Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pislər qələbə çalmaq üzrədir. Onları kim dayandıracaq?

AzLogos AzLogos
., Mövqe
08 Fevral 2021

Myanmarda olan etirazlardan Rusiya və Çində olan avtokratik rejimlərə qədər Qərbin dəyərləri təhlükədədir və bu təhlükə get-gedə artır.

Con Baydeni daha tez addım atmadığına, ya da Donald Trumpı avtokratları dəstəklədiyinə görə ittiham edə bilərsiniz. Barak Obamanı sanksiyalara başladığına görə qınaya bilərsiniz. Bunlardan daha asanı, Çini hərbi xuntanı dəstəklədiyi və maddi gəliri insanlardan daha üstün tutduğu üçün günahlandıra bilərsiniz.

Beynəlxalq Ədalət Məhkəməsi soyqırımlarla bağlı xəbərdarlıq etməsinə baxmayaraq, heç kim xilas edilmədi. Birləşmiş Millətlərin üzvləri necə davranacaqları ilə bağlı uzun mübahisələr etdilər. İşin bir ucu da Nobel qəhrəmanına çevrilmiş Aung San Suu Kyi söykənir.

Myanmar
Aung San Suu Kyi, Noyabrdakı seçkilərin qalibi; Min Aung Hlaing, Myanmarın hərbi generalı, ölkədə keçən həftə baş vermiş etiraz aksiyasının lideri. Fotoqraf: Myanmar Dövlət Məsləhətçi Ofisi. AFP/Getty Images

Keçən həftə Myanmardakı etiraz aksiyalarına görə çox insan bir-birini günahlandıra bilər, amma kimin günahkar olduğu artıq əsas məqam deyil. İndi problem beynəlxalq birliyin bu mövzuda nə edəcəyidir. Cavabın isə onsuz da çoxlu alternativləri yoxdur.

Bu dilemma ancaq Myanmara aid deyil. Bütün dünya üzrə pis insanlar qələbə qazanmağa davam edirlər. Etiraz sadəcə Birləşmiş Krallığın keçmiş xarici işlər naziri David Milibandin dediyi kimi, “cəzasızlıq əsri”nin başqa bir təcəssümüdür. 

Düzdür, ABŞ son dərəcə pis nümunə oldu. Noyabrda Aung San Suu Kyi təmiz və şəffaf bir qələbə qazandı. Hərbi rəhbər Min Aung Hlaing isə saxtakarlıq törətdi. Yalan və konstitusiyanı rədd etməklə o, səs sayını güc bahasına öz lehinə çevirdi.

Tanış səslənir? Bazar ertəsi günü Trump eyni səbəbdən məhkəmə qarşısına çıxarıldı, baxmayaraq ki, uğursuzluqla nəticələndi, amma qiyam qaldırmağa çalışdı. Düzdür, belə hallar demokratiyada nadir sayılır.

İctimai etiraz aksiyaları Myanmarda daha da genişlənir, o cümlədən təzyiqlər də. Bəs Min Aung Hlaingi kim haqq yoluna qaytaracaq?

Çinin təhlükəli oyun oynadığı da məlumdur. O, mümkün ola biləcək çevrilişi dəstəklədiyini inkar edir. Böyük investisiyalar stabillik istəyir, 2011-dən əvvəlki kimi demokratiya həyacanı yox. Əgər Qərb öz cəza sanksiyalarına qayıtsa, Çin qələbə çalacaq. Bu nəticə ucbatından generallar üçqat lənətlənəcəklər: onlara öz evlərində də nifrət ediləcək, xaric də və onlar Xi Jinpingdən daha çox asılı olacaqlar.

Bu etirazlar Baydenin qlobal demokratiyaya nə qədər sadiq qaldığını göstərən birinci test olacaq. Analitik Azeem İbrahim ABŞ-Çin münasibətlərinin mümkünlüyünü qeyd edir. “Çin, Myanmarı Rohingya böhranını insani şəkildə həll etməyə məcbur etsə və demokratik qüvvələri hakimiyyətə gətirsə, ABŞ bunun qarşılığında Beijingin iqtisadi maraqlarını tanıya bilər”, – o öz tövsiyəsini belə bildirib.

Gedişat ürəkaçandır, – İbrahim bunu qəbul edir. Çin demokratiyaya ancaq sözdə bağlıdır. Hong-Kongda olanlar buna nümunədir. 2016-2017-ci illərdə generalların “Rohingya müsəlmanlarına əziyyət verənləri cəzalandırmaq” adı altında minlərlə insan öldürdükləri, 700 minə yaxın insanı Banqladeşə qaçmağa məcbur etmələri də məhz bunun sübutudur.

Bu gün toxunulmaz olsa da, Xi özü də soyqırım cinayətində ittiham olunur. Bəs Çinin hamını əzməyə çalışan prezidentini kim ədalətə cəlb edəcək?

Eyni sual Rusiya lideri Vladimir Putinlə bağlı da aktualdır. “Alt paltar zəhərləyicisi”, hələ də cəzasız qalıb. Müxalif aktivist Aleksey Navalninin keçən həftəki həbsi isə ortada açıq-aşkar cinayət olduğunu göstərir.

Amma Putin yaranmış beynəlxalq qalmaqala fikir verməməyə davam edir. O, hətta kütləvi həbslərlə nəticələnən küçə etirazlarını da gözardı edir. O, Rusiyanın öz qanunlarını gözardı edir. Putinin bu hərəkətləri isə təəccüb doğurmur.

Vladimir Putin 2008-ci ildə Gürcüstan ərazisini işğal etdikdən sonra gördü ki, hər şeyi gözardı etmək mümkündür. Bu dərsə onun 2014-cü ildə Krımda etdiklərini, Ukrayna, Suriya və Liviyaya müdaxiləsi də əlavə ediləndə effekti daha da artır. O, hətta ABŞ seçkilərinə də müdaxilə etməyə çalışıb. Öz evində də korrupsiya yolu ilə hər istədiyini edir. O və onun milyarder ətrafı qərb sanksiyalarını veclərinə almamağı özləri üçün şərəf sayırlar. Orta-statistik rusiyalı əziyyət çəkir. Bəs Putin? O , fərqli olduğunu düşünür.

Bəs rus müxaliflər və Qərb dövlətləri Putinin bu məmnuniyyəti qarşısında nəsə edə bilərlər? Belarus diktatoru Lukaşenkonun payızda bizə göstərdiyi kimi, küçələri, medianı və hətta məhkəmələri idarə edən müasir avtokratlar istəsələr, sonsuza qədər hakimiyyətdə qala bilərlər.

Russia
Əgər Almaniya “Gazprom”un gəlirini və “Nord Stream 2 Baltic” boru xəttini ləğv etsə, bu Putini incidər və pis vəziyyətdə qoyar. Amma Angela Merkel bunu etməyəcək, Foto: Maxim Shemetov/Reuters

Putin və onun eyniadlı bankı beynəxalq siyasi iradənin yoxluğundan istifadə edir. Məsələn, əgər Almaniya “Gazprom”un gəlirini və “Nord Stream 2 Baltic” boru xəttini ləğv etsə, bu Putini incidər və pis vəziyyətdə qoyar. Amma Angela Merkel bunu etməyəcək, Avropa Birliyi isə bunda təkid etməyəcək. Prinsiplər öz yerində, amma pul və güc daha yüksəkdən danışır.

Bayden isə artıq Navalni bəhanəsi ilə “dünyanı Putinin diktatorluğuna qarşı ayağa qalxmağa səsləməlidir”. Bu, Kasparovun yazdığı kimi, “demokratiya üçün yeni düzənin”qızıl şəfəqi olar.

Ancaq bir şey son dərəcə aydındır: Bayden və Qərb təkcə təzyiq göstərən xarici dövlətlərə qarşı yox, həm də öz mənfəətini güdən quldur rejimlərə qarşı güc tətbiq edə bilməzlər. İlk ağla gələnlər Şimali Koreyanın Kim-Jong-unu və Suriyanın Bəşər Əsədi oldu. Bəs onları ədalətə kim cəlb edəcək?

Hətta pis idarənin geniş yayılmadığı yerlərdə belə, daha böyük çürümənin izləri var. Sadəcə Şimali Efiopiyadakı kütləvi ölümlərə baxmaq kifayətdir. Problemi həll etmək bir yana, bunların çoxu heç yüksək səslə deyilmir belə. Dünya demokratiyasının əlaqələri belə geniş deyil.

Cəzasızlıq baş alıb gedir. İndi avtokratiya yeni normaya çevrilib. “Economist”in apardığı araşdırmaya görə, dünya əhalisinin ancaq 8.4%-i əsl demokratiyada yaşadığı halda, üçdə birindən çoxu ağır avtokratiya rejimində yaşayır və bu vəziyyət getdikcə pisləşir.

Hətta qərbli siyasətçilər diktatorları taxtlarından endirib etirazçılara dəstək verməyə çalışsalar belə, adətən, uduzurlar. Bu günün sualı isə “Myanmarı kim uduzdu?” yox, “Qərb artıq uduzubmu?” olmalıdır.

Simon Tisdall

The Guardian

“The world’s bad guys are winning. Is anyone going to stand up to them?” (7. 2. 2021)

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022

Redaktorun seçimi

Rüfət Həsənovun sistemli manipulyasiyaları və rejissor Cavid Zaidovun etirazı

Love

Təkə-türkmən elində

Siyasətə alət ədəbiyyat

Ziqmund Freyd – yuxular, uşaqlıq və seks

Gecənin sonuna səyahət

Tanrıların gündəlik həyatı

Liberal hegemoniya və millətçilik

Vətəndaş Emin Milli

Uzun və qısa siyahılar

Kəpənəklər öləcək

“Qasım Süleymanov” barometri

Həddən çox penis

Niyə dahi qadın rəssamlar olmayıb?

Müsəlman İspaniyası: Avropada islam sivilizasiyası

Qismət. Erotika

Heç hara aparmayan yol

Bertran Rassel – “Asudə vaxtın mədhi”

Etibar qazanmağın vacibliyi haqqında

Bala, sən qarışma!

Ermənistan necə boşalır

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Bəstəkar Tahir İbişov: “Heç bir güc mənə çəpər ola bilməz.”

“Totalitarizm və Avanqard” nəşr edildi

Textual – Gündüz Ağayev təqdim edir

Qoşulaq, qoşulmayaq?

Futbolda penaltilər: “Lotoreya”, yoxsa analiz?

Bir daha sovet təhsili haqda

Şəhərə toxunmaq

“Müdrik xalq” necə “məsuliyyətsiz” oldu?

Pislər qələbə çalmaq üzrədir. Onları kim dayandıracaq?

AzLogos AzLogos
., Mövqe
08 Fevral 2021

Myanmarda olan etirazlardan Rusiya və Çində olan avtokratik rejimlərə qədər Qərbin dəyərləri təhlükədədir və bu təhlükə get-gedə artır.

Con Baydeni daha tez addım atmadığına, ya da Donald Trumpı avtokratları dəstəklədiyinə görə ittiham edə bilərsiniz. Barak Obamanı sanksiyalara başladığına görə qınaya bilərsiniz. Bunlardan daha asanı, Çini hərbi xuntanı dəstəklədiyi və maddi gəliri insanlardan daha üstün tutduğu üçün günahlandıra bilərsiniz.

Beynəlxalq Ədalət Məhkəməsi soyqırımlarla bağlı xəbərdarlıq etməsinə baxmayaraq, heç kim xilas edilmədi. Birləşmiş Millətlərin üzvləri necə davranacaqları ilə bağlı uzun mübahisələr etdilər. İşin bir ucu da Nobel qəhrəmanına çevrilmiş Aung San Suu Kyi söykənir.

Myanmar
Aung San Suu Kyi, Noyabrdakı seçkilərin qalibi; Min Aung Hlaing, Myanmarın hərbi generalı, ölkədə keçən həftə baş vermiş etiraz aksiyasının lideri. Fotoqraf: Myanmar Dövlət Məsləhətçi Ofisi. AFP/Getty Images

Keçən həftə Myanmardakı etiraz aksiyalarına görə çox insan bir-birini günahlandıra bilər, amma kimin günahkar olduğu artıq əsas məqam deyil. İndi problem beynəlxalq birliyin bu mövzuda nə edəcəyidir. Cavabın isə onsuz da çoxlu alternativləri yoxdur.

Bu dilemma ancaq Myanmara aid deyil. Bütün dünya üzrə pis insanlar qələbə qazanmağa davam edirlər. Etiraz sadəcə Birləşmiş Krallığın keçmiş xarici işlər naziri David Milibandin dediyi kimi, “cəzasızlıq əsri”nin başqa bir təcəssümüdür. 

Düzdür, ABŞ son dərəcə pis nümunə oldu. Noyabrda Aung San Suu Kyi təmiz və şəffaf bir qələbə qazandı. Hərbi rəhbər Min Aung Hlaing isə saxtakarlıq törətdi. Yalan və konstitusiyanı rədd etməklə o, səs sayını güc bahasına öz lehinə çevirdi.

Tanış səslənir? Bazar ertəsi günü Trump eyni səbəbdən məhkəmə qarşısına çıxarıldı, baxmayaraq ki, uğursuzluqla nəticələndi, amma qiyam qaldırmağa çalışdı. Düzdür, belə hallar demokratiyada nadir sayılır.

İctimai etiraz aksiyaları Myanmarda daha da genişlənir, o cümlədən təzyiqlər də. Bəs Min Aung Hlaingi kim haqq yoluna qaytaracaq?

Çinin təhlükəli oyun oynadığı da məlumdur. O, mümkün ola biləcək çevrilişi dəstəklədiyini inkar edir. Böyük investisiyalar stabillik istəyir, 2011-dən əvvəlki kimi demokratiya həyacanı yox. Əgər Qərb öz cəza sanksiyalarına qayıtsa, Çin qələbə çalacaq. Bu nəticə ucbatından generallar üçqat lənətlənəcəklər: onlara öz evlərində də nifrət ediləcək, xaric də və onlar Xi Jinpingdən daha çox asılı olacaqlar.

Bu etirazlar Baydenin qlobal demokratiyaya nə qədər sadiq qaldığını göstərən birinci test olacaq. Analitik Azeem İbrahim ABŞ-Çin münasibətlərinin mümkünlüyünü qeyd edir. “Çin, Myanmarı Rohingya böhranını insani şəkildə həll etməyə məcbur etsə və demokratik qüvvələri hakimiyyətə gətirsə, ABŞ bunun qarşılığında Beijingin iqtisadi maraqlarını tanıya bilər”, – o öz tövsiyəsini belə bildirib.

Gedişat ürəkaçandır, – İbrahim bunu qəbul edir. Çin demokratiyaya ancaq sözdə bağlıdır. Hong-Kongda olanlar buna nümunədir. 2016-2017-ci illərdə generalların “Rohingya müsəlmanlarına əziyyət verənləri cəzalandırmaq” adı altında minlərlə insan öldürdükləri, 700 minə yaxın insanı Banqladeşə qaçmağa məcbur etmələri də məhz bunun sübutudur.

Bu gün toxunulmaz olsa da, Xi özü də soyqırım cinayətində ittiham olunur. Bəs Çinin hamını əzməyə çalışan prezidentini kim ədalətə cəlb edəcək?

Eyni sual Rusiya lideri Vladimir Putinlə bağlı da aktualdır. “Alt paltar zəhərləyicisi”, hələ də cəzasız qalıb. Müxalif aktivist Aleksey Navalninin keçən həftəki həbsi isə ortada açıq-aşkar cinayət olduğunu göstərir.

Amma Putin yaranmış beynəlxalq qalmaqala fikir verməməyə davam edir. O, hətta kütləvi həbslərlə nəticələnən küçə etirazlarını da gözardı edir. O, Rusiyanın öz qanunlarını gözardı edir. Putinin bu hərəkətləri isə təəccüb doğurmur.

Vladimir Putin 2008-ci ildə Gürcüstan ərazisini işğal etdikdən sonra gördü ki, hər şeyi gözardı etmək mümkündür. Bu dərsə onun 2014-cü ildə Krımda etdiklərini, Ukrayna, Suriya və Liviyaya müdaxiləsi də əlavə ediləndə effekti daha da artır. O, hətta ABŞ seçkilərinə də müdaxilə etməyə çalışıb. Öz evində də korrupsiya yolu ilə hər istədiyini edir. O və onun milyarder ətrafı qərb sanksiyalarını veclərinə almamağı özləri üçün şərəf sayırlar. Orta-statistik rusiyalı əziyyət çəkir. Bəs Putin? O , fərqli olduğunu düşünür.

Bəs rus müxaliflər və Qərb dövlətləri Putinin bu məmnuniyyəti qarşısında nəsə edə bilərlər? Belarus diktatoru Lukaşenkonun payızda bizə göstərdiyi kimi, küçələri, medianı və hətta məhkəmələri idarə edən müasir avtokratlar istəsələr, sonsuza qədər hakimiyyətdə qala bilərlər.

Russia
Əgər Almaniya “Gazprom”un gəlirini və “Nord Stream 2 Baltic” boru xəttini ləğv etsə, bu Putini incidər və pis vəziyyətdə qoyar. Amma Angela Merkel bunu etməyəcək, Foto: Maxim Shemetov/Reuters

Putin və onun eyniadlı bankı beynəxalq siyasi iradənin yoxluğundan istifadə edir. Məsələn, əgər Almaniya “Gazprom”un gəlirini və “Nord Stream 2 Baltic” boru xəttini ləğv etsə, bu Putini incidər və pis vəziyyətdə qoyar. Amma Angela Merkel bunu etməyəcək, Avropa Birliyi isə bunda təkid etməyəcək. Prinsiplər öz yerində, amma pul və güc daha yüksəkdən danışır.

Bayden isə artıq Navalni bəhanəsi ilə “dünyanı Putinin diktatorluğuna qarşı ayağa qalxmağa səsləməlidir”. Bu, Kasparovun yazdığı kimi, “demokratiya üçün yeni düzənin”qızıl şəfəqi olar.

Ancaq bir şey son dərəcə aydındır: Bayden və Qərb təkcə təzyiq göstərən xarici dövlətlərə qarşı yox, həm də öz mənfəətini güdən quldur rejimlərə qarşı güc tətbiq edə bilməzlər. İlk ağla gələnlər Şimali Koreyanın Kim-Jong-unu və Suriyanın Bəşər Əsədi oldu. Bəs onları ədalətə kim cəlb edəcək?

Hətta pis idarənin geniş yayılmadığı yerlərdə belə, daha böyük çürümənin izləri var. Sadəcə Şimali Efiopiyadakı kütləvi ölümlərə baxmaq kifayətdir. Problemi həll etmək bir yana, bunların çoxu heç yüksək səslə deyilmir belə. Dünya demokratiyasının əlaqələri belə geniş deyil.

Cəzasızlıq baş alıb gedir. İndi avtokratiya yeni normaya çevrilib. “Economist”in apardığı araşdırmaya görə, dünya əhalisinin ancaq 8.4%-i əsl demokratiyada yaşadığı halda, üçdə birindən çoxu ağır avtokratiya rejimində yaşayır və bu vəziyyət getdikcə pisləşir.

Hətta qərbli siyasətçilər diktatorları taxtlarından endirib etirazçılara dəstək verməyə çalışsalar belə, adətən, uduzurlar. Bu günün sualı isə “Myanmarı kim uduzdu?” yox, “Qərb artıq uduzubmu?” olmalıdır.

Simon Tisdall

The Guardian

“The world’s bad guys are winning. Is anyone going to stand up to them?” (7. 2. 2021)

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel