Azlogos
  • Qaydalar
  • Kimlər var

Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri Erməni baş nazirinin etirafları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Paşinyan parçalanmış elitanı bərpa etməyə çalışır

AzLogos AzLogos
., Mövqe
17 Oktyabr 2020

Qarabağ münaqişəsi Yerevanda Rusiya meylli düşərgənin yaranmasına aparır.

Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan güclənmiş elitadaxili parçalanmanı bərpa etməyə çalışır. Onun xalqa müraciəti bunun sübutudur.

Bir sıra istiqamətlərdə davam edən geri çəkilmələr, itkilərin artması respublikada geosiyasi oriyentasiya prinsipi əsasında hökumətin yuxarı eşelonunda qütbləşmə ilə nəticələnib və güclərin vərdiş olunmuş konfiqurasiyasını təhlükə altında qoyub. Bu da baş naziri münaqişənin gedişatına xarici təsirlər mövzusunu daha intensiv şəkildə dilə gətirməyə vadar edir.

Paşinyanın xalqın qarşısındakı çıxışı Qarabağ və ətrafı ilə bağlı məsələ üçün kifayət qədər bəlağətli idi. Baş nazir, sözügedən çıxışında milli birliyin vacibliyini bəyan edərək vurğunu hərbi müstəvidən daxili siyasət müstəvisinə keçirməyə çalışırdı. Onu belə ritorikaya vadar eləyən təkcə “yer üzündə” vəziyyətin pisləşməsi yox, çox güman ki, həm də elita daxilində güclərin yenidən düzülüşü idi. Təsadüfi deyil ki, erməni hökumətinin başçısı, Dağlıq Qarabağda hərbi eskalasiyanın kulminasiya anında Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Arqişti Karamyanı istefaya göndərməyə məcbur olmuşdu. Halbuki onu Paşinyanın öz kadrı adlandırmaq mümkündür. Hərçənd vaxtilə sözügedən şəxsin vəzifəyə təyin olunması mübahisələrin katalizatoruna çevrilmişdi: qərbyönümlü olduğu ehtimal edilən siyasətçinin karyerasındakı bu son dərəcə sıçrayış müxalifəti təəccübləndirmişdi.

Karamyan – erməni siyasi elitasında şərti “qərbmərkəzçilik”də ittiham edilə biləcək yeganə adam deyil. Bu iddianı “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş koordinatoru, MTŞ-ə rəhbərlik etmiş Armen Qriqoryan, həmçinin amerikameyilli “Miras” partiyasının keçmiş lideri, Dövlət Nəzarət Xidmətinə rəhbərlik edən David Sanasaryan haqqında da söyləmək mümkündür. Bundan əlavə, yerli mətbuatın məlumatlarına görə, Ermənistan Özəl Təhqiqatlar Xidmətinin rəisinin qardaşı Sasun Xaçatryan “Soros” fondunda idarə heyətinin katibi vəzifəsini tutur, Ədliyyə naziri Rüstəm Badasyan isə fondun erməni şöbəsinin başçısı Larisa Minasyana yaxın şəxs hesab olunur.

Ona görə də çox ola bilər ki, bu hadisələr şərti rusiyameylli düşərgənin formalaşmasına gətirib çıxaracaq və müxalifətçilər də, hakimiyyətin keçmiş təmsilçiləri, məsələn, eks-prezident Robert Köçəryan, ya da 2018-ci ildə “məxməri inqilab” nəticəsində devrilmiş Serj Sarqsyan da ora qoşulacaq.

Çox güman ki, bu tendensiyanı Moskvada da hiss edirlər. Təsadüfi deyil ki, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin həm Sarqsyanla, həm də Köçəryanla – cəbhəyə getmək məsələsində hazırkı baş naziri qabaqlamış və bununla da hərbçilər arasında nüfuzunu artırmış insanla danışıqlar aparıb.

Yerli mənbələr təsdiqləyirlər ki, son hadisələr Yerevanda moskvameylli düşərgənin yaranmasını gücləndirib və Paşinyan birlik haqqında söhbətlərlə, vəziyyəti “bizimkilər-yadlar” kimi sadə düstura yerləşdirərək bu prosesi ləngitməyə çalışır.

Münaqişənin beynəlxalqlaşdırılmasının artması barədə tezislər də qismən belə bir mənzərəyə uyğun gəlir. Hərçənd dünya ictimaiyyətini Qarabağ ərazisində Türkiyənin xüsusi təyinatlılarının, aviasiyasının və suriyalı muzdluların döyüşdüyünə inandırmaq cəhdləri hələlik zəif gedir. Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsun Ovannisyan bəyan edib ki, “məhv edilmiş terrorçuların cəsədlərinin bir hissəsi Suriyaya göndərilir, qalan hissəsi isə, məsələn, Araksın bataqlıqlarında qabanlara yem ola bilər”.

Digər tərəfdən (qondarma-red.) Dağlıq Qarabağ Respublikasının hökuməti dünyanın hər yerindən könüllülərin cəbhəyə cəlb olunmasına icazə verən qanun qəbul edib. Məlumdur ki, VOMA Center kimi təşkilatlar ABŞ, Fransa və hətta RF-in erməni diasporasına aid vətəndaşları arasında açıq təbliğat aparırlar. Halbuki Rusiyada belə əməllərə görə RF CM-in 208-ci maddəsinə əsasən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilir.

Bununla belə, Qarabağda xarici qüvvələrin izlərini axtarmağa davam edirlər. Belə ki, DQR-də “çin” izləri olduğunu bildiriblər. DQR-in xarici məsələlər üzrə köməkçisi David Babayanın sözlərinə görə, Azərbaycanda uyğur radikalları fəaliyyət göstərir.

Amma hərbi ekzotika baxımından Ermənistana qarşı da iddia irəli sürmək mümkündür. Belə ki, avqust ayında Ermənistana Kürdüstan İşçi Partiyası (PKK) muzdlularının gəldiyi barədə məlumatlar peyda olmuşdu, sentyabrın 28-də – hərbi eskalasiyadan bir gün sonra isə yezidi icmasının deputatı Rüstəm Bakoyan yerli icma tərəfindən Qarabağın müdafiəsi məqsədilə milli dəstə yaradıldığını elan etmişdi. İstisna deyil ki, belə bir təşəbbüs məqsədi vardı: Ermənistandakı kiçik kürd-yezid icması Qarabağa PKK-lı sol radikalların gəlişi üçün pərdə ola bilər.

Paşinyanın, Qarabağda vəziyyətin yenidən gərginləşdirilməsi vasitəsilə pandemiya ucbatından ağırlaşmış daxili problemlərdən diqqət yayındırdığını deyən hipotezanın müəlliflərini də başa düşmək mümkündür.

Eskalasiya fonunda Ermənistanın hərbi-sənaye kompleksi sutkalıq iş rejiminə keçib. Gəlir vergilərindən mədaxil 41,4% azalıb. Xarici pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması tendensiyası da müşahidə olunur: yeddi ay ərzində sözügedən köçürmələrin həcmi 15,3% azalıb və 893,3 milyon dollar səviyyəsinə çatıb. Rusiyadan olan köçürmələr isə 28,2%-ə düşüb. Müharibə xərcləri artır, amma Yerevanın hərbi taktikası özünü ödəmir. Azərbaycan Hərbi güclərinin DQR-in müdafiəsini sındırması isə vəziyyəti daha da ağırlaşdırıb.

Sadalanan amillər kompleksi Paşinyanı dalana dirəyir və göstərici yox, real dialoqa başlamağa vadar edir. Hərçənd baş nazirin bu ssenari ilə razılaşmayacağı da istisna deyil: beynəlxalq ictimaiyyət tərəfindən işğal olunmuş ərazilər kimi tanınan yeddi rayonun ikimərhələli geri qaytarılması baş nazirin daxili siyasətdə sonuncu kapitalını itirməsinə səbəb olacaq. Bu isə gözlənilməz nəticələrə gətirib çıxaracaq.

Georgi Bondaryov

«Независимая Газета»

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022

Redaktorun seçimi

Amerikanın Lermontovu

İncəsənətdə təbiət mövzusuna dair qeydlər

Talışlarla gələn şiəlik

Mixeil Saakaşvili. Adamın adamının adamı.

Azərbaycan solunun qısa tarixi – II hissə

Seksual motivlər

“Carmen” və parislilər

Milli kimlik

Stalin Xəzər dənizini niyə qurutmaq istəyirdi?

Cambridge Casus Toru və Kim Philby

Kiçik hadisələrin böyük mahiyyəti haqqında

Biz Kimik: Türk, yoxsa azərbaycanlı?

Qara ölüm: şəhərlərin qənimi

İslam və elm

İbrahim Tatlısəs sevəndə niyə aqressivləşir?

ArtPress: “Maşında partlayan qadın”

Garry Winograndın qadınları

Diasporanın gücü

Dəli olmağın iki vacib şərti

İntellektual bazarlıq

Yumor ictimai problem kimi

Avropa və biz

Qəzetsiz Azərbaycan

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Olmayan iş otağı

Bir “həppi end”ə dair kiçik qeydlər

“Cimitero Monumentale” – Məzarlıq yoxsa açıq hava muzeyi?

“Taxt-tac oyunları”-nda seks və feministlər

İmitasiya və ya Industry 4.0-ün tələbləri

Mələyin uçuş sürətinin ölçülməsi

Paşinyan parçalanmış elitanı bərpa etməyə çalışır

AzLogos AzLogos
., Mövqe
17 Oktyabr 2020

Qarabağ münaqişəsi Yerevanda Rusiya meylli düşərgənin yaranmasına aparır.

Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan güclənmiş elitadaxili parçalanmanı bərpa etməyə çalışır. Onun xalqa müraciəti bunun sübutudur.

Bir sıra istiqamətlərdə davam edən geri çəkilmələr, itkilərin artması respublikada geosiyasi oriyentasiya prinsipi əsasında hökumətin yuxarı eşelonunda qütbləşmə ilə nəticələnib və güclərin vərdiş olunmuş konfiqurasiyasını təhlükə altında qoyub. Bu da baş naziri münaqişənin gedişatına xarici təsirlər mövzusunu daha intensiv şəkildə dilə gətirməyə vadar edir.

Paşinyanın xalqın qarşısındakı çıxışı Qarabağ və ətrafı ilə bağlı məsələ üçün kifayət qədər bəlağətli idi. Baş nazir, sözügedən çıxışında milli birliyin vacibliyini bəyan edərək vurğunu hərbi müstəvidən daxili siyasət müstəvisinə keçirməyə çalışırdı. Onu belə ritorikaya vadar eləyən təkcə “yer üzündə” vəziyyətin pisləşməsi yox, çox güman ki, həm də elita daxilində güclərin yenidən düzülüşü idi. Təsadüfi deyil ki, erməni hökumətinin başçısı, Dağlıq Qarabağda hərbi eskalasiyanın kulminasiya anında Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Arqişti Karamyanı istefaya göndərməyə məcbur olmuşdu. Halbuki onu Paşinyanın öz kadrı adlandırmaq mümkündür. Hərçənd vaxtilə sözügedən şəxsin vəzifəyə təyin olunması mübahisələrin katalizatoruna çevrilmişdi: qərbyönümlü olduğu ehtimal edilən siyasətçinin karyerasındakı bu son dərəcə sıçrayış müxalifəti təəccübləndirmişdi.

Karamyan – erməni siyasi elitasında şərti “qərbmərkəzçilik”də ittiham edilə biləcək yeganə adam deyil. Bu iddianı “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş koordinatoru, MTŞ-ə rəhbərlik etmiş Armen Qriqoryan, həmçinin amerikameyilli “Miras” partiyasının keçmiş lideri, Dövlət Nəzarət Xidmətinə rəhbərlik edən David Sanasaryan haqqında da söyləmək mümkündür. Bundan əlavə, yerli mətbuatın məlumatlarına görə, Ermənistan Özəl Təhqiqatlar Xidmətinin rəisinin qardaşı Sasun Xaçatryan “Soros” fondunda idarə heyətinin katibi vəzifəsini tutur, Ədliyyə naziri Rüstəm Badasyan isə fondun erməni şöbəsinin başçısı Larisa Minasyana yaxın şəxs hesab olunur.

Ona görə də çox ola bilər ki, bu hadisələr şərti rusiyameylli düşərgənin formalaşmasına gətirib çıxaracaq və müxalifətçilər də, hakimiyyətin keçmiş təmsilçiləri, məsələn, eks-prezident Robert Köçəryan, ya da 2018-ci ildə “məxməri inqilab” nəticəsində devrilmiş Serj Sarqsyan da ora qoşulacaq.

Çox güman ki, bu tendensiyanı Moskvada da hiss edirlər. Təsadüfi deyil ki, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin həm Sarqsyanla, həm də Köçəryanla – cəbhəyə getmək məsələsində hazırkı baş naziri qabaqlamış və bununla da hərbçilər arasında nüfuzunu artırmış insanla danışıqlar aparıb.

Yerli mənbələr təsdiqləyirlər ki, son hadisələr Yerevanda moskvameylli düşərgənin yaranmasını gücləndirib və Paşinyan birlik haqqında söhbətlərlə, vəziyyəti “bizimkilər-yadlar” kimi sadə düstura yerləşdirərək bu prosesi ləngitməyə çalışır.

Münaqişənin beynəlxalqlaşdırılmasının artması barədə tezislər də qismən belə bir mənzərəyə uyğun gəlir. Hərçənd dünya ictimaiyyətini Qarabağ ərazisində Türkiyənin xüsusi təyinatlılarının, aviasiyasının və suriyalı muzdluların döyüşdüyünə inandırmaq cəhdləri hələlik zəif gedir. Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsun Ovannisyan bəyan edib ki, “məhv edilmiş terrorçuların cəsədlərinin bir hissəsi Suriyaya göndərilir, qalan hissəsi isə, məsələn, Araksın bataqlıqlarında qabanlara yem ola bilər”.

Digər tərəfdən (qondarma-red.) Dağlıq Qarabağ Respublikasının hökuməti dünyanın hər yerindən könüllülərin cəbhəyə cəlb olunmasına icazə verən qanun qəbul edib. Məlumdur ki, VOMA Center kimi təşkilatlar ABŞ, Fransa və hətta RF-in erməni diasporasına aid vətəndaşları arasında açıq təbliğat aparırlar. Halbuki Rusiyada belə əməllərə görə RF CM-in 208-ci maddəsinə əsasən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilir.

Bununla belə, Qarabağda xarici qüvvələrin izlərini axtarmağa davam edirlər. Belə ki, DQR-də “çin” izləri olduğunu bildiriblər. DQR-in xarici məsələlər üzrə köməkçisi David Babayanın sözlərinə görə, Azərbaycanda uyğur radikalları fəaliyyət göstərir.

Amma hərbi ekzotika baxımından Ermənistana qarşı da iddia irəli sürmək mümkündür. Belə ki, avqust ayında Ermənistana Kürdüstan İşçi Partiyası (PKK) muzdlularının gəldiyi barədə məlumatlar peyda olmuşdu, sentyabrın 28-də – hərbi eskalasiyadan bir gün sonra isə yezidi icmasının deputatı Rüstəm Bakoyan yerli icma tərəfindən Qarabağın müdafiəsi məqsədilə milli dəstə yaradıldığını elan etmişdi. İstisna deyil ki, belə bir təşəbbüs məqsədi vardı: Ermənistandakı kiçik kürd-yezid icması Qarabağa PKK-lı sol radikalların gəlişi üçün pərdə ola bilər.

Paşinyanın, Qarabağda vəziyyətin yenidən gərginləşdirilməsi vasitəsilə pandemiya ucbatından ağırlaşmış daxili problemlərdən diqqət yayındırdığını deyən hipotezanın müəlliflərini də başa düşmək mümkündür.

Eskalasiya fonunda Ermənistanın hərbi-sənaye kompleksi sutkalıq iş rejiminə keçib. Gəlir vergilərindən mədaxil 41,4% azalıb. Xarici pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması tendensiyası da müşahidə olunur: yeddi ay ərzində sözügedən köçürmələrin həcmi 15,3% azalıb və 893,3 milyon dollar səviyyəsinə çatıb. Rusiyadan olan köçürmələr isə 28,2%-ə düşüb. Müharibə xərcləri artır, amma Yerevanın hərbi taktikası özünü ödəmir. Azərbaycan Hərbi güclərinin DQR-in müdafiəsini sındırması isə vəziyyəti daha da ağırlaşdırıb.

Sadalanan amillər kompleksi Paşinyanı dalana dirəyir və göstərici yox, real dialoqa başlamağa vadar edir. Hərçənd baş nazirin bu ssenari ilə razılaşmayacağı da istisna deyil: beynəlxalq ictimaiyyət tərəfindən işğal olunmuş ərazilər kimi tanınan yeddi rayonun ikimərhələli geri qaytarılması baş nazirin daxili siyasətdə sonuncu kapitalını itirməsinə səbəb olacaq. Bu isə gözlənilməz nəticələrə gətirib çıxaracaq.

Georgi Bondaryov

«Независимая Газета»

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel