bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ölü kənddə gəzinti

Rəşad Səfər Rəşad Səfər
., Kültür
03 Mart 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
55698505 10156937581668444 6680638332608708608 o
Paylaş

Gürcü yazıçısı və rejissoru Qoderzi Çoxelinin “Mekvle” adlı qısametrajlı sənədli filmi var. 1981-ci ildə çəkilib. Bərpa edildikdən sonra Batumi Film Festivalında nümayiş etdirilmişdi ötən il. Qafqaz dağlarının ucqarlarında, qarla örtülü bir kənddən bəhs edir.

Filmdə insanlar görünmür, yalnız qarlı kənd və müxtəlif səslər var. Əvvəl atəş səsi gəlir. Sonra insanların səsi. İtlər hürür. Toy səsi. İnsanlar deyib-gülürlər; qab-qacaq cingiltiləri, qapı cırıltısı, sağlıqlar, təbriklər, uşaq səsləri, dəfn səsləri, ağlaşma, başsağlığı. Amma kamera heç kimi göstərmədən sadəcə hərəkət edir. Bir az sonra artıq kəndin evləri görünür. Yenə insansız. Və dağılmış evlər, viranələr. Yarımçıq hasarlar. Arxa fonda səslər davam edir. Nəhayət, kamera uçuq bir otağa daxil olur. Köhnə taxta yataq görüntüsünün fonunda kişi və qadının sevişmə səsləri, boğuq, qısılmış nəfəsləri eşidilir. Gündəlik insan həyatında eşidə biləcəyimiz səslərdir hamısı. Amma bizim gündəlik həyat səsləri dediyimiz səslər bu kənd üçün artıq keçmişin səsləridir. Burda daha bəni-adəm yaşamır. Onlar, sadəcə, müvəqqəti olaraq harasa getməyiblər, onlar birdəfəlik bu kəndi tərk ediblər, ya da ölüb qurtarıblar. Tükəniblər. İndi burada yalnız təbiətin fəsilləri at oynadır.

Bu görüntülər mənə bizim də ölməkdə olan Sarıbaş kəndini xatırlatdı. Söz vaxtına çəkər, düz bir il öncə, yanvar-fevral aylarında, qışı hələ canı üstündəykən yaxalamaq üçün Qaxa getdim. Hava proqnozlarında qar görünmürdü, amma mənim ümidim və həvəsim proqnoza inanmayacaq qədər güclü idi. Təbii ki, proqnoz haqlı çıxdı. Nə qar yağdı, nə elə şaxtalı soyuq hava oldu. Bir az dağlara qalxdım. Daşın-kəsəyin altında gizlənmiş bir-iki ovuc qardan başqa hər yer qupquru, hətta sarı və yaşıl otların bir-birinə qarışdığı çəmənlikdi. Bəzi həyasız, qışın xoş üzünü görəndə quduran bitkilər cücərməyə, çiçəkləməyə də cəhd etmişdilər. Mən yenə də təslim olmadım. Hər tərəfdən qar soraqlaşdım.

Dedilər, olsa-olsa Sarıbaşda olar. On gün öncə yağmışdı. İndiyə bəlkə qalar, əriməz. Dağın şögə yamacında qalmamış olmaz. 

Sarıbaş rahat gedilən, hər ürəyin istəyəndə əl çatan yer deyil. Dağın təpəsində yerləşir, sıldırım yollarla 7-8 kilometr gedə biləcək nəqliyyat olmalıdır. Dostların köməyi ilə çarə ehtimalı yarandı. Bir saat sonra Qaxdan Sarıbaşa fəhlələri aparmaq üçün bir “Qaz 69” aşağı enəcəkdi. Amma boş yer olacağı dəqiq deyildi. Yenə də ümidlərim yenidən dirçəlmişdi.

Bir saat sonra xəbər gəldi, “Qaz 69” on dəqiqə sonra Sarıbaşa qalxır. Amma yer yoxdur. Təslim olmadım.

Yarım saatdan sonra başım arxada oturmuş fəhlələrin qucağında, arxam “Qaz 69”-un dəmir qapısına dirənmiş vəziyyətdə, dar və kələ-kötür cığırla Sarıbaşa qalxırdıq. Təbiəti görmək üçün arabir başımı qaldırıb baxmaq istəyirdim, fəhlələrdən iri cüssəli olanı mənə elə zəhmlə baxırdı ki, yanlış iş tutduğuna görə atası qarşısında utanıb (ya da qorxub) başını aşağı salan uşaq kimi, başımı dərhal aşağı salırdım. Fəhlələr başımın üstündən bir-biriləri ilə danışır, bir-birilərinə nəsə ötürürdülər. Sərt döngələrdə, qayalığın çox olduğu hissələrdə başım “Qaz 69”-un dəmir tavanı ilə fəhlənin sərtlikdə bu tavandan geri qalmayan dizləri arasında var-gəl edirdi. Bəzən də artıq yoldan aşıb hansısa dərəyə doğru yuvarlandığımız hissinə qapılırdım. Başım namünasib vəziyyətdə, dözmədim, sürücüdən soruşdum ki, bu yerlərdə qəza çoxmu olur? Bu sərt yollardan aşan maşınlar olubmu?

Sürücü sanki bu sualın gələcəyini bayaqdan gözləyirdi: bu cığırlardan aşmış maşınlar haqqında təfsilatı ilə məlumat verməyə başladı. Sonda dedi, burdan aşanların hamısı ölüb. Bircə, bir əclaf sağ qaldı, anası namaz üstündəymiş.

“Əclaf” sözünə təəccüblənib başımı qaldırmaq istədim ki, sürücünün üzünə baxam. Lakin fəhlənin gözlərinə gözüm sataşan kimi vaz keçdim, başım namünasib vəziyyətdəcə, tələsik düşündüm: “Tanımadığı bir adama, həmin adamın tanımadığı başqa bir adam haqqında niyə əclaf desin? Həm də sağ qaldığını vurğulayaraq, sanki sağ qalmasına təəssüf edirmiş kimi.”

Sürücü güzgüdən tərəddüdlərimi hiss elədi. Qələbəsini qazanmışdı. Tora xam balıq düşmüşdü. Fəhlələrin gülümsədiyini gördüm, ardınca sürücü də zəfərini qeyd etmək üçün güldü. Mən işi anlamağa çalışana qədər, fəhlələrdən biri dedi: əclaf dediyi adam özüdür. Bu dayı iki dəfə ən təhlükəli yerdə dərəyə aşıb, amma sağ qalıb.

Bu dəfə yuvarlanmadan Sarıbaşa çatdıq…

“Youtube”da “Sarıbaş 1971” başlıqlı bir video var. 1971-ci ilə aid bir verilişdir. Kəndin gələcəyindən danışılır. Verilişin aparıcısı gələcəyin keçmişdən daha da güclü olacağını dayanmadan söyləyir. Sonra deyir, Sarıbaş əhalisi o qədər böyüyür, güclənir ki, artıq bu yerlərə sığmır, ona görə də Alazan vadisində yeni bir kənd salınır. Üstündən əlli il keçib. İndi Sarıbaşda gəzərkən gördüyüm kənd nəinki böyüyüb, inkişaf edib, əksinə, can üstündədir, son nəfəsini verməsi an məsələsidir.

Bir neçə ailə yaşayır burada. Onlar da kənd bələdiyyəsində, məktəbində, kənd mədəniyyət evində işləyənlərdir. Deyəsən, məktəb də artıq bağlanıb, dəqiq bilmirəm. Evində nahar etdiyim bir Sarıbaş sakini danışırdı ki, hamı uşaqlarını məktəbdən çıxardı, indi üç-dörd nəfər oxuyur. Mən də bir ara qızımı çıxarmaq istədim, müəllimlər gəlib xahiş etdilər ki, sən də uşağı çıxarsan, məktəb bağlanacaq. Bəlkə də artıq həmin sarıbaşlı qızını məktəbdən çıxarıb.

Son vaxtlar, yəni mənim Sarıbaşa getdiyim vaxtlarda, kəndin həyatında yüngül bir canlanma vardı: qədim məscidi təmir edirdilər, aşağıdan fəhlələr də gəlib kəndin əhalisinə kömək edirdi. Kəndin bir ovuc əhalisi günlərini bu məscidin ətrafında keçirir, yaşamaq üçün maraqlı nəsə axtarırdılar. İnsanlarda azca ümid yaranmışdı ki, əgər məscidin təmirinə pul ayırıblarsa, deməli, buraları təzədən düzəldib abıra salacaqlar, əhali də geri qayıdıb öz kəndlərində yaşayacaq, yenə əvvəlki kimi hamı bir yerdə gözəl günlər sürəcəklər. Hətta birinin ümid dozası çox olmuşdu: dağılmış evlərin arasında tək dayanmış evini geniş planlı təmirə girişmişdi.

Məscidin başına dolananda, gözüm bir kişiyə sataşdı, 45-50 yaşlarında, qışın soyuğunda nazik pencəkdə, ağ köynəkdə, küncdə çömbəlib siqaret çəkirdi. Məni görən kimi ayağa qalxdı və yaxınlaşdı. Yad olduğumu hiss eləmişdi. Dedi, görürsən də, heç kim qalmayıb kənddə. Dedim, hə, görürəm, evlər də dağılıb. Dedi, bilirsən də, o vaxt İlisu sultanı sarıbaşlıları yığıb aparıb, bax o dağın o tərəfində qırıb hamısını. Sonra birtəhər özümüzə gəlirdik ki, sovet hamını tökdü aşağı. Görürəm, qonaqsan, burdayam, nə lazım olsa, xəbər elə. Lazımdırsa, buranın tarixi haqqında sənə hər şeyi danışım.

Bayaq dizinə baş qoyduğum fəhlə başqa fəhlələrlə birlikdə yenə mənə baxıb gülürdü. Pencəkli “tarixçi”dən ayrılıb fəhlələrə yaxınlaşdım. Dedilər, dəli nə istəyirdi səndən? Nə dəlisi? Bayaq danışdığın kişi, dəlidir, o vaxt arvadını doğramışdı, sonra getdi içəri, bir il olar çıxıb. Çıxandan belə ortalıqda dolaşır, ağzına gələni danışır, baş qoşma.

Sonra dağılmış evlərin, uçuq hasarların arasında dolaşmağa başladım. Yeri gəlmişkən, qar yağmırdı, amma həqiqətən də on gün öncə yağmış qar hələ də yerdə idi. Dağılmış evlərin ortasında qar topalanmışdı. Cırılmış parçanın kənarlarına bənzəyən uçuq hasarların da üstündə hamar qar silsiləsi uzanıb gedirdi. Bəzi viranələrin qarı ərimişdi, bəzilərində yarımçıq dam qaldığına görə, içinə yağmamışdı. Həyətlərdə köhnə oturacaqlar, paslanmış vedrələr, köhnə hinlər vardı. Divarları uçmuş otaqlarda köhnə yataqlar, üstünü palçıq, qar basmış şkaflar, şifonerlər vardı. Bəzi evlərin divarları uçub həyətdəki iri ağacların altına tökülmüşdü. Yəqin, Turgenevin məşhur hekayəsindəki kimi, bir zamanlar kimsə bu həyətdə, bu evdə qonaq qəbul edəndə, ağızdolusu “mənim ağaclarımdan” danışırmış. Kimlərsə bu taxta yataqda sevişə bilməkdən ötrü nə qədər zülm çəkib, toy edib, evlənib. Kimsə illərlə qazandığını qəpik-qəpik yığıb qızına cehiz alıb, hələ bir az yaxşısı olsun deyə evdə günlərlə qırğın-dava düşüb. Bir zamanlar cehiz qab-qacaqların qoyulduğu cehiz şkafların rəflərini indi palçıq örtüb.

Bu viranəlikləri dörd bir tərəfdən bürüyən, yüzillərdir qarovulçu  kimi bu kəndi gözətləyən dağlarınsa heç nə vecinə deyil. Amma hələlik deyil. Hələlik bir az bəxtləri gətirib. Yolların çətinliyi aşağıdakı acgözləri, bir az aşağıda bütün dağ ətəklərini, yamaclarını vəhşi kimi zəbt edənləri, addımbaşı zövqsüz restoran, kafe, otel silsiləsi yaradanları buralara gəlməkdən çəkindirir hələ ki. Bəlkə də, artıq çəkindirmir, hansısa zövqsüz, tarixdən, mədəniyyətdən bixəbər acgözün masasının üzərinə bu yerlərin planı qoyulub və bu planda həmin hər şeydən bixəbər acgöz  yeni tikiləcək “obyekt”lərin yerini göstərir yoğun barmaqları ilə.

Sarıbaş “Mekvle”dəki kənd kimi tam ölü deyil, arabir insan hənirtisi gəlir. Amma bu gedişlə qısa müddətdə ya tam ölü kəndə çevriləcək, ya da aşağıdakı acgözlərin hücumuna məruz qalacaq. Üçüncü halın baş verməsi, yəni neçə yüzillik evlərin bərpası, açıq səma altında muzey kimi bir kəndin qurulması isə, sadəcə, arzudur. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör