə əsnasında ereksiyanı uzun müddət saxlaya bilmirlər, hətta alətləri bəzən qalxmır, daxilolma alınmır və müvafiq olaraq da, orqazma çatmırlar. Heç bir patologiya aşkar etməyən həkimlər isə Viaqra spektrindən vasitə yazır, ya da seksopatoloq məsləhət görürlər. Bu çarx beləcə dönür.
Mütəxəssislərin rəyinə görə, problem daha çox psixoloji pozuntular fonunda baş verir. İndiyə qədər pornodan asılılığın fizioloji səbəbləri aşkarlanmayıb. Odur ki, bu tipli ereksiya disfunksiyalarını heç bir halda penisin patologiyası ilə izah edə bilmərik. Qaldı ki, bu tip problemlər, pornoya baxmağı dayandırandan sonra özlüyündən yoxa çıxır.
Bir tərəfdən, əlbəttə bütün problemlərin kökü beyindədir, penisdə yox, digər tərəfdən isə – ereksiya probleminin fizioloji əsasları da var. İfrat seksual stimulyasiya beyində rekonstruktiv dəyişikliklər yaradır. Kişi cinsi əlaqədən, erotizmdən dolğun ləzzət ala bilmir, yalnız pornoya qarşı çox həssaslaşır. İstənilən asılılığın səbəb olduğu və hissləri kütləşdirən dəyişikliklər, hiposensibilizasiya adlanır, yüksək həssaslıq isə sensibilizasiya. Bu səbəbdən, porno asılılığı olanların partnyorları əziyyət çəkməli olur, ereksiyanı stimullaşdıra bilmirlər.
Əlbəttə ki, panika üçün də heç bir əsas yoxdur – porno görüntülərə masturbasiya edən kişilər bunu dayandırdıqda, qısa müddətdə real cinsi əlaqə «bacarıqlarını», hissiyatlarını bərpa edə bilirlər. Sadəcə bir müddət əsəbilik və cinsi ehtirasın yoxluğu onları müşayiət edəcək.
Beləliklə, hər bir porno aludəçisi cinsi həyatında qarşılaşdığı problemlərin səbəblərini yalnız beynində axtarmalıdır. Bəziləri çox səhv hesab edirlər ki, əgər onlar pornoya baxaraq boşala bilirlərsə, deməli real seksdə yaşadıqları uğursuzluqların səbəbi başqadır. Onlar bu səbəbləri alkoqolda, partnyorun eybəcər, yataqda bacarıqsız olmasında axtarırlar. Üstəlik həkimlərə böyük pullar xərcləyir və faydasız dərmanlar qəbul edirlər. Problem isə yerində qalır.
Niyə canlı partnyor ehtiraslandırmır?

Pornoya çox baxmaq, beynin ifrat qıcıqlanmasına səbəb ola bilər. Beynin həvəsləndirmə sistemində dopaminin boşalması bir anın içində baş verir – ekranda cinsi əlaqə, çılpaq bədən, ümumən pornoya dair işarə görünən kimi. Dopamin – həvəsləndirmə sisteminin qidasıdır və seksual arzularla, ehtirasla, gözləntilərlə bağlıdır.
Zamanla beyin stimulyasiyalara öyrəşir və dopaminə həssaslıq azalır. Analoji situasiya ilə hansısa qidadan, qumardan, kompüter oyunlarından da asılılıq yarana bilər. Desensibilizasiya nəticəsində təbii kənar təsirlərə həssaslıq da azalır. Həvəsləndirmə sistemi – reostata qoşulmuş siqnal lampasıdır və obyekt ehtiraslandıqca, lampa daha gur yanır. Əgər dopamin impulsları, yəni cinsi arzu zəifdirsə, sağlam ereksiya alınmayacaq. Həqiqi, sağlam ereksiya yalnız həvəsləndirmə sistemindən çıxan dopamin impulslarının hipotolamusa çatması ilə əldə olunur.
Porno-asılılıqla vidalaşandan sonra, bütün həvəslər və ehtiraslar geri qayıdır. Təcrübələrini bölüşən respondentlərin əksəriyyəti ilk növbədə provokativ görüntülər olmadan ehtiraslana bildiklərini deyirdilər. Mübaliğə dərəcəsində çox masturbasiya edən və bundan əziyyət çəkənlər, pornoya baxmamağa başlayandan sonra, bir daha baxmaq ehtiyacı duymadıqlarını da bölüşüblər.

Kişilər niyə pornoya baxırlar?
Obyekt istər porno olsun, istərsə də canlı partnyor, əgər desensibilizasiya bütün stimulyasiya obyektlərinə bərabər bölünsəydi, möhkəm ereksiyaya nail olmaq mümkün olmazdı. Əgər porno qarşıya qoyulan vəzifəni yerinə yetirirsə, deməli desensibilizasiya elə də hərtərəfli təsir imkanlarına malik deyil.
Əlbəttə, mütəxəssis olmayanlar üçün asılılığa aid terminologiyadan baş çıxarmaq çətindir. Desensibilizasiya insanın həssaslığı ilə, dünyada mövcud olan ləzzətlər arasında yaranan əlaqələrlə bağlıdır – bunlar, baza səviyyəsindəki proseslərdir. Sensibilizasiya isə ifrat ehtiras, güclü reaksiya ilə bağlıdır, amma yalnız beynin insanın asılılıqları ilə assosiassiya etdiyi müəyyən stimullara cavab olaraq. Siz pornoya hər baxanda, beyniniz pornonu nəslin artımı üçün genetik imkan kimi qəbul edir. Sizin hər boşalmanız, beyniniz tərəfindən uşaq düzəltmə funksiyası kimi qavranılır. Pornodan ya da həyatınızdan ən parlaq cinsi əlaqə səhnələrini beyin xüsusi bir qovluqda yığıb saxlayır ki, onlar sizin fantaziyalarınıza xidmət etsinlər. Ona görə də siz beyninizə meydan oxuyanda, onsuz da aşağı səviyyədə olan dopamin daha da düşür. Eyni zamanda da CRF (kortikotropil-reliz faktor) – libidoazaldan stress hormonları və norepenafrin artır.
Porno-asılılıq necə yaranır?
Oğlanlar bu gün 11-12 yaşından pornoya baxmağa başlayırlar. 10 il boyunca pornoya baxır, demək olar ki, sekslə məşğul olmurlar. Bu zaman ərzində isə, porno görüntülərdən güclü stimul almağa öyrəşən beyin, oğlan yetkinlik yaşına çatanda qarşı cinslə münasibət üçün ehtiyac duyduğu neyron əlaqələrini təqdim etməkdə aciz qalır. Real cinsi əlaqədə problemlər yaranır. Bir az zaman və səbr tələb olunur ki, beyin potensial, canlı partnyoru adekvat qavramağa başlasın.
Pornoya qurşanmazdan əvvəl sanballı cinsi əlaqə təcrübəsi olan oğlanların yaxşı inkişaf etmiş neyron əlaqələri olur və bu sayədə, partnyorla münasibət də uğurlu alınır. Belə oğlanlar pornodan imtina etdikdən sonra həvəsləndirmə mərkəzləri daha tez işə düşür, penis pornodan başqa qıcıqlandırıcılar «tanımağa» və tez sərtləşməyə başlayır.
Yekunda demək olar ki, yalnız pornoqrafiya vasitəsilə orqazıma çatmaq, başqa heç bir şeydən ehtiraslanmamaq, artıq ciddi siqnal kimi nəzərə alınmalıdır.
Materialın hazırlanmasında BBC, pornozavisimost.ru, wonderzine.com resurslarından yararlanılıb.







