Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Ölülərin” yürüşü

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
15 İyul 2020

Azərbaycanda xalq ölməyib. Sadəcə xalqla ölü kimi rəftar edirlər. Xalqın zorla boynuna qoyurlar ki, sən ölüsən! Ölü olduğuna görə də, ölü yerini bilməlisən…

Ölü danışmaz, ölü hərəkət etməz. Ölü dinləyə və cavab verə bilməz. Ölü danışa və hərəkət edə, dinləyə və cavab verə bilmədiyinə görə də, onu dinləməyin, onunla danışmağın da mənası yoxdur.

Azərbaycanda on illərdir, bu siyasət həyata keçirilir: capcanlı insanlar ölü yerinə qoyulurlar.

Tovuzda Ermənistanla sərhəddəki məlum hadisələrdən, generalın və hərbçilərin ölümlərindən sonra, sözünü demək üçün küçələrə çıxan onminlərlə insana hansı münasibət göstərildi? Hökumət yenə insanlarla ölü kimi rəftar etdi. Onları görməzdən gəldi, onlarla danışmaq, sözlərini dinləmək üçün qarşılarına bir rəsmi şəxs belə çıxarmadı.

Camaat ölü olmadığını sübut etmək üçün yürüş keçirdi, meydanda saatlarla qışqırdı, şüar dedi, amma sonda yenə də ölü yerinə qoyuldu…

Ölü yerinə qoyulan insan nə etməlidir? Ölü olmadığını bir şəkildə sübut etməlidir də. Milli Məclisə daxil olmaq, hər nə qədər qınanılası hərəkət olsa da, həm də simvolik bir akt idi. O, Milli Məclisdə əslində, xalqın sözü danışılmalıdır, xalqın problemləri, dərdləri, arzu və ümidləri əks olunmalıdır. Amma o Milli Məclisdə xalqın seçmədiyi, “ölülərin” və ölü yerinə qoyulmuşların “seçdiyi” saxta deputatlar oturur. Xalqın mənafeyi naminə deyil, öz mənafeləri üçün çalışırlar. İstəyir təxribat olsun, istəyir olmasın, bu akt doğru-düzgün qiymətləndirilməlidir.

Jurnalistlər, ekspertlər və digər ağıl dəryaları Milli Məclisə nə üçün girdiklərini belə başa düşməyən gəncləri qınamaqdansa, onların bu hərəkətinin səbəbini öyrənməyə çalışmalıdırlar. Nəyə görə, gənclər “Allahu Əkbər” deyə qışqırırdılar, nəyə görə Milli Məclisə soxulmuşdular? Çünki bu insanlar özlərini doğru-düzgün ifadə edə bilmirlər, ona görə. Təcrübəsizdirlər, nə etdiklərini başa düşmürlər. Bugünədək onlara özlərini ifadə etmək üçün heç bir imkan yaradılmayıb, əksinə əllərindəki cüzi imkanlardan belə məhrum ediliblər. On illərlə ölü yerinə qoyulan insan, ağzını açmağa imkan verilməyən, ağzını açan kimi başına dubinka yeyən, sözü dinlənilməyən, danışmağa layiq bilinməyən, seçib-seçilməyinə imkan verilməyən insan əlbəttə ki, təntiməlidir, çaşmalıdır, özünü ifadə etməyə öyrəşmədiyindən, özünü ifadə etməli olanda, səhv sözlər deyib səhv davranışlar sərgiləməlidir. Onun belə hərəkət etməyinin başlıca günahı isə məhz illərlə ona özünü ifadə etməyə imkan verməyənlərdədir.

İnsan özünü ifadə edə-edə inkişaf edir, adam yerinə qoyula-qoyula, dinlənilə-dinlənilə, dialoqda ola-ola təkamül keçir, şəxsiyyət olur.

Danışmasına imkan verilməyən, sözü dinlənilməyən, ömrü boyu ölü yerinə qoyulan insan elə hansısa bir məqamda “Allahu Əkbər” deyib Milli Məclisə soxulmalıydı da. Siz nə gözləyirdiniz? Gözləyirdiniz ki, xorla “Bella Ciao” oxuyub dinc şəkildə dağılışacaqlar?

“Bella Ciao”nu insanların özlərini ifadə edə bildikləri, seçib seçildikləri, ümumən adam yerinə qoyulduqları cəmiyyətlərdə oxuyurlar. Bunu bilmək, ağıl dəryalarından çox da böyük ağıl tələb etmir axı…

Azərbaycanlılar dünyanın ən gənc millətlərindən biridir. Gənc nəsil əhalinin böyük qismini təşkil edir. Cavan, enerjili, capcanlı cəmiyyət var, amma onun zorla boynuna qoymağa çalışırlar ki, sən ölüsən. Niyə axı? Ölünü vecinə almadan, kefinin istədiyini eləmək asandır, ona görə?

Bildschirmfoto 2020-07-15 um 14.28.10

Nə vaxtacan insanlarla ölü kimi rəftar ediləcək? Nə vaxtacan onların özlərini ifadə etmələrinə, danışmalarına, dinlənilmələrinə, dialoqda olmalarına imkan yaradılmayacaq? Nə vaxtacan hansısa səhvlər bəhanə göstəriləcək? Hökuməti başa düşdük, “Azərbaycanlılara özlərini ifadə etmək, seçib seçilmək hüququ vermək olmaz, verilsə, asdasfsvxcv…”- səfsətəsini danışan ağıl dəryaları, gedin arada tarixdən bir-iki təməl kitab oxuyun da. Onda görəcəksiniz ki, başlanğıcda səhvlər çox olur, hər yanda belə olub, kəsə yol yoxdur, bu keçilməli yeganə yoldur, bütün qabaqcıl cəmiyyətlər bu çətin yolu keçiblər, biz də keçməliyik, nəhayət ki, bu yola çıxmalıyıq…

Müxtəlif bəhanələrlə on illərlə insanların özlərini ifadə etmələrinə yanaşmamaq, başa düşmürsünüz ki, gələcəkdə daha da ağır nəticələrə gətirib çıxara bilər. Anlamırsınız ki, sonra gec ola bilər? Artıq 2020-ci ildir, bu gün də yox, bəs nə vaxt? Artıq parlamentdə “Allahu Əkbər” sədaları da eşidildi…

İnsanlara ölü münasibəti göstərilməyə davam ediləcəksə, bu münasibətə haqq qazandırılacaqsa, Qarabağın, ümumən ölkənin hansı gələcəyi ola bilər? İnsanları ölü yerinə qoy, sonra da onlarla gələcəkdən danış. Harda görülüb ki, ölülərlə gələcək qurulsun?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022

Redaktorun seçimi

Ürək striptizi

Diasporanın gücü

18,6 sm haqqında

Norveçdə yazıçı olmaq

Nəsimi dövründə Bakı nə ixrac edirdi?

Yad qadının məktubu

İctimai sektanın mövsümi qanaxması

Eşşəkliyin adı brutallıq olanda

Badımcan haqqında bədii-fəlsəfi esse

Bakı. Hökumət evi. Tarix və miras.

“Azərbaycansayağı” siyahıyaalma

İtmiş kitabın axtarışında

Panik atak və “əsəbiləşmə” məsləhəti

Əsir və girov götürülmüşlər

Banal sırtıqlıq haqqında

“Dəyərli bəy” erasının sonu

Azərbaycanın Marşall planı

Endirim vermək haqqında 5 qayda

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir”

Qurbanlıq qoyunun gey çıxması

“Sifariş”inizi yesinlər

“Saçlarımı kəsdirməyə bərbərin evinə getdim”

Uşaq, fişəng və şair

Tokio metrosunda ağ-qara bir gün

Ətağa Sertifikat

Cürbəcür “Romeo və Cülyetta”

Mirzə Ələkbər Sabirin qətli

Türkcə danışan düşük azərbaycanlılar haqqında

“Gəlmə” və “yerli” xalqlar

Azadlığı azadsızlıqda tapanlar

“Ölülərin” yürüşü

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
15 İyul 2020

Azərbaycanda xalq ölməyib. Sadəcə xalqla ölü kimi rəftar edirlər. Xalqın zorla boynuna qoyurlar ki, sən ölüsən! Ölü olduğuna görə də, ölü yerini bilməlisən…

Ölü danışmaz, ölü hərəkət etməz. Ölü dinləyə və cavab verə bilməz. Ölü danışa və hərəkət edə, dinləyə və cavab verə bilmədiyinə görə də, onu dinləməyin, onunla danışmağın da mənası yoxdur.

Azərbaycanda on illərdir, bu siyasət həyata keçirilir: capcanlı insanlar ölü yerinə qoyulurlar.

Tovuzda Ermənistanla sərhəddəki məlum hadisələrdən, generalın və hərbçilərin ölümlərindən sonra, sözünü demək üçün küçələrə çıxan onminlərlə insana hansı münasibət göstərildi? Hökumət yenə insanlarla ölü kimi rəftar etdi. Onları görməzdən gəldi, onlarla danışmaq, sözlərini dinləmək üçün qarşılarına bir rəsmi şəxs belə çıxarmadı.

Camaat ölü olmadığını sübut etmək üçün yürüş keçirdi, meydanda saatlarla qışqırdı, şüar dedi, amma sonda yenə də ölü yerinə qoyuldu…

Ölü yerinə qoyulan insan nə etməlidir? Ölü olmadığını bir şəkildə sübut etməlidir də. Milli Məclisə daxil olmaq, hər nə qədər qınanılası hərəkət olsa da, həm də simvolik bir akt idi. O, Milli Məclisdə əslində, xalqın sözü danışılmalıdır, xalqın problemləri, dərdləri, arzu və ümidləri əks olunmalıdır. Amma o Milli Məclisdə xalqın seçmədiyi, “ölülərin” və ölü yerinə qoyulmuşların “seçdiyi” saxta deputatlar oturur. Xalqın mənafeyi naminə deyil, öz mənafeləri üçün çalışırlar. İstəyir təxribat olsun, istəyir olmasın, bu akt doğru-düzgün qiymətləndirilməlidir.

Jurnalistlər, ekspertlər və digər ağıl dəryaları Milli Məclisə nə üçün girdiklərini belə başa düşməyən gəncləri qınamaqdansa, onların bu hərəkətinin səbəbini öyrənməyə çalışmalıdırlar. Nəyə görə, gənclər “Allahu Əkbər” deyə qışqırırdılar, nəyə görə Milli Məclisə soxulmuşdular? Çünki bu insanlar özlərini doğru-düzgün ifadə edə bilmirlər, ona görə. Təcrübəsizdirlər, nə etdiklərini başa düşmürlər. Bugünədək onlara özlərini ifadə etmək üçün heç bir imkan yaradılmayıb, əksinə əllərindəki cüzi imkanlardan belə məhrum ediliblər. On illərlə ölü yerinə qoyulan insan, ağzını açmağa imkan verilməyən, ağzını açan kimi başına dubinka yeyən, sözü dinlənilməyən, danışmağa layiq bilinməyən, seçib-seçilməyinə imkan verilməyən insan əlbəttə ki, təntiməlidir, çaşmalıdır, özünü ifadə etməyə öyrəşmədiyindən, özünü ifadə etməli olanda, səhv sözlər deyib səhv davranışlar sərgiləməlidir. Onun belə hərəkət etməyinin başlıca günahı isə məhz illərlə ona özünü ifadə etməyə imkan verməyənlərdədir.

İnsan özünü ifadə edə-edə inkişaf edir, adam yerinə qoyula-qoyula, dinlənilə-dinlənilə, dialoqda ola-ola təkamül keçir, şəxsiyyət olur.

Danışmasına imkan verilməyən, sözü dinlənilməyən, ömrü boyu ölü yerinə qoyulan insan elə hansısa bir məqamda “Allahu Əkbər” deyib Milli Məclisə soxulmalıydı da. Siz nə gözləyirdiniz? Gözləyirdiniz ki, xorla “Bella Ciao” oxuyub dinc şəkildə dağılışacaqlar?

“Bella Ciao”nu insanların özlərini ifadə edə bildikləri, seçib seçildikləri, ümumən adam yerinə qoyulduqları cəmiyyətlərdə oxuyurlar. Bunu bilmək, ağıl dəryalarından çox da böyük ağıl tələb etmir axı…

Azərbaycanlılar dünyanın ən gənc millətlərindən biridir. Gənc nəsil əhalinin böyük qismini təşkil edir. Cavan, enerjili, capcanlı cəmiyyət var, amma onun zorla boynuna qoymağa çalışırlar ki, sən ölüsən. Niyə axı? Ölünü vecinə almadan, kefinin istədiyini eləmək asandır, ona görə?

Bildschirmfoto 2020-07-15 um 14.28.10

Nə vaxtacan insanlarla ölü kimi rəftar ediləcək? Nə vaxtacan onların özlərini ifadə etmələrinə, danışmalarına, dinlənilmələrinə, dialoqda olmalarına imkan yaradılmayacaq? Nə vaxtacan hansısa səhvlər bəhanə göstəriləcək? Hökuməti başa düşdük, “Azərbaycanlılara özlərini ifadə etmək, seçib seçilmək hüququ vermək olmaz, verilsə, asdasfsvxcv…”- səfsətəsini danışan ağıl dəryaları, gedin arada tarixdən bir-iki təməl kitab oxuyun da. Onda görəcəksiniz ki, başlanğıcda səhvlər çox olur, hər yanda belə olub, kəsə yol yoxdur, bu keçilməli yeganə yoldur, bütün qabaqcıl cəmiyyətlər bu çətin yolu keçiblər, biz də keçməliyik, nəhayət ki, bu yola çıxmalıyıq…

Müxtəlif bəhanələrlə on illərlə insanların özlərini ifadə etmələrinə yanaşmamaq, başa düşmürsünüz ki, gələcəkdə daha da ağır nəticələrə gətirib çıxara bilər. Anlamırsınız ki, sonra gec ola bilər? Artıq 2020-ci ildir, bu gün də yox, bəs nə vaxt? Artıq parlamentdə “Allahu Əkbər” sədaları da eşidildi…

İnsanlara ölü münasibəti göstərilməyə davam ediləcəksə, bu münasibətə haqq qazandırılacaqsa, Qarabağın, ümumən ölkənin hansı gələcəyi ola bilər? İnsanları ölü yerinə qoy, sonra da onlarla gələcəkdən danış. Harda görülüb ki, ölülərlə gələcək qurulsun?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel